Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lazur pəncərəsi
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. == Tarixi == Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib. 1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Bruno Latur
Bruno Latur (fr. Bruno Latour; 22 iyun 1947[…], Bon[d], Kot-d’Or, Burqundiya—Franş—Konte, Fransa – 8 oktyabr 2022, XIII arondisman, Paris, İl de Frans, Fransa) — fransız elm sosioloqu və filosofu, Yeni Zaman Yoxdu kimi kitabların müəllifi. Simmetrik antropologiyaya dair esselər, "Laboratoriya həyatı" və "Fəaliyyətdə olan elm". Mişel Kallon və Con Lo ilə birlikdə o, aktor-şəbəkə nəzəriyyəsinin yaradıcılarından biridir. == Bioqrafiyası == Şərabçı ailəsində anadan olub. Fəlsəfi və antropoloji təhsil almışdır. O, London İqtisadiyyat Məktəbində və Harvard Universitetinin Elm Tarixi Departamentində mühazirələr oxuyub. Bruno Latour — Təşkilati Sosiologiya Mərkəzi ilə əlaqəli, onun tədqiqat fəaliyyəti üzrə vitse-prezidenti. O, "Laboratoriya həyatı" (ing., 1979), "Fransanın pasterizasiyası" (1984), "Aramis və ya texnologiya eşqi" kitablarının və simmetrik antropologiyaya dair "Modern ola bilməyəcəyik" ing. essesinin müəllifidir.
Katolikos Lazar
Katolikos Lazar (Qafqaz albanlarının dili:𐔾𐔰𐔰𐔵𐔰𐕙) və ya Ğazar (erm. Ղազար) - Alban katolikoslarından biri. Mxitar Qoşun katolikoslar siyahısında adı 7-ci yerdə çəkilir. Alban salnaməsində göstərilir ki, o Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, Bərdə və Beyləqanın arasında, müasir Ağcabədidə) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. Kirakosa görə 8 il hakimiyyətdə olmuşdur.
Lazar Biçeraxov
Lazar Fyodoroviç Biçeraxov (1882-1952) - çar ordusunda kazak qoşunları polkovniki. Milliyətcə osetindir. Birinci dünya müharibəsi dövründə İranın şimalında hərbi əməliyyatlar aparan rus qoşunlarının tərkibindəki kazak qoşunlarınınn komandanı. == Biçeraxov və Azərbaycan == Oktyabr inqilabından sonra ingilis komandanlığı Biçeraxovun rəhbərliyi altındakı 1500 nəfərlik hərbi qüvvəni Bakını almaq üçün istifadə etmək qərarına gəldi. Böyük məbləğ qarşılığında buna razılıq verən Biçeraxov 1918-ci ilin iyunun 27-28-də ingilis generalı Denstervillə Bakıya hücum planını müzakirə etmişdi. Plana əsasən, Biçeraxov Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinə müraciətində Bakını türk qoşunlarından qorumaq üçün öz dəstəsinin sovet qoşunları tərkibinə daxil olunması təklifini vermişdi. Bolşeviklərə nifrət etməsinə baxmayaraq, Biçeraxov türk qoşunlarının Bakıya girməsinə də mane olmağa çalışırdı. Hətta öz sədaqətini sübut etmək üçün o, ingilislərin bir sıra gizli planları barədə Bakı Sovetinə məlumatlar da vermişdi. === Bakıya gəlişi === Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə məğlubiyyət qarşısında qalan BXKS Biçeraxovun yardımından istifadə etməyə razılıq verdi. Lakin 1918-ci ilin iyulun sonunda Qafqaz İslam Ordusuna qarşı hərbi əməliyyatların ümidsiz olduğunu görən Biçeraxov cəbhə xəttini tərk edərək, öz dəstəsi ilə birlikdə Dağıstana keçmiş, Petrovsk-Port (Mahaçqala) şəhərini tutmuş, A. Denikinlə əlaqə yaratmışdı.
Lazar Brankoviç
Lazar Brankoviç (1421 və ya 1427, Serbiya – 20 fevral 1458, 20 yanvar 1458 və ya 1458) — Brankoviç ailəsinin Serbiya tarixindəki ikinci hökmdarı. == Həyatı == 1421-ci ildə doğulub. 20 fevral 1458-ci ildə vəfat edib.
Lazar Lagin
Lazar İosifoviç Ginzburq (Lagin) (4 dekabr 1903-16 iyun 1979) - sovet yazıçı və şairi. Lazar Ginzburq - yazıçının əsl adıdır. == Həyatı == Lazar Ginzburq (Lagin) 4 dekabr 1903-cü ildə Vitebsk şəhərində yəhudi ailəsində anadan olub. O, İosif Fayveleviç Ginzburqun ailədə beş uşaqdan birincisi idi. Növbəti il, Lazarın atası İosif pul qazanmaq məqsədi ilə Minskə köçüb burada mağaza açdı. 1919-cu ildə 15 yaşlı Lazar orta məktəbi bitirib attestat alır. Və məktəbi qurtardıqdan sonra könüllü olaraq Vətəndaş müharibəsinə gedir. 1920-ci ildə isə RK(b)P-nin üzvü olur. 1922-ci ildən Lazar Laginin şeir və qeydləri qəzetdə nəşr olunmağa başlayır. 1924-cü ildə Rostov na-Dona gedən Lagin Vladimir Mayakovski ilə görüşür və Mayakovski onun şeirləri yüksək qiymətləndirir.
Lazar Parapetsi
Lazar Parapetsi (erm. Ղազար Փարպեցի; 442, Pərpi, Ermənistan krallığı – 510, Pərpi, Sasanilər dövləti) — V əsr erməni tarixçisi. Knyaz Vardan Mamikonyanın xahişi ilə Favstos Buzandın tarixini davam etdirən keşiş. == Ermənistan tarixi == Lazar Parpetsi tərəfindən V əsrin sonu-VI əsrin əvvəllərində yazılmış Ermənistan tarixi əsərində Cənubi Qafqaz xalqlarının istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edilir. Parpetsi 387-ci ildə Ermənistanın parçalandığı vaxtdan V əsrin sonlarınadək olan bir dövrdə baş verən hadisələri əhatə edir. Sənədlərə və müasirlərinin dediklərinə əsaslanan müəllif 450–451-ci illərdə Sasanilər əleyhinə hərəkat haqqında Yelişenin məlumatlarını zənginləşdirir və 481–484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanını təsvir edir. Parpetsinin əsəri bir də ona görə qiymətlidir ki, bütün erməni müəlliflərindən fərqli olaraq o, bütün Qafqaz xalqları arasındakı yekdillik və bərabərliyi tez-tez xatırladır. == Ədəbiyyat == Muradyan, Gohar. ŁAZAR PʿARPECʿI // Encyclopaedia Iranica. 2018.
Lazar Parpetsi
Lazar Parapetsi (erm. Ղազար Փարպեցի; 442, Pərpi, Ermənistan krallığı – 510, Pərpi, Sasanilər dövləti) — V əsr erməni tarixçisi. Knyaz Vardan Mamikonyanın xahişi ilə Favstos Buzandın tarixini davam etdirən keşiş. == Ermənistan tarixi == Lazar Parpetsi tərəfindən V əsrin sonu-VI əsrin əvvəllərində yazılmış Ermənistan tarixi əsərində Cənubi Qafqaz xalqlarının istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edilir. Parpetsi 387-ci ildə Ermənistanın parçalandığı vaxtdan V əsrin sonlarınadək olan bir dövrdə baş verən hadisələri əhatə edir. Sənədlərə və müasirlərinin dediklərinə əsaslanan müəllif 450–451-ci illərdə Sasanilər əleyhinə hərəkat haqqında Yelişenin məlumatlarını zənginləşdirir və 481–484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanını təsvir edir. Parpetsinin əsəri bir də ona görə qiymətlidir ki, bütün erməni müəlliflərindən fərqli olaraq o, bütün Qafqaz xalqları arasındakı yekdillik və bərabərliyi tez-tez xatırladır. == Ədəbiyyat == Muradyan, Gohar. ŁAZAR PʿARPECʿI // Encyclopaedia Iranica. 2018.
Lazar Xrebelyanoviç
Lazar Xrebelyanoviç (serb. Лазар Хребељановић; 1329[…] – 15 iyun 1389, Kosovo sahəsi) — Serbiyanın sonuncu müstəqil knyazı.
Lazar Şaineanu
Lazar Şaineanu (23 aprel 1859- 11 may 1834) — rumın dilçisi, folklorçusu. == Həyatı == Lazar Şaineanu 1859-cu ildə anadan olmuşdur. 1901-ci ildə Fransaya köçmüş, École des hautes étudesdə təhsil işçisi olaraq çalışmışdır. Şäineanu rumın dili üzrə yazdığı əsərlərlə tanınmışdır. Bundan əlavə türk dili, türk tarixi və türk mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən bir əsər yazmışdır. «Influenta orientalä asupra limbei şi culturei romäne» (1900) adı ilə nəşr olunan bu əsərdə rumin dilində türk dilindən alınma sözlərdən bəhs olunur. Şäineanudan əvvəl Theophil Loebelde bu haqda əsər yazmışdır («Elemente turceştı, ara- beştı şi persane ın limba Romänä», 1894). Loebel Şäineanunun əsəri ilə əlaqədar öz fikir və düşüncələrini də dərc etdirmişdir («Contributioni i observatiuni relative la opera "Influenta orientalä" de L. Şäineanu», 1909). Son illərdə Heinz F. Wendt «Die türkischen Elemente im Rumänischen» (1960) adlı əsərində rumin dilində istifadə olunan türk sözlərini təkrar gözdən keçirsə də, Şäineanunun tədqiqatları bu sahədə nəşr olunan ilk əsər olaraq öz əhəmiyyətini itirməmişdir.
Lazer diodu
Lazer diodu — Lazer İngilis dilində ing. Light amplification by stimulated Emission of Radiation (stimullaşdırılmış şua emissiyası ilə işıq gücləndirilməsi) cümləsindəki sözlərin baş hərflərinin alınmasından törədilmiş bir kəlmədir. Normal işıq, dalğa boyları müxtəlif, rəngarəng, yəni fərqli faza və tezliyə sahib dalğalardan meydana gəlir. == İşləmə mexanizmi == Lazer işığı isə yüksək amplitudlu, eyni fazda, bir-birinə paralel, tək rəngli (monochromatic), uzun müddətli eyni tezlikli dalğalardan ibarətdir. Optik tezlik bölgəsi təxminən olaraq 1x109 Hs ilə 3x1012 Hs arasında yer alır. Bu bölgə, qırmızı sonrakı şuaları, görülə bilən şuaları və elektromaqnit spektrin ultra bənövşəyi şualarını əhatə edir. Lazer diodu çox yüksək tezliklərdə işləyir. Lazer diodunun istehsalı üçün fərqli üsullar və materiallar istifadə edilməkdədir. Yarımkeçirici materiallardan əldə edilən kristallardan əldə edilən lazerlərə, "lazer diod" adı verilmektedir. Galium arseni kristalı yarımkeçirici lazerə nümunədir.
Lazer epilyasiyası
Lazer epilasiyası, vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsilə uix edilməsi prosesidir. Təxmini olaraq 20 il ərzində bu sahədə tədqiqatlar aparılmış, 1990-cı illərın axırlarına doğru isə ticarət məqsədilə geniş bir şəkildə istifadəsinə başlanılmışdır. Lazer epilyasiyası ilə əlaqədar olan ilk məqalələrdən biri 1998-ci ildə Massachusetts General Hospital tərəfindən nəşr edilmişdir. Lazer epilyasiyasının mümkün təsirləri dermatologiya dərnəkləri tərəfindən qəbul edilmiş və bu məqsədlə istehsal edilmiş olan aparatlar klinikalarda, hətta bəzən evlərdə belə istifadə edilmişdir. Lazer epilyasiya və üsulları ilə əlaqədar bir çox məqalə dermatologiya ədəbiyyatına daxil olmuşdur. Uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndə arzuolunmaz tüklərdən azad olmanın ən təsirli üsullarından biridir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir. Beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir. Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul vardır. Bu üsullar lazer şüasının dalğasının uzunluğuna görə fərqlənir.
Lazer şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
Mariya Lazuk
Mariya Lazuk (15 oktyabr 1983) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Mariya Lazuk Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Pavel Mazur
Pavel Sergeyeviç Mazur (rus. Павел Сергеевич Мазур; 15 aprel 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. Mazur öz peşəkar karyerasında debütünü 3 avqust 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Tekstilşik İvanovo klubuna qarşı oyunda etmişdir.
Lazar Drlyaça
Lazar Drlyaça (10 fevral 1882, Bosniya və Herseqovina – 13 iyul 1970, Bosniya və Herseqovina) — Bosniyalı rəssam. == Həyatı == Bosanski Novi yaxınlığındakı Blatnada bosniyalı serb ailəsində anadan olub. O, 1906-cı ilin oktyabrında Vyanada Təsviri Sənətlər üzrə imtahan verir və 1911-ci ildə Serbiya Krallığının pavilyonu üçün Romada Beynəlxalq Sərgidə iştirak edir. Bundan sonra rəssamlıq məktəbində oxumaq üçün Parisə köçür və Luvrda işləyir. Bəzən müştərilərin sifarişləri əsasında, qədim rəssamlar Titian və Leonardo da Vinçininin əsərlərini kopyalayır. 9 iyul 1914-cü ildən 1919-cu ilə qədər onun həyatı haqqında çox az şey məlumdur, lakin bir şəkil qeydində onun Sardiniyadakı düşərgədə olduğu qeyd olunur. İkinci Dünya Müharibəsindən bir qədər əvvəl, təxminən 1935-ci ildə, o, həmişəlik Bosniyaya qayıdır və Konjiçin yuxarısında, Boraçko jezero və Prenj dağı arasındakı karst yaylasındakı Borci kəndində məskunlaşır. O, ömrünün sonuna qədər orada tənhalıqda, əvvəlcə bir kənddə yaşayır və xəstələndikdən sonra 1970-ci ildə Boraçko gölünün üstündə yerləşən "Şantića Vila" adlı dağ villasına köçür. O, əvvəlcə Ekspressionizmçi olub, lakin sonrada İmpressionizmçiyə çevrilib. Drlyaça özünü Bosniyalı boqomilçi kimi tanıdıb, ona görə də onu tez-tez sonuncu Bosniyalı boqomilçi adlandırırdılar..
Lazar Markoviç
Lazar Markoviç (serb-kiril. Лазар Марковић , tələffüzü [[Beynəlxalq fonetik əlifba|[lâzaːr mǎːrkoʋitɕ]]] ; 2 mart 1994, Çaçak[d]) — Qaziantepdən icarə əsasında Türkiyə Super Liqasının Trabzonspor klubunda cinah müdafiəçisi kimi çıxış edən serbiyalı peşəkar futbolçudur . Markoviç 2012-ci ildə Serbiya millisində 20-dən çox oyun keçirərək millidə debüt etdi. == Karyera statistikası == === Klub === 4 Fevral 2023 tarixində yenilənib === Milli === 15 noyabr 2016 tarixində yenilənib Matçlar və nəticələr ilk olaraq Serbiyanın qollarının sayını göstərir, hesab sütunu Markoviçin hər qolundan sonra hesabı göstərir.
Pál Lázár
Pál Lázár (d. 11 mart 1988, Debrecen ) — macar futbolçusudur . Lazar peşəkar futbolçu karyerasına 2005-ci ildə Sopron şəhərinin klubu olan FC Sopron- da başlayıb. Bir mövsüm ərzində cəmi 9 oyunda şans qazana bilən futbolçu mövsümün sonunda Rumıniyanın üçüncü səviyyəli futbol liqasında yer alan Liberty Salonta ilə müqavilə imzalayıb. Burada bir mövsüm qaldıqdan sonra Videoton ilə müqavilə imzaladı. 2007-08 mövsümünün əvvəlində buraya gələn Lazar klubdakı dörd mövsümü ərzində 71 oyuna çıxıb. Klubdakı ilk iki mövsümündə Liqakupa son mövsümündə, 2010-11-də Macarıstan çempionluğunu qazandı. 2011-12 mövsümünün əvvəlində Samsunspor ilə üç illik müqavilə imzaladı. O, bu komandada ilk oyununu 10 sentyabr 2011-ci ildə keçirib. "Samsunspor"da 10 oyun keçirən futbolçu 2012-13 mövsümünün əvvəlində klubla müqaviləsini qarşılıqlı olaraq ləğv edib.
Alla Mazur
Alla Qriqoryevna Mazur (ukr. Алла Григорівна Мазур; 16 sentyabr 1965) — ukraynalı jurnalist. Ukraynanın “1+1” kanalında TSN xəbər proqramının aparıcısı. == Həyatı == Alla Mazur 16 sentyabr 1965-ci ildə Xmelnitski vilayəti həkim ailəsində anadan olub. Atası Qriqori diş həkimi olub. O, məktəbi qızıl medalla bitirib. Onun məqalələri yerli rayon qəzetində tez-tez dərc olunurdu. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib. O, Ukrayna radiosunda müxbir, redaksiya rəhbəri, Ukrayna radiosu Birinci Kanalının baş redaksiyasında, proqram aparıcısı kimi çalışıb. Çernobıl qəzasının ildönümü üçün və 1991-ci ildə Ukraynada prezident seçkiləri zamanı radio marafonları hazırlayıb və aparıcılıq edib.
Lazer əməliyyatı
Lazer əməliyyatı — cərrahi əməliyyatların yerinə yetirilməsi üsulu, ətrafdakı toxumalara minimal ziyan vurmaqla kiçik toxuma sahələrinin çıxarılmasını və ya koterizasiyasını nəzərdə tutur. Lazer cərrahiyyəsi görmə korreksiyası, arterial tıxanmaların aradan qaldırılması, dəridə müəyyən növ piqmentli formasiyaların aradan qaldırılması, stomatologiya və şişlərin, xüsusən də müxtəlif etiologiyalı qliomaların çıxarılması üçün istifadə olunur. Lazerlərin spektral xüsusiyyətləri müxtəlif xəstəliklər üçün radiasiyanın istənilən növünü və gücünü seçməyə imkan verir. Məsələn, arqon lazeri tor qişa xəstəliklərinin (məsələn, diabetik retinopatiya), karbon dioksid lazeri servikal intraepitelial neoplaziyanın müalicəsində, Nd:YAG lazeri isə uşaqlığın endometrial təbəqəsinin çıxarılması üçün istifadə olunur. == Ədəbiyyat == Шахно Е. А. Физические основы применения лазеров в медицине (PDF). СПб.: НИУ ИТМО. 2012. Давид Кочиев, Иван Щербаков. Лазеры вместо скальпеля («Природа»). 2014.
Azur pəncərəsi
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. == Tarixi == Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib. 1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.
Lazer hədəf təyinedici
Lazer hədəf təyinatçısı bir hədəfi təyin etmək üçün istifadə olunan lazer işığı mənbəyidir. Lazer təyinedicilər sırasıyla Paveway seriyası bombaları, AGM-114 Hellfire və ya M712 Copperhead mərmiləri kimi lazerlə idarə olunan bombalar, raketlər və ya həssas artilleriya sursatlarının hədəflənməsini təmin edir. Hədəf bir təyinedici tərəfindən qeyd edildikdə, şüa görünmür və davamlı parlamır. Bunun əvəzinə bir sıra lazer işığının kodlanmış impulsları atılır. Bu siqnallar hədəfdən göyə sıçrayır və burada lazerlə idarə olunan döyüş sursatında axtaran tərəfindən aşkar edilir və sursat özünü əks olunan siqnalın mərkəzinə doğru yönləndirir. Hədəfdə olan insanlar lazer aşkarlama avadanlığına sahib olmadıqca və ya onlara doğru yaxınlaşan təyyarələrin səsini eşitmədikləri halda, işarələnib-işarələnmədiklərini müəyyənləşdirmək onlar üçün olduqca çətindir. Lazer təyinatçılar ən yaxşı atmosfer şəraitində işləyirlər. Bulud örtüyü, yağış və ya tüstü, mövcud ərazi məlumatları vasitəsilə bir simulyasiyaya çatmazsa, hədəflərin etibarlı təyinatını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.
Lazer impuls analizi
Lazer impuls analizi — maye, bərk və pastavari maddələrin istilik keçiriciliyini və termal diffuziyasını ölçmək üçün son illərdə istifadə olunan metoddur. == Ümumi məlumat == Materialların termofiziki xüsusiyyətləri və alınnan son məhsullarda istilik köçürmələrinin optimallaşdırılması barədə məlumatlar sənayedə istifadə üçün vacib amillərdən biridir . Yarımkeçirici materialların, LED-lərin, optik disklərin yazılması və onların yaddaşı üçün texnologiyaların öyrənilməsində, düz ekranlar yaratmaqda incə plyonkaların termofiziki xüsusiyyətləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, sənaye sahələrində cihaza xüsusi bir funksiya vermək üçün altlıqda ince bir tətbiq olunur. İncə plyonkaların fiziki xüsusiyyətləri həcmli olan materialların xüsusiyyətlərindən fərqləndiyindən, bu məlumat istilik proseslərinin dəqiq proqnozlaşdırıla bılən nəzarətinə ehtiyac duyur. Qalınlığı 80 nm-dən 20 mikrona qədər olan incə plyonkaların termofiziki xüsusiyyətlərini analiz etmək üçün, ümumi olaraq tanınan lazer flaş üsulu əsasında, məsələn, LAZER impuls cihazı LİNSEİS (TF-LFA) bir sıra yeni imkanlar təklif edir. == Yuksək sürətli lazer flaş metodu == (nümunənin arxa tərəfinin istiləşməsi, ön deteksiyası (RF)) İncə təbəqələrin və plyonkaların istilik xüsusiyyətləri həcmli olan müvafiq materialların xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndiyindən, onların tədqiqi ücün klassik lazer flaş metodunun məhdudiyyətlərindən üstün bir üsul tələb olunur — yuksək sürətli lazer flaş metodu. Ölçmə, həndəsi standart lazer flaş üsulu ilə eynidir: detektor və lazer nümunənin qarşı tərəfində yerləşir. İQ detektorları incə qatların ölçməsi üçün çox asta olduğundan, deteksiya termo-əks (reflective) etdirici üsul ilə həyata keçirilir. Bu üsulun əsas məğzi, materialın qızdırıldığı zaman, onun səthinin əksedirici qabiliyyətinin dəyişilməsi istilik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə edilə bilər.
Kazuar
Kazuar (lat. Casuarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi.
Kazuo
Kazuo — ad. Kazuo Eçiqo — Yaponiya futbolçusu. Kazuo Ozaki — keçmiş Yaponiya futbolçusu. Kazuo Sayto — keçmiş Yaponiya futbolçusu. Kazuo İmanişi — keçmiş Yaponiya futbolçusu.