Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rostov
Rostov — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir.
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Rostov Arena
Rostov Arena — Rostov-na-Donu şəhərində yerləşən futbol oyunlarınln keçirilməsi məqsədilə inşa edilən stadion. FİFA tərəfindən verilən qərara əsasən DÇ-2018 Rusiya ərazisində keçiriləcəkdir. Rostov FK ev oyunlarını bu stadionda keçirəcəkdir. Stadionun tikinsi üçün Federal və Rostov vilayəti büdcəsindən pul ayrılmalıdır. Tikilmə tarixi: 2017 Tutumu: 45 000 VIP: 754 Mətbuat: 2280 İşıqlanma: 2100 lüks Stadion Don çayının sol sahilində, Qrebnov kanalının yaxınlığında yerləşir. Şimal tribunası açıq olacaqdır. Buradan Don çayına mənzərə açılmalıdır. 13 may tarixində açıqlanan qərara əsasən FİFA standartlarına cavab verməlidir. Şəhərin Teatralnaya meydanında iri manitorlar quraşdırılacaqdır. Bu DÇ-2018 oyunlarının izlənilməsi məqsədilə ediləcəkdir.
Rostov FK
FK Rostov 1930-ci ildə Rostov-na-Donuda yaradılmışdır. Oyunlarını 15,840 nəfərlik Olimp-2 stadionunda keçirir. Hazırda Rusiya Premyer Liqasında çıxış edən bu komandanın baş məşqçisi İvan Danilyansdır.
Rostov ippodromu
Rostov ippodromu ― Rostov-na-Donu şəhərində yerləşən ippodrom. Rostovdakı ippodrom öz başlanğıcını XIX əsrin sonlarından götürür. İnqilaba qədər Don Qoşunlarının təminatı məqsədi ilə Atçılıq inkiş edirdi. İstər don kazakları istərsə ayrıı-ayrı varlı şəxslər bu sahəyə xüsusi diqqət yetirirdi. İkincilər hətta dövlət tərəfindən subsidiya alırdı. 1880-ci ilin ortalarına görə Don çayından öndə yerləşən ərazilərdə 86-89 at zavodu olmuşdur. 1900-cü ildə zavodların sayı 145 olur. Atların sayı isə 83 minə çatdırılırdı. Elə bu illərdə Novoçerkask və Naxçıvan-na-Donu şəhərlərində atçılıq cəmiyyəti meydana gəlmişdir. Həvəskar at yarışları yerli əhalinin əsas əyləncələrindən birinə çevrilir.
Rostov mehmanxanası
Rostov mehmanxanası — Rostov-na-Donu şəhərinin ərazisində, Budyonnovski prospekti, ev 59 ünvanında yerləşən bina. Rostov-na-Donu şəhərinin tarixi hissəsində, Oktyabrski rayonunda üç ulduzlu otel. Bina 1932–1934-cü illərdə E. İ. Çerkasian, Xaçatur Xristoforoviç Çalxuşyan və Lev Leonodoviç Eberqin layihəsi əsasında inşa edilmişdir. Rostov-na-Donu ərazisində mövcud olan və öz fəaliyyətini indiyənə qədər davam etdirən nadir mehmanxanalardan biridir. Burada hazırda Marins Park Hotel Rostov adlı otel yerləşir. Bu binada hazırda 300 müxtəlif otaq vardır. Rostov mehmanxanası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina 805 nəfəri eyni anda qəbul edə bilir. Binanın tikintisində konstruktivizm elementləri aydın sezilir. Tikintisində dəmir-beton konstruksiyasından istifadə edilmişdir.
Rostov qoruğu
Rostov dövlət təbiət qoruğu — qoruq Cənub Federal dairəsi, Rostov vilayətinin cənub-şərqində Orlov rayonu ərazisində yerləşir. Qoruğun sahəsi 4591 ha-dır. Qoruğa daxil olan ərazilər: Manıç-Qudilo gölünün şimal-qərb hissəsini, Vodnıy adası, Qrelıy adası və onun yaxın akvatoriyası. Maniç çölü əsasən quru, quru və kontinental çöl xüsusiyyətlərinə malikdir. Ərazisinin böyük hissəsi şoranlıqlar və ya şorlaşmış ərazilər təşkil edir. Bu səbəbdən şora davamlı bitkilər yayılır. Qoruq ərazisində ümumilikdə 410 növ borulu bitki növü yayılmışdır. Bu bitkilərdən altısı nadirdir. Quşlar istər növ istərsə say baxımından onurğalılar arasında ən çox olanıdır. Burada nadir quşlardan: dovdaq, Sternula albifrons, kiçik qarabatdaq, cəhrayi qutan, adi ərsindimdik, adi yapalaq, Flaminqo və digərlərinə rast gəlinir.
Rostov teleqülləsi
Rostov teleqülləsi - teleqüllə Rostov-na-Donu şəhərinin Jeleznodoronı rayonu Barrikadnoy küçəsində yerləşir. Teleqüllə Rostov-na-Donu şəhərində ən hündür tikilidir. Onun maksimal hündürlüyü 195 metrdir. Onun fəaliyyət zonası Rostov vilayətinin böyük hissəsini əhatə edir. Ümumilikdə 2,2 mln insan. Fəaliyyət zonasına Bataysk, Azov, Aksay şəhərləri belə daxildir. Rostov vilayətində teleqüllənin tarixi 1956-cı ildən başlalır. Qülləni Moskva İnstutu layihələşdirmişdir. Onun hündürlüyü 195 metr təşkil edir. Qüllə iki il inşaatdan sonra 1958-ci ilin 29 aprel tarixində istifadəyə verilmişdir.
Rostov trolleybusu
Rostov trolleybusu — Rostov-na-Donu şəhərində mövcud olan trolleybus nəqliyyatı. 2016-cı ilin 1 iyul tarixindən gediş haqqı 17 rubl təşkil edir. 1 oktyabr 2015-ci ildən edibarət bu nəqliyyatla gedişdə nağd ödənişdən imtina edilmişdir. Bundan sonra gediş haqqının yarısını ödəyən tələbələr və təqayutçular ödənişi kartlar vastəsi ilə həyata keçirməlidirlər. 1936 il 18 iyun 1936-ci ildə ilk trolleybus xətti açılmışdır. İlk xətt Selmaşdan Teatralnaya meydanına uzanırdı. 8 iyul 1942-ci ildə trolleybus nəqliyyatı ilə hərəkət Böyük Vətən müharibəsi səbəbindən dayandırılmışdır. 22 iyul 1945-ci ildə trolleybus nəqliyyatı ilə hərəkət bərpa edilir. 1996-ci ildə trolleybusvxəttinin uzunluğu 244 kilometr təşkil edirdi. Bu göstərici ilə Rusiya ərazisində Moskva və Sankt-Peterburqdan sonra üçüncüdür.
Rostov vilayəti
Rostov vilayəti (rus. Ростовская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Sahəsi 100,8 min km2, əhalisi 4,4 mln. nəfərdir. Rostov vilayəti Şərqi Avropa düzənliyinin cənub hissəsində və Ön Qafqazda yerləşir. Relyefi əsasən düzənlikdir, lakin qərbdə Donetsk təpəliyi (253 m), cənub-şərqdə Yerqeni yüksəkliyi vardır, həmçinin cənubda Kuma-Manıç çökəkliyi mövcuddur. Vilayətin səthi çay dərələri ilə kəsilmişdir. İqlimi mülayim kontinentaldır. Yanvarın orta temperaturu şimalda −9°S, cənubda −5°S, iyulun isə 22–24°S-dir. İldə 400–650 mm yağıntı düşür.
Rostov zooparkı
Rostov Zooloji Parkı — Rusiya ərazisində mövcud olan ən iri (ərazisi 90 ha) və növ zənginliyi ilə seçilən zooparkdır. Zoopark Rostov-na-Donuda yerləşir. Rostov Zooloji Parkı nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunması ilə əlaqəli 38 proqramın üzvüdür. Üstəlik zoopark ISIS — Xüsusi heyvanlar haqqında beynəlxalq informasiyası sisteminin üzvüdür. Geniş əraziyə malik olması onu xüsusi ilə şəhər əhalisi arasında məşhur edir. Zoopark iyun 1927-ci ildə Semyon Mixayloviç Budyonnı adına məktəbin təbii guşəsində yaradılmışdır. Bu guşə əsasən məktəbin şagird və müəllim heyətinin səyi sayəsində yaradılmışdır. 26 iyun 1927-ci ildə bu guşə geniş şəkildə istifadəçilərin ziyarəti üçün açıq elan edilir. 1929-ci ilin payızında kolleksiya şəhər kənarına köçürülür və beş şəhər bağı ona birləşdirilir. Zooparkın ilk direktoru Vladimir Vilhelmoviç Keqel olmuşdur.
Mayak (Rostov vilayəti)
Mayak — Rostov vilayəti, Salsk rayonu ərazisində yerləşən yaşayış məntəqəsi. == Coğrafiyası == === Küçələri === Bedrika k, Zelyonaya k, Krasnıx Zor k, Mir k, Molodyojnaya k, Sovxoznaya k, Stepnaya k., Trudovata k, Çentralnaya k, Tixi xiyabanı. == Tarixi == 1942-ci ilin iyulunda alman hərbi birləşmələri yaşayış məntəqəsini ələ keçirmişdilər. Bu zaman Qırmızı ordu geriyə Manıça çəkilmişdi. 29 iyil tarixində bir necə sovey döyüşçüsu su axtarışı ilə ıkaqədar geçikdiklərindən mühasirəyə düşürlər. Onların üzərinə atəş açəlmış və döyüş başlamışdır. Bu zaman şəhər əhalisi yeraltı saxlanclarda gizlənə bilmişlər. Döyüşətək almanlar onları Sandata kəndi istiqamətinə çəkirdilər. Yaralı döyüşçülər isə Mayakda qalmışdə. Dötüşdə ölən döyüşçülər qardaşlıq məzarlığında dəfn edilmişdilər.
Rostov-na-Donu
Rostov-na-Donu (rus. Ростов-на-Дону) — Rusiyanın cənub-qərbindəki ən böyük şəhər, Cənub Federal Dairəsinin və Rostov vilayətinin inzibati mərkəzi. Hərbi Şöhrət şəhəri (2008). 15 dekabr 1749-cu ildə imperatriça Yelizaveta Petrovnanın nizamnaməsi ilə qurulur. Şərqi Avropa düzənliyinin cənub-şərqində, Don çayının hər iki sahilində, onun Azov dənizi ilə birləşməsindən 46 km və Qara dənizdən 380 km, Moskvadan 1092 km məsafədə yerləşir. Əhalisi 1.137.704 nəfərdir (2021). Rusiyanın ən çox əhalisi olan onuncu şəhəridir. 2.16 milyondan çox insan Rostov aqlomerasiyası (ölkənin beşinci ən böyük aqlomerasiyası) daxilində yaşayır. Şəhər böyük bir inzibati, iqtisadi, mədəni, elmi, təhsil, sənaye və Rusiyanın cənubundakı ən əhəmiyyətli nəqliyyat mərkəzidir. Qeyri-rəsmi olaraq Rostov "Qafqazın Qapısı" və "Rusiyanın cənub paytaxtı", həmçinin Donun paytaxtı adlanır.
Rostov Avtobus zavodu
Rostov Avtobus zavodu — Rostov-na-Donu şəhərində yerləşən, iri tutumlu avtobuslar istehsal edən Rusiyaya məxsus müəssisə. 2007-ci ildə «Krasnı Aksay» zavodunda TaqAZ şirkətinə məxsus böyük tutumlu РоАЗ-5236 model avtobusların istehsalına başlanılmışdır. Model Ukraynaya məxsus VAT Ukravtobusprom tərəfindən ТУР А181 əsasında yığılmışdır. Avtobuslar alman mühərriki olan Deutz, ötürücü qutu və portal körpüsü isə ZF ilə təmin edilmişlər. Avtobuslar yerdən alçaq olub, dörd qapıya sahid idilər. Bunlardan ikisi iki tərəfli olub təkər həlqəsinin yaxınlığında yerləşirdi. Rəng çeşidləri:бежевый (standart),parlaq-sarı (1 avtobus №65,1 avtobus №22),yaşıl (№3 və №49) РоАЗ hədəf olaraq Rusiyanın cənub regionlarının ictimai nəqliyyat tələbanı ödəməməli idi. Onlar ilk növbədə Rostov-na-Donu, Krosnodar diyarı və Soçinin təminatında istifadə edilməli idi. İlk avtobuslar 2008-ci ildə keçirilən Moskva Beynəlxalq Nəqliyyat forumu olan Krokus-Ekspoda iştirak etmişdir. 2010-ci ildə Moskvada Komtrans sərgisində РоАЗ-5236 avtobuslarının üç qapılı variantı nümayiş etdirilmişdir.
Kaqalniski rayonu (Rostov vilayəti)
Kaqalniski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Kaqalniskaya qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 55 km məsafədə yerləşir. == Tarix == Kaqalniski rayonu 18 yanvar 1935-ci ildə Azov-Qara dəniz vilayətinin parçalanması ilə əlaqədar olaraq qurulur və 1937-ci ilin sentyabrına qədər onun bir hissəsi olur. 1937-ci ilin sentyabr ayından etibarən Kaqalniski rayonu yeni qurulan Rostov vilayətinin bir hissəsi olur. 1963-cü ildə rayon ləğv edilir və ərazisi Zernoqrad rayonuna daxil edilir. Kaqalniski rayonu 20 oktyabr 1980-ci ildə yenidən qurulur. == Coğrafiya == Kaqalniski rayonu, Rostov vilayətinin cənub-qərb hissəsində yerləşir, şərqdə Rostov vilayətinin Zernoqradski rayonu ilə, cənubda Krasnodar diyarının Kuşçevski rayonu ilə, qərbdə Azov və Baqaevski rayonları ilə həmsərhəddir. Rayonun sahəsi 1370.24 km²-dir. Şimaldan cənuba uzunluğu 46 km, qərbdən şərqə 49 km-dir.
Oblivski rayonu (Rostov vilayəti)
Oblivski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Oblivskaya stanisasıdır. Rayon mərkəzindən Rostov-na-Donu şəhərinə olan məsafə 360 km təşkil edir. Rayon rəhbəri Vladimir Nikolsyeviç Çernomorovdur. Oblivski rayonunun tarixi artıq iki əsr yarımı əhatə edir. Belə ki, X. İ. Popovun sözlərinə görə burada, Çir çayının sahilində 1744-cü ildə xutor inşa edilmişdir. 1838-ci il məlumatına görə burada 42 ev vardı. 1924-cü ildə təsis edilmişdir. 1935-ci ildə isə güçləndirilmişdir. 1954-1957-ci illər ərzində Kamenskaya vilayətinə daxil edilmişdir.
Pervomayski (Rostov-na-Donu)
Pervomayski rayonu (rus. Первомайский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1936-cı ilin 15 dekabrında təsis edilmiş rayon. Pervomayski rayonunda 1922 şirkət fəaliyyət göstərir. Bu şirkətlərdə ümumilikdə 58, 300 nəfər işləyir. Rayonun vizit kartı olaraq hesab edilir: kəndtəsərrüfatı maşınqayırması, aviasiya kompleksi, cihazqayırma. Rayonda olan şirkətlər "KZ Rostselmaş ", "Pribor", "Qranit", "Donavia", "Rostov mülki aviasiyası № 412", "Bizon", "Almaz". Rayon ərazisində dəmir yolu vağzalı yerləşir. Bu əsasən "Selmaş" ilə əlaqəni təmin edir. Şimali Qafqaz ərazisində ən böyük uçuş-eniş zolağı burada qərarlaşır. Onun ümumi sahəsi 400 ha-dır.
Proletarski rayonu (Rostov vilayəti)
Proletarski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Yayon mərkəzi Proletarsk şəhəridir. Rayon mərkəzindən Rostov-na-Donu şəhərinə olan məsafə 206 km təşkil edir. Rayon 1924-cü ildə təşkil olunmuşdur. 1944-cü ildə onun ərazisinə Kalmıs rayonunun bir hissəsi birləşdirilmişdir. 1963-cü ildə Orlovski rayonunun hesabına genişlənsədə 1965-ci ildən ondan ayrılmışdır. Elə həmin ildə Srmikarakorski rsyonunun iki kənd sovetliyi ona birləşdirilmişdir Proletarnı rayonu Rostov vilayətinin cənub-şərqində yerləşir. Şimaldan Veselovski, Semikarakorski Martınovski, şərqində Orlovski, cənubdən və qərbdən isə Salski rayonu əhatələnmişdir. Rayonun ərazisi 2740 km² təşkil edir. Manıç çayı üzərində inşa edilən su anbarı onun iqtisadiyyatına böyük təsir göstərmişdir.
Rostov-na-Donu kafedralı
Rostov-na-Donu kafedralı və ya Müqəddəs Məryəmin Doğuşu katedralı (rus. Кафедральный собор во имя Рождества Пресвятой Богородицы) — Rostov-on-Don şəhərinin və Rostov və Novoçerkassk Pravoslav Yeparxiyasının əsas kilsəsidir. Novocherkassk Katedralı ilə birlikdə Don bölgəsindəki xristian ibadətinin əsas yeridir. 18-ci əsrin sonlarında şəhər əsgərləri, tacirlər və tacirlərin şəhərətrafı ərazilərə genişmiqyaslı köçürülməsindən sonra şəhər rəhbərliyi Theotokosun doğuşuna həsr olunmuş bir məbəd tikmək qərarına gəldi. Məbədin şəhərətrafında indiki mərkəzi bazarın yaxınlığında tikilməsi nəzərdə tutulmuşdu. Kilsə 20 fevral 1781-ci ildə qurulmuş və 5 sentyabr 1781-də açılmışdır. Həm inşaat işlərinin başlanğıcı, həm də kilsənin açılması İoann Andreyev tərəfindən təqdis edildi. Ancaq cəmi on il sonra, 1791-ci il dekabrın 27-də ildırım düşməsi nəticəsində məbəd yandı. Şəhərin o vaxtkı meri — tacir M. Naumov Ekaterinoslav Yeparxiyasının başçısı olan və yeni kilsənin inşası ilə bağlı Rostov ərazisinə nəzarət edən Metropolitan Qavriilə müraciət etdi. 1795-ci ildə eyni yerdə Müqəddəs Məryəmin Doğuşu Kilsəsinin inşaat işləri başladı.
Rostov-na-Donu məscidi
Rostov-na-Donu məscidi — Rostov-na-Donu şəhərinin mərkəzində yerləşən məscid. Rostov vilayəti ərazisində fəaliyyət göstərən yeganə məsciddir. Hələ Rusiya imperiyası dönəmində Krasnoarmeysk küçəsində böyük mərkəzi məscid olmuşdur. Ancaq uzun zaman fəaliyyət göstərməsinə baxmayaraq heç bir adınlıq gətirilmədən 1968-ci ildə fəaliyyəti tamamən dayandırılmışdır. Bölgədə yaşayan müsəlmanlar şəhərin mərkəzində "Stroileley" parkında boş bir ərazini məscid üçün ayırırlar. Ancaq müsəlmanların məscid tikintisini həyata keçirmək cəhdləri münaqişələrə səbəb olur. Müsəlmanlar üçün yerin ayrılması nəhayətdə Rostov-na-Donu şəhərində meşəpark zonasında qərarlaşdırılır. Burada yüz metr radiusunda heç bir yaşayış məntəqəsi yoxdur. Məscid Furmanovskaya küçəsində yerləşir. Yeni məscidin tikintisi 1999-cu ildən 2003-cü ilə qədər davam etmişdir.
Rostov-na-Donu əməliyyatı
Rostov-na-Donu əməliyyatı (1941) — Qırmızı ordunun ilk uğurlu hərbi əməliyyatı. Bu əməliyyat Moskva döyüşü və Elnin döyüşləri ilə eyni dövrlərdə baş vermişdir. SSRİ 9-cu ordusu cəbhəsində Arqafenoka — Kuteynikovo istiqamətinə hərəkət edirlər. 56-cı sovet ordusu isə Rostov-na-Donu şəhərini tərk edir. Almanlar şəhəri ələ keçirirlər. 37-ci SSRi ordusu sağ falanqadan Stoyanov-Qeneralskoe cəbhəsində hücum əməliyyatına başlamışdır. 37-ci ordu Stoyanov-Qeneralskoe cəbhəsinə Sultan-Salı istiqamətdən Rostovun qərb ərazilərinə, 9-cu ordu isə Rostova Bolşoy Salı istiqamətdən hücuma keçmişdir. 56-cı ordu Rostova üç istiqamətdən hücuma keçmişdi. Sovet ordusunun hücumu ilə almanlar geri çəkilmək məcburiyyətində qalmışdır. Almanlar əsasən 37-ci və 56-cı sovet ordusuna dirəniş göstərmişdir.
Rostov-na-Donunun coğrafiyası
Rostov-na-Donu hazırda Rusiyanın iri şəhərlərindən biridir. Şəhər Şərqi-Avropa düzənliyi ərazisində yerləşir. Rostov-na-Donu şəhəri Don çayı və Azov dənizi ilə sıx əlaqəlidir. Burada hətta qədim daş dövrünə aid yaşayış məntəqələrinin olması insanları məhs onun coğrafiyası cəlb edirdi. Rostov-na-Donu şəhəri Don çayının sahilində yerləşir. Böyük hissəsi isə Don çayınln sağ sahilində yerləşir. Rostov-na-Donu şəhərinin sahəsi 354 km², əhalisi isə 1,103 mln nəfər təşkil edir. Moskvadan olan məsafə 1092 km təşkil edir. Burada Qara, Azov, Xəzər, Baltik və Ağ dənizə gedən alternativ su yolları, MDB təşkilatına daxil olan ölkələrə (Avropa hissəsində), Yaxın Şərq və Aralıq dənizi hövzəsi ölkələrinə gedən yollar buradan keçir. Şəhərdə beynəlxalq hava limanı yerləşir.
Rostov Cümə Məscidi (1918)
Rostov Cümə Məscidi — Rostov-na-Donu şəhərində XX əsrin əvvəllərində tikilmiş müsəlman dini ibadətgahı. Məscid 1962-ci ilə qədər fəaliyyət göstərmişdir. Hazırda məscidin binası qəzalı vəziyyətdədir. Rostov-na-Donuda ilk müsəlman ibadət evləri (məscidlər) XIX əsrin son rübündə yaranmışdır. Belə ki, onlardan birinin tikintisi üçün, 1910-cu illərin ortalarında, Skobelevskaya küçəsi (indiki Krasnoarmeyskaya küçəsi) ilə Pokrovski qəbiristanlığı (indi yoxdur) arasındakı şəhər planında məscidin tikintisi üçün yer ayrıldı. Bu məscidin tikintisinin dəqiq başa çatma tarixi məlum deyil. Təqribən 1917-ci və ya 1918-ci il əsas götürülür. Tikinti Napoleon ordusuna qarşı müharibədə fərqlənmiş tatar alaylarının şərəfinə müsəlman tacirlərin ianələri hesabına həyata keçirilmişdir. Məscid üstü aypara ilə örtülmüş günbəzi olan iki mərtəbəli kubvari bina idi. Məscidin girişinin yerləşdiyi əsas fasadın dekorasiyası uclu tağla vurğulanan mərkəzi yuxarı, dairəvi pəncərənin ətrafında hazırlanmışdır.
Rostov Dövlət Kukla Teatrı
V. S. Bılkov adına Rostov Dövlət Kukla Teatrı — Rostov-na-Donu şəhərində yerləşən teatr. Teatr 1935-ci ildə təşkil edilmişdir. Rostov Dövlət Kukla Teatrı ölkə ərazisində mövcud olan ən qədim kukla teatrlarından biridir. Bu teatr trupbası hələ XX əsrin 20-ci illərindən fəaliyyət göstərir. Üstəlik kukla teatrının ilk aktyorları arasında: М. Kuşnarenko, N. Smirnova, А. Dora və s olmuşdur. Onların peşəkar fəaliyyəti sayəsində Azov-Qaradəniz komsomolları tərəfindən teatrın yaradılması haqqında qərar qəbul edilir. Teatr seyriciləri üçün 1935-ci ildə öz qapılarını açır. Onun göstəriləri ilə Don diyarının necə nəsli böyümüşdür. Artıq böyüyən nəsil öz övladlarını bu teatra gətir. Müəyyən zamanlarda teatrı idarə edən direktorlar: Boris Saxnoviç — Konstantin Sergeyeviç Stanislavskinin tələbəsi, Leonid Stelmaxoviç — Vsevolod Emileviç Meyerxoldun tələbəsi.
Rostov Dövlət Tibb Universiteti
Rostov Dövlət Tibb Universiteti — Rusiyanın cənubunda, Rostov-na-Donu şəhərində yerləşən böyük təcrübə bazası, elmi və sağlıq mərkəzi. 1915-ci ildə Varşava Universitetinin bazasında yaradılmışdır. 1920-ci ildə il dəfə 295 məzun universiteti bitirmişdir. 1980-ci ildə Tibb Universiteti Xalqlar Dosluğu ordeninə layiq görülmuşdur. 1994-cü ildə adı Rostov Dövlət Tibb Universiteti olaraq dəyişdirilmişdir. Universitetin adı: 1915—1930 — Varşava Universitetinin tibb fakültəsi; 1930—1980 — Rostov Dövlət Tibb İnstitutu (Rostov Dövlət İnstitutu); 1980—1994 — Rostov Xalqlar Dosluğu Ordeni Tibb Universiteti; 1994 — hazır ki dönəm — Rostov Dövlət Tibb Universiteti. Universitetdə 11 fakültə, tibb kolleci, çox şaxəli tib ocağı, elmi mərkəz və laboratoriya. Hər il burada 7000 tələbə təhsil alır. Universitetdə 91 kafedra vardır. Burada 800 elmi işçi fəaliyyət göstərir.