Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayraq
Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən dördbucaqlı şəklində olan lövhə və ya parça. Bayraqları öyrənən elm sahəsi veksillologiya adlanır. == Tarixi == Bayraqlar ilk illərdə yalnız siqnallaşma üçün istifadə edilmişdir.
Harpaq
Harpaq (yun. Ἅρπαγος; akkad. Arbaku; e. ə. VII əsr – e. ə. VI əsr) — e.ə. VI əsrdə yaşamış Midiya sərkərdəsi. Hələ Pasarqad döyüşündə Midiya hökmdarı Astiaqa xəyanət edib II Kirin tərəfinə keçən Harpaq, II Kir maday taxtını ələ keçirdikdən sonra dövlətdə ən hörmətli şəxslərdən biri olmuşdur. == Həyatı == Herodotun "Tarix" əsərinə görə Harpaq Midiya hökmdarının sarayında yaşayaraq, son Midiya hökmdarı Astiaqın şəxsi qvardiyasında xidmət etmişdir.
Kapral
Kapral (alm. kарrаl‎, <fr. сароrаl < it. caporale — "komandir") — komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.
NASDAQ
NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır. 8 fevral 1971-ci ildə NASDAQ fond birjasının əsası qoyulmuşdur. Dünyanın texnoloji birjası olaraq qəbul edilir. NASDAQ birjasında təkcə yüksək texnologiyalı şirkətlərin səhmləri siyahıya alınmır və buna görə də hər biri iqtisadiyyatın müvafiq sektorundakı vəziyyəti əks etdirən indekslərin bütöv bir sistem yaranıb. Hazırda NASDAQ birjasının elektron sistemində ticarət edilən qiymətli kağızların cari qiymətləri (kotirovkalara) əsasında on üç indeks mövcuddur. Nasdaq Kompozit indeksi NASDAQ birjasında bütün siyahıya alınmış şirkətlərin səhmləri daxildir (ümumi sayı 5000-dən çox). Bazar dəyərin hesablama üsulu: şirkətin səhmlərinin ümumi sayı bir səhmin cari bazar dəyərinə vurulur. Nasdaq-100 fond indeksi kapitallaşma üzrə və səhmləri NASDAQ birjasında satılan 100 ən böyük şirkəti əhatə edir. İndeksə maliyyə sektorundakı şirkətlər daxil deyil. 2021-ci ilə olan məlumata görə, Nasdaq-100 fond indeksin ümumi siyahısının 57%-i texnologiya şirkətləridir.
Nabran
Nabran — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran, Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir. Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, oteller, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir. Nabran qəsəbəsi Xəzər dənizi sahilində, Xudat şəhərinin yaxınlığında yerləşir. Nabran qəsəbəsindəki meşə massivlərində qırılan ağacların yerində 100-ə yaxın qanunsuz tikililər inşa olunub.
Nazran
Nazran — (Rusça: Назра́нь; İnguşça: Наьсара, Nesara), Rusiya Federasyasının İnquşetiya Respublikasında şəhər. I. Dünya Müharibəsindən sonra qurulan Dağlılar Respublikasının bir müttəd paytaxtı olmuşdur.1991–2002 arasında İnquşetiya Respublikasının paytaxtıydı. Sonra Maqas şəhəri paytaxtı oldu və Nazran ölkənin ən böyük şəhəri olaraq qaldı.
Yarpaq
Yarpaq — bitkilərin həyatında fotosintez, tənəffüs və transpirasiya (buxarlanma) üçün əsas orqan. Yarpağın rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməsi ilə bağlı olaraq yarpağın biçimi dəyişilə bilər. Yarpaqda üzvi maddələr yaranır ki, bunların hesabına bitki öz orqanlarını qurur və bir bölümünü də ehtiyat qida halında bəlli orqanlarda toplanır. Yarpaq eyni zamanda normal şəkildə və ya metamorfoz edərək çoxalmada işlənə bilir. Yarpaqların əlavə köklər yaratma xüsusiyyətindən istifadə edərək bitkiləri vegetativ çoxaldırlar. Saplağı olan yarpaqlara "saplaqlı", saplaqsız yarpaqlara "oturaq yarpaqlar", saplağın və yarpağın alt qaidəsinin genələrək gövdəni novça kimi tutduğu yarpaqlara isə "qın yarpaqlar" deyilir. Yarpağın əsas və gözə çarpan hissəsi onun köhnəlmiş hissəsidir, buna "yarpaq ayası" deyilir. Bitkilərin bir çoxunda yarpağın dibində çıxıntı olur ki, o "yarpaqaltlığı" adlanır. Beləliklə yarpaqlar iki yerə ayrılır: Bəsit yarpaqlar Mürəkkəb yarpaqlar Yarpağın hüceyrəvi quruluşu dedikdə yarpağın daxili quruluşu nəzərdə tutulur.Daxili quruluşa(yarpaqda) ağızcıqlar,yarpaq damarları aiddir.
Arpağ
Arpağ — türk və altay mifologiyasında və xalq kültürlerinde əfsun mənasını verir. Sirrli söz, mistik dua, sehr deməkdir. Arbağ (Arba) və ya Arvağ (Arva) olaraq da deyilər. Yenə eyni kökdən törəyən Arvas, Arbaş, Arbış, Arbuz sözləri də eyni mənaları ehtiva edir. Arbağçı deyilən efsuncular tərəfindən oxunur. Xəstələrə yaxşılaşdırmaq, pislikləri və pis ruhları savuşturmak üçün edilən dua. Məsələn ilanın zehrinin təsirini yox etmək və ya ilan, əqrəb kimi heyvanların sokmasını qarşısını almaq üçün edilən və oxunan arpağlar vardır. Bu arpağlar nəticəsində ilanın və ya əqrəbin soxmadığı inancı Anadoluda bu gün belə geniş yayılmışdır. Arbamak və ya Arvamak (əfsun etmək) feli Anadoluda xalq ağzında istifadə davam etməkdədir. Göz boyamaq (göz rəngləmək), gözbağı etmək, sehr etmək deməkdir.
Capra
Dağ keçisi (lat. Capra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Maraq
== Maraq nədir? == Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s.
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Çapaq
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Çaraq
Çaraq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çaraq kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 219 nəfər təşkil edir.
Daraq
Maqazin — tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
Mavi bayraq
"Mavi bayraq" (ing. Blue Flag beach) — ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən Avropa Birliyi "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən verilən nümunəvi xidmət göstəricisi. == Tarixi == "Mavi bayraq" kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir. İlk olaraq 11 Avropa Birliyi ölkəsində, daha sonra isə 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələbləri ilə bağlı olaraq kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı adlandırılıb. == Təltif edilmə == Bayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir. "Mavi bayraq" çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir. Ancaq proses bununla da yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq geri alınır və ondan istifadəyə qadağa qoyulur.
Nabran bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nazran rayonu
Nazran rayonu (inquş Наьсарен район) — Rusiya Federasiyası, İnquşetiya Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Nazran şəhəridir (rayonun tərkibinə daxil deyil). Nazran rayonu İnquşetiya Respublikasının mərkəzi və qərb hissəsində yerləşir. Şimalda Malqobek rayonu, şərqdə - Sunja rayonu və Karabulak şəhər dairəsi, qərbdə Şimali Osetiya Respublikasının Priqorodnı və Pravoberejnı rayonu ilə həmsərhəddir. Nazran və Magas şəhər dairələrinin bəzi əraziləri Şimali Osetiya, digər əraziləri isə Nazran rayonunun ərazisi ilə həmsərhəddir. Şəhər dairəsi ərazisinin konfiqurasiyasına Nazran rayonu iki hissədən ibarətdir. Dolakovo, Kantışevo və Qeyirbek-Yurt kəndlərinin yerləşdiyi qərb hissə, Kambileevka çayının vadisində (cənubda) və Sunja silsiləsinin yamaclarında (şimalda) yerləşir. Əhalinin əksər hissəsi burada çay vadisində yaşayır. Silsilənin ətəyində yalnız kiçik bir kənd - Qeyirbek-Yurt yerləşir. Sunja silsiləsindən cənubda, aşağı dağlıq ərazidə yerləşir (Dosu-Barz, 579.8 m).
Qırmızı bayraq
Qırmızı bayraq — Siyasətdə qırmızı bayraq əsasən sosializm, kommunizm, marksizm, həmkarlar ittifaqları, solçu siyasət və tarixən anarxizmin simvoludur. Fransız İnqilabından bəri solçu siyasətlə əlaqələndirilir. Sosialistlər bu simvolu 1848-ci il inqilabları zamanı qəbul etdilər və 1871-ci ildə Paris kommunası tərəfindən istifadə edilməsi nəticəsində kommunizm simvoluna çevrildi. Çin, Vyetnam və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox sosialist dövlətin bayraqları belə tərtib edildi. Qırmızı bayraq, Fransa Sosialist Partiyası (PS), Almaniya Sosial Demokrat Partiyası (SDP) və İspaniya Sosialist İşçi Partiyası (PSOE) kimi bəzi demokratik sosialistlər və sosial demokratlar tərəfindən də simvol kimi istifadə olunmağa başladı. Britaniya siyasətinin köklü partiyalarından olan Leyboristlər Partiyası 1980-ci illərin sonuna qədər bu simvoldan istifadə etdi. Fransız İnqilabından əvvəl və bəzi kontekstlərdə bu gün də qırmızı bayraqlar və ya pankartlar, itaətsizlik və müharibənin simvolu kimi qəbul edilir. Keçmişdə bəzi istifadə nümunələri; Orta əsrlərdə donanma gəmiləri müharibə elan etmək üçün, mühasirəyə alınan şəhərin təslim olmayacağını bildirmək və ya Osmanlı imperiyasında, sultanın mövqeylərini göstərmək üçün qırmızı bayraq gəzdirirdilər.
Ramil Nabran
Ramil Akif oğlu Şamilli (8 noyabr 1977, Bakı) — musiqiçi, Reper. Ramil Akif oğlu Şamilli 8 noyabr 1977-ci ildə Bakıda anadan olub. Təxəllüsündə Nabran adı olması Ramilin Nabrandan olması deyil. Sadəcə 2005-ci ildə Nabran repi ona uğur gətirdiyi üçün sənətçi dostları tərəfindən bu təxəllüslə çağırılıb. Ramil atasını 1978-ci ildə hələ 1 yaşı tam olmadan itirmişdir. 34 yaşında dünyasını dəyişən Akif Ağakərim oğlu şeiriyyatla, qəzəllərlə məşğul olduğundan bu istedad oğlu Ramilə də keçib. Sovetskidə doğulan Ramil 2 yaşında Əhmədliyə köçmüş və uşaqlıq illərini Qaçaq Nəbi 4 ünvanında keçirmişdi. 261 saylı məktəbi bitirib. 31 saylı Texniki Peşə Məktəbində 3 il oxuyub. 1996–1999 Sərhəd Qoşunlarında xidmət edib.
Saplaq pemfiqi
Saplaq pemfiqi (lat. Pemphigus bursarius L., 1758)- Əsas yem bitkisi olan qovaq üzərində yaşayırlar. Qanadlı binəçə. Bədəni girdə, şişkin, şəffaf olub tüksüzdür. Vəzli qrup 6 cərgəlidir. Ayaq, alın, bığcıq və gözləri tutqundur. Alın yastı olub 4 ədəd qısa tükcüyə malikdir. Bığcıqları 4 buğumlu olmaqla, III və IV bir-birinə bərabərdir. Gözləri sadədir. Xortumcuq orta şanağın arxasına keçir.
Sonuncu yarpaq
"Sonuncu yarpaq" (ing. The Last Leaf) — amerikalı yazıçı O. Henrinin "Yanan Çıraq" seçilmiş hekayələrindən bir novella. Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoça rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikri haqqında ona danışır.
Tuğ (Bayraq)
Tuğ — əski türkcə bayraq deməkdir. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Tuğ bayraq və sancaqdan fərqli bir bəlgə idi. Bu bəlgə ordu, qoşun başçılarına təqdim olunurdu. Vəzifədən asılı olaraq tuğun sayı dəyişilirdi. Əski türk savaş nizamında "Tümən tuğu", "doqquz tuğlu tudun" adlı terminlər vardı. Tuğ, türk və altay xalq mədəniyyətində, həmçinin dövlət ənənəsində hökmranlıq simvoludur. Bayrağın təpəsinə ilişən at quyruğu, tükdən edilən flama şəklindədir. Tog və ya tuk şəklində də deyilər. Monqollar tug deyərlər.
Yarpaq dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Yarpaq fırfırası
Yarpaq fırfırası (lat. Recurvaria nanella Hb.)-Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ Kəpənəyin qanadları açılmış halda ölçüsü 8-11 mm-dir. Ön qanadları açıq-qaramtıl rəngdədir. Yumurtası sarıdır. Tırtılı 5-7 mm olmaqla bir neçə rəngdə olur. Pupu ağ ipək baramacıq içərisində, 5-6 mm uzunluqda olmaqla qəhvəyi rəngdədir. Yarpaq fırfırası ikinci yaş tırtıl mərhələsində hörümçək toruna bənzər baramacıq içərisində, ağacların qabıqaltı yarıqlarında qışlayır. Qışlama yerlərindən yazda, mart ayının axırları, aprel ayının əvvəllərində çıxırlar və təzəcə açılmış yarpaqları bir-birinə birləşdirərək, onların içərisində qidalanırlar. Yarpaq fırfırası ilə yoluxmuş yarpaqlar tədricən quruyub saralır və sıradan çıxırlar. Belə yarpaqlar içərisində tırtıl mərhələsi başa çatır.