Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ramiz
Ramiz — kişilərə verilən şəxsi ad. Ramiz Rövşən — Azərbaycan şairi. Ramiz Mirzəyev Ramiz Mirzəyev — AFFA-nın keçmiş prezidenti. Ramiz Mirzəyev (Ramiz Həsənoğlu) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Ramiz Məlik Ramiz Alıquliyev — texnika elmləri doktoru, professor. Ramiz Bağırov (I) — istedadlı musiqiçi, vokal sənətini respublikada geniş təbliğ edən müəllim. Ramiz Qasımov Ramiz Qasımov (pilot) — Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Ramiz Qasımov (mühəndis) — elm xadimi, professor. Ramiz Tahirov (general) — general. Ramiz Əbdülrəhimov — memarlıq doktoru, professor.
Remix
Remix (lüksemb. Réimech, alm. Remich‎, fr. Remich)-Lüksemburq krallığının Qrevenmaxer əyalətinin kantonu.Özündə 10 kommunu birləşdirir.
Rəmiş
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014). Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır. Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Murat Rəmzi
Murat Rəmzi (tatar. Морат Рәмзи; 10 oktyabr 1854 — 2 aprel 1934) — Rusiya müsəlmanlarının elm və din xadimi, dini lider, tarixçi, çar Rusiyasında yaşayan türklərin tarixinə həsr olunmuş iki cildlik “Talfik əl-ahbar” əsərinin müəllifi. II Ümumrusiya Müsəlmanları Qurultayının nümayəndəsi. Murat Rəmzi 10 oktyabr 1854-cü ildə (digər mənbələrə görə, 25 dekabr 1855-ci ildə) Orenburq vilayətinin Menzelinsky rayonunun (indiki Tatarıstan Respublikasının Sarmanovski rayonunun Almetyevo kəndi) Almetmullino kəndində anadan olmuşdur. Əslən Bayar qəbiləsindən olan bir başqırddır. Mənbələrə görə, ata Batırşax başqırd əkinçisi idi. Ana Fəxri-Cihan Nurkey kəndinin başqırdlarından gəlmiş və Rizaəddin bin Fəxrəddinin uzaq qohumu idi. Murat doqquz yaşında ərəb qrammatikasını yaxşı bilirdi, on bir yaşında kalam öyrənməyə başladı. Əmisi Muratın valideynlərinə uşağı Şiqabutdin Mərdjani mədrəsəsinə, Kazana oxumağa göndərməsini tövsiyə etdi. Şeyx Rəmzini daha çox Volqa bölgəsindəki, Uraldakı və Qərbi Sibirdəki türklərinin və islamın tarixi idi.
Nizami Rəmzi
Nizami Rəmzi (tam adı: Nizami Rza oğlu Baxşıyev; 20 dekabr 1947, Bakı – 19 yanvar 1997, Bakı) — Azərbaycan meyxanaçısı və şairi. Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuşdur. O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib. O, həm də meyxana janrında ilk video klip çəkdirmiş, ilk dəfə qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa etmişdir. Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxumuş və bununla da caz-meyxana janrının təməlini qoymuşdu. Nizami Rəmzi 1947-ci il dekabrın 20-də Bakının Yasamal rayonunun Sovetski məhəlləsindən anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar. O, Bakıdakı 176, 158, və 159 saylı məktəblərdə orta təhsil almışdır. Atası Rza erkən vəfat etdikindən, o anası Böyükxanıma kömək etmək üçün, təhsilini yarımçıq qoyub, əmək fəaliyyətinə süd maşınında sürücü kimi başlamışdır. Sürücü işləməsinə baxmyaraq, o, bəzən axşamlar, boş vaxtlarında, toyda və məclislərdə öz bibisi oğlu və bir ayağı şikəst olmuş meyxanaçı Ağasəlim ilə meyxana deyirdi.
Nurtən Rəmzi
Nurtən Rəmzi (türk. Nurten Remzi)— Bolqarıstanda yaşayan türk şairi, yazıçısı, jurnalisti və ictimai xadimi Nurtən Rəmzi Hamit 8 iyun 1964-cü ildə Bolqarıstanın Şumnu (Şumen) şəhərində anadan olmuşdur. Atatası Rəmzi Mehmet Şaban bəy Osmanlı kökənli, anası Əzizə xanım tatar türklərindəndir. O, bəzi qaynaqlarda həyat yoldaşının soyadı ilə Hamit kimi tanınmaqdadır. İbtidai və orta təhsilini doğulduğu şəhərdə almış, liseyi Köstəndildə bitirmişdir. Daha sonra Rusçuk (Ruse) Məktəbəqədər Təhsil İnstitutunda oxumuşdur (1983–1985). 1989-cu ilin yayında Bolqarıstanda türklərin sıxışdırılması səbəbindən məcburi köçə məruz qalmış və İsveçə sığınmışdır. Bolqarıstanda totalitar rejimin çökməsindən sonra, 1990-cı ildə geriyə dönmüş və eyni məktəbdə vəzifəsini davam etdirmişdir. "Haqq və Özgürlük Hərəkatı"nın dəstəkçilərindən olmuşdur. Yeni yaradılan Şumnu Universitetinin Türkologiya bölməsinə yazılmış və qiyabi şəkildə təhsil almışdır.
Ramiz Abbaslı
Ramiz Abbaslı (Ramiz Məhəmməd oğlu Bərxudarov; 1 iyul 1948, Papravənd, Ağdam rayonu) — Azərbaycan yazıçısı; ingilis, alman və rus dillərindən bədii ədəbiyyat tərcüməçisi. Ramiz Abbaslı 1948-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Səkkizinci sinfə qədər öz kəndlərində oxusa da, yuxarı siniflərdə təhsilini qonşu Boyəhmədli kəndindəki orta məktəbdə davam etdirib. Uşaqlıqdan musiqiyə, şəkil çəkməyə meyilli olub. Bədii ədəbiyyatı da sevir, mütaliə edirdi; azərbaycan yazıçılarının, eləcə də dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini oxumaqdan xüsusi bir zövq alırdı; ən çox sevdiyi kitablar isə "Koroğlu" dastanı, S. S. Axundovun əsərləri, əsasən də "Qaraca qız", və "Nurəddin" hekayələri, Mark Tvenin "Tom Soyyerin macəraları", Jül Vernin "Kapitan Qrantın uşaqları", Rəşad Nuri Güntəkinin "Çalı quşu", F. M. Dostoyevskinin "Cinayət və cəza", V, Hüqonun "Səfillər" romanları olub. Məktəbdə oxuduğu dövrdə R. Abbaslı əsasən riyaziyyat, fizika və kimya fənnlərini böyük bir maraqla öyrənirdi. Orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Dövlət Universitetinin kimya fakültəsində davam etdirib. Ali təhsilini başa vuraraq əmək fəaliyyətinə başlayıb və uzun illər neft sənayesində çalışıb. Yazıçı Ramiz Abbaslı öz əsərlərini azərbaycan və rus dillərində yazır. Ara-sıra dövri mətbuatda bədii və publisistik yazılarla çıxış edən Ramiz Abbaslının ilk kitabı olan "Yeddi kəndin məktəbi" 1996-cı ildə çapdan çıxıb.
Ramiz Abbasov
Ramiz Abdullayev
Abdullayev Ramiz Həbibulla oğlu (d.23 iyun, 1953) – Azərbaycan şairi, dramaturq, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Abdullayev Ramiz Həbibulla oğlu 1953-cü il iyunun 23-də Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 1970-ci ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub. 1972-1974-ci illərdə hərbi xidmətdə olub. 1975-ci ildə texnikumu bitirib. Müxtəlif vəzifələrində çalışıb. 1995-1999-ci illərdə "Elm və Təhsil Mərkəzi Təfəkkür" Universitetində təhsil alıb. 1996-ci ildən hal-hazıra qədər Azərbaycan Dövlət Dəmir Yolunun "Daşıma Prosesləri İdarəetmə" Birliyində rəis müavini vəzifəsində çalışır. "Fəxri dəmiryolçu" və "Əməkdar mühəndis" adına layiq görülüb. Bədii yaradıcılığla məşğul olur.
Ramiz Abutalıbov
Ramiz Abutalıb oğlu Abutalıbov (27 oktyabr 1937, Kirovabad – 1 yanvar 2022, Moskva) — Azərbaycan və sovet diplomatı, 1-ci dərəcəli müşavir-diplomat, ictimai xadim. Fəxri Legion ordenin kavalerı, H. Z. Tağıyev adına Milli mükafat laureatı (1994), Prezident təqaüdçüsü (2016-cı ildən). Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirmişdir. 1980–1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. R. Abutalıbov 1971–1979, eləcə də 1985–1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin — YUNESKO-nun əməkdaşı olmuşdur. 1993–2004-cü illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləmişdir. Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir.
Ramiz Almazov
Ramiz Almazov (rus. Алмазов Рамиз Чобан оглы; d. 11 aprel 1960, Dəllər, Başkeçid rayonu) — Rusiya Daxili xidmət general-leytenantı. Ramiz Çoban oğlu Almazov 11 aprel 1960-cı ildə qədim Borçalı mahalının Başkeçid rayonunun Dəllər (Dağ Dəlləri) kəndində anadan olub. DİN-nin Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbini bitirib. İxtisasca hüquqşünasdır. Xakasiya Respublikasında DİN-nin islah-əmək müəssisələri Penitisiar xidmətinin rəisi, Rusiya Ədliyyə Nazirliyinin Xakasiya Respublikası üzrə idarə rəisinin müavini, 2003-2011-ci illərdə Tıva Respublikası üzrə Federal Penitensiar Xidmətin Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Ramiz Almazov 17 dekabr 2011-ci ildən Samara vilayətinin Federal Penitensiar Xidmət Baş İdarəsinin rəisi təyin edilib və indiyədək general-mayor rütbəsi ilə bu vəzifədə çalışırdı. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin Fərmanı ilə Daxili xidmət general-leytenantı rütbəsinə layiq görülüb.. Evlidir, bir oğlu, bir qızı var.
Ramiz Alıquliyev
Ramiz Məhəmməd oğlu Alıquliyev (20 mart 1961, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü. Ramiz Məhəmməd oğlu Alıquliyev 20 mart 1961-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur. 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. 1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda mühəndis, 3-cü dərəcə mühəndis-konstruktor vəzifələrində çalışmışdır. 1988-ci ildə AEA Riyaziyyat və Mexanika İnstitutuna köçürülmüşdür. 1988-2002-ci illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunda aparıcı konstruktor, aparıcı mühəndis, elmi işçi vəzifələrində işləmişdir. 2003-cü ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri vəzifəsinə işə qəbul edilmişdir. 2004-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri işləyir. Data mining; big data analitika; text mining; süni intellekt, onlayn sosial şəbəkələrin analizi; elektron dövlətin analizi; elmmetriya; təkamül və sürü intellektinə əsaslanan alqoritmlər (evolutionary and particle swarm algorithms). 2000-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda dissertanturada təhsil almışdır.
Ramiz Aslanov
Ramiz Mütəllim oğlu Aslanov — Azərbaycan riyaziyyatçı alimi, professor. Ramiz Mütəllim oğlu Aslanov 1947-ci il martın 26–da Azərbaycan Respublikasının Daşkəsən rayonu Muşavaq kəndində anadan olmuşdur. 1964-cü ildə Dəstəfur kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və həmin ili H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1968-ci ildə buranı bitirib orta məktəbdə riyaziyyat müəllimi ixtisası almışdır və həmin institutda işləmək üçün saxlanılıb. 1968–1995-ci illərdə H. Zərdabi adına Kirovobad Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyəti müddətində o, laborant, baş laborant, müəllim, V. İ. Lenin adına APİ-nin aspirantı, müəllim, riyazi analiz kafedrasının müdiri, qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır. 1980–1982-ci illərdə Kirovabad şəhəri (indiki Gəncə) rayon Sovetinin xalq deputatlar sovetinə deputat seçilmişdir. 1973–1982-ci illərdə o, Kirovabad Dövlət Pedaqoji İnstitutu (indiki Gəncə Dövlət Universiteti) nəzdində olan tələbə dəstəsinin komandiri olmuşdur (Azərbaycanda, Stavropol diyarında, Krasnodar diyarında). 4 noyabr 1981-ci ildə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinin dissertasiya şurasında o "Abstrakt fəzalarda elliptik tip tənliklər üçün bəzi yüklənmiş sərhəd məsələləri" 01.01.01 ixtisas üzrə (riyazi analiz) namizədlik dissertasiyasını müdafiə etmişdir(elmi rəhbər BDU-nin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Amir Şamil oğlu Həbibzadə olmuşdur). Rəsmi opponentlər: fizika-riyaziyyat elmləri doktoru, professor V. V. Gruşin (Moskva Elektron Maşınqayırma İnstitutu(MİEM), tətbiqi riyaziyyat kafedrası, Moskva şəh.); fizika-riyaziyyat elmləri namizədi, dosent B. Panayoti (Moskva Elektrotexnika İnstitutu(MİET), ali riyaziyyat kafedrası, Zelenograd şəh.); aparıcı təşkilat: Azərbaycan SSR Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu (indiki Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının [Riyaziyyat və Mexanika İnstitu. 30 iyun 1982-ci ildə SSSR-nin Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarına əsasən fizika-riyaziyyat üzrə elmlər namizədi dərəcəsinə layiq görülmüşdür.
Ramiz Atakişiyev
Ramiz Axundov
Ramiz Həbib oğlu Axundov (25 yanvar 1937, Bakı – 26 dekabr 2015, Bakı) — Azərbaycan kinorejissoru. 25 yanvar 1937-ci ildə anadan olub. Ramiz Axundov uzun müddət AzTV-də rejissor işləyib. Onun filmoqrafiyasında onlarla film, o cümlədən "Bakı arxipelaqı", "Bu, Səttar Bəhlulzadədir", "Habil Kaman", "Xəzər Atlantidası" və digər filmlər var. Ramiz Axundov 26 dekabr 2015-ci ildə Bakı şəhərində vəfat edib. Elmira Axundovanın həyat yoldaşı idi.
Ramiz Ağayev
Ramiz Babayev
Ramiz Əlirza oğlu Babayev (8 mart 1940, Əmircan – 11 yanvar 1994, Bakı) — Azərbaycan kinooperatoru. Ramiz Babayev 1940-cı il mart ayının 8-də Bakının Əmircan qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası Əlirza Yengixan oğlu Babayev (1894–1947) neft mədənlərində calışmış, anası Aliyə Məlikəhməd qızı Babayeva (1919–1994) isə evdar qadın olmuşdur. O 1947-ci ildə Əmircan qəsəbəsindəki 89 saylı orta məktəbdə oxumağa başlamışdır. 1957-ci ildə məktəbi bitirmiş və həmin il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator köməkçisi vəzifəsində işləməyə başlamışdır. 1959-cu ildə Odessa şəhərində Kinematoqrafiya məktəbinə daxil olmuş və həmin məktəbi 1962-ci ildə bitirdikdən sonra yenidən kinostudiyaya qayıtmışdır. Kinostudiyada işini davam etdirməklə yanaşı, 1963-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş və 1969-cu ildə həmin İnstitutu "Elektrik intiqalı və avtomatlaşdırılmış qurğular" ixtisası üzrə bitirmişdir. 1975-ci ildə ailə həyatı qurmuşdur. 2 qız övladı var. 1986-cı ildə SSRİ Kinematoqrafçılar İttifaqına üzv seçilmişdir.
Ramiz Bayramov
Ramiz Bəxtiyar oğlu Bayramov (21 fevral 1970-ci il, Zərkənd kəndi, Vardenis rayonu (Basarkeçər rayonu), Ermənistan SSR, SSRİ) — Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının professoru, tibb elmləri doktoru, qastrointestinal cərrah-onkoloq, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri. Bayramov Ramiz Bəxtiyar oğlu 1970-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində dünyaya gəlib. 1986-cı ildə Ermənistan SSR Vardenis rayonu Zərkənd orta məktəbini əla qiymətlərlə bitirərək 1987-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-1989-cu illdərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Tibb Universitetini Mustafa Topçubaşov adına təqaüdlə oxumuş və 1994-cü ildə qeyd edilən universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında klinik ordinaturanı, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspiranturanı bitirmişdir. 2000-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent, 2007-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında dosent kimi fəaliyyət göstərmiş, 2007-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının torakoabdominal şöbəsinin rəhbəri və 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında professor vəzifəsində çalışır. 1996 -1997-ci illərdə İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Hepatopankreatobiliar Cərrahiyyə Mərkəzində ixtisaslaşma, 2003-cü ildə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin Torakoabdominal şöbəsində ixtisaslaşma, 2013-cü idə İtaliyanın Roma şəhərində Università Cattolica del Sacro Cuore nəzdindəki A.Gemelli Hospitalında Avropa Cərrahi Onkologiya Cəmiyyətinin (ESSO) mütəxəssislər üçün təşkil etdiyi "Üst Gastrointestinal Cərrahi Onkologiyada Minimal İnvaziv Cərrahiyyəyə" dair dərinləşdirilmiş ixtisaslaşma kursu, 2014-cü ildə Koreyanın Seul şəhərində Yonsei Universitetinin Yonsei Onkoloji Mərkəzində mədə xərçənginə görə laparoskopik və robotik cərrahiyyəyə dair tam ixtisaslaşma kursu, 2014-cü ildə Almaniyanın Köln Universitetində Visseral və Onkoloji Cərrahiyyə Mərkəzində qida borusu və kardioezofageal xərçəngin laparoskopik cərrahi müalicəsinə dair ixtisaslaşma keçmişdir. 2000-ci ildə "Düz və çənbər bağırsaq karsinoidlərinin diaqnostikası, müalicəsi və proqnozu" mövzusunda tibb elmləri namizədliyinə iddia olunan dissertasiyasını, 2011-ci ildə "Mədəaltı vəzi xərçənginin müayinə və müalicə prinsiplərinin optimallaşdırılması" mövzusunda tibb elmləri doktorluğuna iddia olunan dissertasiyasını uğurla müdafiə etmişdir. Avropanın, Böyük Britaniyanın, Amerikanın, Asiyanın, MDB ölkələrinin və Azərbaycanın elmi-tibbi jurnallarında mədə-bağırsaq sisteminin xoş və bədxassəli şişlərinə həsr edilmiş 110-dan çox elmi məqalələri dərc edilmişdir.
Ramiz Bağırov
Ramiz Bağırov (müəllim)
Ramiz Budaqov
Ramiz Cəbrayılov
Ramiz Cəbrayılov (tam adı: Cəbrayılov Ramiz Məhərrəm oğlu; d. 4 iyun 1961, Laçın rayonu, Ağanus) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (2007 – 4 mart 2013). Ramiz Cəbrayılov 1961-ci ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuşdur. 1968-1978 illərdə Ağanus kənd orta məktəbində təhsil almışdır. İlk əmək fəaliyyətinə Şuşa rayonunun Kirov adına sovxozunda təsərrüfat fəhləsi kimi başlamışdır. 1984- cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu baytarlıq, sonra isə 1989-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnsititunu politoloq ixtisası üzrə bitirmişdir. 1985- ci il yanvar-mart aylarında Laçın rayon Baytarlıq laboratoriyasında sereloq həkim, 1985-c i ilin mart ayından 1986- cı ilin noyabr ayınadək Azərbaycan LKGİ Laçın Rayon Komitəsində şöbə müdirinin müavini, 1986-cı il noyabr ayından 1987- ci ilin dekabr ayınadək həmin Komitədə ikinci katib işləmişdir. 1987-1992 ci illərdə LKGİ Laçın rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. 1992-1994 illərində Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1994- cü ildən 2003- cü ilə qədər Laçın Rayon Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
Ramiz Cəfərov
Ramiz Cəfərov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin başçısı. Ramiz Cəfərov (polkovnik-leytenant) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Ramiz Drazi
Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; 13 aprel 1946, İrəvan) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir. Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır.
Remzi MakMullen
Remzi MakMullen (ing. Ramsay MacMullen; 3 mart 1928, Nyu-York, Nyu-York ştatı – 27 noyabr 2022) — ABŞ tarixçisi. O, Yel Universitetində tarix üzrə professor olmuş, 1967-ci ildən 1993-cü ildə təqaüdə çıxana qədər tarix və klassika üzrə professor kimi dərs demişdir. Onun elmi maraqları Romanın sosial tarixi və paqanizmin xristianlıqla əvəzlənməsi idi. MakMullen 3 mart 1928-ci ildə Nyu-Yorkda anadan olmuşdur. O, Ekseter Fillips Akademiyasını və Harvard Kollecini bitirmişdir. MakMullen 28 noyabr 2022-ci ildə, 94 yaşında vəfat etmişdir. Roman Social Relations, 50 B.C. to A.D. 284 (1974) Paganism in the Roman Empire (1984) Christianizing the Roman Empire: AD 100-400 (1984) ISBN 0-300-03216-1 Soldier and Civilian in the Later Roman Empire (1963) Non-military life of the legions. Enemies of the Roman Order: Treason, Unrest and Alienation in the Empire (1966) ISBN 0-674-25400-7 Corruption and the Decline of Rome. (1988) ISBN 0-300-04799-1 Christianity and Paganism in the Fourth to Eighth Centuries (1997) ISBN 0-300-08077-8 Romanization in the Time of Augustus (2000) ISBN 0-300-08254-1 Voting About God in Early Church Councils (2006) Analyzing ecumenical councils from 325 to 553.
Ramiz Duyğun
Şair. Ssenari müəllifi. Məlikov Ramiz Məmməd oğlu - şair, publisist, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ramiz Duyğun 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olmuşdur. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirmişdir (1945-1952). Bir il kolxozda işləmişdir. Əli Bayramlı şəhərində orta təhsil almışdır (1953-1956). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1956-1962). Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət etmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olmuşdur.
Dəniz Dəmir
Dəniz Dəmir (30 may 1985, Gölə, Ərdəhan ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Dəniz Dəmir 30 may 1985-ci ildə Ardahan ilinin Gölə ilçəsində anadan olub. Mühəndis olaraq çalışıb, tunel və qazma işləri aparan müəssisələrin rəhbəri olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) üzvü olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. 2018-ci ildə CHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib, 2020-ci ildə isə CHP Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Milli təhsil, mədəniyyət, gənclər və idman Komissiyasının üzvü olub. Subaydır.