Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plevra
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Plevra kisəsi
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Plevna mühasirəsi
Plevnanın mühasirəsi – 1877-1878-ci illər Rus-Türk Müharibəsinin əsas döyüşlərindən biri, Rusiya və Rumıniya birləşmiş ordusunun Plevna şəhərində Nuri-Qazi Osman Paşanın komandanlığı altında möhkəmlənmiş Osmanlı qoşunlarına qarşı hərbi əməliyyatı.Türk ordusunun inadlı müdafiəsi rus qoşununun irəliləməsini gecikdirdi və Osmanlı hökumətinin İstanbul və Ədirnənin müdafiəsinin möhkəmləndirilməsinə imkan verdi, lakin ali türk komandanlığının yarıtmaz qərarları səbəbindən Plevna qarnizonu təslim olmaq məcburiyyətində qaldı. Plevna Rusşuka (bir qolu ilə Sistovoya) Arabkonak (Orxan aşırımı) keçidi ilə Sofiyaya və Lovçaya gedən yolların kəsişməsində, Sevlievo, Qabrovo, Şipkinski keçidindən Qazanlaka və Troyana gedən iki aşırımın yerləşdiyi ərazidədir. Orada əvvəllər 1810-cu ildə rus qoşunları tərəfindən dağıdılmış və yenidən bərpa edilməyən bir qala var idi. Zimnitsa yaxınlığında Dunay çayını keçdikdən sonra Rus Dynay ordusu Tarnovoya doğru uğurlu bir hücum təşkil etdi. İyulun 4-də (16) general Baron N.P Kridenerin Qərb dəstəsi Nikopolu aldı və beləliklə Dunayın sağ sahilindəki körpü plasdarmını 60 kilometrə qədər genişləndirdi. Rus ali baş komandanı Nikopolun itirilməsi ilə cəbhənin qərb hissəsindəki türklərin artıq hərəkətə keçə bilməyəcəyinə və qərbi Bolqarıstanın müdafiəsi ilə məşğul olacaqlarını düşünürdü. Ancaq Vidindəki türk birləşmələrinin rəhbəri Müşir (Marşal) Osman Paşa Baş Komandan Əbdülkərim Kaş Paşaya hərbi əməliyyatların ilkin planını dəyişdirməyi - Dunay çayı boyunca olan müdafiə xəttinin cinahlarında və Vidin boyu qalalarda dördbucaq şəklində qüvvələrin cəmləşməsini təklif etdi. Osman Paşa Vidində lazımi sayda əsgər saxlamağı, qalanlarını Plevnaya təxliyə etməyi, Tarnovoda Şumladan gələn Əhməd-Eyub Paşanın korpusu ilə birləşməyi və Sistovo istiqamətində qətiyyətli bir hücum başlatmağı əlverişli hesab edirdi. Planın son hissəsi uğursuz olduğu təqdirdə, Osman Paşanın fikrincə Balkan keçidlərinin müdafiəsi üçün böyük əhəmiyyət daşıyan Lovçada möhkəmlənmək vacib idi. Rusların son uğurları və Balkan silsiləsindən keçib zəif qorunan Ədirnə və Sofiyaya hücum edəcəkləri qorxusu altında türk komandanlığı bəzi dəyişikliklərlə Osman Paşanın təklifini qəbul etdi.
Plevlya
Plyevlya (mont. Пљевља - Pljevlja) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 30.786 nəfərdir.
Plevrit
Plevrit plevranın (ağciyər pərdəsinin) iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması, və ya plevra vərəqlərinin üzərində fibrinli çöküntülərin əmələ gəlməsi ilə müşahidə olunur. Plevrit quru və eksudativ olmaqla iki yerə bölünür. Əksər hallarda plevrit müstəqil patologiya olmur, çox vaxt bir sıra ağciyər və digər orqanların xəstəliklərini müşayiət edir. Əmələgəlmə səbəblərinə görə plevritlər infeksiya və qeyri-infeksiya (aseptik) mənşəli olur. – bakterial infeksiyalar (stafilokok, pnevmokok, qrammənfi flora və s.); – göbələk infeksiyaları (kandidoz, blastomikoz, koksidioidoz); – viruslu, parazitli (amöbiaz, exinokokkoz), mikoplazmalı infeksiyalar; – vərəm infeksiyası (pasiyentlərin 20%-də aşkar olunur); – sifilis, səpmə və qarın yatalağı, bruselyoz, tülyaremiya; – döş qəfəsi nahiyəsində cərrahi müdaxilələr və travmalar. Göründüyünüz kimi səbəblər çoxdur. Elə buna görə də xəstəlik mövcud olduğu halda səbəbi araşdırılmalıdır. Səbəbini biləndən sonra xəstəyə effektli müalicə tətbiq etmək olar. – plevranın bədxassəli şişləri (plevranın mezotelioması), ağciyər və süd vəzisinin xərçəngi zamanı plevraya yayılan metastazlar, limfomalar, yumurtalıqların şişləri və s. (plevritli pasiyentlərin 25%-də qeydə alınır); – birləşdirici toxumanın diffuz zədələnmələri (sistemli qırmızı qurd eşənəyi, revmatoid artrit, sklerodermiya, revmatizm, sistemli vaskulit və s.); – ağciyər infarktı, miokard infarktı; – digər səbəblər (hemorragik diatezlər, leykozlar, pankreatit və s.).
Ledra
Ledra (yun. Λήδρα) və ya Ledrae — Kipr adasının mərkəzində, bu gün Lefkoşanın olduğu yerdə iştirak edən bir şəhər krallığıydı. Bəzi mənbələrə görə e.ə. 1050-ci ildə qurulan şəhər e.ə. 330-cu ilda kiçik bir kənd qədər küçülmüştü. Bir dövr Asurlular tərəfindən də idarə.
Petra
Petra (ərəb. البتراء‎) — Nəbatilər dövlətinin paytaxtı. Nəbatilər dövlətinin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi.
Jaume Plensa
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[…], Barselona) — İspaniya rəssam və heykəltəraşıdır. == Həyatı == Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır. == Yaradıcılığı == Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir. It opened in July 2004. Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir. Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır.
Plevron (mifologiya)
Plevron (q.yun. Πλευρών) — yunan mifologiyasında Etol və Pronoyanın oğullarından biri. O, Etoliyada yerləşən Plevron şəhərinin banisi və eponimi. O, Dorun qızı Ksantipp ilə evlənmişdir. Onun övladları Agenor, Sterop, Stratonika və Laofontadır. Lakonikada Plevronun ziyarətgahı var idi. Burada tapılan şəcərələrdən birinə görə, o, oğlu vasitəsilə Ledanın ulu babasıdır.
Didi Plevi
Didi Plevi (gürc. დიდი ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 530 nəfər idi. 2014-cü ildə 390 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Patara Plevi
Patara Plevi (gürc. პატარა ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 278 nəfər idi. 2014-cü ildə 195 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Pedra-Lavrada
Pedra-Lavrada (port. Pedra Lavrada) — Braziliyanın Şimal-şərq regiounun Parayba ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 6573 nəfərdir. Ərazisi 351,688 кm²-dir. Əhalinin sıxlığı 18,7 nəfər/кm²-dir.
Petra (Gürcüstan)
Petra qalası — yaxşı qorunan xarabalıqları ilə Kobuleti bələdiyyəsinin Tsikhisdziri kəndi ərazisində yerləşən Bizans qalasıdır. Başqa bir mülahizəyə görə, Petra, müasir Türkiyə ərazisində, Hopa limanının yaxınlığında yerləşirdi, lakin bu, Kesar Prokopiyasının məlumatları ilə ziddiyyət təşkil edir. Kesar Prokopiyasına görə, Qara dəniz yaxınlığında əvvəllər mövcud olan "əhəmiyyətsiz yaşayış yerinin" yerində Lazika şəhərindəki Petra qalasınnın əsası, imperator I Yustinian tərəfindən qurulmuşdur. İmperatora burada qala qurmaq lazım olmasını məhz komandir İohan Tsiv vermişdi. "Mənşəyi bilinməyən alçaq boylu bu adam, yalnız bu fikrinə görə strateji rütbəsinə yüksələ bildi." Bu qaladan istifadə edən Tsiv, Lazların əmlaklarını qarət etdi.. Yunan dilində "qaya" sözünün əsl mənasında Petra adı, şəhərin tikildiyi qayalı və uçurumlu sahilə işarə idi. Dəniz və uçurumlar arasında yerləşməsi, iki qülləsi olan müdafiə divarı ilə müdafiə olunan, dar və qayalı düz bir zolaq istisna olmaqla qalanı əlçatmaz etdi. Uzun müddət mühasirədən sonra möhkəmləndirilmiş şəhər I Xosrovun komandanlığı altında farslar tərəfindən ələ keçirildi. Petra qalasında cəmi bir qarnizon qaldı və qala farslar tərəfindən möhkəmləndirildi. 549-cu ildə qalaya I Yustinian, Daqisfey və 1000 çanın komandanlığı altında 7000 nəfərlik ordu göndərdi.
Petra Kvitova
Petra Kvitova Çexiyalı tennisçi. Uimbldon tennis turnirinin (2011) qalibi. Petra Kvitova əsasən sol əli ilə işləyir. "İstirahət"ə 8-ci mövqedə yollanan perspektivli idmançı bunu ciddi geriləmə saydığını müsahibələrində dönə-dönə vurğulayır. Bu isə təsadüfi deyil, çünki 2011-ci il mövsümü 2-ci yerdə tamamlayan tennisçinin 2012-ci il üçün məqsədi liderliyə yüksəlmək idi. Ancaq o, nə bu istəyini reallaşdıra bildi, nə də "Böyük dəbilqə" seriyalı turnirin qalibi oldu – həm Avstraliya, həm də Fransa mərhələlərində mübarizəni yarımfinalda dayandırdı. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 08.12.2012. səh.14.
Petra Mede
Petra Mede 7 mart 1970, Stokholm) — İsveçin tanınmış komediyaçı, televiziya aparıcısı. Malmödə keçirilən 2013 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı. Petra Mede eyni zamanda İsveçin Stokholm şəhərində keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində Mons Selmerlöv ilə birlikdə aparıcı olub.
Petra Universiteti
Petra Universiteti (ərəb. جامعة البتراء‎) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin prezidenti professor Adnan Badrandır. Universitetin əsası 1996-cı ildə qoyulmuşdur.
Petra Vaçnikova
Petra Vaçnikova (d. 29 may 1976; Vsetin, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Petra Vaçnikova, 2000-ci ildə Çexiyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Petra Vaçnikova, 2000-ci ildə Çexiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Vaçnikova, 60.40 xal topladı və 12 idmançı sırasında 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Petra Vlqova
Petra Vlqova (slovak. Petra Vlhová 13 iyun 1995, Liptovski Mikulaş) — Slovakiyalı dağ xizək idmançısı, nəhəng slalom üzrə 2019 dünya çempionu (Slovakiya tarixində ilk dağ xizək idmanı üzrə çempionu), Dünya kubokunun 9 mərhələsinin qalibi. İlk Gənclər Olimpiya Oyunlarının çempionu. Texniki fənlər üzrə ixtisaslaşmışdır. Petra 2010-cu ilin noyabrında qitə səviyyəli yarışlarda çıxış etməyə başlayır. 2012-ci ilin yanvarında bir slovakiyalı olaraq İnsbrukda ilk Gənclər Olimpiya Oyunlarında çıxış edir. Orada aydın üstünlüklə slalom yarışmasında qalib gəlir (ikinci yeridən yarım saniyədən bir qədər çox müddətdə qalib olur). Super kombinasiyada və nəhəng slalomda da dördüncü yerləri tutur. Elə həmin mövsümün sonunda slalomda Dünya Gənclər Birinciliyinin bürünc mükafatçısı olur. 2012-ci ilin dekabr ayında Avstriya Semmerinqdə keçirilən karyerasının ilk mərhələsində slalomda 11-ci olmaqla, Dünya Kuboku mərhələsində debüt etir.
Plora pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir. 1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır.
Petra Brockova
Petra Brockova (24 fevral 1976, Bratislava) — slovak aktrisası və stand-up komediyaçısıdır. O, altı OTO Mükafatının sahibidir. Bratislava İncəsənət Universitetində kukla sənəti üzrə təhsil alıb. Sonra Böyük Britaniyada və daha sonra iki il Milanda "Teatro laboraotrio mangiafuoco" teatrında işləyib. Slovakiyaya qayıtdıqdan sonra Bratislavadakı "GUnaGU" teatrının əsas üzvlərindən birinə çevrilib, Studio L+S-də işləyib, "Nova scena", "Aréna" teatrları ilə əməkdaşlıq edir.
Rudar Plevlya FK
Rudar Plevlya FK (mont. ФК Рудар Пљевља) və ya qısaca "Rudar" — Monteneqronun Plevlya şəhərini təmsil edən peşəkar futbol klubu. Monteneqro çempionatında çıxış edir. Klub Şariç qardaşları — Darko və Duşko tərəfindən idarə olunur. 2006-cı ildə Monteneqro çempionatının qurulmasından bu yana bu liqada çıxış edir və 2009-10 mövsümündə ilk dəfə çempion ola bilmişdir. 3 dəfə Monteneqro Kubokunu qazanmaqla bu tituala ən çox sahib çıxan klubdur. Monteneqro Kubokunda bununla yanaşı 1 dəfə finalçı, 2 dəfə yarımfinalçı olmuşdur. "Rudar" 1920-ci ildə "Breznik" adı ilə qurulmuşdur. 1923-cü ildə adı "Sancak" olmuşdur. Komanda şəhərdə yerləşən 48-ci Piyada Alayı tərəfindən dəstəklənmişdir.
Petra-tu-Romiu
Petra-tu-Romiu (yun. Πέτρα του Ρωμιού), Afrodita qayası — Bafda (Kipr) dəniz kekuru (qaya). Ərazinin gözəlliyi və yunan mifologiyasında Afrodita ilahəsinin vətəni olaraq bilinməsi səbəbindən turistləri özünə cəlb edir. Turistlər arasında populyarlığına baxmayaraq, Petra tu Romiou yaxınlığındakı dəniz üzmək üçün təhlükəlidir və qayaya dırmaşmaq qadağandır. Ancaq yaxınlıqda bir restoran, bir turizm pavilyonu və Afrodita Hills kurortu vardır. Bir rəvayətə görə, qayalıq Afrodita sevgi ilahəsinin doğulduğu yerdir. Beləliklə Geya (yer ilahəsi) Kronosun oğullarından birini atası Uranı axtalamağa inandırır. Kronos tərəfindən axtalanan Uranın dənizə düşərək qar kimi ağ köpük əmələ gətirən sperma və qanından Afrodita Kifera adası yaxınlığında anadan olmuşdur. Külək onu Kipr adasına gətirmişdir (ya da Kiferanı sevmədiyi üçün özü oranı üzərək tərk etmişdir). Burada Orlar dəniz dalğalarından çıxaraq onunla görüşmüşdür.
Petra della Valle
Petra della Valle (11 aprel 1586[…], Roma – 21 aprel 1652[…], Roma) — İtaliyan səyyah, bəstəkar və musiqiçi. XVII əsrin əvvəllərində Səfəvi sarayında Şah Abbasın məsləhətçisi olmuşdur. Petra della Valli 2 aprel 1586-cı ildə Roma şəhərində anadan olmuşdur. Ailəsi dönəmin əsilzadə ailələrindən idi. Petra della Valle çox savadlı bir insan idi. O hələ kiçik yaşlarında yunan, latın dillərini o cümlədən, klassik mifiologiyanı və İncili öyrənmişdi. Gənclik illərini ədəbiyyata və hərbi xidmətə həsr etmişdir. Daha sonra tibb professoru və yaxın dostu Mario Eskipano təklifi ilə Şərqə səyahətə etməyə qərar verir. Petranın səyahətləri zamanı yazdığı məktubları məhz Eskipano günlük halına gətirmişdir. 1622-ci ildə həyat yoldaşının qəfil ölümü ilə sarsılan yazar bu hadisədən öz divanında bəhs edir.
Xevra duz mədəni
Xevra duz mədəni (urdu کھیوڑہ نمک کی کان, ing. Khewra Salt Mine) və ya Mayo duz mədəni (ing. Mayo Salt Mine) — Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Xevra şəhərində və Hind-Qanq ovalığının üzərində yerləşən duz mədəni. Xevradakı duz mədəni Pakistanın ən böyük, dünyanın ən böyük ikinci və dünyanın ən qədim duz mədənidir. Bu duz mədəni əhəmiyyətli bir turizm obyektidir və hər il 250,000-dən çox turist cəlb edir. Xevra duz mədəni Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Pind Dadan Xan təhsilində, ölkə paytaxtı olan İslamabad şəhərindən təxminən 160 km (100 mil) uzaqlıqda yerləşir. Mədənə sadəcə M2 nömrəli avtomagistral yolu ilə getmək olur. Mədən, Cəlam çayından Hind çayına qədər uzanan və duzlarla zəngin bir dağ silsiləsinin üzərində yerləşir. Xevrə duz mədəni dəniz səviyyəsindən təxminən 288 metr (945 fit) yuxarıda yerləşir. Mədən girişindən mədənin ən ucqar nöqtəsinə qədər olan məsafə təxminən 730 metrdir (2,400 fit).
Pera Muzeyi
Pera Muzeyi (türk. Pera Müzesi) — İstanbul Bəyoğlu bölgəsindəki qalereya (tarixi adı - Pera). Muzey İstiqlal küçəsinin yanında, Taksim meydanının yaxınlığında yerləşir. Muzey XIX əsr Şərqşünaslığına xüsusi diqqət yetirir. Muzey "Suna və İnan Kıraç Vəqfi" tərəfindən 2005-ci ildə 1893-cü ildə inşa edilmiş Bristol Otelinin tarixi binasında qurulmuşdur. 2003-2005-ci illər arasında bina fasadı qorunaraq, içərisini muzey məqsədilə yenidən quran memar Sinan Genim tərəfindən təmir edilmişdir. Pera Muzeyi binasında daimi kolleksiyadan əlavə müvəqqəti sərgilər fəaliyyət göstərir. Pera Muzeyi şəxsi kolleksiya əsasında qurulmuşdur. Muzeyin adı yerlə bağlıdır. Belə ki, o, hazırda yerləşdiyi İstanbulun Bəyoğlu bölgəsinin tarıxı adı "Pera"nı daşıyır.