Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sumba
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir. Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür. Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar.
Sumba boğazı
Sumba boğazı (ind. Selat Sumba) — Kiçik Zond adaları arasında yerləşən boğaz. Boğaz Kiçik Zond adalarını Sumba adasından ayırır. Savu dənizini Hind okeanı ilə birləşdirir. Gəmiçilik üçün böyük əhəmiyyət kəsb edir. Ərazisi müxtəlif Milli Parkların ərazisinə daxildir. Boğaz şimaldan Sape, Lintax və Molo boğazları ilə birləşir. Boğazın eni 45 km təşkil edir. Sahil xətti ərazisində dərinlik 200 metr, maksimsl dərinliyi isə 900 metri keçmir. Suyunun orta illik temoeraturu 30 °C-dir ki, bu isə digər boğazlardan 1-3 °C yuxarıdır.
Ər-Rutbа
Ər-Rutba
Rutba — İraqın Anbar mühafazasında şəhər. 1941-ci ildə baş vermiş Anqlo-İraq müharibəsi burada cərəyan edib.
Frederik Şumba Hapunda
Frederik Şumba Hapunda — Zambiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ildən)
Bir rumka daha
Bir rumka daha (dan. Druk, ing. Another Round) — danimarkalı rejissor Tomas Vinterberqin 2020-ci ildə ekranlara çıxan filmi. == Süjet == Qırx yaşlarında olan dörd məktəb müəllimi hər gün bir az spirtli içki içməyin onları daha yaradıcı edə biləcəyi fikrini sınaqdan keçirməyə qərar verir. Bununla belə, çox içirlər və hər şey öz axarından çıxır.
Kral Şir: Timon və Pumba
Kral Şir: Timon və Pumba - 1995-1998-ci illərdə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi serialıdır. Cizgi serialına baş qəhrəmanları Timon və Pumbadır. Bu cizgi serialı özündə "Kral Şir" cizgi filmindən "Kral Şir - 2" cizgi filminə qədər olan hadisələri ehtiva edir.
Aruba
Aruba — Karib dənizində, Venesuelanın yaxınlığında yerləşən və Kiçik Antil adalarına daxil olan Niderlanda məxsus ada dövləti. 1499-cu ildə ispanlar tərəfindən tapılmış, 1636-cı ildə isə Niderlandın müstəmləkəsinə çevrilmişdir. 1986-cı ildə Niderland Antil adalarının tərkibindən çıxarılaraq Niderlandın birbaşa tabeliyinə keçirilmişdir. Sahəsi 193 km², əhalisi təxminən 103 min nəfərdir. Əhalinin əksəriyyəti paytaxt Oranyestadda məskunlaşıb və afrikalı, yerli, avropalı, hindli qarışığından ibarətdir. Yerli dili papyamento, rəsmi dövlət dili flamand dilidir. XX əsrin əvvəllərində Venesuela neftini emal edən neftayırma zavodları əsas gəlir qaynağı ikən 1980-ci illərdən etibarən turizm daha böyük əhəmiyyət qazanmışdır. == Coğrafiya == İqlimi quru tropikdir. Orta illik temperaturu 28 °C-dir.
Bomba
Bomba — içi partlayıcı və yanıcı maddəylə dolu, bir odlama nizamıyla təchiz olunmuş, kürə formasında yox edici odlu silah. == Bombanın quruluşu == Bombalar ümumiyyətlə dörd hissədən ibarətdir. Bunlar xarici örtük, bombanın havada balanslı getməsini təmin edən qanadcıqlar, tapa və tapanı odlamağa yarayan mexanizmdir. Bombalar hədəflərə dəyişik formalarda göndərilə bilər. Təyyarədən buraxıla, bir raket köməyiyl , əllə atıla bilər, ya da hədəfə əvvəldən yerləşdirilib uzaqdan patladıla bilər. Mərmi ilə fərqlidir. Bombalarda, top mərmisindəki sövq barıtı kimi itələyici bir maddə tapılmır. Amma ilk bombalar top mərmisinə bənzəyirdi və barıt doldurulmuş metal bir kürə şəklində idi. Ağır-ağır yanan bir fitilli yanaraq patladılırdı. Düşmən sipərlərinə əllə, ya da hava topuyla atılan bu cür bombalar ilk dəfə XVI əsrdə istifadə edilmişdir.
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Lumbar
Tibb elmində L2 adı ilə qeyd edilmiş olan və ayrıca olaraq “İkinci Bel” olaraq da tanınan bədənin bir parçası. Epidural anesteziyada “uyuşan” (ağrı hissi ortadan qalxan) bölgələr T10 (onuncu döş qəfəsi (Thoracal) fəqərəsi) - bu L2 (ikinci bel (Lumbar) fəqərəsi) arasında qalmış olan dermatom bölgələrdir.
Mumbay
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
Mumya
Mumya nadir və çox qiymətli təbii müalicəvi maddədir. Bu maddə əsasən Hindistanda, Tibetdə və həmçinin Altayda (Rusiya) dağlardan yığılır. Mumya güclü ümumimöhkəmləndirici, iltihabəleyhinə, ödqovucu, bakterisid, bərpaedici təsirə malikdir. Təbii mumya qara-qəhvəyi rəngdə olan elastik parıltılı maddədir. Mumyanın spesifik iyi və acı dadı var. Mumya suda tam həll olunur və su qəhvəyi rəng alır. İnsanlara qədim zamanlardan mumyanın müalicəvi xüsusiyyətləri məlumdur. Mumya və onun müxtəlif xəstəliklər zamanı istifadəsi haqqında məlumat dahi Avisenna və Aristotelin elmi işlərində tapılıb. Mumya nadir kimyəvi tərkibə malikdir. Onun tərkibində hormonlar, fermentlər, aminturşular, vitaminlər, efir yağları, minerallar və s.
Numea
Numea (ing. Nouméa) — Fransanın dəniz ərazisi olan Yeni Kaledoniya adasının paytaxtı. Əhalisi 2004-cü il siyahıya alınmaya görə 91 386 nəfərdir, şəhərətrafı da daxil olmaqla — 146 245 nəfər. Numea düz xətlə Parisdən 16 758 kilometr məsafədədir. Şəhər Yeni Kaledoniyanın cənub-şərqindəki təpəli yarımadasında yerləşir. Nikel əritmə müəssələri vardır. Nikel, dəmir filizi, mis ixrac edilir. Şəhərin 52 kilometrliyində, şimal-qərbində La-Tontuta aeroportu yerləşir. Şəhər daxilində yerli reyslər edən Numea Macenta aeroprtu vardır.
Qurumba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. Əhalisi 937 nəfərdir.
Remya
Remya (lat. Remya) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Remya kauaiensis Hillebr. Remya mauiensis Hillebr.
Ruaya
Ruaya (fr. Royas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38346. Kommunanın 1999-cu il üçün əhalisi 305 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 329 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 35 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Rubab
Rübab — mizrabla çalınan simli-dartımlı musiqi aləti. Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir". Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. N. Gəncəvinin, Ə. Xaqaninin (XII əsr) şerlərinə istinad etsək, Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Rubia
Boyaqotu (lat. Rubia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. Boyaqotu Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biridir. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Rudab
Rudab — İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,470 nəfər və 883 ailədən ibarət idi.
Rudbar
Rudbar — İranın Gilan ostanında yerləşən şəhər. Rudbarın əhalisinin əksəriyətini tatlar təşkil edir.
Rumex
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Rumın
Rumınlar — roman dilli xalqlardan biri, Rumıniya Respublikasının əsas əhalisidir. Moldovan dili daxil olmaqla rumın dilində danışanların sayı təxminən 23,500,000 nəfərdir.
Rübai
Rübai — Iranda yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri. Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu: Əlimdə olsaydı əgər iqtidar, Bu köhnə fələki kökündən yıxar, Təzədən elə bir fələk qurardım, Ki, hər kəs yaşardı azad, bəxtiyar. Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.
Humea
Calomeria (lat. Calomeria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Agathomeris Delaun. === Heterotipik sinonimləri === Humea Sm. Oxiphoeria Dum.Cours. Razumovia Spreng.