Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miçman
Miçman (ing. michman) sözündən; hərfi mənası — "gəmi ortasındakı insan") — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində hərbçilərə verilən hərbi gəmi rütbəsi.
Məcnun
Məcnun — bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastaların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur. Məcnun həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada tenor səs olan Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski olmuşdur. Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktyor Nodar Şaşıqoğlu, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Əhməd Salahov canlandırmışlar. 2023-cü ildə Azərbaycan yazıçısı Vahid Məmmədlinin ilk dəfə nəsrlə yazılmış "Leyli və Məcnun" romanının baş qəhrəmanıdır. Nizamiyə qədərki ərəb mənbələrində Məcnun haqqında verilmiş rəvayətlər çox vaxt dumanlı və ziddiyyətli şəkildə nəql olunur. Bu səbəbdən həmin rəvayətlərin heç birində Məcnunun tarixi şəxsiyyət olması təsdiq olunmur. İ. Y. Kraçkovski yazır ki, Məcnun haqqında mövcud olan zəngin material heç də onun tarixi şəxsiyyət olmasını təsdiq etmir, əskinə, onu bir az da dolaşıq vəziyyətə salır. "Nəğmələr kitabı"nda bəni-Üməyyə dövrünün poeziyasını toplayan Əyyub ibn Əbayənin dilindən bu rəvayət verilir: "Mən, Amir qəbiləsində bu qəbilədən olan Məcnun haqqında nəsilbənəsil sorudum və onu tanıyan bir adam tapmadım".
Mican
Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır. Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir. 13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. 1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.
Mikun
Mikun — Rusiya Federasiyasında yerləşən şəhər Komi Respublikasına daxildir
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Kiçik miçman
Kiçik miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçman kimi rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Mithun Çakraborti
Mithun Çakraborti (16 iyun 1950, Kəlkətə) — tanınmış hind aktyoru. Mithun Çakraborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur. Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mithunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir. Bombeydə ətriyyat malları satan Mithun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər.
Mitxun Çakraborti

Mitxun Çakroborti

Məcnun Göyçəli
Məcnun Göyçəli (İbrahimov Məcnun Səməd oğlu; 2 iyun 1949, Kiçik Məzrə, Basarkeçər rayonu – 17 may 2021, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü. Məcnun Göyçəli 1949-cu il iyunun 2-də Qərbi Azərbaycanda Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Zod qızıl-filiz kombinatında fəhlə işləmişdir (1967–1973). Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1973–1979). Kiçik Məzrə kəndində kitabxana müdiri, kənd orta məktəbində pioner baş dəstə rəhbəri, "Vardenis" rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Aşıqlar Birliyi Sədrinin təsərrüfat üzrə müavini, yerli Həmkarlar İttifaqı Komitəsinin sədri, "Ozan" qəzeti baş redaktorunun müavini, redaktoru və Azaərbaycan Aşıqlar Birliyinin sədri işləmişdir (1989–2002). Ədəbi fəaliyyətə erkən başlamışdır, lakin şeirləri XX əsrin 80-ci illərindən "Azərbaycan", "Ulduz", "Göyərçin", "Kirpi" və s. jurnallarda, "Ədəbiyyat qəzeti"ndə, "Körpü", "Vətən səsi", "Şərq qapısı" qəzetlərində, eləcə də Türkiyə mətbuatında dərc olunmuşdur. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi İrəvan Yazıçılar Şurasının sədr müavinidir. "Vətən", "Azərbaycan bayrağı", "İnam", "Qızıl qələm", "Araz", "İman", "H. B. Zərdabi", "H. Z. Tağıyev", "Ustad sənətkar", "İlin nüfuzlu ziyalısı", "Fəzilıt", "Ziya" və başqa mükafatlar laureatıdır. 2002-ci ildən Azərbaycan Müasir Müsavat Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviridir.
Məcnun Hacıbəyov
Məcnun Salam oğlu Hacıbəyov (5 oktyabr 1935, İkinci Nügədi, Quba rayonu – 16 noyabr 2021) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1989). Məcnun Hacıbəyov Quba rayonunun İkinci Nügədi kəndində yaşamışdır. 1935-ci ilin 5 oktyabrında rayonun II Nügədi kəndində doğulan aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. Akyorluq istedadını isə elə uşaq yaşlarından hiss etməyə başlayıb. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Aktyor yalnız "Solğun çiçəklər" tamaşında "Əbdül" rolunu oynamadığı üçün heyfislənir. 1999-cu ilin 13 iyulunu həyatının ən ağrılı günlərindən biri kimi xatırlayır. Həmin gün aktyorun ömür gün yoldaşı Zahidə xanım 57 yaşında faciəli şəkildə dünyasını dəyişib. Bir neçə ildir ürəyinə görə müalicə alır.
Məcnun Kərim
Məcnun Kərimov (1 sentyabr 1945, Şəki, Sisian rayonu – 2 oktyabr 2013, Bakı) — Azərbaycan musiqişünası, sənətşünaslıq namizədi, "Qədim musiqi alətləri" Dövlət ansamblının yaradıcısı və bədii rəhbəri. Azərbaycan Respublikası Xalq Artisti. Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1959–1963-cü illərdə Ağdam rayon orta ixtisas musiqi məktəbində təhsilini başa vurduqdan sonra, 1967-ci ilə kimi Zəngilan rayonu yeddi illik uşaq musiqi məktəbinin direktoru işləyib. 1972-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsini bitirərək pedaqoji fəaliyyətlə məşğul olub. Elə həmin ildən etibarən orta əsrlərdə Azərbaycanda istifadə edilmiş, dövrümüzə gəlib çatmamış, unudulmuş qədim musiqi alətlərini öyrənilməsi və bərpasi istiqamətində elmi-tədqiat işlərinə başlayıb. 1975-ci ildə o, artıq ilk qədim musiqi alətinin nümunəsini hazırlamış, nəticədə neçə-neçə elm və mədəniyyət xadimlərinin böyük dəstəyini qazanmışdı. Məcnun Kərimov 1991-ci ildə Bakı Musiqi Akademiyasında ‘‘Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi’’ elmi laboratoriyasını yaratdı. Həmin ildən elmi laboratoriyanın müdiri vəzifəsində çalışıb. Burada unudulmuş 11 müxtəlif musiqi alətini (çəng, barbət, çəqanə, çoğur, tənbur, səntur, rübab, rud, qopuz, ney, nüshə) bərpa edib, onların müxtəlif surətlərini hazırlayıb.
Məcnun Kərimov

Məcnun Vahidov
Məcnun Vahidov — Azərbaycanlı müəllim-pedaqoq, yazıçı-ssenarist. Texnika elmləri namizədi, dosent. Məcnun Abdulvahid oğlu Vahidov 27 iyul 1946-cı ildə Ağdaşda anadan olub. 1969-cu ildə AzNKİ-nun Neft-mexanika fakültəsini bitirib və ömrününü sonuna kimi də bu təhsil ocağında çalışıb. Mancanaq dəzgahların optimal layihələşdirilməsi ilə məşğul olub. 80 elmi əsərin və 10 ixtiranın müəllifidir. Şahmat bəstəçiliyi üzrə idman ustası idi. "Şahmat bəstəçiliyi" və "Karavan mansub na Velikom Şelkovom" kitablarının müəllifidir. Azərbaycan Şahmat Federasiyası nəzdində şahmat bəstəçiliyi üzrə komissiyasının sədri və Azərbaycanın yığma komandasının kapitanı olub. 200-ə qədər şahmat məsələləri və etüdləri tərtib edib və bunların bir qismi beynəlxalq müsabiqələrdə mükafat qazanıb.
Nadiya Mimoun
Nadiya Mimun (28 dekabr 1978) — Fransanı təmsil edən bədii gimnast. Nadiya Mimun Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Məcnun Məmmədov
Məcnun Qadir oğlu Məmmədov (15 sentyabr 1983, Mincivan, Zəngilan rayonu) — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2023-cü ildən). Məcnun Məmmədov 1983-cü ili sentyabrın 15-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.Əslən Cəbrayıl rayonu Böyük Mərcanlı kəndindəndir. O 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Ümumi İqtisadiyyat: Mühasibat uçotu və Audit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr təhsili almışdır. 2017-ci ildə ABŞ-də aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olmuşdur. Məcnun Məmmədov əmək fəaliyyətinə "AER" MMC-də başlayıb. 2010–2011-ci illərdə həmin qurumun direktoru olub. Daha sonra 2011–2018-ci illərdə "Paşa Holdinq"ə bağlı olan "PMD Group" şirkətində müxtəlif vəzifələrdə çalışıb. Məcnun Məmmədov həmçinin "Modern Group", "Deloitte", "ABN AMRO Bank Kazakhstan" şirkətlərində müxtəlif vəzifələri icra edib. 2018-ci ildən "Agro Food İnvestment" MMC-də direktor olub. 14 aprel 2023 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məcnun Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilmişdir.
Eicun Kiyokumo
Eicun Kiyokumo (yap. 清雲栄純; 11 sentyabr 1950, Encan[d], Yamanaşi) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 42 oyun keçirib.
Midun rayonu
Midun rayonu (çin. sadə. 米东区, pinyin: Mǐdōng qū, uyğ. میدونگ رايونى, uyğ. Midong Rayoni) — Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi dairəsində yerləşən şəhər tabeli rayon.
Nadiya Mimun
Nadiya Mimun (28 dekabr 1978) — Fransanı təmsil edən bədii gimnast. Nadiya Mimun Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Aşağı Məcnun (Çaldıran)
Aşağı Məcnun (fars. مجنون سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (29 ailə).
Elvin Səfərov (miçman)
Elvin Ramiz oğlu Səfərov (10 dekabr 1989, Soru, Lerik rayonu – 31 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı miçmanı, dəniz pişiyi, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Elvin Səfərov 1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində anadan olub. 1996–2007-ci llərdə T. Cəfərov adına Soru kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Elvin Səfərov 2008–2009-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xüsusi təyinatlıların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Qısa müddət ərzində Xüsusi təyinatlıların kurslarını yüksək qiymətlərlə bitirmişdir. "Aprel" döyüşlərinin iştirakçısı olmuşdur. Türkiyədə, Belarusda, Qazaxıstanda, Yunanıstanda və s. ölkələrdə kurslar keçmiş, hərbi təlim və yarışlarda "SNAYPER" üzrə ölkəmizi təmsil etmiş, dəfələrlə yüksək nəticələr qazanmışdır. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücum" (SAH) xüsusi təyinatlı qüvvələrinin miçmanı olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı ilk olaraq Tərtərin Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərə qatılmış, çox aktiv iştirak edərək düşmənin canlı və cansız hədəflərinin məhv edilməsində qəhrəmanlıq göstərmişdir. Verilən tapşırıq əsasında miçman Elvin Səfərov Talış kəndin, Hadrutun, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşmışdır.
Leyli və Məcnun
Leyli və Məcnun (ərəb. مجنون و ليلى‎, fars. لیلی و مجنون‎, özb. Layli va Majnun) — Yaxın Şərq xalqlarının folklorunda geniş yayılmış dastan-rəvayətdir. Tarixi hadisələrə əsaslanan rəvayət VII əsrdə müasir Səudiyyə Ərəbistanı ərazisində yaşamış Qeys ibn Muləvvəh adlı gəncin həyatı və Leyli adlı qıza olan nakam sevgisindən bəhs edir. Leyli və Məcnunun faciəvi hekayəsi Yaxın Şərq və Cənubi Qafqaz xalqlarının mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. 1186-cı ildə Nizami Gəncəvi həmin rəvayət əsasında ilk dəfə poema yazmışdır. Leyli və Məcnun mövzusu Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyni adlı operasında öz əksini tapmışdır. Azərbaycan poeziyasının klassiki Məhəmməd Füzuli də 1536-cı ildə Leyli və Məcnun mövzusunda Azərbaycan dilində poema yazmışdır. 2023-cü ildə XXI əsrin ədəbi hadisəsi olan Azərbaycan yazıçısı Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı çap olundu.
Məcnun heyvanlar arasında
Məcnun heyvanlar arasında — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Leyli və Məcnun" poemasında, Leylinin atasının elçilərə etiraz etməsindən sonra, Məcnun insanlardan uzaqlaşaraq səhrada yaşamağa qərar verir. Vaxt keçdikcə o, vəhşi heyvanlarla dostlaşır, dərdlərini onlarla bölüşür. Üslub və dəst-xəttinə görə Ağa Mirəkə aid edilən miniatür, zəngin koloriti, mənzərənin göz oxşayan məziyyəti ilə seçilir. Lakin, bu məziyyət süjetin kədərli səciyyəsi ilə bir yerə sığmır. Miniatürün bütün səthi qayalıq dağlara, Yamaclardan kükrəyən qaynaqlara, ala-bula gövdəli tozağacı və sərv ağaclarına, bəyaz çiçək və kollara qərq olmuşdur. Belə lirik səpkidə verilən mənzərə ağac kölgəsində yatan nakam bir eşq mücəssəməsi və onun iztirabları ilə təzad təşkil edir. Miniatürün aşağı hissəsində təsvirin aid olduğu səhnədən beytlər yazılmışdır.
Vüsal Məmmədov (miçman)
Yuxarı Məcnun (Çaldıran)
Yuxarı Məcnun (fars. مجنون عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 204 nəfər yaşayır (39 ailə).