Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plazma
Tibbi termin üçün bax qanın plazması Plazma - müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral və ya qismən ionlaşmış atomlardan təşkil olunmuş elektrik cəhətdən neytral olan sistem. Yüksək dərəcədə ionlaşmış qaz halına da plazma deyilir. Terminini fizikaya 1923-cü ildə İrvinq Lənqmür daxil etmişdir. Müsbət yüklər müsbət ionlardan, mənfi yüklər isə əsasən elektronlardan (bəzən mənfi ionlardan) ibarətdir. Qaz atomlarının ionlaşması zərrəciklərin zərbəsi, elektromaqnit şüalanmasının təsiri və s. nəticəsində baş verir və ionlaşma dərəcəsi ilə xarakterizə olunur. Termodinamikasına və bir sıra digər xassələrinə görə plazma iki qrupa ayrılır: alçaq temperaturlu (qaz boşalması və ya qeyri-izotermik) plazma və yüksək temperaturlu (təbii və ya izotermik) plazma.
Ulama
Lama
Lama (heyvan) – heyvan növü. Lama (buddizm) — budda rahibi.
Ana plata
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Enterprise Plaza
Enterprise Plaza - Hyustonda yerləşən 230 mərtəbəli binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1980-ci ildə tikilmişdir. Tikilən zaman Hyustonun ən böyük qülləsi hesab edilirdi. Bu qüllədən sonra 305 mərtəbəli JPMorgan Chase Tower qülləsi tikilərək, onu qabağlayır.
Heritage Plaza
Heritage Plaza - Hyustonda yerləşən 232 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1984-ci ildə tikilmiş, 1987-ci ildə başa çatdırılmşdır.
La Plata
La Plata şəhəri
Olama ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Palma (kommuna)
Palma (fr. Palmas, oks. Palmàs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12177. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 22 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 287 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər (15-64 yaş arasında) arasında 140 nəfər iqtisadi fəal, 34 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 80,5%, 1999-cu ildə 76,8%) olmuşdur.
Palma Adaları
Palma adaları — Dubay şəhərində tikilmiş adalar. Birləşmiş Ərəb Əmirliklərindəki Dubay əmirliyinin dəniz sahilinə yaxın süni ada. Nakheel developer şirkəti tərəfindən yaradılıb. Palma adalarından biridir. 25°06′28″ şm. e. 55°08′15″ ş. u. 25°00′14″ şm. e.
Palma cocos
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Palma kakadusu
Probosciger aterrimus (lat. Probosciger aterrimus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin probosciger cinsinə aid heyvan növü.
Pera Plaza
Pera Plaza — İstanbulun Bəyoğlu ilçəsində yerləşən muzey və otel. Otelin tikintisi 1892-ci ildə başlanıb 1895-ci ildə isə bitib. Otel Taksim-Bəyoğlunun Pera ərazisində yerləşir. Atatürk Beynəlxalq Hava Limanından 20 km uzaqlıqdadır. Bərpa üçün 2006-cı ildə bağlanıb 1 sentyabr 2010-cu ildə yenidən istifadəyə verilmişdir. Pera Plazanın tarixi 19-cu əsrin sonunda başlamışdır. Şərq ekspresi 1888-ci ildən etibarən Paris-İstanbul səfərlərinə başladı. Sərnişinlərin İstanbulda qala biləcəyi yüksək səviyyəli otel yox idi. Bu səbəbdən Pera Plazanın tikintisinə başlandı. Otelin tikintisi 1892-ci ildə başlayıb 1895-ci ildə bitdi.
Playa Giron
Playa Giron (isp. Playa Girón) — Kubanın cənubunda, Donuzlar körfəzinin sahilində, Giron qəsəbəsi yaxınlığında yerləşən çimərlik. Ərazi 17 aprel 1961-ci ildəki Donuzlar Körfəzi əməliyyatı ilə tanınır. Əməliyyat Kuba inqilabı vasitəsilə hakimiyyətə gələn Fidel Kastro və tərəfdarlarının hakimiyyətdən salınması üçün həyata keçirilmişdir. 2 gün davam edən döyüşlərdən sonra ABŞ tərəfindən dəstəklənən Sürgün Kuba Hökuməti birlikləri məğlub olmuş və nəticədə əməliyyat ordunun qələbəsi ilə başa çatmışdır.
Plazma ekran
Plazma ekran bir göstərmə paneli növüdür. 30 düyüm (76 sm) və daha yuxarı ölçüdəki ekranlar üçün məsləhət görülür. Ümumi strukturlarını içlərində sıxışdırılmış ionlu qaz olan elektrik yüklü görünüş hüceyrələri meydana gətirir. Plazma ekranlar görünüşü birbaşa ekran hüceyrələrindən yayırlar. Bu xüsusiyyət sayəsində ekran üzərinə enən görünüş kadrı üzərində detal itkisi və ya kəskinlik meydana gəlmir. Görünüş parçacıqları eyni anda birbaşa yayımlandığı üçün xüsusilə hərəkətli görünüşlərdə gözlə görünən bir axıcılıq meydana gəlir. Bununla birlikdə ekranın izlənmə bucağı 175 dərəcəyə qədər yüksəldiyi kimi rəngdə və kontrastda itkilər meydana gəlmir. Plazma ekranlar LED ekranlara görə daha çox enerji xərcləyərkən, LED ekranlarla eyni nisbətdə güc sərf edir. Plazmalarda bir piksel işıqlanması üçün tək bir plazma hüceyrəsinin işıqlanmasına ehtiyac duyulur. Qara görünüş o hüceyrənin sönməsi ilə təmin edildiyi üçün qara rənglər gerçəyə çox yaxın görünür.
Plazma kimyası
Plazmokimya plazmada gedən prosesləri öyrənir. Plazma ionlaşmış qarışıqdır. Az ionlaşmış və ya aşağı temperaturlu və yüksək temperaturlu plazmaya bölünmə var. Plazmokimyəvi proseslər 1000-100000C temperatur intervalında aparılır. Bu proseslər yüklənmiş və ya həyəcanlanmış hissəciklərin toqquşması ilə baş verir və yüksək sürətə malikdir. Plazmokimya proseslərində kimyəvi rabitənin yenidən paylanması yüksək sürətlə baş verir. Kimyəvi çevrilmənin elementar aktları təqribən 10−6 saniyə ərzində baş verir və dönməyən proseslərdir. Belə reaksiyalar adi zavod treaktorlarında, dönər proseslər səbəbindən, min və milyon dəfələrlə zəifləyir. Plazmokimya prosesləri yüksək məhsuldarlığı ilə seçilir. Metan plazmotronu 65 sm uzunluğu və 15 sm diametri olmasına baxmayaraq gündə 75 ton asetilen istehsal edir.
Qızıl palma
Qızıl Palma (Orijinalı: Palme d' Or, ing. Golden Palm) — Kann Film Festivalının əsas hissəsində verilən ən böyük mükafatdır. Mükafatın adı 1955-ci ildə təşkilat komitəsində qoyuldu. 1939–1954-cü illər arasında böyük mükafata Grand Prix du Festival International du Filmlərin adı verilməkdəydi. 1964–1974-cü illəri arasında isə mükafatın adı, Grand Prix du Festival olaraq dəyişdirildi.
Total Plaza
Total Plaza (əvvəlki adları Entex Building, Louisiana Place, və United Gas Building) — Texasın Hyuston şəhərində yerləşən göydələn, Allen Center kompleksinin blokundan biridir. Binanın tikintisi 1971-ci ildə başa çatmışdı, 1981-ci və 1996-cı illərdə tikinti yenilənmişdi. Hər mərtəbədə təxminən 2,200 m² var, bütün mərtəbələri cəmləsüy 78,710 m² olar.
Maket plata
Maket plata və ya maket lövhəsi, sxem lövhəsi (ing. Breadboard) — elektron cihazların prototiplərinin yığılması və modelləşdirilməsi üçün universal dövrə əmələ gətirən çap lövhəsidir.
Velika Plana
Velika Plana (serbcə: Велика Плана) — Serbiyanın Podunavlye rayonunda yerləşən qəsəbə və bələdiyyədir. Bələdiyyə Morava çayının sol sahilində yerləşir. Ərazisi 345 km² olan bələdiyyənin əhalisi 2011-ci ildəki statistik məlumatlara əsasən 40,578 nəfər təşkil edir. Velika Plananın iqtisadiyyatı sənayeyə əsaslanır və şəhərdə dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin istehsalçısı olan Goša FOM-un bir filialı və müdafiə sənayesi üçün detallar tədarük edən fabrik yerləşir.
Palma draco
Ədəm ağacı (lat. Dracaena draco) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
KDE Plasma
KDE — beynəlxalq azad proqram təminatı cəmiyyətidir, Linux, Microsoft Windows, FreeBSD, Solaris və macOS əməliyyat sistemlərində çalışan cross platform tətbiqlər yaradırlar. Əsasən Linux əməliyyat sistemlərində çalışan "KDE Plasma" masaüstü mühiti kimi tanınır. KDE-nin əsası 1996-cı ildə Mathias Etrich tərəfindən qoyulub. KDE proqram təminatı Qt çərçivəsi (framework) üzərində yazılır. KDE 108 dilə tərcümə olunub . == KDE Plasma == KDE Plasma — KDE tərəfindən əsasən Linux ƏS-i üçün yaradılmış masaüstü mühitidir. KDE Plasma - Fedora KDE, Kubuntu, Manjaro, openSUSE, SteamOS kimi sistemlərdə defolt masasüstü mühiti kimi istifadə olunur.
Lama (buddizm)
Lama (buddizm) - Tibet (Nepal, Hindistan), Monqolustan və Buryatiyada budda rahibi. Termin VIII əsrdə Tibetdə meydana gəlmişdir. İlk vaxtlar yalnız ali kahinləri lama adlandırırdılar. Sonralar həm Tibetdə, həm də Mərkəzi Asiyanın digər rayonlarında rahibliyi qəbul edən hər kəsə lama deməyə başladılar.
Lama (heyvan)
Lama (lat. Lama glama) – dəvəkimilər fəsiləsinə aid cütdırnaqlı məməli heyvan növü.
Lama gölü
Lama gölü — Krasnoyarsk diyarının ən böyük sirinsulu göllərindən biridir. Tektonik məşəlli göl Norilskdən 120 km şərqdə yerləşir. == Əsas məlumatlar == Gölün uzunluğu 80 kilometr, maksimal eni 8 km, sahəsi isə 318 min km² təşkil edir. Gölün dərinliyi 300 metrdən yüksək olması düşünülür. Bəziləri isə dərinliyin hətta 600 metr təşkil etəsi ehtimal edilir. Suyu olduqca soyuqdur. Lama gölü Melkoye gölü ilə Lama çayı vastəsi ilə birləşir. Gölün səviyəsinin qalxması hələ göl buzla örtülü olarkən müşahidə edilir. Buzların ilk hərəkəti iyunda müşahidə edilir. İyulun ortalarında gölün səviyyəsi maksimuma çatır.
Alamo Plaza tarixi bölgəsi
Alamo Plaza tarixi bölgəsi — Texas ştatı, ABŞ-nin mərkəzində yerləşən San-Antonio şəhərinin tarixi bir bölgəsidir. 1977-ci ildə tarixi yerlərin milli reyestrinə daxil edildi. Buraya ayrıca qeydiyyata alınmış tarixi yer və ABŞ-nin milli tarixi məkanı olan Alamo daxildir. Alamo Plazanın düzeni və abadlaşdırılması 19-cu əsrin sonlarında şəhər bələdiyyə üzvü Anton Vulff tərəfindən hazırlanmış və nəzarət edilmişdir. Sahə adından gördüyü işlərə görə yerli iş adamları ona təşəkkür sözləri ilə həkk olunmuş qızıldan hazırlanmış gəzinti çubuğunu təqdim etmişdilər.