Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəmin
Nəmin — İranın Ərdəbil ostanındakı Nəmin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 10 117 nəfər və 2,690 ailədən ibarət idi.. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. İslamın şiə məzhəbinə etiqad edirlər.
Neftin pirolizi
Neftin pirolizi- neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu- piroliz hesab olunur. Hal hazırda neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu-piroliz hesab olunur.Bu proses 700-10000 C temperatur intervalında,neft məhsullarının ayrı-ayrı fraksiyalarda alınması ilə aparılır.Qeyd edək ki,proses kimya sənayesini müxtəlif karbohidrogen xammalı ilə təmin etməyə imkan verir. Termiki krekinqin ən sərt forması olan neft və neft məhsullarının piroliz prosesinin əsas təyinati qaz halında olan doymamış karbohidrogenlərin ,əsasən etilen və propilenin alınmasıdır. Bu səbəbdən də çox vaxt neft emalında piroliz qurğularını etilen qurğuları adlandırırlar. Piroliz prosesi həm də benzol və toluol kimi aromatik karbohidrogenlərin alınmasına yönəldilə bilər. Buna görə də neftin pirolizini bəzən neftin aromatlaşdırılması adlandırırlar. Piroliz prosesində neft xammalının çevrilmə sxemi kənardan sadə görünür. Xammal sabit yüksək temperaturlu sobaya daxil olur. Sobada o qaz formasına keçir. Sonra, sobadan çıxan qaz su vurulmasıyla möhkəmləndirilir.Bundan sonra qaz soyudulur.
Neftin sıxlığı
Neftin sıxlığı – neft və neft məhsullarının əhəmiyyətli və geniş istifadə olunan keyfiyyət göstəricilərindən biridir. Sıxlıq müəyyən temperaturda vahid həcmin kütləsi kimi müəyyən olunur və kq/m3, q/sm3 və ya q/ml ilə ifadə olunur.Praktikada çox vaxt ölçüsüz kəmiyyətdən – nisbi sıxlıqdan istifadə olunur. == Nisbi sıxlıq == Nisbi sıxlıq – neftin təyin olunma temperaturunda kütləsinin standart temperaturda (tst) eyni həcmdə götürülmüş suyun kütləsinə olan nisbətidir. Standart temperatur kimi su və neft məhsulları üçün ABŞ-da və İngiltərədə tst=15,60C, digər ölkələrdə, o cümlədən Azərbaycanda standart tst=+40C, təyin etmə temperaturu ttəy=200C qəbul olmuşdur. Nisbi sıxlıq ρ4 20 işarə olunur. Əksər neftlər və neft fraksiyaları üçün, xüsusən də böyük olmayan temperatur intervalında (0-500C-yə qədər) nisbətən az miqdarda bərk parafinlərə və aromatik karbohidrogenlərə malik neft fraksiyaları üçün sıxlığın temperaturdan asılılığı xətti xarakter daşıyır və aşağıdakı formul ilə ifadə olunur: ρ2= ρ1 – γ (t2 – t1) t1 – ölçmənin başlanğıc temperaturu, 0C; t2 - ölçmənin son temperaturu, 0C; γ - t2 – t1=1 olduqda, 10C -ə dəyişən sıxlığa düzəliş; ρ1 və ρ 2 uyğun olaraq t1 və t2 temperaturunda maddənin sıxlığıdır. Neft məhsulları üçün düzəliş qiymətləri γ = 0,00093 – 0,00132 (ρ4 20 – 0,7) formulu üzrə hesablanır. Karbohidrogenlərin nisbi sıxlığı aşağıdakı ardıcıllıq üzrə artır: Aromatik karbohidrogenlər > naftenlər> olefinlər>alkanlar. Əksər neftlərin sıxlıqları vahiddən kiçik olub. 0,80-0,9 q/sm3-a qədər olur.
Nəfisə Xatun
Nəfisə Mələk Sultan (1363, Bursa – 1400, Konya) — 3-cü Osmanlı sultanı Murad Hüdavəndigarın qızı. == Həyatı == Nəfisə Sultan 1363-cü ildə Bursada dünyaya gəldi. Atası Osmanlı sultanı Murad Hüdavəndigar, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Bursada keçən Nəfisə Sultan 1378-ci ilin baharında Qaramanoğlu Ələddin Əli bəylə evləndirildi. Eyni mərasimlə qardaşı Şahzadə Bəyazid də Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatunla nigahlandı. Siyasi məqsədlərlə baş tutan bu nigahdan 3 oğlu dünyaya gələn Nəfisə Sultan evliliyi boyunca əriylə atası Murad Hüdavəndigar və qardaşı İldırım Bəyazid arasında vasitəçi rolunu oynadı. Əri Ələddin Əli bəyin Osmanlılara qarşı Anadolu bəyliklərini ayaqlandırması nəticəsində Osmanlı ordusu dəfələrlə Konyanı mühasirəyə almış, ancaq hər dəfə Nəfisə Sultan araya girərək tərəflər arasında sülhü təmin etmişdir. Bu səfərlərdən ən önəmlisi isə 1385 tarixli Qaraman səfəridir. Nəfisə Sultanın xahişiylə Konya qalası mühasirədən azad edilmiş, Ələddin Əli bəy Murad Hüdavəndigarın əlini öpərək yenidən Osmanlı təbəəliyini qəbul etmişdir. Ancaq Murad Hüdavəndigarın vəfatından sonra Ələddin Əli bəy yenidən Osmanlı hakimiyyətinə qarşı ayaqlandı.
Sevinj Stories
Sevinj Stories (azərb. Sevincin hekayələri‎) — 2022-ci ildə Əlixan Rəcəbov tərəfindən Xocalı soyqırımı haqqında çəkilmiş Azərbaycan tarixi dram miniserialı. == Məzmun == Miniserialın əsas mövzusu Birinci Qarabağ müharibəsi dövründə, 1992-ci ilin fevralında, Xocalı soyqırımı ərəfəsində Xocalıda yaşayan 9 yaşlı "Instagram" bloqqeri Sevincin yaşadığı hadisələrdir. Sevinc Xocalıda babası və nənəsi ilə yaşayıb günlük olaraq vloq çəkir. Həmin vaxt erməni qüvvələri şəhərə hücum edir, atəşlər zamanı qızın qorxmaması üçün babası Hikmət "qızım qorxma fişəng atılır" kimi cümlələrdən istifadə edir. Serialdakı personajlar xəyal məhsulu olsa da, çəkilişlərdə Xocalı soyqırımı qurbanlarının ifadələrinə əsaslanaraq real hadisələr canlandırılır. == İstehsal == === Konsepsiya === "Sevinj Stories" layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilmişdir. Layihə rəhbərliyi serialın xarici və yerli auditoriya üçün nəzərdə tutulduğunu, əsas məqsədinin Xocalı soyqırımı barədə qlobal olaraq insanların məlumatlılığını artırmaq, soyqırımı qurbanlarının xatirəsini yad etmək və gənc nəsil tərəfindən unudulmasının qarşısını almağa nail olmaq olduğunu bildirmişdir. Layihənin rəsmi sosial media hesablarında fevral ayının 1-dən başlayaraq faciənin anım gününədək hər gün qısa videoçarxlar paylaşılması nəzərdə tutulmuşdur. Miniserial "Eva Stories" layihəsinin adaptasiyasıdır.
Səid Nəfisi
Səid Nəfisi (fars. سعید نفیسی‎, 8 iyun 1895, Tehran — 13 noyabr 1966, Tehran) — İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim. Tehran universitetinin profesoru (1934), İran Ədəbiyyat və Dil Akademiyasının üzvü (1935). == Həyatı == İranın müasir ictimai-siyasi tarixinə, İran, Orta Asiya, Hindistan, rus və Qərbi Avropa ədəbiyyatına dair tədqiqatların, bədii əsərlərin müəllifidir. Babək və Nizami Gəncəvi haqqında tədqiqatları var, 3 dəfə Bakıda olmuş, Ə. Firdovsinin "Şahnamə" poemasının 1000 illiyi şənliklərində (1934), M. F. Axundovun anadan olmasının 150 illik yubileyində (1962) iştirak etmişdir. "Xəzərin o tayına səfərlərim" adlı yol qeydlərində Üzeyir Hacıbəyovla görüşləri haqqında məhəbbətlə söhbət açmışdır. Bəstəkarın Firdovsiyə ithaf olunmuş kantatasını sevə-sevə dinləyən Səid Nəfisi bu əsəri çox yüksək qiymətləndirərək yazmışdır: "...Bakıya gəlməzdən əvvəl də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim. Onun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyri əsərləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilinin əzbəridir. ...Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhətdən Şərqin İtaliyasıdır.
Nəfi
Aladizcə (Nəmin)
Aladizgə (fars. الاديزگه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km. şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,540 nəfər yaşayır (266 ailə).
Arpatəpəsi (Nəmin)
Arpatəpəsi (fars. ارپاتپه سي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 130 nəfər yaşayır (34 ailə).
Arxazlı (Nəmin)
Arxazlı (fars. ارخازلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 671 nəfər yaşayır (136 ailə).
Ağayarlı (Nəmin)
Ağayarlı (fars. اقايارلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (11 ailə).
Ağqala (Nəmin)
Ağqala - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 33 km şimalda, Germi-Ərdəbil avtomobil yolunun 2 kilometrliyindədir.
Ağzamankəndi (Nəmin)
Ağzamankəndi (fars. اغزمان كندي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (23 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 15 km şimalda, Ərdəbil-Meşkinşəhr avtomobil yolunun 6 kilometrliyindədir.
Biris (Nəmin)
Biris (fars. بريس‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,204 nəfər yaşayır (273 ailə).
Boyaqçılı (Nəmin)
Boyaqçılı (fars. بوياقچي لو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (21 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 25 km şimaldadır.
Cablı (Nəmin)
Cablı (fars. جابلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərinin şərqində, Ərdəbil-Astara avtomobil yolunun 8 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 263 nəfər yaşayır (55 ailə).
Ceyd (Nəmin)
Ceyd (fars. جيد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,015 nəfər yaşayır (232 ailə). Əhalinin 100 faizi talışlardır.
Ciyərkəndi (Nəmin)
Ciyərkəndi (fars. جگركندي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 52 nəfər yaşayır (14 ailə).
Dovşanbulağı (Nəmin)
Dovşanbulağı (fars. دوشان بلاغي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (24 ailə).
Dudaran (Nəmin)
Dudaran (fars. دودران‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 195 nəfər yaşayır (50 ailə).
Dövlətabad (Nəmin)
Dövlətabad (fars. دولت اباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,484 nəfər yaşayır (330 ailə).
Düvərcin (Nəmin)
Düvərcin (fars. دورجين‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 232 nəfər yaşayır (46 ailə).
Dəyirmandərə (Nəmin)
Dəyirmandərə (fars. دگرماندرق‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 518 nəfər yaşayır (103 ailə).
Girdə (Nəmin)
Girdə (fars. گرده‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 379 nəfər yaşayır (103 ailə).
Gövdlər (Nəmin)
Gövdlər (fars. گودلر‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 27 nəfər yaşayır (7 ailə).