Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Loqar
Lotar Matteus
Lotar Herbert Matteus (alm. Lothar Herbert Matthäus‎, 21 mart 1961[…], Erlangen, Bavariya) — görkəmli alman futbolçu və futbol mütəxəssisi. 1990-cı ildə Qızıl top mükafatına layiq görülmüş, 1991-ci ildə FİFA tərəfindən ilin oyunçusu seçilmişdir. == Ailə həyatı == Matteusun ilk həyat yoldaşı 47 yaşlı Silviya olub. Onların nigahı 1981-ci ilin iyulundan 1992-ci ilin dekabrına kimi davam edib. Bu nigahdan iki qızı olan Matteusun ikinci evliliyi İsveçrənin keçmiş gözəli Lolita Moreno ilə olub. Lotar televiziyada aparıcı olan Lolita ilə 1994-1999-ci ilə birgə yaşayıb və onların Loris adlı oğulları var. Əfsanəvi futbolçu üçüncü həyat yoldaşı Mariana Kostiçlə isə 2003-cü ilin Dunay çayında gəmi səyahəti zamanı tanış olub. Matteusu arzulanan həyat yoldaşı hesab edən Mariananın ondan üç uşağı var. Növbəti dəfə Lotar "Playbol" jurnalında çəkilən Ukraynalı fotomodel, özündən 26 yaş Liliana ilə 2007-ci ildə tanış olsa da, cütlüyün münasibətləri 2009-cu ilin yanvarın 1-də Las-Veqasda rəsmiləşib.
Julius Lotar Meyer
Loqar dərəsi (Sloveniya)
Loqar dərəsi (sloven. Logarska dolina) ― Sloveniyada dərə. Dərənin slovencə adı nisbətən yenidir və öz növbəsində slovencə "bataqlıq çəmən" mənasını verən log sözündən yaranmış Loqar fermasının adından qaynaqlanır. 1987-ci ildə ərazidə 24,75 kvadrat kilometri əhatə edən ladşaftı parkı yaradılmışdır. == Coğrafiya == Loqar dərəsi tipik bir U şəkilli buzlaq dərəsidir. Dərə loq adlanan aşağı hissə, Plest adlanan orta hissə (əsasən meşə sahəsindən ibarətdir) və Kot adlanan (kar) yuxarı hissə olmaqla üç hissəyə bölünür. Dərə özü tektonik mənşəli olsa da, onun son güclü "dizayner"i buzlaq olmuşdur. Ərazidə ən gənc buzlaşma dövrü olan Pleystosenin izləri var. Dərədəki təcrid olunmuş ferma torpaqlarında cəmi 35 nəfər yaşayır. == İqlim == Loqar dərəsində kontinental iqlim hakimdir.
Yulius Lotar Meyer
Yulius Lotar Meyer (19 avqust 1830 – 11 aprel 1895[…], Tübingen[d]) — alman kimyaçısı, Berlin Elmlər Akademiyasının müxbir üzvü, kimyəvi elementlərin dövri sisteminin yaradıcılarından biri Julius Lotar Meyer 1830-cu il avqustun 19-da Oldenburq əyalətinin Farrel adlı kiçik bir şəhərində həkim ailəsində dünyaya gəlmişdi. Sağlamlığının zəif olduğuna görə o,orta məktəbi yalnız iyirmi bir yaşında bitirmişdi. Məktəbdən sonra, atası kimi Meyer də tibbi öyrənməyə başlamış və 1854-cü ildə Vürzburq Universitetində doktorluq dərəcəsi almışdı. Daha sonra o, Heidelberq və Köniqsberq Universitetlərində və Breslau Universitetində (fəlsəfə doktoru,1858) təhsilini davam etdirmişdi. 1859-cu ildən o, Breslau Universitetində çalışmağa başlamışdı. 1866-cı ildən etibarən o, Ebesvalde Universiteti, 1876-cı ildən Karlsruedə Politexnikum və 1876-cı ildən Tübingen Universitetinin kimya professoru kimi fəaliyyət göstərmişdi. 1888-ci ildə o, Berlin Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. O, Heidelberqdə R.Bunzenin laboratoriyasında işləyərək insan orqanizmində baş verən qaz mübadiləsini öyrənmişdi. "Qan qazları" və "Qazvari karbon oksidinin qana təsiri haqqında" adlı əsərlərində Meyer göstərmişdi ki, tənəffüs zamanı oksigen qanın hemoqlobini ilə birləşir; karbon oksidi hemoqlobinə çox yaxın olduğundan onun oksigenlə birləşməsinə mane olur. A.Kekule və F.Beylşteynlə elmi əlaqələr qurduğu Heidelberqdə işləməsi Meyeri kimya ilə ciddi məşğul olmaq qərarına gətirib çıxartdı.
Alolar
Alolar — Azərbaycanın Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Alolar kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin ortalarında Keştək kəndinə məxsus binə olmuşdur. Sonralar həmin kənddən alolar nəslinə mənsub ailələrin burada daimi məskunlaşması nəticəsində yaşayış məntəqəsi yaranmışdır. Etnotoponimdir. Digər məlumata görə Alolar kəndi Dərələyəzdən gəlib burada məskunlaşan Alo adlı kişinin adı ilə bağlıdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın qolu olan Keşdək çayının (digər adı Alolar suyu) sahilində yerləşir. === Yaylaqları === Çəvlik yurdu, Yuxarı Pələngə yurdu, Aşağı Pələngə yurdu, Daşınbaşı yurd, Bağırxan yurdu, Dəlihəsən yurdu, Əlinin yurdu, Əyri yurd === Bulaqları === Qara bulaq, Çoban bulağı, İşgəsu bulağı, Ağqaya bulağı, Xırmandaşının bulağı, Ağ bulaq, Daş bulaq, Həmərsinlinin bulağı, Kolludaş bulağı, Xəlyarlı bulaqları, Səvlik bulağı, Qoyun kahasının bulağı, Quzu kahasının bulağı, Yanıq bulaq, Pırtpırt bulaq, Qıjılı bulaq, Dərə yurdunun bulaqları, Əyri yurdun bulağı, Şırşır bulaq === Məşhur yerləri === Bostanlar, Göyüşün yal yeri, Dikgüney, Dalmeşə, Yal yeri, Qalaça quzeyi, Yuxarı kor bulaq, Aşağı kor bulaq, Qalaça, Keşdəyin düzü, Murtuzabiçən, Xarrat, Danadaşı, Xırmandaşı, Zalın meşə yeri, Ağqaya, Çiçəkli, Molla Allahverdinin biçənəyi, Palçıqlı yal, Kolludaş, Vəliölən, Rzanın damı, Paşa düzdağı, Xəlyarlı, Yanıq, İbrahimin kahası, Taruçan, Biçilənyal, İtlərqırılan, Şirinin şamı, Qaraqaya, Ellaz ayı tutan, Ələmağacı === Binələri və qışlaqları === Pələngə binəsi == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
Aspar
Flavi Ardabur Aspar (400 – 471, Konstantinopol) — Bizans generalı. Milliyyətcə Alan olmuşdur. Aspar imperator I Leonun zamanında Konstantinopolun əsl hakimi idi. Bizans İmperiyasının ən yüksək hərbi rütbəsi olan Magister militum idi. Aspar Ariçiləri dəstəkləməsi səbəbindən özü imperator ola bilmədi. Onun yerinə imperator Feodosinin bacısı Pulçeriya ilə evlənən və ondan daha aşağı rütbəli olan Marsian imperator oldu. Aspar ostroqotların kralı Böyük Teodorikin müəllimi olmuşdu. Oğlu Ardabur ilə birlikdə sui - qəsd nəticəsində öldürülmüşdür.
Blomar
Blomar (fr. Blomard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03032. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 204 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 142 nəfər (15-64 yaş arasında) arasında 105 nəfər iqtisadi fəal, 37 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 73,9%, 1999-cu ildə 75.0%). Fəal olan 105 nəfərdən 96 nəfəri (54 kişi və 42 qadın), 9 nəfər işsiz (1 kişi və 8 qadın) idi. 37 hərəkətsiz şəxs arasında 10 nəfər şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X–XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV–XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Bozar
Bozar (fr. beaux-arts – “təsviri sənət”) – XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. == Stilin doğuşu == Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Cokar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Cupar
Cupar— İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,830 nəfər və 1,054 ailədən ibarət idi.
Folar
Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir. Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
HEPAR
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. == Seçkilərdə == Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Komar
Yuxarı Komar (Culfa)
Kopra
Kopra (malayalam dili koppara) — kokos palmaları qozlarının qurudulmuş yağlı növü.
Kökpar
Kökpar və ya Kokpar — Türk və Orta Asiya xalq kültüründə atla oynanan oyun növüdür. Kökper, Kökborü olaraq da səsləndirilir. Buna paralel olaraq, Oğlaktartıs (Ulaktartış), Olakkaptı (Ulakgaptı) və ya Buzkaşı (Bozkaçı) ifadələrindən də istifadə edilir. Kokpar Serke olaraq da bilinir. Serke dirək deməkdir və ortadakı bayrağı ifadə edir. == Haqqında == Geniş düzlükdə komandalar halında və ya fərdi olaraq oynanılırş Kökpara hər atla qatılmaq olmur. Zərbələrə və sirkələnməyə hazırlanmış, təlim keçilmiş və əzələli atlar olmalı lazımdır. Buzkaçı sözü buz (buzov) və qaçırmaq felindən törəyərək tacik dilinə keçmişdir. Buzkaşı adı ilə də bilinən bu oyun, əslində Orta Asiyada bir çox bölgədə bilinən və oynanan qədim türk oyunudur. Əfqanlar isə bu oyuna Vuzloba, çərkəzlər isə Hüezeha deyirlər.
Laxar
Laxar (rus. лахар, ing. lahar) — vulkan materiallarının yağış suyu, kreyter gölünün suyu, yaxud vulkan yamacında qarın, və ya buzun ərinti suyu ilə qarışması nəticəsində əmələ gələn palçıq axını. İsti və soyuq L. ayrılır: isti L.-qaynar piroklastik məhsullardan əmələ gəlir, soyuq L.-püskürmə ilə bilavasitə əlaqəsi olma-yan kövrək vulkanik məhsullardan təşkil olunur.
Lesar
Lesar (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çopak
Çopak (mac. Csopak) — Macarıstanın Vesprem medyesində Balaton gölünün ətrafında yerləşən kənd. Ənənəvi üsullarla istehsal edilən şərabına görə daha çox tanınır. Çopakda çimərliyi Macarıstanın ən çox turist qəbul edən məkanlarından biridir. Çimərliyin ətrafı qumla örtülmüşdür. Kənddə avqust ayları ərzində şərab günləri keçirilir. Mərasimlərdə xalq musiqisi ifa olunur və yerli sakinlər tərəfindən Çopak mətbəxinin müxtəlif təamları turistlərə təqdim edilir.
Laolar
Laolar və ya laoslular (laos ລາວ) — Cənub-Şərqi Asiyada tay etnik qrupu. Laosun əsas əhalisidir. Laosda, Tailandda, Çində, Vyetnamda, Kambocada və Myanmada laoların etnoqrafik qrupları yaşayır. Laos dilində danışırlar. Dinləri buddizmdir. Laoların əcdadları Hind-Çin ərazisinə b.e. ilk əsrlərində Şərqi Asiyadan gəlmişlər. XIV əsrdə Lansanq feodal dövlətini yaratmışdılar. Əsas məşğuliyyətləri çəltikçilik və bağçılıqdır, toxuculuq və ipəkçilik də inkişaf etmişdir.
Çomar
Çomar — Rəcəb Tayyib Ərdoğanı kor-koranə dəstəkləyən stereotip fanat, dindar, milliyətçi, mühafizəkar və savadsız türklərə istinad etmək üçün istifadə edilən türkcə jarqon. Bu söz əvvəlcə Anadolunun kənd yerlərində sahibinə hədsiz sədaqətləri ilə tanınan iri çoban itləri üçün istifadə edilmişdir. Buna baxmayaraq, bu, Gəzi parkı etirazlarından sonra siyasi sözə çevrilmişdir. Bu söz mahiyyət etibarı ilə "rednek"in türkcə variantıdır. Türk Dil Qurumu bu sözün başqa bir mənasını "dözümsüz, kobud, aqressiv insan" kimi vermişdir.