Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borxa Mayoral
Boxa Mayoral Moya-Real Madrid-in hücumçusu. Boxa Mayoral 5 aprel 1997-ci ildə İspaniyanın Parla şəhərində doğulub.Karyerasına İspaniyanın Real Madrid B klubunda başlayıb . Karyerasını sonradan Real Madridin əsas heyətində davam etdirib . 2016-cı ildə isə icarə əsasında İngiltərənin Volsfruq kamandasında davam edib. 2017-ci il yay transfer pəncərəsində isə icarə müdddəti bitdiyindən Real Madridə yenidən qayıtdı . == Klub karyerası == === Real Madrid === 2007-ci ildə Panama klubundan Real Madridə transfer olundu . Burada o, Real Madridin B Klububda oynamağa başladı. 2014-cü ildə isə Real Madridin B klubunda oynamağa başladı . 2014–2015 mövsümündə Borxa La Liqanın bütün oyunlarına çıxdı . Bu oyunlarda o,rəqib qapılarına 17 qol vurdu .
Mayorka
Malyorka ya Mayorka (isp. Mallorca, kat. Mallorca [maʎorka], [majorka]; lat. insula maior) — Aralıq dənizinin İspaniya sahillərinə aid Balear adalarından ən böyüyü, Barselona sahillərindən 170 km aralıda yerləşmiş ada. == Coğrafiyası == Sahəsi 3640,16 km², əhalisi 777 821 nəfərdir (2005). Ada turizm və kurort mərkəzi kimi çox məşhurdur. Malyorka Pityusa adası ilə birlikdə İspaniya daxilində muxtar region statusuna malikdir. Malyorkanın əsas inzibati mərkəzi Palma de Malyorka şəhəri sayılır. Rəsmi dil ispan və katalan dilləridir. Ümumi sahil uzunluğu 554 km-dir.
Muroran
Muroran (yap. 室蘭市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İburi sabprefekturada yerləşən şəhər.
SAYOKAN
Sayokan Türk millətlərinin ortaq döyüş sənətidir. "Sayokan" sözünün mənası — "SAvaşçının (döyüşçünün) YOlu və KANı (Qanı)" cümləsindəki sözlərin baş hecalarının birləşməsindən yaranıb. SAvaşçı (döyüşçü) sözü ilə ağıl və bədən gücünü istifadə edə bilmə qabiliyyəti və intizam; YOlu sözü ilə sülh, çalışqanlıq, sevgi, hörmət, adət və ənənələr; KANı ( Qanı) sözü ilə də tarixdəki qəhrəmanların birliyi, davamiyəti əks olunur. SaYoKan dünya döyüş sənətləri arenasında türk millətinin səciyyəsini, qabiliyyətlərini əks etdirən türk döyüş sənətidir. Döyüş sənətləri sahəsində kölə asılılıqdan xilas olma nöqtəsində gücünü, fərqliliyini ortaya qoyan bir döyüş sənətidir.
Ayran
Ayran - nehrədə yağı alınmış qatığın qalığı, yüksək kalorili qida məhsuludur. O qatığa su və duz əlavə etməklə də əldə edilir. == Tarixi == Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qatığın (yoqurdun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxmışdır. == Ümumi məlumat == Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye, ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarada yağ, zülalal və 0,7- 0,8%- dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğa və kələkoş bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər.
Mayan
Aşağı Mayan (Təbriz)
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Moran
Moran Germi şəhristanının bəxşlərindən biridir.bu bəxşin mərkəzi Zahra kəndində yerləşir.Germinin doğusunda yerləşən bu diyar quzey Azərbaycan sınırına yanaşiıdır.gözəl iqlimi var,meşələr,dağlar,gurultulu çaylar ,sərin sulu bulaqlar və sair.50dən artıq kənd bu bəxşə tabe`dir.
II Hayiran
II Hairan (ərəb. هيران إي‎) — Palmira şahzadəsi və kral Odenatın oğlu. == RTP 736 adlı möhür == Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur. Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur. == Kral Herodian və II Hairan == Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür. Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.Avqusta Tarixi, Odenatın Herod adlı (daha köhnə bir evlilikdən), Herenniyan adlı və daha bir çox oğlu olduğunu qeyd edir.
Lalisa Manoban
Lalisa Manobal və ya Lisa (tay ลลิษา มโนบาล; tay ปราณปรียา มโนบาล; 27 mart 1997) — 2016-cı ildə YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu "Blackpink"-in ana rəqqasəsi, reperi və yaşca ən kiçik üzvüdür. Lisa 2021-ci ilin sentyabrında "Lalisa" adlı tək albomu ilə solo debütü etdi. Albom Cənubi Koreyada satışa çıxarıldığı həftə ərzində 736.000-dən çox nüsxə satdı və o, bunu edən ilk qadın sənətçi oldu. Eyni adlı aparıcı sinqlı üçün klip çəkildi. Yayımlandığı ilk 24 saat ərzində YouTube-da 73,6 milyon baxış oludu və bu solo ifaçı tərəfindən platformada ilk 24 saat ərzində ən çox baxılan musiqi videosu olub. Lisa "Lalisa" sinqlı ilə 2 Ginnes Rekordu qırıb:"24 saat ərzində solo ifaçının YouTube-da ən çox baxılan musiqi videosu" və "Solo K-pop ifaçısının 24 saat ərzində ən çox baxılan YouTube musiqi videosu". Eyni zamanda "Lalisa" musiqisi ilə Lisa "MTV Musiqi Mükafatları"-da "Ən yaxşı K-pop" mükafatını qazanaraq bu mükafata layiq görülən ilk K-pop solo sənətçisi oldu. == Həyatı == === İlk illəri === Pranpriya Manobal 27 mart 1997-ci ildə Taylandda doğulub. Uşaq ikən adı Lalisa olaraq dəyişdirilib. 3 yaşındaykən atası vəfat edib və Banqkoka köçüb.
Lev Mayorov
Lev Nikolayeviç Mayorov (13 oktyabr 1969, Bakı – 1 fevral 2020, Novorossiysk, Krasnodar diyarı) — məşqçi. == Həyatı == Bakıda anadan olan Lev "Neftçi"nin yetirməsidir. 10 yaşında bu klubda futbolun sirlərini öyrənən Mayorovun ilk baş məşqçisi müstəqillik dönəmində flaqmanın əsas komandasında çalışan Tahir Əmiraslanov olub. Lev 1987-ci ildə "Neftçi"nin heyətində gənclər komandaları arasında SSRİ çempionatının qalibi olub. O, 1988 və 1989-cu illərdə Zaqafqaziya hərbi dairəsinin yığmasının heyətində Silahlı Qüvvələr kubokuna sahib çıxıb. Milli komandanln heyətində 2 oyun keçirən Mayorov 1994-cü ildə Trabzonda İsrail yığması ilə keçirilən rəsmi oyunda (0:2) iştirak edib. Futbolçu karyerası boyu həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış edən Mayorov daha çox Novorossiysk "Çernomorets"ində çıxışı ilə tanınıb. 1992-2005-ci illərdə bu komandanın şərəfini qoruyan Lev, ümumilikdə 417 görüşdə 37 qol vurub. Bunlar arasında 208 oyunda 13 qol Rusiya Premyer-Liqasına təsadüf edir. 2005-ci ildə futbol karyerasını bitirən Mayorov bundan bir il sonra – 2006-cı ilin iyunun 3-də vida oyunu keçirib.
Lisa Manoban
Lalisa Manobal və ya Lisa (tay ลลิษา มโนบาล; tay ปราณปรียา มโนบาล; 27 mart 1997) — 2016-cı ildə YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu "Blackpink"-in ana rəqqasəsi, reperi və yaşca ən kiçik üzvüdür. Lisa 2021-ci ilin sentyabrında "Lalisa" adlı tək albomu ilə solo debütü etdi. Albom Cənubi Koreyada satışa çıxarıldığı həftə ərzində 736.000-dən çox nüsxə satdı və o, bunu edən ilk qadın sənətçi oldu. Eyni adlı aparıcı sinqlı üçün klip çəkildi. Yayımlandığı ilk 24 saat ərzində YouTube-da 73,6 milyon baxış oludu və bu solo ifaçı tərəfindən platformada ilk 24 saat ərzində ən çox baxılan musiqi videosu olub. Lisa "Lalisa" sinqlı ilə 2 Ginnes Rekordu qırıb:"24 saat ərzində solo ifaçının YouTube-da ən çox baxılan musiqi videosu" və "Solo K-pop ifaçısının 24 saat ərzində ən çox baxılan YouTube musiqi videosu". Eyni zamanda "Lalisa" musiqisi ilə Lisa "MTV Musiqi Mükafatları"-da "Ən yaxşı K-pop" mükafatını qazanaraq bu mükafata layiq görülən ilk K-pop solo sənətçisi oldu. == Həyatı == === İlk illəri === Pranpriya Manobal 27 mart 1997-ci ildə Taylandda doğulub. Uşaq ikən adı Lalisa olaraq dəyişdirilib. 3 yaşındaykən atası vəfat edib və Banqkoka köçüb.
Maşiran (Meşkinşəhr)
Maşiran (fars. مشيران‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (199 ailə).
Origanum majorana
Mərzə (lat. Origanum majorana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == İstifadəsi == Mərzənin xammalı otdur. Tam çiçəkləmə dövründə birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri ilə zəngindir.Mərzə quru və təzə halda ətirli ədviyyat kimi kolbas hazırlan maşında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda, şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməklərdə) istifadə edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənayesində istifadə olunur. Mərzə otu tibbi praktikada mərkəzi sinir sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini stimullaşdıran vasitə kimi, iflic, astma, əsəb xəstəliklərində, öyümə-qusma zamanı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə tətbiq edilir.
Pranpriya Manoban
Lalisa Manobal və ya Lisa (tay ลลิษา มโนบาล; tay ปราณปรียา มโนบาล; 27 mart 1997) — 2016-cı ildə YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu "Blackpink"-in ana rəqqasəsi, reperi və yaşca ən kiçik üzvüdür. Lisa 2021-ci ilin sentyabrında "Lalisa" adlı tək albomu ilə solo debütü etdi. Albom Cənubi Koreyada satışa çıxarıldığı həftə ərzində 736.000-dən çox nüsxə satdı və o, bunu edən ilk qadın sənətçi oldu. Eyni adlı aparıcı sinqlı üçün klip çəkildi. Yayımlandığı ilk 24 saat ərzində YouTube-da 73,6 milyon baxış oludu və bu solo ifaçı tərəfindən platformada ilk 24 saat ərzində ən çox baxılan musiqi videosu olub. Lisa "Lalisa" sinqlı ilə 2 Ginnes Rekordu qırıb:"24 saat ərzində solo ifaçının YouTube-da ən çox baxılan musiqi videosu" və "Solo K-pop ifaçısının 24 saat ərzində ən çox baxılan YouTube musiqi videosu". Eyni zamanda "Lalisa" musiqisi ilə Lisa "MTV Musiqi Mükafatları"-da "Ən yaxşı K-pop" mükafatını qazanaraq bu mükafata layiq görülən ilk K-pop solo sənətçisi oldu. == Həyatı == === İlk illəri === Pranpriya Manobal 27 mart 1997-ci ildə Taylandda doğulub. Uşaq ikən adı Lalisa olaraq dəyişdirilib. 3 yaşındaykən atası vəfat edib və Banqkoka köçüb.
Robert Mantran
Robert Mantran (fr. Robert Mantran19 dekabr 1917[…], X arondisman (Paris)[d] – 24 sentyabr 1999[…], Eks-an-Provans[d]) — fransız tarixiçisi, türkoloq, islamşünas, Osmanlı tarixi mütəxəssisi. == Həyatı == Robert Mantran 1917-ci il yanvarın 19-da Parisdə anadan olmuşdur. Orta təhsilini Parisdəki Condercet Liseyində tamamlamışdır. Daha sonra Sorbon Universitetinin tarix və coğrafiya fakültəsini bitirmişdir. 1945-ci ildə École des Langues Orientales Vivantes məktəbindən də məzun olmuşdur. Robert Mantran 1963-cü ildə Tunis və Şimali Afrikada Osmanlı İmperatorluğunun varlığına dair hazırladığı iş ilə Sorbon Universitetində doktorluq işini tamamlamışdır. Təhsil həyatı boyu Bizans tarixi, Osmanlı tarixi, İslam tarixi və türkologiya ilə yaxından maraqlanmışdır. Məşhur fransız türkoloqları olan Jean Deny və Jean Sauvagetdən dərs almışdır. Bizans tarixi ilə bağlı araşdırmalar aparan Robert Mantran şəxsi marağı və dərs aldığı müəllimlərinin tövsiyəsi sayəsində daha çox Osmanlı tarixi sahəsinə keçmiş və araşdırmalarını bu yöndə aparmışdır.
Veniamin Mayorov
Veniamin Stepanoviç Mayorov (rus. Вениамин Степанович Майоров; 16 sentyabr 1930, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycanın mənzil-kommunal təsərrüfatı naziri (1980–1992), Azərbaycan SSR Ali Sovetinin VI–XI çağırış deputatı. == Həyatı == Veniamin Stepanoviç Mayorov 16 sentyabr 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, buranı dağ-mədən mühəndisliyi ixtisası üzrə başa vurmuşdur. Əmək fəaliyyətinə 1953-cü ildə "Leninneft" neft-qazçıxarma idarəsinin 11 saylı mədənində neftçıxarma operatoru kimi başlamışdır. Sonrakı illərdə neftçıxarma üzrə usta köməkçisi, ərazi müdiri, böyük mühəndis, sahə müdiri vəzifələrində çalışmışdır.Veniamin Mayorov 1961-ci ildə Lenin Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1963-cü ildə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədrinin müavini (1965-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini) təyin edilmiş və bu vəzifədə 1969-cu ilədək çalışmışdır. 1969–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti (1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti) İcraiyyə Komitəsi sədrinin birinci müavini olmuşdur.1980-ci ildə Veniamin Mayorov Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri təyin edilmiş və bu vəzifədə 1992-ci ilədək çalışmışdır. Azərbaycanda Rus İcması yaranandan (1993-cü ildən) burada sədr müavini, paralel olaraq 1997-ci ildən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışmışdır.Veniamin Mayorov 1959-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, altı çağırış (6–11-ci çağırış) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd, Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni, SSRİ medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir.
Manora qalası
Manora qalası — Debal qalası kimi də tanınır; Talpur sülaləsi tərəfindən 1797-ci ildə Karaçi limanının mühafizəsi məqsədi ilə tikilən qala. == Haqqında == Kəraçi limanının mühafizəsi məqsədi ilə inşa edilib. Manora çox da böyük olmayan yarımadadır. Sahəsi 2,5 km²-dir. Karaçi limanından cənubda yerləşir. Bu qala 1839-cu ildə ingilislər tərəfindən ələ keçirilir və bununla da Karaçi ingilislərin nəzarəti altına düşür. Manora qalası Talpur sülaləsi tərəfindən 1797-ci ildə limanın mühafizəsi məqsədi ilə tikilib. Bu liman vasitəsi ilə Oman və Bəhreynlə ticarət əlaqələri saxlanılırdı. Qala 90–110 fut hündürlükdə qaya üzərində tikilib, kiçik məscidi və dairəvi qülləsi də var idi. Qaladan Karaçi limanını təhdid edən və XIX əsrin əvvələrində ona hücumlar edən Qasimi piratlarına qarşı qorunmaq məqsədi ilə istifadə edilib.
Manora yarımadası
Manora və ya Manoro (urdu جزیرہ منوڑا) — elə də böyük olmayan (2.5 km²), Pakistanın Sind vilayətinə daxil olan Kəraçi şəhəri yaxınlığında yerləşən yarımada. Yarımada materiklə 12 kilometrlik bərzəxlə birləşir. Manora və qarışıq adalar Kəraçi limanının ətrafında qoruyucu baryer rolunu oynayır. Limanın qərbində yerləşən buxta sahilində, yarımada ilə Senspit adasında yoxa çıxmaq üzrə olan manqrov meşəsi vardır. Şərqində Kiamari və Klifton adlı çimərlik yaşayış məntəqələri vardır. Salehabad yarımadada yerləşən qədim balıqçi kəndidir. == Tarixi == Kəraçi və onunətrafında yerləşən yarımada hər zaman trateji əhəmiyyət daşımışdır. Bir çox traktatlarda onun adı çəkilir. Makedoniyalı İskəndər Vavilona yürüşü yarımadada yerləşən qədim Krokola limanından başlamışdır. Yarımadanı Osmanlı imperiyasıtəbəsi olan admiral Seyd Əli-rəyis ziyarət etmişdir.
Mayron Skoulz
Mayron Skoulz (ing. Myron Samuel Scholes) (1 iyul 1941[…]) — Kanadada anadan olmuş, ABŞ-də yaşayan iqtisadçı. 1997-ci ildə Robert Mertonla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Blek-Skoulz modelinin qurucularından biridir. Bütün binominal opsiyon modellərinin mənbəsi bu anlayışdır. == Həyatı == Mayron Skoulz 1 iyul 1941-ci ildə ailəsinin Böyük böhran dövründə köçdüyü Kanadanın Timmins şəhərində anadan olub. 1951-ci ildə ailəsi cənuba, Kanadanın Hamilton şəhərinə köçdü.Mayron Skoulzun anası xərçəng xəstəliyi səbəbindən öldü, sonra o, Hamiltonda qalmağa qərar verdi və McMaster Universitetinin iqtisadiyyat bölməsindən məzun oldu. McMasterdəki professorlardan biri Mayron Skoulzu sonradan İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Çikaqo Universitetinin iqtisadçıları olan Corc Stiqler və Milton Fridmenlə tanış elədi. İqtisadiyyat bölməsindən məzun olduqdan sonra Mayron Skoulz təhsilinə Çikaqo Universitetində davam etməyə qərar verdi. Burada təhsil alarkən maliyyənin nisbətən yeni sahələrini təkmilləşdirən iqtisadçılar, Eqini Fema və Merton Millerlə işləmək fürsətini əldə etdi.
Maysan (el)
Meysan mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Meysan mühafəzəsinin ərazisi 16.072 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 637.126 nəfərdir. 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.412.000 nəfərdir. İnzibati mərkəzi Əmarə şəhəridir .
Qvardiya mayoru
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
İda Mayrin
İda Mayrin (d. 30 oktyabr 1997) — İsraili təmsil edən bədii gimnast. İda Mayrin 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Mayrin həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == İda Mayrin 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina Levina və Karina Lixvar ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Ətirli ayovan
Azərbaycan Sayokan Federasiyası
Azərbaycan Alpaqut Federasiyası — Azərbaycanda türksoylu xalqların ortaq mədəniyyətini inkişaf etdirən yeganə idman təşkilatı. Mövcud adını 2014-cü ilin fevral ayından daşıyır. Mərkəzi Bakı şəhərindədir. Prezidenti iş adamı, Qüdrət Nuriyevdir. == Tarixi == Rəsmi fəaliyyətə Vasif Namazovun sayəsində 2008-ci ildən Mərkəz kimi başlamış və 14 mart 2014-cü ildə təsis olunmuşdur. == Təşkil etdiyi turnirlər == Yarandığı 14 mart 2014-cü il tarixdən etibarən son 06 aprel 2018-ci il tarixinə qədər 30 dan çox yarışlar həyata keçirmişdir.