Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abinsk
Abinsk — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər.
Birsk
Börü (başqurdca: Börö, rus.
Biysk
Biysk — Rusiya Federasiyasında, Altay diyarının cənub şərqində şəhər. Biysk rayonunun mərkəzi. == Əhalisi == Əhalisi 227,6 min (2005). == Coğrafiyası == Biya çayı (Ob hövzəsi) sahilində port. Biyskdən Novosi birsk–Taşanta avtomobil yolu (Çuya traktı) keçir. Dəmiryol stansiyası. Aeroport. == Tarixi == 1708–09-cu illərdə Bikatun ostroqu (qala) kimi salınmış, 1732-ci ildən Biya ostroqu adlandırılmışdır. 1782-ci ildə şəhər statusu almışdır. 1782–97-ci illərdə Kolıvan vilayətinin (1783-cü ildən Kolıvan quberniyasının), 1804–22-ci illərdə Tomsk quberniyasının qəza şəhəri idi.
Bişək
Bişək (Vərzəqan) — İranın Şərqi Azərbaycan ostanında kənd. Bişək (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
MBASK
AXA MBASK — Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biri. 1992-ci ildən MBASK adı ilə, 2010-cu ildən isə AXA MBASK adı ilə fəaliyyət göstərir. == Tarixi == 1992-ci ildən 1996-cı ilədək olan dövrdə Azərbaycanın sığorta bazarının təşəkkülü baş verirdi. Bu müddət ərzində bazarın məhdud imkanlarına baxmayaraq MBASK peşəkar kollektiv formalaşdırmağa nail oldu və bu gün 29 sığorta növünü həyata keçirmək üçün lisenziyaya sahibdir. 2005-ci ildə Azərbaycan sığorta bazarının tarixində ilk dəfə Avropa Yenidənqurma və İnkişaf Bankı MBASK Sığorta Şirkətinin səhmlərinin 30 %-ni alaraq yerli sığorta şirkətinin səhmdarı oldu. 2006-2007-ci illərdə müstəqil bazar təhqiqatları MBASK şirkətini əhali arasında ən populyar və etibarlı sığorta şirkəti kimi tanımışdır. 2004-cü ildə MBASK Sığorta Şirkəti müvəffəqiyyətlə keyfiyyətin idarə olunması sisteminin sertifikatlaşdırılmasını keçmişdir. Şirkətin auditorları qismində Moody İnternational şirkətinin mütəxəssisləri iştirak etmişdirlər. Yoxlamanın nəticələrinə görə MBASK Sığorta Şirkətinə müvafiq sertifikat təqdim olunmuşdur. 3 il ərzində şirkət bütün zəruri keyfiyyət standartlarına riayət etmişdir ki, bu da həmin sertifikatın ilbə-il təsdiq olunmasında öz əksini tapmışdır.
Obelisk
Obelisk — yuxarıya doğru getdikcə itiləşən, piramida formalı ucu olan tilli sütun. Obelisk adətən daşdan yonulur və kəsikdə çox zaman kvadrat şəkilli olur. Qədim Misirdə yayılmış obelisk saray və məbədlərin qarşısında abidə kimi qoyulurdu. Obelisk Rusiyada XVIII əsrdən geniş yayılmış xatirə abidəsi və monument tipidir. Обелиск // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1906–1913.
Obninsk
Obninsk (rus. О́бнинск) — Rusiyanın Kaluqa vilayətində şəhər. Protva çayı (Okanın qolu) sahilindədir. Dəmiryol stansiyası var. Dünyada ilk AES 1954-cü ildə Obninskdə tikilmişdir. Mühüm elmi mərkəzdir. Elmi-tədqiqat institutları, seysmoloji rəsədxana, tibb məktəbi, muzey və s. var. Законодательное Собрание Калужской области. №473 27 марта 1996 г.
Odişi
Odişi (tarixi bölgə)
Oniks
Oniks — mineral, ağ və qara zolaqların növbələşməsi ilə səciyyələnən əqiq. Çox vaxt qara rəngli xalsedonu oniks adlandırılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ottisk
Ottisk – [rus. tiskat – basmaq, sixmaq] 1)mətbəədə çap olunmuş materialların ayrıca nüsxəsi; 2)poliqrafik üsulla yerinə yetirilmiş təsvir; 3)çap surəti, basma – səthinə boyaq cəkilmiş çap formasının kağız və ya başqa material üzərində alınan izi. Poliqrafiya proseslərində keyfiyyətin yoxlanması üçün çıxarılan surətə nümunə ottiski, kütləvi şəkildə hazırlanan surətə isə tiraj ottiski deyilir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İrisk
İrisk — İranın Cənubi Xorasan ostanının Büşruyə şəhristanının İrisk bəxşində şəhər və onun mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,657 nəfər və 783 ailədən ibarət idi.
Obşak
Obşak (rus. Общак), oğru kassası və ya qazan — kriminal jarqonda kriminal cəmiyyət arasında qarşılıqlı yardım fondu. "Obşak"ın iki növü var – azadlıqdan məhrumetmə yerlərində və azadlıqdan məhrumetmə yerlərindən kənarda. Oğruların qanunlarına görə, "obşak"a töhfələr könüllü olmalıdır, baxmayaraq ki, praktikada bu tələb həmişə yerinə yetirilmir. "Obşak" cinayətkarların ("qanuni oğru" və ya "vəziyyətə baxan") etibarından istifadə edən nüfuzlu cinayətkar liderin nəzarəti altındadır. Ümumi fondun toplanması, saxlanması və istifadəsi qaydalarının pozulması ciddi şəkildə cəzalandırılır. "Obşak"ların formalaşması XX əsrin əvvəllərindən əvvəl başlamışdır. Azadlıqdan məhrumetmə müəssisələrində pul, yemək, siqaret, çay və əşyalardan ibarətdir. Regional "obşak"lar pul köçürmələri və vəsaitləri hesabına doldurulur. "Obşak"ın vəsaitləri administrasiyaya rüşvət vermək və çətin vəziyyətdə olan məhbuslara və ya onların ailələrinə dəstək vermək üçün istifadə olunur.
Sobiso
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
BİSS
BİSS (Basic Interoperable Scrambling System; ümumiyyətlə BISS olaraq bilinər) — Avropa Yayım Birliyi tərəfindən inkişaf etdirilən bir nəşr şifrləmə sistemidir. Bu sistem inkişaf etdirilməyə əvvəl, keçici davamlı nəşrlər, peyk Xəbər keçişləri hər hansı bir şifrləmə olmadan peykə çatdırılırdı. Bu da uyğun əkibməyinlər istifadə hər kəsin nəşr məzmununu izləməsini icazə verirdi. BISS ilə nəşrlər 12 xanalı iclas açarı ilə qorunur. Bu açar həm görünüş mesajçıların (encoder), həm görünüş həll edici cihaza (decoder) girilər, və encoderdeki açar ilə decoderdeki girilmiş açar eynidirsə yayım siqnalı həll edilmiş olar. Avropa Yayım Birliyinə üzv ölkələr ümumiyyətlə bu sistemi istifadə edir. Məsələn AZTV şifrləmə tələb edən bir çox nəşrində (məsələn matç nəşri və s.) BISS şifrləmə sistemini istifadə edir.
Disk
Disk (yunan. δίσκος (Diskos) — metaldan və ya plastik kütlədən hazırlanmış, səthi maqnit materialı ilə örtülmüş dairəvi lövhə. İnformasiya bu lövhənin üzərinə sektorlara bölünmüş konsentrik cığırlar şəklində yazılır. Əyilən plastikdən (əyilgən disk) və ya əyilməyən metaldan (sərt disk) hazırlanmış, üzərinə maqnit materiallı örtük çəkilmiş və müəyyən elektrik təsiri nəticəsində rəqəmsal (ikilik) formatda yazılmış informasiyanı özündə saxlaya bilən dairəvi lövhə. Bir çox kompüterlərdə disk, informasiyanı daimi və ya uzun müddətli saxlamaq üçün əsas vasitədir. Diskin maqnit örtüyünü zədələnmədən və çirklənmədən qorumaq lazım olduğundan əyilgən disk (5,25 düymlük) və ya mikrodisk (3,5 düymlük) qoruyucu plastik örtüyə salınır. Yüksək dəqiqlikli məmulat olan sərt disk möhkəm korpusa salınır ki, onu da toz olmayan yerdə açmaq olar. Kompüterlərdə bu növ disklərdən istifadə olunur: əyilgən disklər, mikrodisklər, sərt disklər, çıxarılıb-taxılan sərt disklər, Bernulli diskləri kimi çıxarılıb-taxılan kartriclər. == Mənbə == Физико-математическа и техническа енциклопедия", том 1, АИ "Проф. Марин Дринов, София, 1990 İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
OEIS
Tam ədəd ardıcıllıqlarının ensiklopediyası (ing. On-Line Encyclopedia of Integer Sequences, OEIS) — tam saylı ardıcıllıqları özündə saxlayan internet-ensiklopediyadır. Müəllif və başqa hüquqları — Sloan Neyliyə aiddir. 2012-ci ilin yanvar ayında 200 mindən çox ardıcıllığı özündə saxlayırdı.
Ofis
Ofis (ing. office) — müəssisənin, firmanın məmurlarınnən və inzibati işçilərinin çalışan ayrıca otaq, bina, binalar kompleksi. Ofisdə müştərilərlə çalışır, sənəd və arxivlərlə işləyir və toplayırlar.
Omsk
Omsk — Rusiyada şəhər, Omsk vilayətinin inzibati mərkəzi. 1918-1920 illərdə Rusiya milli hökumətininnin (Ağ Rusiyanın) paytaxtı. Əhalisinə görə - 1 160 670 (2013) - Sibirdə ikinci, Rusiyada səkizinci yerdədir. İri nəqliyyat qovşağı və sənaye mərkəzidir: yüngül, yeyinti, poliqrafiya, kimya, neftkimya və aviakosmik sənayesi var. Şəhər Qərbi Sibir düzənliyinin cənub hissəsində, İrtışın Oma qovuşmasında, Omsk vilayətinin cənub hissəsində yerləşir. Başqa şəhərlərlə olan məsafəsi: Tobolsk - 679 km. Tümen - 629 km. Nijnevartovsk - 1483 km. Kurqan - 543 km. Petropavlovsk (Qazaxıstan) ~ 256 км Novosibirsk - 663 km.
Orsk
Orsk (rus. Орск, qaz.
Otis
Dovdaq (lat. Otis tarda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
İbis
İbis (lat. Threskiornis) — i̇bislər fəsiləsinə aid heyvan cinsi.. Azərbaycanda İbis cinsinə 1 növ daxildir: Müqəddəs ibis (Threskiornis aethiopicus Lath., 1790) Müqəddəs ibis Kiçik ağnaz Böyük ağnaz Sarı pırtlaşıqlələk Adi qarıldaq Threskiornis 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Оmiş
Omiş
Оmiş (xorv. Omiš) — Xorvatiyanın Dalmasiya bölgəsində yerləşən bir şəhərdir. Bölgənin ümumi əhalisi 14,936 nəfərdir, ərazisi 266 kvadrat kilometrdir. Şəhərin daxilində aşağıdakı yaşayış məntəqələri yerləşir: Bu gün Omiş şəhərinin iqtisadiyyatı əkinçilik, balıqçılıq, toxuculuq və qida emalı sənayesi və turizmə əsaslanır.
Euphorbia obesa
Euphorbia obesa (lat. Euphorbia obesa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.