QASI

(Kəlbəcər)
balıq növü adı. – Ay İmran, get bir-iki qası tut
QASƏ
QASLƏŞDİRMAX
OBASTAN VİKİ
Abbas Qasımov
Abbas Qasımov (snayper) — "Snayper Abbas" ləqəbli Qarabağ müharibəsi döyüşçüsü. Abbas Qasımov (20 Yanvar şəhidi) — 20 Yanvar şəhidi. Abbas Qasımov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.
Abbas Qasımov (20 Yanvar şəhidi)
Abbas Qasımov (tam adı: Abbas Şəmməd oğlu Qasımov; 10 iyun 1966, Balıqlı, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Abbas Qasımov 1966-cı il iyunun 10-da Ermənistan SSR, Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Abbasın 3 yaşı olanda atası vəfat etmişdir. 1988-ci ilin aprelində azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Köçmə zamanı evlərinin əşyaları yüklənmiş "Kamaz" maşını Gürcüstan istiqamətilə gedərkən aşmış, həmin maşında olan Abbas təsadüf nəticəsində sağ qalmışdır. Heç yerə işə düzələ bilmədiyindən müxtəlif yollarla günəmuzd çalışırdı (vaqon boşaltmaq, yük daşımaq, fəhləlik). 2 qardaşı, bir bacısı olmuşdur. Subay idi. == Qanlı Yanvar faciəsi == Həmin gün təxminən gecə saat 12-də bibisi oğlu[1] ilə evdən çıxmışdır. XI Qızıl Ordu meydanına çatar-çatmaz işıqlar söndürülmüş və hərbçilər dinc əhalini atəşə tutmuşlar.
Abbas Qasımov (mayor)
Abbas Rza oğlu Qasımov (17 mart 1986, Rəhimabad, Zəngibasar rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbas Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub. 6 yaşı olanda atasını itirən Abbas Qasımov, ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonunda deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993–2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003–2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Abbas Qasımov (snayper)
== Siyahı ==
Abbas Qasımov (snayperçi)
Abbas Qasımov (şəhid)
Abdal Qasım
Abdal Qasım — çoxsayda lətifə yaradıcısı, iştirakçısı kimi tanınan real folklor personajı. Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır.
Abutalıb Qasımov
Qasımov Abutalıb Ağa oğlu (25 may 1956, Culfa rayonu – 11 dekabr 2018) — Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri (1994–1995), Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini (1995–2000) == Həyatı == Abutalıb Qasımov 1956-cı il may ayının 25-də Culfa rayonunun Saltaq kəndində anadan olub. 1963–1973-cü illərdə orta məktəbdə təhsil alıb və oranı fərqlənmə attestatı ilə bitirib. 1974-cü ilin dekabr ayından 1975-ci ilin iyul ayına qədər Naxçıvan Dövlət Pedoqoji İnstitutunun hazırlıq şöbəsində oxumuşdur. 1975-ci ilin avqust ayından 1979-cu ilin dekabr ayınadək Naxçıvan Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1988-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasında qiyabi yolla təhsilini başa vurmuş, namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Abutalıb Qasımov 11 dekabr 2018-ci ildə qəflətən dünyasını dəyişmişdir. == Fəaliyyəti == 1973-cü ilin sentyabr ayından 1974-cü ilin dekabr ayına qədər Culfa rayonunun C. Cabbarlı adına kolxozunda fəhlə işləyib. 1979-cu ilin avqust ayından 1984-cü ilin avqust ayınadək Culfa rayonunun Saltaq kənd orta məktəbinin tarix müəllimi, 1984-cü ilin sentyabr ayından 1990-cı ilin iyul ayınadək həmin məktəbin direktoru işləmişdir. 1991-ci ilin avqust ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan Dövlət Unversitetində elmi katib, Azərbaycan tarixi kafedrasında baş müəllim, 1995-ci ilin dekabr ayından isə həmin kafedranın dosenti vəzifəsində işləmişdir. === Siyasi fəaliyyət === 1990-cı ilin iyun ayından 1991-ci ilin iyun ayınadək Culfa rayon Partiya Komitəsində şöbə müdiri, 1991-ci ilin iyun-avqust aylarında isə Naxçıvan Dövlət Universitetində ilk partiya təşkilatı katibi olaraq çalışmışdır.
Adil Qasımlı
Qasımlı Adil Möhsün oğlu (12 mart 1938, Naxçıvan) — şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü(1978), SSRİ Jurnalistlər İttifaqının üzvü(1986), Əməkdar İncəsənət Xadimi (1989). == Həyatı == Adil Qasımlı 12 mart 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri 2№-li orta məktəbi bitirib, Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində və Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır. Əsərləri və ərsəyə gətirdiyi televiziya verilişləri ilə milli ideyaların yayılmasına xidmət etməklə bərabər, müstəqillik uğrunda başlayan Azərbaycan Milli-Azadlıq Hərəkatında (1988–1991) aktiv mübarizə aparmışdır. == Yaradıcılığı == Gənclik dövrü sənət adamları üçün böyük sıçrayış və inkişaf dövrü kimi səciyyələnən ötən əsrin 60-cı illərinə təsadüf edən, yeni ruhlu şeirləri ilə görkəmli qələm ustalarının diqqətini özünə çəkən, ustad şair Adil Qasımlı müasir poeziyamızda əsərlərinin bədii-fəlsəfi yükü və özünün orijinal deyim tərzi ilə seçilib. Hələ sovet dönəmində "Azərbaycan", "Ulduz" kimi populyar bədii jurnallarda, "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Bakı" və "Baku" , "Sovet Naxçıvanı", "Şərq qapısı", "Ağrıdağ", "Güney" kimi qəzetlərdə mütəmadi olaraq şeir, rəy, ədəbi-tənqidi və publisistik əsərləri müntəzəm olaraq dərc edilmişdir. "Oqni nad Araksom" ("Огни над Араксом"), Ukraynada nəşr olunan "Bakinski voqni" ("Бакинсъкi вогнi"), Türkiyədə çap edilən "Nəqş-i Cahan Naxçıvan" ("Nakş-ı Cihan Nahçıvan"), "Sabir poeziya günləri", "Araz", "Araz nəğmələri", və müəllifin şeirindən adını almış "Qoy tanısın dünya səni" ədəbi almanaxlarına şairin bir çox şeirləri daxil edilmişdir."Əllər" şeiri Azərbaycan poeziyasından seçmələr—"Ən yaxşı 101 şeir" kitabına daxil edilmişdir. "Pıçıltılar", "Biz görüşəndə", "Dağlar, qalalar, babalar", "Qaranquş ömrü", "Sənə dönərəm", "Salam, sevgi" kitabları çap olunmuşdur.
Aida Qasımova
Aida Şahlar qızı Qasımova — Azərbaycan filoloqu. O, Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professoru Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiri, filologiya elmləri doktorudur. == Həyatı == Aida Qasımova 2 iyun 1957-ci ildə Azərbaycan SSR-nin Ağdam şəhərində Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Abbasovanın ailəsində anadan olmuşdur. O, 1975–1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində təhsil almışdır və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Qasımova 1980–1983-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində baş laborant, 1983–1986-cı illərdə həmin fakültənin aspiranturasında təhsil almışdır. O, 1986–1987-ci illərdə ADU-nun Elmi Kitabxanasında kitabxanaçı, 1987-–2003-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində müəllim, baş müəllim, 1995–2005-ci illərdə dosent, 2005-ci ildən Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professorudur. Qasımova həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiridir. O, Azərbaycan, ərəb, ingilis və rus dillərini bilir. == Elmi fəaliyyəti == Aida Qasımova 1989-cu ildə Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Ərəb ədəbiyyatında məqamə janrının yaranması" mövzusunda namizədlik (PhD), 2001-ci ildə AMEA-nın Ədəbiyyat İnstitutunda "Quran qissələri XIV–XVI əsrlər Azərbaycan ədəbiyyatının ideya bədii qaynaqlarından biri kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Pedaqoji fəaliyyəti == Professor Aida Qasımova elmlə yanaşı, təhsilin inkişafında da böyük xidmətləri var.
Alim Qasımov
Alim Həmzə oğlu Qasımov (14 avqust 1957, Nabur, Mərəzə rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1993), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). == Həyatı == === Erkən illəri === Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub. === Yaradıcılığı === ==== 1970-ci illər ==== 1979-cu ildə ilk çıxışı Azərbaycan Televiziyasında olub. ==== 1980-ci illər ==== 1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub. ==== 1990-cı illər ==== ==== 2000-ci illər ==== 2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.
Alış Qasımov
Qasımov Alış Məmiş oğlu (1960, Milabad, Jdanov rayonu) — hüquq elmləri doktoru, professor, Hüquq elmləri doktoru, Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri. == Həyatı == 1960-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuşdur. 1982-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuş və 1988-ci ildə oranı "Hüquqşünaslıq" ixtisası üzrə bitirmişdir. 1979-cu ilin aprelin 20-dən 1981-ci ilin iyunun 6-dək Sovet Ordusu sıralarında xidmət keçmişdir. 1988-ci ilin iyulun 11-dən 1989-cu ilin fevralın 20-dək Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsində kuryer, kargüzar və dəftərxana müdiri vəzifələrində işləmişdir. 1989-cu ilin fevralın 21-dən taleyini Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə bağlamış, metodist, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir. 1991-ci ildə istehsalatdan ayrılmadan ADU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının aspiranturasına daxil olmuşdur. 1995-ci ildə AR Prezidenti yanında AAK-nın qərarına əsasən kafedranın dosenti elmi adına layiq görülmüş, 2004-cü ilin dekabrından isə kafedranın professoru seçilmişdir. 2002-ci ilin fevralın 18-dən bu günə kimi Mülki proses, əmək və ekologiya hüququ kafedrasına rəhbərlik edir. Professor A. M. Qasımov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Dövlət və hüquq" bölməsinin katibi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının üzvü, AMEA-nın nəzdində Hüquq problemləri əlaqələndirmə Şurasının üzvü, "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri" adlı elmi-məcmuənin, "Qanun", "Dövlət və hüquq", "Hüquq və gənclik" jurnallarının, Azərbaycan Respbulikası Ali Məhkəməsinin Bülleteninin redaksiya heyətinin üzvüdür.
Amil Qasımov
Amil Famil oğlu Qasımov (8 fevral 1986, Kirovabad) — Azərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. 2016-cı ildə Kazanda baş tutan Avropa Çempionatının qızıl medalçısıdır. == Həyatı == Amil Qasımov 8 fevral 1986-cı ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. == Karyerası == Amil Qasımov 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Gürcüstanlı Kaxa Mamulaşvili ilə üz-üzə gəldi. Kaxa Mamulaşvili ilə qarşılaşmadan Amil Qasımov 3-1 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi Bolqarıstanlı samboçu idi.
Anar Qasımov
Anar Qasımov (tam adı: Anar Misir oğlu Qasımov ) — Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Qasımova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.
Aqil Qasımov
Aqil Qadir oğlu Qasımov (24 dekabr 1973, Zeynəddin, Naxçıvan rayonu) — Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxs, Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsinin, şöbə müdiri. == Həyatı == Aqil Qadir oğlu Qasımov 24 dekabr 1973-cü ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Babək rayon Zəynəddin kəndində ziyalı ailəsində anadan olmuşdur. 1981–1991-ci illərdə həmin kəndin S. Nadirli adına tam orta məktəbini oxumuşdur. 1991–1996-cı illərdə akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Kənd təsərrüfatı fakültəsinin aqronom ixtisasına daxil olmuş və alim-aqronom ixtisasını bitirmişdir. 1996–2001-ci illərdə Babək rayon Kərimbəyli kəndinin şərab zavodunda mikrobioloq vəzifəsində işləmişdir. 2001–2003-cü illərdə Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsində baş məsləhətçi aqronom işləmişdir. 2003–2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitunun Zooloji tədqiqatlar şöbəsinin onurğasızlar laboratoriyasında böyük elmi işçi vəzifəsində çalişmışdır. 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitunun disertantı olmuş, "Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən cücülər və onların entomofaqları" mövzusunda müdafiə etdiyi üçün ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2013-ü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən entomologiya ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. 1.
Arif Qasımov
Arif Qasımov (aktyor) — Azərbaycan rejissoru, aktyor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin başçısı. Arif Qasımov (deputat) — Naxçıvan Ali Məclisinin deputatı.
Arif Qasımov (aktyor)
Arif Qasımov (23 dekabr 1950 – 7 mart 2016) — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Arif Qasımov 1950-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirmişdir.3 il sonra,1971-ci ildə Mədəni Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna daxil olmuşdur. Fəxrəddin Manafovla bir yerdə Aktyorlar evində işləyən Arif Qasımov universitetdə onunla bir yerdə təhsil almışdır. Ondan sonra Moskvada Ali Rejissorluq Kursunda təhsilini davam etdirmişdir.Ağasadıq Gəraybəyli ilə Cahangir Mehdiyevin "Diplom işi" filmində çəkilmişdir. Üç il Gənc Tamaşaçılar Teatrında işıqçı olan Arif Qasımov uzun illər AzTV-də rejissor işləmişdir. İndiyə kimi 38 filmə çəkilmişdir. Rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşalarında, "Yoxlama" filmində və "Mozalan" satirik kinojurnalında yaddaqalan rollar ifa etmişdir. "Dağlı çörəyi" adlı film və silsilə verilişlərdə rejissorluq etmişdir.Ömrünün son illərində "Uşaq və Gənclər" redaksiyasında çalışmışdır. Arif Qasımov istedadlı aktyor və rejissor idi.
Arif Qasımov (deputat)
Arif Mikayıl oğlu Qasımov (6 sentyabr 1952, Sədərək, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının deputatı. == Həyatı == Arif Qasımov 6 sentyabr 1952-ci ildə Şərur rayonunun (indiki Sədərək rayonu) Sədərək kəndində anadan olmuşdur. 1959–1969-cu illərdə Sədərək kənd orta məktəbində təhsil almışdır.1974-cü ildə Bakı şəhər Maliyyə-kredit texnikomuna daxil olmuşdur. 1976-cı ildə mühasibat-uçotu ixtisasını, 2005-ci ildə isə Naxçıvan Dövlət Universitetinin İqtisad-hüquq Fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə bitirmişdir. 1974–1976-cı illərdə Sədərək üzümçülük Sovxozunun şərab zavodunda su nəzarətçisi, 1976–1978-ci illərdə Sədərək kənd Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin baş mühasibi olaraq çalışmışdır. === Ailəsi === Ailəlidir, 5 övladı var. == Siyasi fəaliyyəti == 1998-ci ildə Sədərək rayon İcra Hakimiyyətinin Sədərək rayonu üzrə icra nümayəndəsi olaraq çalışmışdır. 1999-cu ildən Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədridir. Həmçinin YAP Sədərək Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. Naxçıvan Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının üzvü olmuşdur.
Arif Qasımov (icra başçısı)
Arif Adil oğlu Qasımov — Nizami Rayon İcra Hakimiyyətinin başçısı (2015–2020). == Həyatı == Arif Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Xanlıqlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu "iqtisadçı" və Naxçıvan Dövlət Universitetini "hüquqşünas" ixtisasları üzrə bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə başladıqdan sonra Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. 2011–2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 11 iyul 2020-ci ildə tutduğu vəzifədən azad edilmişdir. Evlidir, üç övladı var.
Aslan Qasımlı
Aslan Qasımlı Murtuz oğlu (Aslan Kənan. d.1952 Bakı, Azərbaycan) — == Həyatı == 1952-ci ildə Bakıda anadan olub. == Təhsili == 1969-cг ildə Bakıda 240 nömrəli orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1983-cü ildə AEA-nın Ədəbiyyat institutunun dissertantı olub. 1986-cı ildə elmi işini birtirib. 1991-ci ilin iyun ayından Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi işçi, şöbə müdiri və director müavini vəzifələrində işləyib. == Əmək əaliyyəti == 1973–1975-ci illərdə təyinatı üzrə Neftçala rayonu Qaçaqkənd kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1975–1976-cı illərdə ordu sıralarında xidmət edib. Ordu sıralarından tərxis olandan sonra maarif sahəsində işini davam etdirib.
Bahadur xan Qasımlı-Avşar
Bahadur xan Əmirgunə xan oğlu Qasımlı-Avşar — Cənubi Azərbaycan azadlıq mücahidi, şair. == Həyatı == Bahadur xan Qasımlı-Avşar 1857-ci ildə Urmiya şəhərində anadan olub. 6 yaşı olarkən atasını itirmişdi. İlk təhsilini qardaşından almışdı. Sonra Urmiyada açılan Amerika gimnaziyasında oxumuşdu. 1906-cı ildə məşrutəçilərə qoşulmuşdu. Məcdüssəltənə Avşarla əməkdaşlıq etmişdi. 150 nəfər məşrutəçinin başçısı idi. Borucerddə Kazak dəstəsi ilə baş verən savaşda iştirak etmişdi. Həsən Müddərisin yaratdığı nazirlər kabinəsi dönəmində 6 ay Kirmanşahda ordu sıralarında xidmət etmişdi.
Balakişi Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. == Bioqrafiyası == Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. == "Nə? ==
Beufort qasırğası
Beufort qasırğası — Dünyada böyük diametrli və şiddətli qasırğa. Ölçüsünə görə saatda 75 mildən çox sürətlə dönərək əsir. Şərqi Sakit okean və Cənubi Atlantik okeanı xaric subtropik və tropik iqlim qurşağındakı bütün isti dənizlərdə sıx-sıx meydana gəlir. Avqust-sentyabr aylarında Antil adalarında daha çox özünü göstərir.
Bill qasırğası (2009)
Bill qasırğası (ing. Hurricane Bill) — 2009-cu ildə Şimali Atlantika hövzəsində qasırğa səviyyəsinə çatan ilk tropik siklondur və atmosfer spiral formalaşmasının diametrinə görə Atlantik okeanında ilk on ən böyük siklondan biridir. Kabo-Verde tipli Bill qasırğası 15 avqust şənbə günü Afrikanın qərb sahillərindən hərəkət edən və Kabo-Verde adaları ərazisində tropik çökəklik zonası yaradan isti hava dalğasından yaranıb. Qərb-şimal-qərb istiqamətində hərəkət edən siklonun konvektiv sistemi gün ərzində tropik tufan səviyyəsinə, daha sonra qasırğanın gücünə qədər güclənərək avqustun 17-dən 18-nə keçən gecə Saffir-Simpson təsnifat şkalası üzrə sabit küləyin sürəti 215 km/saat olmaqla dördüncü kateqoriyaya çatıb. Daha da irəlilədikcə, qasırğa şimala doğru istiqamətini dəyişərək, Bermud adalarının sərhədini keçbi tədricən zəifləməyə başladıqdan sonra Yeni Şotlandiya və Nyufaundlend ərazisinə keçir. Avqustun 23-də Bill şərq-şimal-şərq istiqamətinə dönərək ertəsi gün sürəti 120 km/saat olan davamlı elementar küləklərlə Kanadanın şərq sahilinə çatır. Qasırğanın yaratdığı dəniz dalğaları Kiçik və Böyük Antil adaları sahillərində, Baham adalarına və ABŞ-nin şərq sahillərinə dağıdıcı təsir göstərərək, iki nəfərin həyatına son qoyub. Bill Kanadanın şərqinə 1-ci kateqoriyalı qasırğa kimi çatıb, lakin ölkənin şərq hissəsindən keçərkən yeni insan tələfatının qarşısı alınıb. == Meteoroloji tarixi == 12 avqust 2009-cu ildə Afrikanın qərb sahillərində isti tropik dalğa yaranaraq, Atlantik okeanına daxil olub və qərbə doğru irəliləyir. ABŞ Milli Qasırğa Mərkəzinin mütəxəssisləri dalğanın tropik siklonlardan birinə çevrilmə ehtimalının yüksək olacağını proqnozlaşdırmışdılar, çünki onun hərəkəti geniş ərazidə başlayıb, yağış və tufan aktivliyi ilə müşayiət olunurdu.
Bəsti Qasımova