sif. [
fars. ]
1. Sərxoş, kefli.
Ya balıq tutandır, tufana tutulmuş; Yaxud məst imiş kim, batmış və boğulmuş. A.Səhhət.
□ Məst etmək (eləmək) – kefləndirmək, sərxoş etmək. İçki onu məst etdi.
Məst olmaq – içib keflənmək, sərxoş olmaq.
Axır vaxtlarda Yusif … əlinə düşən pulu içkiyə verib tez-tez məst olurdu. S.S.Axundov.
[Ağa Mərdan bəy] … məst olaraq arvadı evdən çıxarıb … balkonda yatmağa məcbur edərdi. T.Ş.Simurq.
2. məc. Xoş və gözəl bir təəssüratdan təsirlənmiş, nəşələnmiş, keflənən kimi olmuş, bihuş olmuş, məftun olmuş.
Mən nəşeyi-ləli-ləbi-canan ilə məstəm; Saqi, mənə min-bəd meyi-nab gərəkməz. M.Ə.Sabir.
□ Məst etmək (eləmək) məc. – kefləndirmək, nəşələndirmək, bihuş etmək, məftun etmək.
Onu məst edərdi öz gözəlliyi; Gül-çiçək açardı gözündə hər yan. B.Vahabzadə.
Peçin üstündə qazançadan qalxan qızartma iyi Gülyazı məst elədi. Q.İlkin.
Məst olmaq məc. – gözəl bir şeyin təsirindən keflənmiş kimi olmaq, huşu getmək, məftun olmaq.
Yüzün gördü, şeyda könül, məst oldu; Nə hacət ki, həşr olduqca ayinə. M.V.Vidadi.
Səhər yerindən qalxıb həyətə çıxanda ətirdən məst olursan. Mir Cəlal.