Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fabio Pena
Fábio Pena (27 avqust 1990, Pires-du-Riu, Qoyas) — hücum mövqeyində oynamış braziliyalı keçmişfutbolçudur .
Fabiu Pena
Fábio Pena (27 avqust 1990, Pires-du-Riu, Qoyas) — hücum mövqeyində oynamış braziliyalı keçmişfutbolçudur .
Karlos Pena
Karlos Pena (ing. Carlos Roberto Pena Jr.; 15 avqust 1989, Kolumbiya[d], Missuri) — Amerikalı aktyor, müğənni və rəqqas. Karlos Pena daha çox Nickelodeonun Big Time Rush serialındakı Karlos rolu ilə tanınır. == Bioqrafiya == Karlos Pena 15 avqust 1989-cu ildə Missuri ştatının Kolumbiya şəhərində anadan olub. Atası ispan və venesuelalıdır, anası isə dominikanlıdır. O, Florida ştatının Weston şəhərində böyüyüb. Çirlidinq olduğu Sagemont Upper Schoolda oxuyub. Onun ilk aktyorluq rolu ER-də 15 yaşında qonaq ulduz kimi, daha sonra həmin il Judging Amy, Summerland və Ned's Classified School Survival Guide filmlərində qonaq rollarında oynayır. Karlos PenaVeqa hələ orta məktəbdə oxuyarkən Super Soaker brendinin əyləncə su tapançasının televiziya reklamlarında çəkilirdi və onun şəkli hətta oyuncağın qablaşdırmasında da görünürdü. === Karyera === Karlos PenaVeqa Boston Konservatoriyasında musiqili teatrda oxuyarkən meneceri onu Big Time Rush üçün dinləmələrə dəvət edir.
Dena
Dena — İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir. Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Həna
Həna — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,358 nəfər və 1,335 ailədən ibarət idi.
Lena
Lena (ad) — qadın adı. Lena çayı — Rusiyada çay. Lena dirəkləri — Lena çayı sahilində yerləşən təbiət abidəsi. Lena (kommuna) — kommuna.
Məna
Məna bu mənaları ifadə edə bilər:
Penza
Penza (rus. Пенза) — Rusiya Federasiyasında yerləşən şəhər, Penza vilayətinə daxildir.
Peşa
Peşa (it. Pescia) — İtaliyanın Toskana regionunun Pistoia əyalətində 19559 nəfər əhalisi olan şəhər (kommuna). Eyni adlı çayın sahilində, Lucca ilə Florensiya arasında yerləşir. Məşhur gül bazarı sayəsində onu güllər şəhəri adlandırırlar.
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Rəna
Rəna — Qadın adı.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Vena
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Yena
Yena (alm. Jena‎ [ˈjeːna]) — Almaniyanın Türingiya torpağında, Zal çayı sahilində Erfurtdan sonra ikinci böyük şəhər olan universitet şəhəri. Şəhərin əhalisi 110.321 nəfərdir. (2016). Şəhər 1558-ci ildə açılmış, hazırda 20 mindən çox tələbənin təhsil aldığı universiteti ilə məşhurdur. 1874-cü ildə dəmir yolunun inşası ilə Yena sənaye mərkəzi kimi inkişaf etdi. ADR dövründə burada optik-mexaniki sənayenin mərkəzi - təxminən 60 min nəfərin işlədiyi ən böyük müəssisə olan Carl Zeiss zavodu yerləşirdi. 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən sonra Yena sənaye şəhərindən elm və təhsil mərkəzinə çevrildi. Yenada bir çox tədqiqat laboratoriyası və institutu var. Şəhərin öz planetarisi, rəsədxanası, botanika bağı və dəqiq mexanika, oftalmik optika və tibb sahəsində mütəxəssis hazırlayan bir məktəbi var.
Polar Pena Karraso
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Ena
Ena (恵那市, Ena-shi) — Yaponiyanın Çubu regionunun Tono hissəsində, Gifu prefekturasında yerləşən şəhər. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 51.087 nəfərdir, hər km² ərazidə 110 nəfər yaşayır. Şəhərin sahəsi 504,19 km²-dir. Şəhər əslində 1 aprel 1954-cü ildə yaradılmışdır, amma 2004-cü ilin 25 aprelində Ena şəhərinə Aketi, İvamura, Kamiyahaqi və Yamaoka şəhərləri və Kusihara kəndi (hamısı keçmiş Ena qəzasının tərkib hissəsi idilər) birləşdirilmişdir. Beləliklə, yeni Ena şəhəri yaradılmışdır. == Coğrafiya == Dağlar: Kasaqi dağı, Hoko dağı, Yudaçi dağı, Byobu dağı, Yake dağı, Mitsumori dağı. Çaylar: Kiso çayı, Aqi çayı, Kamiyahaqi çayı, Kamimura çayı, Aketi çayı, Toki çayı, Ori çayı. Göllər: Hokonoko gölü, Aqiqava gölü, Okuyohaqi gölü, Oriqava gölü. === Bölgələr === == Tarixi və görməli yerləri == Ena şəhərindəki əsas tarixi və görməli yerlər bunlardır: Hirosiqe İncəsənət Muzeyi, Ena qobusu, Aqiqava su bəndi, İvamura qalasının qalıqları, Yahaqi su bəndi, Monqol kəndi.
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
Dənizkənarı Sena
Dənizkənarı Sena və ya Dənizsahili Sena (fr. və norm. Seine-Maritime) — Fransanın şimal-qərbində yerləşən, Normandiya regionunun departamenti . 18 yanvar 1955-ci ilə qədər departament «Aşağı Sena» (fr. Seine-Inférieure) adlanırdı. Sıra nömrəsi — 76. İnzibati mərkəzi — Ruan şəhəri. Əhalisi — 1 257 920 nəfər (departamentlər arasında 15-ci yer, 2014-ci ilin məlumatları). == Coğrafiyası == Dənizkənarı Sena departamenti Er, Uaza, Somma və Kalvados departamentləri ilə sərhəddir. Sahəsi — 6278 km².
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979–1985). 1975–76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976–77-ci illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977–81-ci illərdə MİB-də texnik, 1981–85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985–89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989–92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992–93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993–99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000–2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Kamenka (Penza)
Kamenka — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Köməkçi məna
Köməkçi məna bir sözün əsas mənası ilə əlaqədar zamanla ortaya çıxan fərqli mənaların hər birisidir. Sözün əsas (birinci) mənasından başqa, ancaq əsas məna ilə çox və ya az yaxınlığı olan yeni məna köməkçi məna adlanır. Yaxınlıq və oxşarlıq ümumiyyətlə bir sözün köməkçi mənasını qazanmasında mühüm rol oynayır. Köməkçi mənalar əsas məna ilə birlikdə həqiqi mənaları təşkil edir. Məsələn, "göz" dedikdə ağla gələn ilk şey sözün əsas mənası olan orqan adıdır. Lakin "iynənin gözü", "çantanın gözü", "masanın gözü" kimi ifadələr bənzətmə ilə əldə edilən yeni mənalardır. Bunlara köməkçi mənalar deyilir.
Körpücükaltı vena
== İstinadlar ==
Lena (kommuna)
Lena (fr. Lenax) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03142. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 45 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 67.9%, 1999-cu ildə 65.6%). Fəal olan 95 nəfərdən 90 nəfər (56 kişi və 34 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi. Fəal olmayan 45 nəfər arasında 6 nəfər şagird və ya tələbə, 26 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lena Belkina
Lena Belkina (ukr. Олена Юріївна Бєлкіна; 27 noyabr 1987, Daşkənd) — Müğənni (mezzo-soprano).
ПМА "В-1" və ПМА "В-2" aşqarları