Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lindsey Lohan
Lindsey Lohan (2 iyul 1986, Bronks, Nyu-York ştatı) — ABŞ aktrisası, model və musiqiçi. == Həyatı == Lindsay Lohan 2 iyul 1986-cı ildə Nyu-York şəhərinin, Bronks bölgəsində dünyaya gəlib, ailənin ilk uşağıdır.13 yaşından bəri modellik karyerasına başlayıb. Toys "R" Us, Calvin Klein, Abercrombie kimi bir çox məşhur firmaların siması olub.60-dan çox reklam filmində rol alıb.1996-cı ildə "Another World" adlı serialda rol alıb. Aktrisalıqdan əlavə musiqi karyerasına da sahibdir.50 Cent, Timbaland, Snoop Dogg və Pharrell Williams kimi bir çox prodüserlərlə birgə, musiqi karyerasında yeniliklər edib. İlk dəfə işıq üzü görək albomu – "Speak" 2004-cü ildə yayımlanmışdır. Daha sonra ikinci albomu – "A Little More Personal (Raw)" 2005-ci ildə işıq üzü görüb. Rumors, Over, First, I Live for The Day Bossy kimi sinqlların ifaçısıdır.
Lindsi Lohan
Lindsey Lohan (2 iyul 1986, Bronks, Nyu-York ştatı) — ABŞ aktrisası, model və musiqiçi. == Həyatı == Lindsay Lohan 2 iyul 1986-cı ildə Nyu-York şəhərinin, Bronks bölgəsində dünyaya gəlib, ailənin ilk uşağıdır.13 yaşından bəri modellik karyerasına başlayıb. Toys "R" Us, Calvin Klein, Abercrombie kimi bir çox məşhur firmaların siması olub.60-dan çox reklam filmində rol alıb.1996-cı ildə "Another World" adlı serialda rol alıb. Aktrisalıqdan əlavə musiqi karyerasına da sahibdir.50 Cent, Timbaland, Snoop Dogg və Pharrell Williams kimi bir çox prodüserlərlə birgə, musiqi karyerasında yeniliklər edib. İlk dəfə işıq üzü görək albomu – "Speak" 2004-cü ildə yayımlanmışdır. Daha sonra ikinci albomu – "A Little More Personal (Raw)" 2005-ci ildə işıq üzü görüb. Rumors, Over, First, I Live for The Day Bossy kimi sinqlların ifaçısıdır.
Loşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Zohan
Zuhan — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Zuhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 707 nəfər və 233 ailədən ibarət idi.
Johan Hegg
Johan Hegg (29 aprel 1973, Stokholm) — İsveçli rokçu. Amon Amarth qrupunun vokalisti. == Həyatı == 29 aprel 1973-cü ildə İsveçin paytaxtı Stokholmda doğulub. Hal-hazırda fəaliyyətini davam etdirir.
Lauren Cohan
Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982, Çerri-Hill, Nyu-Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir. == Həyatı == Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür. Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Logan Grove
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe", "Boulder Media" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı. Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s.
Loqan Hanneman
Loqan Hanneman (2 iyun 1993) — ABŞ-lı xizək yürüşçüsü. Loqan Hanneman ABŞ-ni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Loqan Hanneman birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Hanneman 3:20.74 saniyəlik nəticəsi ilə 80 atlet arasında 42-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Loqan medalı
Loqan medalı (Logan Medal) — Kanada Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal "XIX əsrin ən görkəmli alimlərindən biri olan" Kanada geoloqu Vilyam Edmond Loqanın şərəfinə adlandırılmışdır.
Loran Blan
Loran Rober Blan (fr. Laurent Robert Blanc; d. 19 noyabr 1965, Ales, Fransa) — Fransa futbolçusu və baş məşqçisi. == Klub karyerası == Loren Blan karyerasına yarımmüdafiəçi kimi çıxış etdiyi "Monpelye"də başlamışdır. O, klubun qol vuran futbolçularından biri olmuşdur. Blanın çıxış etdiyi komanda 1987-ci ildə 1-ci liqadan ən yüksək səviyyəyə yüksəlmiş və 1990-cı ildə Fransa kubokunu qazanmışdır. O, 1991-ci ildə "Napoli"yə keçmişdir. Blan burada 31 oyun keçirmiş və 6 qol vurmuşdur. O, millidə oynamaq istədiyinə görə mövsümün sonunda komandadan ayrılmışdır.
Loran Fabius
Loran Fabius (fr. Laurent Pierre Emmanuel Fabius; 20 avqust 1946[…], Parisin 16-cı dairəsi[d]) — fransız siyasətçisi, Fransa Xarici İşlər naziri və Sosialist Partiyasının üzvü vəzifələrində çalışmış, 1984-1986-cı illərdə (37 yaşında) Fransanın Baş Naziri olmuşdur. == Həyatı == Loran Fabius 1946-cı ildə Parisdə sadə bir sənətkar ailəsində anadan olmuşdur. Fransanın ən nüfuzlu ali təhsil müəssisələrindən birini bitirdikdən sonra Fabius Dövlət Şurasının auditoriasında çalışdı. 1978-ci ildə ilk olaraq Sosialist Partiyasından Milli Məclisə üzv seçildi. Tezliklə Fabius Sosialist lideri Fransua Mitteranın daxili dairəsinə daxil oldu. 1981-ci ildə Mitteran prezident seçildikdə Fabius da Büdcə naziri oldu və iki il sonra Baş nazir oldu. O, bazar iqtisadiyyatına açıq olan "yeni" bir Fransız sosializmi müdafiə etdi. 1986-cı ildə parlament seçkilərində Sosialistlərin məğlubiyyətindən sonra təqaüdə çıxdı. 1988-ci ildə 41 yaşında Milli Məclisin sədri seçildi.
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Qabriel Loqan
Qabriel Loqan - Syphon Filter adlı oyunun baş qəhrəmanı. Oyunun ilk 6 hissəsində iştirak etmişdir. O, 12 il 75-ci reyncer alayında xidmət etmiş və Qrenadada hərbi əməliyyatlarda iştirak etmişdir. Geyb oyunun digər personajı Lian Sinq ilə Əfqanıstanda tanış olmuşdur.Syphon Filer:Logan`s shadow adlı hissədə Loqan Lianı qorumaq istəyərkən 4 güllə yarası alır. Lian onun nəfəs almadığını söyləyir və pərdə bağlanır...
Yohan Bleyk
Yohan Bleyk (26 dekabr 1989[…]) — Yamaykalı 100 metr və 200 metr qaçan atlet. 2012 Yay Olimpiya Oyunlarında 100 metr yarışında 9.75 dərəcəsi ilə şəxsi rekordunu vurmaqla Useyn Boltun ardından ikinci yer tutmuşdur. Sonraki "Diamond League" yarışında 9.69 dərəcəsi ilə Tayson Geyi geridə qoymuşdur.
İohan Bax
İohann Sebastyan Bax (21 (31) mart 1685[…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası[…] – 28 iyul 1750[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası[…]) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər. Əmilərindən biri İohann Kristof Bax xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir.
İohan Edel
İohan Vilhelm Edel və ya İvan Edel (1863, Çerniqov quberniyası[d] – 14 fevral 1932, Bakı) — alman əsilli rusiyalı memar, dövlət müşaviri. Hacınskinin evi, Mitrofanovun evi, Qrifonlu ev kimi Bakıdakı bir çox tarixi binaların memarı. İohan Edel 1863-cü ildə Çerniqov quberniyasının, Borznensk uyezdində yerləşən alman koloniyası Bilovaçda, sonradan Bakı mayakında işləyəcək alman zadəgan nəslindən olan Vilhelm Edelin ailəsində anadan olub. Pravoslav kilsəsində vəftiz olunduqdan sonra İohan Vasilyeviç adını alır dünyada isə İvan Vasilyeviç kimi tanınır. Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində təhsil aldığı müddətdə o, lüteran dua evinin məktəbin və pastoratın layihəsini hazırlayır. 1886-cı ildə isə Bakıdakı lüteran cəmiyyəti üçün yeni layihə hazırlayır, lakin bu layihəyə əsasən yalnız məktəb və Evangelik lüteran kilsəsi tikilir. A. Savrasovdan dərs alan o məktəbi qızıl medalla bitirir. Bu medalı o, "Hamamda" rəsminə görə alır. Əmisi və atası Bakıda işlədiklərinə görə tezliklə o da, 1880-ci illərin əvvəlində Bakıya gəlir. 1888-ci ildə Edel Marinski Qadın Gimnaziyasında rəsm dərsi keçməyə başlayır.
İohan Karpini
Covanni Plano Karpini və ya İoann Karpini (it. Giovanni da Pian del Carpine, lat. Iohannes de Plano Carpini; 1182 — 1 aprel 1252) — italiyalı fransiskan rahibi. Böyük Monqol imperiyasına səyahət etmiş ilk avropalı. Səyahətləri əsasında Historia Mongalorum quos nos Tartaros appellamus ("Bizim tatar adlandırdığımız, monqalların tarixi") və Liber Tartarorum ("Tatarlar haqda kitab") əsərlərini yazmışdır.
İohan Kepler
İohann Kepler (alm. Johannes Kepler‎; 27 dekabr 1571 – 15 noyabr 1630[…], Regensburq, Müqəddəs Roma imperiyası) — alman astronomu və riyaziyyatçısı; planetlərin hərəkət qanunlarını kəşf etmişdir. İohann Kepler Veyl-der-Ştadtda kasıb protestant ailəsində anadan olmuşdur. Monastır məktəbini, Tübingen akademiyası nəzdində ruhani seminariyasını və Tübingen akademiyasını bitirmişdir. Həmin məktəbin astronomiya müəllimi onu dünyanın heliosentrik sistemi ilə tanış etmişdir. 1594-cü ildən Qras Universitetində riyaziyyat və astronomiyanı tədris etmişdir. İlk əsərini ("Kainatın sirri") burada 1596-cı ildə yazmışdır. Dini təqiblərə görə Praqaya Tixo Bragenin yanına köçmüş, onun vəfatından (1602) sonra isə imperator II Rudolfonun yanında işləmişdir. Burada teleskopla bağlı "Dioptrika" (1611) əsərini yazmış, Bragenin müşahidələrində və Marsın hərəkətindəki qanunauyğunluqları öyrənmiş və Kepler qanunlarının ilk ikisini kəşf etmişdir. O, bu qanunları 1609-cu ildə yazdığı "Yeni astronomiya" kitabında qeyd etmişdir.
İohan Qutenberq
İohann Qutenberq (alm. Johannes Gutenberg‎; ən tezi 1393 və ən geci 1406[…], Mayns, Müqəddəs Roma imperiyası – ən geci 26 fevral 1468, Mayns, Mayns kurfürstlüyü, Müqəddəs Roma imperiyası) — bəşər tarixində ilk dəfə olaraq metal lövhələrin köməyi ilə kitab çapetmə üsulunu tətbiq etmiş alman ixtiraçı. Kitab çapında hərəkətli metal lövhələrin tətbiqi inqilab törədir. Avropada kitab istehsalı güclənir və bütün dünyaya geniş yayılmağa başlayır. O, renessans dövrünün açarı hesab edilir. Gutenberqin ilk çap olunan Bibliya öz yüksək keyfiyyəti ilə məşhurdur. Yohan Qutenberq təxminən 1397–1400-ci illərdə Mayns şəhərində anadan olmuşdur. Onun atası cənab Qensflayş ticarətdə çalışırdı. O, dövrün dəbinə görə Yohan Qensflayş öz soyadını dəyişərək, vaxt ilə yaşadıqları yerin adını götürür. 1411–1420-ci illərdə Qutenberq ailəsi patrisiya və vətəndaşlar arasında baş vermiş münaqişəyə görə Maynsdan Strasburq şəhərinə köçürlər.
İohan Şobert
İohan Şobert (d. 1720, 1735 və yaxud 1740?, Sileziya, Avstriya - ö. 28.8.1767, Paris, Fransa) — bəstəkar və klavesinçi.
İohan Şöneman
İohan Friedrix Şöneman ((alm. Johann Friedrich Schönemann‎;21 oktyabr 1704[…] – 16 mart 1782[…], Şverin) — alman dram aktyoru, teatr rejissoru və teatr xadimi. Uşaq ikən valideynlərini itirib və Blinerdə qohumlarının himayəsində böyüyüb. Uğurlu olan səhnə debütü 1724-cü ildə Hannoverdə baş tutdu. 1730-cu ildə Karolin Noyberin truppasına qoşulur. 1739-1750-ci illərdə Almaniyanın bir çox şəhərlərində (Lüneburq, Leypsiq, Hamburq, Breslau, Berlin, Braunşveyq) çıxış edən öz dram truppasının direktoru, 1750-1756-cı illərdə isəin Şversaray teatrının direktoru olub. Kristian Lüdviq 1753-cü ildə bu şəhərdə teatr akademiyasını qurdu. 1756-cı ildə Meklenburqlu Fridrix hakimiyyətə gəldikdən sonra Şverindən ayrılaraq yenidən aktyor oldu və əsasən Hamburqda çıxış etməyə başladı. Artıq 1757-ci ildə o, səhnəni tərk etmək qərarına gəldi və ömrünün son illərini Şverində keçirtdi. O, komik rolların məşhur ifaçısı idi, ancaq teatr üçün çox işlər görmüşdür, komik opera və musiqili komediyanın inkişafına töhfə verən teatr direktoru kimi şöhrət qazanmışdır.
İohan Şöner
İohan Şöner (alm. Johannes Schöner‎; 16 yanvar 1477, Karlştad – 16 yanvar 1547, Nürnberq) — bir çox sahədə iz qoymuş alman alimi. Keşiş, astronom, astroloq, coğrafiyaşünas, kosmoqraf, kartoqraf, riyaziyyatçı, qlobusların və elmi alətlərin istehsalçısı, elmi kitabların redaktoru və naşiri. 1543-cü ildə Nürnberqdə Şöner Kopernikin məşhur "Göy cisimlərinin fırlanması haqqında" kitabının nəşr olunmasında mühüm rol oynamışdır. Şönerin adına Marsda krater adlandırılmışdır. O, Erfurt Universitetində ilahiyyat təhsili almış, daha sonra Bamberqdə katolik keşişi olaraq işləmişdir. Orada, öz evində o, çap mağazası yaradaraq astroloji ədəbiyyat çap etməyə başladı. Şöner həm göy, həm də yer qlobuslarının yaradıcısı kimi tanınır, həmçinin yeni kəşf edilmiş Amerika materikinin təsvir edildiyi ilk yer qlobusunun. Şönerin qlobusu Nürnberq şəhər kitabxanasında saxlanılır. 1526-cı ildən, Nürnberqdə Melanxton Gimnaziyasının açılışından sonra Şöner orada riyaziyyat müəllimi oldu və 20 il bu vəzifədə qaldı.
Nil Mohan
Nil Mohan (14 iyul 1972, Lakhnau) — 16 fevral 2023-cü ildə Syuzan Voyçiçkidən sonra YouTube-un dördüncü və hazırkı CEO-su olan Hindistan əsilli amerikalı biznes meneceri.
Yohan Dayzenhofer
Yohan Dayzenhofer (30 sentyabr 1943[…], Zuzamaltheym[d], Bavariya) — alman biokimyaçısı, 1988-ci ildə kimya üzrə Nobel mükafatı laureatı. ABŞ Milli Elmlər Akademiyasının (1997) və Leopoldina (2003) üzvü. Almaniyada kiçik Zuzamaltheym şəhərində anadan olub. 1965–1971-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb. 1974-cü ildə Maks Plank Cəmiyyətinin Biokimya İnstitutunda Robert Huberin rəhbərliyi altında dissertasiya işini tamamladı. Yohan Dayzenhofer, Robert Huber və Hartmut Mişel 1988-ci ildə bakterial fotosintetik reaksiya mərkəzinin dəqiq strukturunu əldə edərək Kimya üzrə"Fotosintetik reaksiya mərkəzinin üçölçülü quruluşunu təyin etdiklərinə görə" Nobel Mükafatına layiq dörüldülər. 1988-ci ildə Y. Dayzenhofer Hovard Hyus Tibb İnstitutuna köçdü. Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzində biofizika kafedrasının professorudur. Avropa Akademiyasının üzvü (1989 il). Amerika Kristalloqrafiya Assosiasiyasının və Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının üzvü, Amerika Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin üzvü , Sigma Hi və s.
Yohan Qaltunq
Yohan Qaltunq (norv. Johan Vincent Galtung; 24 oktyabr 1930, Oslo – 17 fevral 2024, Berum, Akersxus[d]) — sülh və münaqişə tədqiqatları fənninin əsas banisi hesab edilən Norveç sosioloqu. O, 1959-cu ildə Oslo Sülh Araşdırmaları İnstitutunun (PRIO) əsas təsisçisi olmuş və 1970-ci ilə qədər onun ilk direktoru vəzifəsində çalışmışdır. Qaltunq həmçinin, 1964-cü ildə "Journal of Peace Research"i təsis etmişdir. 1969-cu ildə Oslo Universitetində sülh və münaqişə tədqiqatları üzrə dünyanın ilk kafedrasına təyin edilmişdir. O, 1977-ci ildə buradakı vəzifəsindən istefa vermiş və o vaxtdan bir neçə başqa universitetdə professorluq etmişdir. 1993–2000-ci illərdə Havay Universitetində Sülh Tədqiqatları üzrə görkəmli professor kimi dərs demişdir. O, 2015-ci ilə qədər Malayziya Beynəlxalq İslam Universitetində Qlobal sülh üzrə Tun Mahathir professoru olmuşdur. Qaltunqun 1969-cu ildə yazdığı "Zorakılıq, sülh və sülh tədqiqatları" adlı məqaləsində o, onu meydana gətirən zorakılığın üç əsas elementini müəyyən etmək məqsədilə sülh və münaqişənin öyrənilməsində istifadə edilən bir çərçivə olan "Münaqişə üçbucağı" nəzəriyyəsini təqdim etmişdir. Nəzəriyyə sülhün hamı tərəfindən qəbul edilmiş sosial məqsədlərlə müəyyən edilməsi prinsipinə əsaslanır, istənilən sülh dövləti zorakılığın olmaması ilə xarakterizə olunur.