Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəniz patrul təyyarəsi
Dəniz patrul təyyarəsi uzun müddət dəniz patrul rollarında işləmək üçün hazırlanmış sabit qanadlı təyyarədir. Dəniz patrul təyyarələri xüsusilə sualtı, donanma və axtarış-xilasetmə missiyalarında iştirak edir.
Gürzə patrul maşını
Müdafiə Sənayesi Nazirliyi mühəndisləri tərəfindən yaradılmış patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Toyota HILUX 12 modelinin bazasında hazırlanmış "Gürzə" 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş "Gürzə" adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunmuşdur. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəmişdir.
Natrium
Natrium (Na) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 11-ci element. Natrium (Na) – bütün ərzaq məhsullarında var. Əsas mənbəyi xörək duzudur. Natrium maddələr mübadiləsində iştirak edir və toxumalarda osmotik təzyiqi müəyyən normada saxlayır. Orqanizmin fizioloji funksiyalarının normallığını təmin etmək üçün insan hər gün bütün yeməklərlə birlikdə 10–15 q xörək duzu qəbul etməlidir. Xörək duzunun tərkibindəki xlor mədə şirəsinin tərkibinə daxil olan duz turşusunun alınmasında iştirak edir və tripsin fermentinin təsiri ilə qidanın tərkibindəki zülalın parçalanmasına səbəb olur. Ərzaq məhsullarında natriumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 701; düyü – 25; kartof – 21; pendir – 606; alma – 11; mal əti – 84; yumurta – 143; inək südü – 51. Bitkilərin orqanizmində natriumun miqdarı orta hesabla kütlə faizi ilə 0,02 % miqdarında olur. Natrium maddələrin membrandan nəqli üçün əhəmiyyətlidir, natrium-kalium nasosunun (Na+/K+) tərkibinə daxildir. Natrium bitkidə karbonun nəqlini tənzimləyir.
Patras
Patras (q.yun. Πάτραι, yun. Πάτρα, lat. Patrae) və ya Baliyabadra (türk. Balyabadra) – Yunanıstanda şəhər. Konstantinos Stefanopulos — 1995-2005-cı illərdə Yunanıstanın prezidenti.
Xartum
Xartum (ərəb. الخرطوم‎, Əl-Xartum) — Sudanın paytaxtı və ən böyük şəhəri. Şəhər Ağ Nil və Mavi Nil çaylarının qovuşmasında yerləşir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 639 598 nəfər, şəhərətrafı ilə birlikdə 5 274 321 nəfərdir. Şəhərin əsası 1821-ci ildə Misir hakimi Məhəmməd Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən qoyulmuşdur. Şəhərin arxitekturasında ərəb, şərq xarakteri üstünlük təşkil edir. Şəhərin mərkəzi hissəsi Mavi Nilin vadisi boyunca yerləşir. Burada, çayın sahilində dövlət başçısının iqamətgahı yerləşən Respublika sarayı ilə yanaşı, müxtəlif nazirliklərin və idarələrin binaları yerləşir. Bir qədər aralıda şəhərin ticarət — maliyyə mərkəzi hesab olunan Xartum Siti yerləşir. Mavi Nil üzərindəki müasir körpü vasitəsilə universitet şəhərciyinə, təbiət tarixi və etnoqrafiya muzeyinə getmək mümkündür.
Matsum.
Nindzo Matsumura (14 fevral 1856, İbaraki prefekturası – 4 may 1928, Tokio[d]) — Yaponiya botaniki. == Biblioqrafiya == Nindzo Matsumura 9 yanvar 1856-cı ildə Xitati əyalətində anadan olmuşdur. 1923-cü ilin noyabrında iflic olan Nindzo Matsumura 4 may 1928-ci ildə vəfat etmişdir. == Bəzi elmi əsərləri == Matsumura N. Nippon shokubutsumeii; or nomenclature of japanese plants in Latin, Japanese and Chinese. — Tokio, 1884. — 209 p. Matsumura N. Cryptogamae japonicae iconibus illustratae. — Tokyo, 1899–1901. Matsumura N. Index plantarum japonicarum. — Tokioni, 1904–1912.
Aporum
Dendrobium (lat. Dendrobium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Atrium
Memarlıqda atrium (pl.: atria or atriums) bina ilə əhatə olunmuş açıq hava və ya üstü örtülmüş böyük məkandır.Atria, Qədim Roma iqamətgahlarının ümumi xüsusiyyət idi, məqsəd iç məkanı işıqla təmin etmək və havalandırmaq idi. XIX əsrin sonu və XX əsrin sonlarında hazırlanmış müasir atriumlar əsasən, bir neçə mərtəbəli olub , şüşəli dam və böyük pəncərələrə malikdir, adətən binanın əsas giriş qapılarının dərhal arxasında (foyedə) yerləşir. Osmanlı memarlığında "avlu" adlanır və osmanlı saraylarında tez-tez rast gəlinir.
Ayrum
Ayrum Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Ayrum - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum tayfasının məskunlaşmasından yaranmışdır. Türklər XIII əsrin əvvəllərində Anadolu yarımadasında Konya (İkonum) sultanlığını tutduqdan sonra, oradakı türk tayfalarının bir hissəsi Gəncə bölgəsinə və İrəvan əyalətinə köçmüşlər. Ayrum adı ayrı ("ayrılmış") sözündəndir. "Ayrım" adının guya hay (yəni erməni) və urum (yəni Roma,Bizans) sözlərindən ibarət olması fikri yanlışdır. İrəvan əyalətində ayrumların bir hissəsi İrana keçəndən sonra Şahsevənlərə qoşulmuş, digər hissəsi Ayrumlu(631 ailə), Seyid Aqsaqlı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) qollarından ibarət olmuşdu. Ayrumlar oradan Azərbaycana, (Gədəbəy-Qazax bölgəsinə) və Gürcüstana köçmüşlər.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Batum
Batumi (gürc. ბათუმი; 1936-cı ilə qədər Batum) və ya Batum— Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtı. Şəhərin əhalisi 152 839 nəfərdir (2014). Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında 400 000 min nəfərə çatır. Batumi Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır. == Tarixi == Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – "dərin", Batis limen – "dərin liman") adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Parus
Arıquşu (lat. Parus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Parux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Qarum
Qarum — Qədim Romada yeməklərin dadlandırılması üçün istifadə edilmiş yemək sousu. Balıq sousu olaraq bilinən qarumun cinsi aktivliyi yüksəldən afrodizyak tərkibli olduğu ehtimal edilməkdədir. Qədim Romada daha geniş yayılmasına baxmayaraq, qarumdan Qədim Yunanıstanda da istifadə edilmişdir. Əsasən tuna və ilan balqılarının daxili orqanlarının duzlanması ilə hazırlanan qaruma şərab, sirkə, qara istiot, yağ və duz kimi əlavələr edilirdi. Qarum təkcə yeməklərin hazırlanmasında yox eyni zamanda dərman və dərinin cavan saxlanılması üçündə istifadə edilmişdir.
Marum
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.
Euseius vitrum
Euseius vitrum (lat. Euseius vitrum) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Hordeum parvum
Müqəddəs Petrus
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Natrium alüminat
Natrium alüminat - sənayedə təsirli bir alüminium hidroksid mənbəyi kimi istifadə olunan qeyri-üzvi kimyəvi maddədir. Saf natrium alüminatı (susuz), NaAlO2, NaAl(OH)4 (nəm), [2] Na2O • Al2O3 və ya Na2Al2O4 kimi verilən müxtəlif formullarına malik olan ağ kristal bərk maddədir. Natrium alüminat məhlul və ya qatı halda mövcuddur. Bəzən Na2O və Al2O3 reaksiyası ilə hazırlanan natrium alüminat adı verilən digər əlaqəli birləşmələr kimi diskret AlO4-5 anionları olan Na5AlO4, kompleks polimer anionlardan təşkil olunan Na7 Al3O8 və Na17 Al5 O16 və NaAl11O17 göstərilir. [3] [4] Susuz natrium alüminat, NaAlO2, üç ölçülü künclü AlO4 tetrahedr çərçivəsini təşkil edir. Sulu forma NaAlO2 • 5 / 4H2 O, halqalara birləşdirilmiş AlO4 tetraedr qatlarına malikdir və təbəqələr AlO4 tetrahedrasında O atomlarına hidrogen bağlayan natrium onları və su molekulları ilə bir-birinə birləşir. [5] İstehsalı Natrium alüminat, alüminium hidroksidin (Al(OH)3) kaustik soda (NaOH) məhlulunda həll edilməsi ilə istehsal olunur. Alüminium hidroksid qaynama nöqtəsinə yaxın bir temperaturda 20-25% sulu NaOH məhlulunda həll edilə bilər. Daha yüksək qatılıqlı NaOH məhlullarının tətbiqi yarı qatı bir məhsulun alınmasına səbəb olur. Proses buxarda qızdırılan nikel və ya poladdan qablarda aparılmalı və alüminium hidroksid bir sellüloza əmələ gələnə qədər təxminən 50% sulu kaustik soda ilə qaynadılmalıdır.
Natrium benzoat
Natrium benzoatC6H5COONa (Е211) — konservantlar qrupuna aid qida əlavəsi. Natrium benzoat — benzoy turşusunun natrium duzudur. Ağ toz,iysiz və ya benzaldehidin biraz qoxusu var. Flek (Hugo Fleck) tərəfindən 1875-ci ildə salisilik turşunun əvəzlənməsi olaraq kəşf edilmişdir. 1908-ci ildə ABŞ-da istifadəyə icazə verilir. Aflatoksin meydana gətirən də daxil olmaqla maya və kif göbələklərinə, hüceyrələrdə redoks reaksiyalarından məsul fermentlərin fəaliyyətini, həmçinin yağları və nişastanı parçalayan fermentlərin fəaliyyətinə güclü bir inhibe təsiri göstərir. Rusiyada və Avropa ölkələrində qida əlavəsi olaraq istifadəsinə icazə verilir. 2004-cü ildən bəri Avropa ölkələrində natrium benzoat və süni rənglərin birləşməsinin uşaqların davranışına və zəkasına mənfi təsiri müzakirə olunur. Mütəxəssislər, E102, E104, E110, E122, E124 və E129 kimi maddələri tədricən mərhələləndirməyi tövsiyə etdilər. Ət və balıq məhsullarının, marqarin, mayonez, ketçup, meyvə və giləmeyvə məhsullarının, şirin qazlı içkilərin konservləşdirilməsində istifadə olunur.
Natrium bisulfit
Natrium bisulfit və ya natrium hidrosulfit - natrium və sulfit turşusunun turş duzudur. Bozumtul ağ tozdur. Suda və qələvilərin duru məhlullarında yaxşı həll olur. Natrium hidroksidin kükürd (IV) oksidlə reaksiyasından: NaOH+SO2→NaHSO3 Ditionitın isti su ilə reaksiya nəticəsində: 2Na2S2O4+H2O→2NaHSO3+Na2S2O3 Durulaşdırılmış ditionitın oksidləşmə reaksiyası nəticəsində: 2Na2S2O4+H2O+O2→4NaHSO3 Qızdırıldıqda parçalanır: 2NaHSO3→Na2SO3+SO2+H2O Kaliy xloratla reaksiya qirir: KClO3+NaHSO3→KNaSO3+HClO3 HClO3+4NaHSO3→3NaHSO4+H2SO3+NaCl Yeyinti sənayesində konservant kimi, şərabçılıqda çaxırın oksidləşməsinin qarşısını almaq və ilkin dadını saxlamaq məqsədi ilə, kimya sənayesində reduksiyaedici, tekstil sənayesində ağardıcı kimi, dəri işində sukeçirməzlik və daha çox davamlılıq vermək üçün istifadə olunur. Реми Г. «Курс неорганической химии» М.: Иностранная литература, 1963 Ə.B.Əliyev.Qeyri-üzvi kimya. Bakı 2007.
Natrium florid
Natrium florid (NaF) — NaF formullu qeyri-üzvi birləşmədir. İçməli suyun, diş pastasının istehsalında, metallurgiyada, pestisidlərdə və siçan zəhərində istifadə olunur. Suda asanlıqla həll olan rəngsiz və ya ağ rəngli bir qatı maddədir. Dərman istehsalında geniş tətbiq olunan florid mənbəyidir və diş boşluğunun qarşısını almaq üçün istifadə olunur. 2017-ci ildə, ABŞ-də bir milyondan çox resepti olan, ən çox verilən 247-ci dərman idi. Natrium florid diş boşluğun qarşısını almaq üçün tablet şəklində satılır. Diş sağlamlığını qorumaq üçün florid duzları tez-tez bələdiyyə içməli suyuna (bəzi ölkələrdə bəzi qida məhsullarına) əlavə olunur. Ftor, diş emalında təbii olaraq meydana gələn, dişin əsas hissəsi olan flüorapatiti meydana gətirərək dişlərin gücünü artırır. Natrium florid suyun flüoridləşdirilməsi üçün istifadə olunsa da və digər su-floridasiya birləşmələrinin ölçüldüyü standart olsa da, heksaflorosilikat turşusu (H2SiF6) və onun duzu natrium heksaflorosilikat (Na2SiF6) ABŞ-də daha çox istifadə olunan qatqılardır. Postmenopozal osteoporozun müalicəsi üçün florid əlavəsi geniş tədqiq edilmişdir.
Natrium hidrofosfat
Natrium hidrofosfat – qeyri-üzvi birləşmədir, ortofosfat turşusunun və qələvi metalı natriumun turş duzudur. Natrium hidrofosfat rəngsiz kristallar əmələ gətirir. Suda yaxşı, etanolda zəif həll olunur. Sulu məhlullar anionda hidroliz nəticəsində bir qədər qələvi reaksiya verir. Bir neçə kristalhidrat əmələ gətirir Na2HPO4•nH2O, burada n=2,7,12, kristallaşma suyunda müvafiq olaraq 95,48,1 və 35,1°C-də əriyir. Durulaşdırılmış ortofosfat turşusunu durulaşdırılmış natrium hidroksid məhlulu ilə neytrallaşdırma nəticəsildə: H 3 P O 4 + 2 N a O H → N a 2 H P O 4 + 2 H 2 O {\displaystyle {\mathsf {H_{3}PO_{4}+2NaOH\ {\xrightarrow {}}\ Na_{2}HPO_{4}+2H_{2}O}}} Natrium dihidrofosfatın natrium hidroksidin məhlulu ilə reaksiyası nəticəsində: N a H 2 P O 4 + N a O H → N a 2 H P O 4 + H 2 O {\displaystyle {\mathsf {NaH_{2}PO_{4}+NaOH\ {\xrightarrow {}}\ Na_{2}HPO_{4}+H_{2}O}}} Kristalhidrat qızdırıldıqda su itirir: N a 2 H P O 4 ⋅ 12 H 2 O → 95 − 100 o C N a 2 H P O 4 + 12 H 2 O {\displaystyle {\mathsf {Na_{2}HPO_{4}\cdot 12H_{2}O\ {\xrightarrow {95-100^{o}C}}\ Na_{2}HPO_{4}+12H_{2}O}}} Qızdırıldıqda natrium pirofosfat alınır: 2 N a 2 H P O 4 → 120 − 300 o C N a 4 P 2 O 7 + H 2 O {\displaystyle {\mathsf {2Na_{2}HPO_{4}\ {\xrightarrow {120-300^{o}C}}\ Na_{4}P_{2}O_{7}+H_{2}O}}} Ortofosfat turşusu ilə reaksiyaya daxil olaraq natrium dihidrofosfat alınır: N a 2 H P O 4 + H 3 P O 4 → 2 N a H 2 P O 4 {\displaystyle {\mathsf {Na_{2}HPO_{4}+H_{3}PO_{4}\ {\xrightarrow {}}\ 2NaH_{2}PO_{4}}}} Qələvilərlə reaksiyaya daxil olur: N a 2 H P O 4 + N a O H → N a 3 P O 4 + H 2 O {\displaystyle {\mathsf {Na_{2}HPO_{4}+NaOH\ {\xrightarrow {}}\ Na_{3}PO_{4}+H_{2}O}}} Natrium hidrofosfat dəyişmə reaksiyasına daxil olur: 4 N a 2 H P O 4 + 3 C a C l 2 → C a 3 ( P O 4 ) 2 ↓ + 6 N a C l + 2 N a H 2 P O 4 {\displaystyle {\mathsf {4Na_{2}HPO_{4}+3CaCl_{2}\ {\xrightarrow {}}\ Ca_{3}(PO_{4})_{2}\downarrow +6NaCl+2NaH_{2}PO_{4}}}} N a 2 H P O 4 + C a C l 2 → C a H P O 4 ↓ + 2 N a C l {\displaystyle {\mathsf {Na_{2}HPO_{4}+CaCl_{2}\ {\xrightarrow {}}\ CaHPO_{4}\downarrow +2NaCl}}} 2 N a 2 H P O 4 + 3 A g N O 3 → A g 3 P O 4 ↓ + 3 N a N O 3 + N a H 2 P O 4 {\displaystyle {\mathsf {2Na_{2}HPO_{4}+3AgNO_{3}\ {\xrightarrow {}}\ Ag_{3}PO_{4}\downarrow +3NaNO_{3}+NaH_{2}PO_{4}}}} Natrium hidrofosfat qida sənayesində E339 əlavə kimi, pendirin hazırlanmasında emulqator kimi, südün jele halına gəlməsinin qarşısını almaq üçün istifadə olur. Makarona əlavə edilməsi, yeməyin hazırlanmasını sürətləndirir. Farmakologiyada tətbiq olunur. Natrium hidrofosfat zəhərli xüsusiyyətlərə malik deyil. Bu birləşmənin qeydə alınmış preparatları insanlar üçün 4-cü təhlükə sinfinə aiddir.