Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sudak (şəhər)
Sudak (ukr. Судак, krımtat. Sudaq, Судакъ) — Krım yarımadasının cənubunda, respublika tabeli şəhər. Qara dəniz sahilində yerləşən Sudak şəhəri turizm və şərabçılıq mərkəzi kimi tanınır. Sudak dairəsinin inzibati mərkəzidir. Osmanlı dövründə şəhər Sudak adını almışdır və indi də bu adı daşıyır. Adın mənası kırım-tatar dilində suv — su, dak — dağ deməkdir. Yəni suda olan dağ və ya su altında dağlar. Sudak Krım yarımadasının cənub-şərq sahilində, Aluşta şəhərində 47 km şimali-şərqdə və Feodosiyadan 42 km cənub-qərbdə yerləşir. Şəhər eyni adlı çayının vadisində, Sudak körfəzinin sahilindədir.
Ufuk Budak
Ufuk Budak Almaniya çempionatında oynayan türk əsilli futbolçu, Türkiyənin Əskişəhərspor və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi. Ufuk Budak - 26 may 1990 tarixində, Almaniyanın Heidenheim şəhərində anadan olub. Milliyətcə türkdür. Uşaqlıqda "SSV Ulm" klubunun futbol akademiyasında oynamağa başlayır. 2009-cu ildən həmin akademiyanın gənclərdən ibarət futbol komandasında oynamağa başlayır. 2010-cu ildə Frayburq klubunun ikinci heyətinə transfer edilir. 2012-ci ildə isə Ufuk Türkiyə Superliqasında mübarizə aparan “Əskişəhərspor” klubuna ktransfer olunur. 22 yaşlı yarımmüdafiəçi “qara-qırmızılarla” 3 illik müqavilə imzalayır. 2016-cı ilin İyun ayinda Kayserispor klubuna 14 milyon avro müqabilində transfer olub. 2010-cu ildən Ufuk Budak Azərbaycanın U-21 komandasında oynamağa başlayır.
Ufuq Budak
Ufuk Budak Almaniya çempionatında oynayan türk əsilli futbolçu, Türkiyənin Əskişəhərspor və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi. Ufuk Budak - 26 may 1990 tarixində, Almaniyanın Heidenheim şəhərində anadan olub. Milliyətcə türkdür. Uşaqlıqda "SSV Ulm" klubunun futbol akademiyasında oynamağa başlayır. 2009-cu ildən həmin akademiyanın gənclərdən ibarət futbol komandasında oynamağa başlayır. 2010-cu ildə Frayburq klubunun ikinci heyətinə transfer edilir. 2012-ci ildə isə Ufuk Türkiyə Superliqasında mübarizə aparan “Əskişəhərspor” klubuna ktransfer olunur. 22 yaşlı yarımmüdafiəçi “qara-qırmızılarla” 3 illik müqavilə imzalayır. 2016-cı ilin İyun ayinda Kayserispor klubuna 14 milyon avro müqabilində transfer olub. 2010-cu ildən Ufuk Budak Azərbaycanın U-21 komandasında oynamağa başlayır.
Rafflesia tuan-mudae
Rafflesia tuan-mudae (lat. Rafflesia tuan-mudae) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Amuda
Amuda (ərəb. عامودا‎‎, kürd. Amûdê) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Əl-Qamışlı rayonunun Amuda nahiyəsində şəhər. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Suriya Demokratik Qüvvələrinin idarəsi altındadır. Amuda Suriyanın Türkiyə ilə olan sərhədində, Əl-Həsəkə şəhərinin 83 kilometr (52 mil) şimalında, Əl-Qamışlı şəhərinin 31 kilometr (19 mil) şərqində, Əl-Qamışlı ilə Rəsulayn arasındakı yolun üzərində yerləşir. Amuda dəniz səviyyəsindən 461 metr yüksəklikdə yerləşir. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir. Şəhər əhalisinin 90%-ni kürdlər və yezidilər təşkil edir. Həmçinin, şəhərdə əhəmiyyətli bir ərəb icması, eləcə də bir aysor ailəsi yaşayır.
Dukak
Dukak — Məliknamə ənənəsinə görə Səlcuq sülaləsinin əcdadı hesab edilir. Dövlət xadimi və hərbçi olmuşdur. Oğuz dövlətində böyük nüfuzu olan Dukaka hərbi nəaliyyətlərinə görə "dəmir yaylı" ləqəbi verilmişdi. Ox və yayın oğuzların mədəniyyətində hakimiyyət rəmzi olması səbəbindən bəzi tarixçilər onun subaşı olduğunu düşünürlər. Böyük Səlcuq imperiyasının qurucusu olan Toğrul bəyin babası olan Dukak, Səlcuq sülaləsinin də babası sayılır. Dukakın soyundan gələn Sultan Alp Arslan (1063-1072) dövründə şifahi qaynaqların toplanması nəticəsində yazılmış qaynaqdır. Bu əsərin Səlcuqların erkən dövr tarixi və Dukakln şəxsiyyəti barədə məlumat əldə etmək üçün əsas qaynaq olduğu ehtimal edilir. Bu əsərdə Dukak bəy barədə məlumat sülalənin ən yaşlı üzvlərindən və genologiya barədə geniş məlumata sahib Əmir İnanc bəy tərəfindən verilmişdir. Məliknamənin günümüzə qədər gəlib çıxmamasına baxmayaraq, bu məsələ ilə bağlı bəzi məlumatlar digər əsərlərdə qorunmuşdur və bu əsərlərə Məliknamədən keçmişdir. Məsələn, İbn əl-Əsirin əl-Kamil fit-Tarix (1231-ci il), İbn HÜseyninin Əkbər əl-Dövlət əl-Səlcuqiyyə (XIII əsrin əvvəlləri), Bar Hebraeusun Xronikon Syriakum (XIII əsrin ortaları), Mirxvəndin Ravzat əş-Şəfa əsərlərində Dukak bəy barədə məlumatlar vardır.
Judas
Judas — amerikalı pop ifaçısı Lady Gaganın Born This Way adlı albomundan 2011-ci ilin aprel ayının 15-də yayımlanmış sinqlı. Judas Lady Gaga-nın qarşıdan gələn ikinci albomu — "Born This Way" albomundan ikinci sinqldır. Sinql dünya səviyyəsində 15 aprel, 2011-ci ildə yayımlanmışdır. Sinqlın yayımlanma tarixi Interscope Records tərəfindən 4 gün əvvəl müəyyəm edilmişdir. Sinqlı Lady Gaga və RedOne tərəfindən yazılmış və istehsal edilmişdir. Judas bir rəqs musiqisidir. Musiqinin mövzusu bir qadın və bir kişinin sevgisində olan xəyanətdən bəhs edir. Judas sinqlı Gaganın daha əvvəlki Poker Face, LoveGame, Bad Romance, Alejandro kimi musiqilərinə bənzəyir və house sinqlda house ritmləri mövcuddur. Sinqlın coveri qara fonda qırmızı hərflə, Impact adlı şriftlə yazılmış dizayndan ibarətdir. Tənqidçilər Judas və Bad Romance sinqlları arasında bir çox oxşarlıqlar görür.
Jumak
Jumak (kor. 주막) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Kodak
Kodak — fototexnika və kinoməhsullar istehsal edən məşhur ABŞ şirkəti. Mənzil-qərargahı ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində yerləşir. Şirkət səhmləşdirilib və azad satışdadır. 2011-ci ilin yanvarına əsas səhm sahibləri aşağıdakılar idi: Legg Mason Capital Management (21,6 %). Vanguard Group (5,5 %). BlackRock Institutional Trust Company (5,1 %).
Lünak
Lünak (fr. və oks. Lunac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12135. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 450 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 217 nəfər arasında (15-64 yaş arasında) 164 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə 71.6%).
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Mayak
Mayak ya da dəniz fənəri — gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlarında inşa olunan hündürmərtəbəli tikiliyə verilən ad. Poçt markası Ukrayna mayakları Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine Ukraynada mövcud olan mayaklar «Школы Яхтенного Капитана».
Medal
Nişan və ya Medal (fr. medaille, lat. metallum) — dövlət, cəmiyyət və ya ictimai təşkilat qarşısında xüsusi xidmətlərin mükafatlandırılması və ya hansısa yubiley münasibətilə insanların təltif edilməsi üçün üstü qabarıq şəkilli və səbəbi göstərilən yazısı olan metallik (çox zaman dairəvi) nişan. Medalın üz (avers) və arxa (revers) tərəfi olur. Bir sıra hallarda arxa tərəfində medalın sıra nömrəsi qeyd edilir. Bir çox hallarda medallar kolodkaya (üzərinə xüsusi rəngli parça sarınmış metal lövhə) bərkidilir. Medalların əksəriyyəti arxasındakı iynə ilə sinədən yuxarı paltara bərkidilir. Medallar aşğıdakı tiplərədə olur : Dövlət medalları Azərbaycan Demokratik Cumhuriyyətinin medalları Azərbaycan medalları SSRİ medalları ABŞ medalları Nazirlik medalları İctimai təşkilatların medalları Xarici ölkə medalları Türkiyə medal və dövlət nişanları Rusiya medalları Həmçinin: Stolüstü medal Məktəb medalı İdman medalı Böyük Britaniya qanunlarına görə hökumətin razılığı olmadan Britaniya tələbələri xarici ölkələrin dövlət mükafatlarını qəbul edə bilməzlər.
Medan
Medan — İndoneziyanın Şimali Sumatra əyalətinin paytaxtı. Sumatranın ən böyük şəhəri və İndoneziyada şəhərlərin ölçüsünə görə 2016-cı ildə təxmini əhalisi 2.229.408 olan beşinci ən çox əhalisi olan şəhərdir. Rəsmi olaraq Mebidanqro (metropol olaraq) olaraq bilinən Medan metropol bölgəsində 4.6 milyon insan yaşayır.Bu ölkənin beşinci ən böyük metropol bölgəsidir və Yava xaricində ən böyükdür. Medan çox mədəniyyətli bir paytaxt və Malakka boğazı ilə həmsərhəd bir ticarət şəhəridir. İndoneziyanın qərb hissəsinə açılan bir qapı olan Medan Belavan limanı və Kualanamu Beynəlxalq Hava Limanı tərəfindən dəstəklənir, hər ikisi də şəhərin mərkəzinə pullu yol və dəmir yolu ilə bağlanır. Milli İnkişaf Planlaşdırma Agentliyinə görə Medan Cakarta, Surabaya və Makasarla yanaşı İndoneziyanın dörd əsas mərkəzi şəhərlərindən biridir.
Medik.
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Metak
METAK metal və plastik avadanlıqlar istehsal edən və satışını təşkil edən Azərbaycan şirkətidir. Şirkət tikinti, binaların su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsulların istehsalı,satışı həmçinin yükdaşıma, kimyəvi analiz ilə məşğuldur. Şirkət fəaliyyətə 1997-ci ildə ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə başlamışdır. Ardınca polad döymə məmulatları, darvazalar və sifariş əsasında bütün bu tipdə qaynaq işləri ilə məşğul olan ilk sexini qurur. 2002-ci ildə hər növ tikinti işkələləri və inşaat dirəkləri istehsal etməklə bu sex artıq mini zavoda çevrilmişdir. 2003 cü ildə Şirkət, 25mm-dən 325mm-dək müvafiq ölçülərdə polad dirsək və keçidlərin istehsalı ilə məşğul olmağa başlayır. 2017-ci ilin sonlarında şirkət Bakı Fond Birjasında istiqrazların buraxılmasına başlayır. 2017-ci ildə Şirkət Balaxanı Sənaye Parkının rezidentlərindən biri olur. 2017-ci ildə şirkət Sumqayıt Sənaye Zonasında 3 hektar sahədə şüşə-lifli polipropilen və bazalt lifi istehsalı zavodu tikəcəyini elan edir. 2017-ci ili uğurlu keçirən şirkətə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə kredit ayırır.
Midas
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı. Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır). БСЭ.səh.799.
Muadan
Muadan (fr. Moydans, oks. Moidans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05091. 2008-ci ildə əhalinin sayı 50 nəfər təşkil edirdi. 2007-ci ildə 29 yaşda (15–64 yaş arasında) 23 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,3%, 1999-cu ildə 82,1%). Aktiv olan 23 nəfərdən 21 nəfəri (14 kişi və 7 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Banksia audax
Banksia audax (lat. Banksia audax) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Bolşoy Mediak
Bolşoy Mediak — Çelyabinsk vilayəti, Arqayaş rayonunun Kuluyevo kənd yaşayış məntəqəsində kənd. Kən rayonun cənub-şərq hissəsində, Mediaak gölünün sahilində yerləşir. Kuluyevin mərkəzinə gedən yol boyunca məsafə 12 km-dir. Kənd 19-cu əsrin 2-ci yarısında Muxametqulu volostunda (Orenburq quberniyasının Çelyabinsk qəzası) qurulmuşdur. Vətəndaş müharibəsi illərində burada qırmızıların iyirmi yeddinci atıcılıq diviziyası və ağların on üçüncü Sibir atıcılıq diviziyası arasında şiddətli döyüşlər baş vermişdi. 8 Mart döngəsi 8 Mart küçəsi Daçnaya küçəsi Kitabxana Məktəb "Kuluyevo" QSC Кулуевское сельское поселение. Официальный сайт Аргаяшского муниципального района.
Bulak xan
Bulak xan (1360 – 1380 və ya 1379) — Qızıl orda xanı. 20 yaşında Mamay xan tərəfindən taxta çıxmış. Dəfələrlə Qiyasəddin Xaqanbəy xan və Urus xan tərəfindən devrilsə də yenə taxta qayıtmışdır. Sonuncu dəfə isə Qiyasəddin Xaqanbəy xan tərəfindən devrilmişdi.
Bulak İyesi
Bürünc medal
Bürünc medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. Hər hansı yarış müsabiqəsində yarış iştirakçıları arasında üçüncü yeri tutan iştirakçıya bürünc medalı təqdim edilir. Ənənəvi olaraq birinci və ikinci yeri tutan qaliblər müvafiq olaraq qızıl və gümüş medallarla mükafatlandırılır. Belə fərqli bir rozetin anlayışı ilk növbədə orta əsrlərdə hərbi işdə döyüşçülərin fərqləndirilməsi zamanı yaranmışdı, lakin vaxt keçdikcə qeyri-döyüş əvəzi bürünc medalı kimi adlandırıldı. Orta əsrlərdə bürünc medalı "Şöhrət sahəsinə layiq" və "Hərbi şücaət" adı kimi təqdim edilirdi. Bir sıra turnirlərdə, boks, cüdo, taekvondo və güləş kimi bəzi idman növlərində iki bürünc medal qazanmaq mümkündür. Birinci bürünc medalının sahibi açıqlandıqdan sonra hər yarım finalistə artıq bir bürünc medalının sahibi olmaq üçün yenidən şans verilir. Qədim Olimpiya Oyunlarının müsabiqələrində əsas Olimpiya mükafatı medal yox idi. 1896-cı ildə mükafatlandırma qaydası təsis edildi və yerindən asli olmayaraq yalnız, gümüş medal təqdim olunurdu. 1904-cü ildə isə Olimpiya Oyunlarında keçirilən yarış müsabiqəsinin təşkilatçıları tərəfindən ilk üç yerin qalibinə qızıl, gümüş və bürünc medalları təşkil olundu.
Cessi Misak