Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Maat
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Must
Must - tam yetişmiş üzümdən alınan təzə sıxılmış təbii üzüm şirəsidir. == Hazırlanma qaydası == Must Üzüm Avropa və hibrid sortlarından hazırlanır. Must əsasən üzüm şirəsi kimi hazırlanır, lakin şəffaflaşdırılmır, təzə halda içilir və ya pasterizə edilib, izotermiki çənlərə tökülür. Ev şəraitində tutumu 3-5 l olan termoslara tökmək olar. Uzun müddət saxlanılmır. Must desert içki kimi süfrəyə verilir. Müalicəvi qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss olunmalı və hazırlandığı üzümün sortuna uyğun gəlməlidir. Kütləyə görə quru maddədən 14%-dən az, turşuluğu 1,0%-dən çox olmalıdır.
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. == Etimologiya == "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. == Tarixçə == Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
10 mart
10 mart — Qriqorian təqvimində ilin 71-ci günü. Bu tarixdə ilin sonuna 294 gün (uzun ildə 295 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1496 — Santo-Dominqo şəhərini təsis edəndən sonra Xristofor Kolumb komandanı qardaşına buraxaraq İspaniyaya yola düşüb. === 1601–1900 === === 1901–cari === 1922 — Mahatma Qandi Hindistanda həbs edildi, fitnəyə görə mühakimə olundu və altı il həbs cəzasına məhkum edildi, lakin appendisit əməliyyatına görə təxminən iki ildən sonra sərbəst buraxıldı. 1977 — Astronomlar Uranın halqalarını kəşf ediblər. 2000 — Dotkom köpüyü NASDAQ Composite birja indeksində 5,048,62 səviyyəsinə çatıb. 2020 — Antiqua və Barbuda, Boliviya, Honduras, Konqo Demokratik Respublikası, Monqolustan və Yamaykada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1735 — Gəncə yaxınlığında Nadir şah Əfşar və Rusiya arasında müqavilə imzalanıb. Rus qoşunları işğal olunmuş ərazilərdən çıxarılıb.
11 mart
11 mart — Qriqorian təqvimində ilin 72-ci günü. Bu tarixdə ilin sonuna 293 gün (uzun ildə 294 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1851 — Cüzeppe Verdinin "Riqoletto" operasının ilk tamaşası Venesiyada keçirilib. === 1901–cari === 1990 — Litva Sovet İttifaqından müstəqilliyini elan edib. 2006 — Çilinin ilk qadın prezidenti olan Mişel Baçeletin andiçmə mərasimi keçirilib. 2020 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunu pandemiya elan edib. Kot-d'İvuar, Qayana, Namibiya, Sent-Vinsent və Qrenadin, Seyşel adaları və Türkiyədə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1959 — Sumqayıtda ilk dəfə tramvay yolu istifadəyə verilmişdir. 1992 — Azərbaycan, Böyük Britaniya, Qvineya və Nigeriya arasında diplomatik əlaqələr qurulmuşdur.
12 mart
12 mart — Qriqorian təqvimində ilin 73-cü günü. Bu tarixdə ilin sonuna 292 gün (uzun ildə 293 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1913 — Avstraliyanın gələcək paytaxtı rəsmi olaraq Kanberra adlanıb. 1918 — Sankt-Peterburq 1713-cü ildən paytaxt statusun çox hissəsini saxlamasına baxmayaraq, Moskva yenidən Rusiyanın paytaxtı oldu. 1938 — Anşluss: Almaniya qoşunları Avstriyanı işğal edərək, Almaniyaya birləşdirdi. 1993 — Şimali Koreya Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsindən çıxacağını elan edir və müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməkdən imtina edib. 1999 — Keçmiş Varşava Müqaviləsi Təşkilatının üzvləri olan Çexiya, Macarıstan və Polşa NATO-nun üzvü olub. 2009 — Maliyyəçi Bernard Medoff Uoll-Strit tarixinin ən böyük fırıldaqlarından birində günahını etiraf edib. 2011 — Fukuşima-1 AES-də reaktor Senday zəlzələsi və sunamisindən bir gün sonra partlayaraq atmosferə radioaktivlik yayıb.
13 mart
13 mart — Qriqorian təqvimində ilin 74-cü günü. Bu tarixdə ilin sonuna 291 gün (uzun ildə 292 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1781 — Vilyam Herşel Uran planetini kəşf edib. === 1901–cari === 1988 — Yaponiyanın Aomori və Hakodate şəhərləri arasında dənizaltı seqmenti ilə dünyanın ən uzun tuneli olan Seykan tuneli açılıb. 2016 — Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində terror aktı törədilib. 2020 — Efiopiya, Keniya, Kosovo, Qazaxıstan, Qvatemala, Qvineya, Mavritaniya, Sent-Lüsiya, Sudan, Surinam, Uruqvay və Venesuelada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1909 — "Zənbur" jurnalı ilk dəfə nəşr olunub. 1995 Azərbaycan və Syerra-Leone arasında diplomatik əlaqələr qurulmuşdur. Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri dövlət çevrilişinə cəhd ediblər.
14 mart
14 mart — Qriqorian təqvimində ilin 75-ci günü. Bu tarixdə ilin sonuna 290 gün (uzun ildə 291 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1974 — Zair milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1976 — Mərakeş milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Ekvatorial Qvineya, Esvatini, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Ruandada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1996 — Azərbaycan və Seneqal arasında diplomatik əlaqələr qurulmuşdur.
15 mart
15 mart — Qriqorian təqvimində ilin 76-cı günü. Bu tarixdə ilin sonuna 289 gün (uzun ildə 290 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1564 — Moğol İmperatoru Əkbər şah qeyri-müsəlman təbəələrdən cizyə vergisini ləğv edib. === 1601–1900 === 1820 — Men ABŞ-nin 23-cü ştatı olub. === 1901–cari === 1917 — Rusiya çarı II Nikolay Rusiya taxtından imtina edərək 304 illik Romanovlar sülaləsinə son qoyur. 1990 — Mixail Qorbaçov Sovet İttifaqının ilk prezidenti seçilib. 2011 — Suriyada vətəndaş müharibəsi başlayıb. 2019 — Yeni Zelandiyada Kraystçerç məscidlərinə hücum nəticəsində 51 nəfər həlak olub. 2020 — Baham adaları və Özbəkistanda ilk dəfə COVID-19 qeydə alınıb.
16 mart
16 mart — Qriqorian təqvimində ilin 77-ci günü. Bu tarixdə ilin sonuna 288 gün (uzun ildə 289 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1968 — Vyetnam müharibəsi: ABŞ Silahlı Qüvvələri tərəfindən Cənubi Vyetnamın Sonq Tin bölgəsindəki silahsız əhaliyə qarşı Sonqmi qətliamını törətmişdir. 1978 — Qana milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1988 — Hələbcə şəhərinə zəhərli qaz hücumu: İraq kürdlərin məskunlaşdığı Hələbcə qəsəbəsi Səddam Hüseynin göstərişi ilə zəhərli qaz və sinir agentləri qarışığı ilə hücuma məruz qalmışdır. 1990 — Əlcəzair milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Benin, Qrenada, Liberiya, Somali və Tanzaniyada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Liviya arasında diplomatik əlaqələr qurulmuşdur.
17 mart
17 mart — Qriqorian təqvimində ilin 78-ci günü. Bu tarixdə ilin sonuna 287 gün (uzun ildə 288 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 180 — Kommod atası Mark Avrelinin ölümündən sonra on səkkiz yaşında Roma İmperiyasının yeganə imperatoru olur. === 1601–1900 === === 1901–cari === 1969 — Qolda Meir İsrailin ilk qadın baş naziri seçilib. 2020 — Barbados, Qambiya və Monteneqroda ilk dəfə COVID-19 qeydə alınıb.
18 mart
18 mart — Qriqorian təqvimində ilin 79-cu günü. Bu tarixdə ilin sonuna 286 gün (uzun ildə 287 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 37 — Roma senatı Tiberinin vəsiyyətini ləğv edir və Kaliqulanı imperator elan edib. 1571 — Valletta Maltanın paytaxtı olub. === 1601–1900 === === 1901–cari === 1965 — Sovet kosmonavtı Aleksey Leonov "Vosxod 2" kosmik gəmisini 12 dəqiqəyə tərk edərək açıq kosmosa çıxan ilk insan olub. 1984 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Qırğızıstan, Nikaraqua, Salvador, Uqanda, Yeni Kaledoniya və Zambiyada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1991 — Xəzər Universiteti təsis edilib. 2010 — Azərbaycan və Fici arasında diplomatik əlaqələr qurulmuşdur.
19 mart
19 mart — Qriqorian təqvimində ilin 80-ci günü. Bu tarixdə ilin sonuna 285 gün (uzun ildə 286 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1895 — Lümyer qardaşları yeni patentləşdirilmiş kinematoqraflarından istifadə edərək ilk kadrlarını çəkirlər. === 1901–cari === 1945 — İkinci Dünya müharibəsi: Adolf Hitler Almaniyadakı bütün sənaye sahələri, hərbi qurğular, mağazalar, nəqliyyat vasitələri və rabitə vasitələrinin məhv edilməsini əmr edən "Nero Fərmanı" verib. 1982 — Qana milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Çad, Fici, Haiti və Nigerdə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1994 — Bakı metropolitenində terror aktı baş vermişdir.
1 mart
1 mart — Qriqorian təqvimində ilin 62-ci günü. Bu tarixdə ilin sonuna 303 gün (uzun ildə 304 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 834 — İmperator I Lüdovik Frank krallığının yeganə hökmdarı olaraq yenidən hakimiyyətə gəlib. === 1601–1900 === 1803 — Ohayo ABŞ-nin 17-ci ştatı olub. 1867 — Nebraska ABŞ-nin 37-ci ştatı olub. 1867 — Antuan Anri Bekkerel radioaktiv parçalanmanı aşkar edib. === 1901–cari === 1947 — Beynəlxalq Valyuta Fondu təsis edilib. 1980 — Avstraliya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 1998 — "Titanik" dünya üzrə 1 milyard dollardan çox gəlir əldə edən ilk film olub.
20 mart
20 mart — Qriqorian təqvimində ilin 81-ci günü. Bu tarixdə ilin sonuna 284 gün (uzun ildə 285 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1852 — Harriyet Biçer-Stou "Tom dayının daxması" romanını nəşr edib. === 1901–cari === 1995 — Yapon kultu Aum Şinrikyo Tokio metrosuna zarin qazı ilə hücum edib. Hücumun nəticəsində 13 nəfər ölmüş, 6200-dən çox şəxs yaralanmışdır. 2003 — İraq müharibəsi: ABŞ, Böyük Britaniya, Avstraliya və Polşa İraqı işğal ediblər. 2020 — Kabo-Verde, Papua-Yeni Qvineya və Zimbabvedə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1919 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin "Şah İsmayıl" operasının premyerası keçirilmişdir., 1982 — Bakıda Cəfər Cabbarlının ev-muzeyi açılıb. == Doğumlar == === 1600-cü ildən əvvəl === E.ə.
21 mart
21 mart — Qriqorian təqvimində ilin 82-ci günü. Bu tarixdə ilin sonuna 283 gün (uzun ildə 284 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 9 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1970 — İlk Yer Günü elanı San Fransisko meri Cozef Alioto tərəfindən edilib. 1986 — Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2006 — Twitter sosial şəbəkəsi təsis olunub. 2020 — Anqola, Eritreya, Şərqi Timor və Tayvanda ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1735 — Çar Rusiyası və Səfəvilər arasında Gəncə müqaviləsi imzanlanmışdır.
22 mart
22 mart — Qriqorian təqvimində ilin 83-cü günü. Bu tarixdə ilin sonuna 282 gün (uzun ildə 283 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 10 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1894 — Monrealda buzda hokkey üzrə ilk dəfə Stenli Kuboku yarışı keçirilmişdir. === 1901–cari === 1933 — Üçüncü Reyx ilk nasist hərbi düşərgəsini Daxauda açmışdır. 1945 — Ərəb Dövlətləri Liqası təsis olunub. 1963 — The Beatles ilk albomu "Please Please Me" olan buraxmışdır. 1980 — Nigeriya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2016 — Belçikanın Brüssel şəhərində terror aktı törədilib. 2020 — Dominika və Suriyada ilk dəfə COVID-19 qeydə alınıb.
23 mart
23 mart — Qriqorian təqvimində ilin 84-cü günü. Bu tarixdə ilin sonuna 281 gün (uzun ildə 282 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 11 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1956 — Pakistan dünyada ilk İslam respublikası olub. 2020 — Beliz və Myanmarda ilk dəfə COVID-19 qeydə alınıb. 2021 — Süveyş kanalının girişində konteyner gəmisi 6 günlük tıxac yaradıb. === Azərbaycana aid hadisələr === 1961 — Marinski teatrında Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası keçirilmişdir. 1992 — Azərbaycan və Cənubi Koreya arasında diplomatik əlaqələr qurulmuşdur.
24 mart
24 mart — Qriqorian təqvimində ilin 85-ci günü. Bu tarixdə ilin sonuna 280 gün (uzun ildə 281 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 12 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1199 — İngiltərə kralı I Riçard Fransada döyüşərkən arbaletlə yaralanaraq, aprelin 6-da vəfat etmişdir. === 1601–1900 === 1603 — Şotlandiya kralı VI Ceyms I Elizabetin ölümündən sonra İngiltərə və İrlandiya kralı oldu. === 1901–cari === 2020 — Liviya, Laos və Sent-Kits və Nevisdə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1990 — Bağanis-Ayrım qətliamı baş vermişdir. 1992 — Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələr qurulmuşdur.
25 mart
25 mart — Qriqorian təqvimində ilin 86-cı günü. Bu tarixdə ilin sonuna 279 gün (uzun ildə 280 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 13 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1949 — 92.000-dən çox qolçomaq qəflətən Baltikyanı ölkələrdən Sibirə deportasiya edilib. 1975 — Səudiyyə Ərəbistanının kralı Feysəl ibn Əbdüləziz Əl Səud qardaşı oğlu tərəfindən öldürülüb. 2020 — Burundi, Mali və Qvineya-Bisauda ilk dəfə COVID-19 qeydə alınıb.
28 mart
28 mart — Qriqorian təqvimində ilin 89-cu günü. Bu tarixdə ilin sonuna 276 gün (uzun ildə 277 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 16 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1854 — Krım müharibəsi: Fransa və İngiltərə Rusiyaya müharibə elan ediblər. === 1901–cari === 1969 — Yunan şairi və Nobel mükafatı laureatı Yorqos Seferis BBC World Service-ə Yunanıstanda xuntaya qarşı çıxan məşhur bəyanatla çıxış edib. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Suriya arasında diplomatik əlaqələr qurulmuşdur.