Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lamu
Lamu — Keniyadakı Lamu arxipelaqının bir hissəsi olan Lamu adasında kiçik bir şəhər. Şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin sahilində Lamu qalası yerləşir. Lamuda o cümlədən 1900-cü ildə tikilmiş Riyadha məscidi də daxil olmaqla 23 məscid var. == Tarix == === Erkən tarix === Şəhərin əsl adı Amudur və ərəblər tərəfindən Əl-Amu (آامو)\, Portuqalca isə "Lamon" adlandırılır. Portuqaliyalılar Amu ərazidəki baş yaşayış məntəqəsi olduğu üçün bütün adaya bu adla müraciət edirdilər. Lamu adasındakı Lamu şəhəri Keniyanın daimi yaşanılan ən qədim şəhəridir və Şərqi Afrika sahilləri boyunca orijinal suahili yaşayış məntəqələrindən biri olmuşdur. Şəhərin 1370-ci ildə qurulduğu güman edilir. Bu gün Lamu əhalisinin əksəriyyəti Müsəlmandır. Şəhər ilk dəfə 1441-ci ildə Məkkəni ziyarət edən Lamulu bir hakimlə görüşən ərəb səyyahı Əbu-əl-Mahasini tərəfindən yazılı şəkildə qeyd edilmişdir.
Lapu-Lapu
Lapu-Lapu (taqal Lapu-Lapu: 1492, Maktan adası, Mərkəzi Visay[d] – 1542, Maktan adası, Mərkəzi Visay[d]) — Maktan adasından olan tayfa başçısı (Visay adaları, Filippin). İspan koloniyalaşdırmasına qarşı mübarizə aparan ilk şəxs. Fernan Magellanı öldürmüş şəxs. == Maktan döyüşü == Fernan Magellan Sebu adasının tayfa başçısı ilə anlaşma işzalayır. anlaşmaya görə adalılar İspaniyaya bac verməli, xristianlığı qəbul etməli idilər. Ancaq Maktan adasında tayfa başçısı olan Lapu-Lapu bu şərtləri qəbul etməmişdir. 1521-ci il 27 aprel tarixində ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi ispan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür.
Aamu
Aamu (q.misir 𓂝𓄿𓅓𓅱 ꜥꜣmw) — Qədim Misirdə Qərbi Asiyadan olan əcnəbilər üçün istifadə edilən ümumi ad. Bu ad ümumi olaraq "Qərbi Asiyadan olanlar" kimi tərcümə olunur, lakin başqa alimlər "Aamu"nun kənanlılar və ya amoritlər olduğunu təklif etmişlər. E.ə. II minillikdə Misirə səfər edən İbrahimin "Aamu" və ya "Retcenu" ilə əlaqəli olduğunu düşünənlər var. Devid Rohl İbrahimi "Aamu" adı ilə eyniləşdirməyi təklif etmişdir. Bəziləri bu adı "Aramu" kimi oxumağı təklif etmiş və aramilərə bağlamışdır.
Almu
Almu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 250 nəfərdir.[mənbə göstərin] == Tarixi == Almu Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Türk dillərində alım/alımı "yaxın; əldə edilmiş" deməkdir. Oykonim kəndin mərkəzə yaxın olmasını bildirir. Qədim Ələmrud qalası buradadır.
Lama
Lama (heyvan) – heyvan növü. Lama (buddizm) — budda rahibi.
Lam.
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744[…], Bazentin[d], Pikardiya, Fransa krallığı – 18 dekabr 1829[…], Paris, Burbon restavrasiyası) — Fransa alim-təbiətşünası. J. Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. == Həyatı == Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Alber Kamü
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d], Fransa – 4 yanvar 1960[…], Villeblevin[d], Yonna, Fransa[…]) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Conah Lomu
Conah Tali Lomu (ing. Jonah Tali Lomu; d. 12 may 1975 — ö. 18 noyabr 2015) — Yeni Zelandiya reqbiçisi.
Dalay-lama
Dalay Lama (tib. ཏཱ་ལའི་བླ་མ་, Vayli: ta la’i bla ma) — Kökləri 1391-ci ilə qədər gedib çıxan Tibet buddizmində Qeluq məktəbininin xəbər vermə xətti. Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasa dan ölkəni idarə etmişdir. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır. Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. Baxmayaraq, Dalay Lamanı Qeluq məktəbinin rəhbəri hesab edirlər, lakin bu məktəbə rəsmi olaraq Qanden Tripa rəhbərlik edir. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir (Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir. Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar.
Dalay Lama
Dalay Lama (tib. ཏཱ་ལའི་བླ་མ་, Vayli: ta la’i bla ma) — Kökləri 1391-ci ilə qədər gedib çıxan Tibet buddizmində Qeluq məktəbininin xəbər vermə xətti. Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasa dan ölkəni idarə etmişdir. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır. Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. Baxmayaraq, Dalay Lamanı Qeluq məktəbinin rəhbəri hesab edirlər, lakin bu məktəbə rəsmi olaraq Qanden Tripa rəhbərlik edir. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir (Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir. Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar.
David Lama
David Lama (4 avqust 1990, İnsbruk – 17 aprel 2019) — Avstriyalı qayalara dırmaşan idmançı və alpinist. == Bioqrafiyası == David Lama 4 avqust 1990-cı ildə İnsbrukda anadan olmuşdur. Onun atası Nepalın Comolunqma rayonundan gəlmədir. Davidin anası isə İnsbruk sakinidir. Altı yaşından başlayaraq David İnsbrukda Avstriya alpinist klubu qrupunda məşğul olurdu. Beş yaşından başlayaraq ciddi olaraq qayalara dırmaşmayla məşğul olan David Himalayın məşhur fatehi olan Piter Xabelerdən ilham almışdır. David bu idman növü üzrə çox istedadlı idi. Davidin birinci məşqçisi Raynxold Şerer olmuşdur. Şerer 8–10 uşaqdan ibarət kiçik qrupa rəhbərlik edirdi. Bu dövrdə həmçinin David özünə "Fuzzy" ləqəbini götürdü.
Lama (buddizm)
Lama (buddizm) - Tibet (Nepal, Hindistan), Monqolustan və Buryatiyada budda rahibi. Termin VIII əsrdə Tibetdə meydana gəlmişdir. İlk vaxtlar yalnız ali kahinləri lama adlandırırdılar. Sonralar həm Tibetdə, həm də Mərkəzi Asiyanın digər rayonlarında rahibliyi qəbul edən hər kəsə lama deməyə başladılar.
Lama (heyvan)
Lama (lat. Lama glama) – dəvəkimilər fəsiləsinə aid cütdırnaqlı məməli heyvan növü.
Lama gölü
Lama gölü — Krasnoyarsk diyarının ən böyük sirinsulu göllərindən biridir. Tektonik məşəlli göl Norilskdən 120 km şərqdə yerləşir. == Əsas məlumatlar == Gölün uzunluğu 80 kilometr, maksimal eni 8 km, sahəsi isə 318 min km² təşkil edir. Gölün dərinliyi 300 metrdən yüksək olması düşünülür. Bəziləri isə dərinliyin hətta 600 metr təşkil etəsi ehtimal edilir. Suyu olduqca soyuqdur. Lama gölü Melkoye gölü ilə Lama çayı vastəsi ilə birləşir. Gölün səviyəsinin qalxması hələ göl buzla örtülü olarkən müşahidə edilir. Buzların ilk hərəkəti iyunda müşahidə edilir. İyulun ortalarında gölün səviyyəsi maksimuma çatır.
Lame (kommuna)
Lame (fr. Lamaids) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03136. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 141 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 90 yaşında (15-64 yaş arasında) 67 nəfər iqtisadi fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə bu 70.9%). 67 fəal şəxsdən 60 nəfər (35 kişi və 25 qadın), 7 nəfər işsiz (5 kişi və 2 qadın) idi. 23 hərəkətsiz 2 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Limu (rayon)
Limu (fr. Limoux — Fransada rayon (fr. Arrondissement).Langedok-Russilon bölgəsindəki rayonlarından biri . Rayonun departamenti — Od. Suprefektura - Limu. Rayon əhalisi 2006-cı ildə 43387 nəfər olmuşdur. Əhalinin sıxlığı 24 nəfər / km² təşkil edir. Rayon ərazisi 1781 km²-dir. == Tarix == Od departamenti 17 fevral 1800-ci ildə yaradılan zaman Limu rayonu orijinal departamentin bir hissəsidir. == Coğrafiya == Limu rayonu şimalda Karkason, Narbon rayonu ilə şərqdə, Cənub-şərqdə Pireneyi departamenti və qərbdə Aryej departamenti ilə sərhəddir.
Pançen-lama
Pançen-lama (tib. པན་ཆེན་བླ་མ་, Vayli: pan chen bla ma, çin. 班禪喇嘛) — Tibet Buddizminin Qeluq məktəbindəki Dalay-lamadan sonra ikinci ən böyük lama. Pançen-lama, XVII-ci əsrin əvvəllərindən bəri mövcud olan yenidən doğuşlar (tulku) xəttidir. Bu xəttin nümayəndələri Amitabha Buddanın emanatları hesab olunur. "Pançen-lama" sanskrit dilindən paṇḍit (pandit, alim) və tibet dilindən chen (böyük) "böyük alim" deməkdir.
Qabriel Lame
Qabriel Lame (22 iyul 1795[…], Tur – 1 may 1870[…], Paris) — fransız riyaziyyatçısı və mühəndisi, riyazi fizika, elastiklik nəzəriyyəsi üzrə əsərlərin müəllifi, əyrixətli koordinatlar nəzəriyyəsini işləyib hazırlamışdır. Lame, İndre-et-Luara'nın bugünkü nümayəndəliyində, Tours-da anadan olub.
Samu Kastilyexo
Samuel Kastilyexo Azuaga (isp. Samuel "Bravo Samu" Castillejo Azuaga ; 18 yanvar 1995[…], Barselona) — ispaniyalı peşəkar futbolçu, İspaniyanın "Valensiya" klubunun cinah hücumçusu. Samu Kastilyexo Malaqa klubunun yetirməsidir. Futbolçunun Malaqanın heyətində debütu, 30 avqust 2014-cu ildə Valensiya ilə oyunda baş verir. 2015-ci ilin iyulunda futbolçu "Vilyarreal" klubuna keçir. 23 avqust 2015-ci ildə "Betis"ə qarşı oyunda "Vilyreal"ın heyətində debüt edir. Futbolçu 2018-ci ilin avqustunda İtaliya nəhəngi "Milan" klubuna transfer olunur. Yeni klubunda debütu 31 avqust 2018-ci ildə "Roma" klubuna qarşı oyunda olur. Futbolçunun "Milan" forması ilə ilk qolu isə, 30 sentyabr 2018-ci ildə "Sassuolo" klubuna qarşı oyunda baş verir.
Şevilyi-Larü
Şevilyi-Larü (fr. Chevilly-Larue) — Fransada yerləşən kommuna, Parisin cənub şəhərətrafı. Paris şəhərinin mərkəzindən 9,3 km aralıqda yerləşir. Şevilyi-Larü kommunası Fransanın şimal hissəsində, İl-de-Frans regiounun Val-de-Marn departamentində və Parisin cənub-qərbində yerləşir. Sahəsi — 4,22 km². Kommuna iki kəndin inzibati birliyindən formalaşmışdır — Şevilyi və Larü. Fransa–Prussiya müharibəsi zamanı, 1870-ci ildə burada böyük bir döyüş yaşanmışdır, onun nəticəsində şəhər ağır şəkildə ziyan gördü və vətəndaş əhalisi arasında çoxlu sayda itki oldu. Kommuna 1920-ci illərdə mövcud adını aldı.
Samu Omorodion
Samuel "Samu" Omorodion Aqehova (5 may 2004, Melilya, İspaniya) — La Liqa təmsilçilərindən olan "Qranada" klubunda hücumçu kimi çıxış edən peşəkar İspaniya futbolçusu. Samu Melilya şəhərində anadan olmuşdur. Valideynləri isə Nigeriya vətəndaşlarıdır. Gənc yaşlarında Samu Marakane, Qranada, Əndəlüs bölgələrində yaşamışdır. 2021-ci ildə o, Nervion klubundan "Qranada" klubuna transfer olmuşdur. Omorodion əvəzedici komandada debütünü 6 mart 2022-ci ildə Markamalo klubuna qarşı oyunda etmişdir. Sequnda Diviziyası görüşündə ikinci hissə meydana çıxan Samunun komandası rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. O, komandada ilk qolunu 25 sentyabr tarixində El Exido klubuna qarşı oyunda vurmuş və komanda rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. 20 aprel 2023-cü ildə B komandada özünü isbatladıqdan sonra Samu Nasirilər ilə 2028-ci ilə qədər müqavilə imzalamışdır. O, əsas komandada və La Liqada debütünü 1 avqust 2023-cü ildə "Atletiko Madrid" klubuna qarşı oyunda etmişdir.
Alburi Lam
Alburi-Lam (çeç. Албар-Лам) Çeçenistan Respublikası ilə sərhəddə Dağıstanın Kazbekovskiy bölgəsindəki dağ zirvəsidir. Dəniz səviyyəsindən yüksəklik - 2177.0 metr. ən yaxın məskunlaşma yerləri: Almak, Burtunay, Kalininaul və indi fəaliyyətə başlamayan Alburi-Otar və Xaniy duk Alburi Lamın şərqində hündürlüyü 2294 metr olan Tsanta dağ zirvəsidir, beləliklə Alburi Lam Tsanta silsiləsinin ikinci ən yüksək dağ zirvəsidir. == Ad == Dağ, adını Çeçen taipası Akköydən (çeç. Ӏаккой) gələn və eyni zamanda Şircha-Evlanın Auxov kəndinin cənubunda yerləşən Alburi-Otar kəndinə sahib olan sahibinin şərəfinə adını aldı. Alburinin mal-qarasını otaran muzdlu bir çoban öldükdə, dağ sahibinin olduğu Almak kəndinə məzar daşı göndərdiyini söyləyirlər. Bu vaxt, Alburi, dağındakı otlaqların cəlb etdiyi ətraf kəndlərdən gələn mal-qara sahibləri ilə tez-tez qarşıdurmalarda olurdu. Qafqaz müharibəsi zamanı Alburi Şamilin tərəfinə keçən iki oğlu Guraş (çeç. ГӀураш) və Janbyuru (çeç.
Filipp Lam
Filipp Lam (alm. Philipp Lahm‎; 11 noyabr 1983[…], Münxen) — yarımmüdafiəçi və hücumçu mövqelərində çıxış etmiş alman futbolçusu. Bayern Münhen klubunun və Almaniya milli futbol komandasının kapitanı olub. Lam Münhen klubunun yetirməsidir, 2001-ci ildə "Qırmızılar"da debüt etdi, lakin əsas komandada yalnız 2006-cı ilə qədər möhkəmləndi. 2011-ci ildən "Bavariya"nın kapitanıdır. Onun rəhbərliyi altında klub Çempionlar Liqası, Almaniya çempionatı və digər görkəmli kuboklar qazanıb. 2004-cü ildən Almaniya milli komandasının bir hissəsidir, onunla üç Dünya Çempionatına və üç Avropa Çempionatına getmişdir. 2014-cü ildə o, Argentinaya qarşı 2014 FIFA Dünya Kubokunun final oyununda (1:0) bütün 120 dəqiqəsini keçirdi, bundan sonra beynəlxalq karyerasını bitirdiyini elan etdi. Philippe çox yönlü oyunçudur, müdafiənin cinahlarında və yarımmüdafiənin dayaq zonasında yaxşı çıxış edir. Bir az qol vurdu, amma ən çox məşqçilər onun liderlik keyfiyyətlərini, eləcə də komandasının oyununu təşkil etmək bacarığını yüksək qiymətləndirdilər.
Tumsoy-Lam
Tumsoy-Lam (çeç. Tumsoyn lam) — Çeçenistan Respublikasının İtum-Kali və Şatoy rayonlarının sərhəddində Arqun vadisində yerləşən dağ zirvəsi. Böyük Qafqaz dağlarının şərq hissəsində Martan və Arqun çaylarının arasında yerləşən bu Tumsoy-Lam dəniz səviyyəsindən 2072 metr, digər məlumatlara görə 2074 metr yüksəklikdə yerləşir. Adının mənası Tumsoylular dağı kimi tərcümə olunur. Əsas vadinin əks tərəfində, yaylada və azmeylli yamaclarda şimala doğru Tumsoy-lam silsiləsindən şərqə doğru - Martan çayının mənbəyindən Arqun çayına qədər yerləşir. Silsilənin uzunluğu 11 km-dir. Şimal-şərqə doğru Borzoy, Tumsoy kəndləri, cənubda isə Enista, Xurika və Basxa kəndləri üzərində ucalır. Bu dağ "İmperator Rusiya Coğrafiya Cəmiyyəti"nin Qafqaz bölməsində xatırlanır: 3 avqust 1873-cü ildə Tumsoy-Lam dağından rus naturalist, statistik və etnoqraf N.K.Zeydlits yol salmışdır. Pagirevin göstəricisində Tumsoy aulu və Tumsoy-Lam dağının adı qeyd olunub. Tumsoy-Lam dağının yamacında yaşayış qülləsi var.
Çan Lam
АМГ-10 aviasiya yağı