Alolar — Azərbaycanın Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Alolar kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Alolar | |
---|---|
40°05′42″ şm. e. 46°00′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsi XIX əsrin ortalarında Keştək kəndinə məxsus binə olmuşdur. Sonralar həmin kənddən alolar nəslinə mənsub ailələrin burada daimi məskunlaşması nəticəsində yaşayış məntəqəsi yaranmışdır. Etnotoponimdir.[2] Digər məlumata görə Alolar kəndi Dərələyəzdən gəlib burada məskunlaşan Alo adlı kişinin adı ilə bağlıdır.[3]
Kənd Tərtərçayın qolu olan Keşdək çayının (digər adı Alolar suyu) sahilində yerləşir.
Çəvlik yurdu, Yuxarı Pələngə yurdu, Aşağı Pələngə yurdu, Daşınbaşı yurd, Bağırxan yurdu, Dəlihəsən yurdu, Əlinin yurdu, Əyri yurd
Qara bulaq, Çoban bulağı, İşgəsu bulağı, Ağqaya bulağı, Xırmandaşının bulağı, Ağ bulaq, Daş bulaq, Həmərsinlinin bulağı, Kolludaş bulağı, Xəlyarlı bulaqları, Səvlik bulağı, Qoyun kahasının bulağı, Quzu kahasının bulağı, Yanıq bulaq, Pırtpırt bulaq, Qıjılı bulaq, Dərə yurdunun bulaqları, Əyri yurdun bulağı, Şırşır bulaq[3]
Bostanlar, Göyüşün yal yeri, Dikgüney, Dalmeşə, Yal yeri, Qalaça quzeyi, Yuxarı kor bulaq, Aşağı kor bulaq, Qalaça, Keşdəyin düzü, Murtuzabiçən, Xarrat, Danadaşı, Xırmandaşı, Zalın meşə yeri, Ağqaya, Çiçəkli, Molla Allahverdinin biçənəyi, Palçıqlı yal, Kolludaş, Vəliölən, Rzanın damı, Paşa düzdağı, Xəlyarlı, Yanıq, İbrahimin kahası, Taruçan, Biçilənyal, İtlərqırılan, Şirinin şamı, Qaraqaya, Ellaz ayı tutan, Ələmağacı [3]
Pələngə binəsi
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |