Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sədəf Budaqova
Sədəf Budaqova – Azərbaycanlı xanəndə (muğam ifaçısı), müğənni. == Həyatı == Budaqova Sədəf Mehdi qızı 1 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Masazır qəsəbəsində 11 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2012–ci ildə bu məktəbi bitirmişdir. 2007-2012-ci illər ərzində Xırdalan şəhər musiqi məktəbində Xanəndə ixtisası üzrə Qasım Əliyevdən təhsil alır. 2012–ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin Xanəndə ixtisası üzrə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyaz Məmmədovanın sinfinə daxil olaraq 2015-ci ildə Kolleci bitirir. Həmin ildə Azərbaycan Milli Konservatoriyasının Xanəndə ixtisası üzrə Xalq artisti, professor Mənsum İbrahimovun sinfinə daxil olur. 2019-cu ildən Sumqayıt Musiqi Kollecində müəllimə kimi çalışır. 2020-ci ildə Konservatoriyanı bitirir. 2022-ci ildən magistr pilləsi üçün yenidən Milli Konservatoriyada təhsil alır. == Fəaliyyəti == 2011-ci ildə Bakıda, Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı, Paşa Bankın baş sponsorluğu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi III Beynəlxalq Uşaq Muğam Festivalında baş mükafat — "Qran–Pri" qazanıb.
Sədəf Tahiryan
Sədəf Tahiryan (fars. صدف طاهریان‎; 21 iyul 1988, Tehran) — İran aktrisası və model.
Sədəf adası
Sədəf adası (türk. Sedef Adası, yun. Τερέβινθος) — Türkiyəyə məxsus olan, Mərmərə dənizində yerləşən ada. Adalar arxipelaqının ən kiçik adasıdır. Bizans imperiyası dönəmində sürgün yeri kimi istifadə edilirdi. Əvvəlki adı Terebinthosdur. Əvvəllər dovşanın bol olması ilə əlaqədar dovşan adası belə deyilirdi. Ada 1850-ci ildə Topxana müdiri Fəthi Əhmət Paşanın mülkiyyətinə verilmişdir. O, adaya zeytun ağacları əkdirmişdir. Paşanın ölümündən sonra ada baxımsız qalmışdır.
Sədəf Çaxmaq
Sədəf Çaxmaq (türk. Sedef Çakmak; 9 iyun 1982) — Türkiyə siyasətçisi, LGBT fəalı. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. O, lezbiyandır. == Həyatı == Sədəf Çaxmaq 9 iyun 1982-ci ildə anadan olmuşdur. O, 2015-ci ildən bəri Cümhuriyyət Xalq Partiyasının İstanbul Başakşəhər bələdiyyəsi rayon məclis üzvüdür. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. Sədəf Çaxmaq Qalatasaray Universitetinin Sosiologiya Fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, universitet illərində mülki cəmiyyət təşkilatlarında işləməyə başlamışdır. 2004-cü ildən bəri LGBT fəalı olaraq fəaliyyət göstərir.
Şərəf
Şərəf — sədaqət, ədalət, dürüstlük, alicənablıq kimi fərdi keyfiyyətləri qiymətləndirilməsi ilə bağlı kompleks etik və sosial mənaları. Şərəf müəyyən mədəni və ya sosial ənənələr, maddi səbəbləri və ya şəxsi ambisiyaları ilə həyat gətirdi nisbi anlayış kimi görülə bilər. Digər tərəfdən, şərəf ilk xas insan duyğusu, onun şəxsiyyətinin ayrılmaz hissəsi kimi qəbul edilir.Lüğət VI Dahl, bu bölgü əks etdirən şərəf müəyyən və bir "daxili mənəvi ləyaqət, cəsarət, dürüstlük, soul və yaxşı vicdan alicənablıq," və "şərti, dünyəvi, dünyəvi alicənablıq, tez-tez yalan, xəyali".
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
"Şərəf" ordeni
"Şərəf" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 16 fevral 2007-ci ildə təsis edilmişdir. == Tarixi və statusu == "Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilmişdir.Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə; Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə; İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə; Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Rəşadət" ordenindən sonra taxılır. == Təsviri == "Şərəf" ordeninin hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 726-IVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə aşağıdakı formada verilmişdir: "Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən duzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: Boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; Paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden.
Hədəf liseyi
Hədəf liseyi — "Hədəf Kursları" MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEAM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və "toxunaraq öyrənmək" prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir.STEAM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları, təhsil sistemlərində STEAM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında "mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki" olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Hədəf Şirkətlər Qrupunun Hədəf liseyi, Hədəf kursları, Hədəf nəşrləri, Hədəf qlobal, Hədəf multimediya mərkəzi, Hədəf İdman Klubu və b. qolları da vardır. == Yaradılması == Hədəf liseyi 2018-ci ildə Şəmil Sadiq tərəfindən təsis edilmişdir.
Seden Gürel
Sedən (Kutlubayan) Gürəl (d. 12 sentyabr 1965, Ankara), Türk pop musiqisi sənətçisi. == Həyatı == Sedən Gürəlin Səbəbim Eşq adlı mahnısı və klipi erməni camaatı içərisində də əhəmiyyətli bir müzakirə mövzusu olanmışdır. Sedən Gürəl albomda mahnının bir Erməni melodiyası olduğunu ifadə etmiş olsa da Səbəbim Eşq, Adanayi Voghperke(Adana Ağıdı) olaraq bilinən və 20. əsr. başında Adanada Ermənilərin məruz qaldığı sözdə krımı izah edən ənənəvi bir Erməni melodiyasıdır.Türk xalqına bir erməni təbliğat mahnısının niyə pop musiqi olaraq verilmək istəndiyi müzakirə edilməmişdir. Orijinal mahnının sözləri Türkləri alçaltmaqdadır. Mahnıda keçən qisimlər: Yazıq Ermənilər bir dəqiqədə, Düşdülər vicdansız qılınc altına. Kilsə və məktəb alovlar içində, Minlərlə Erməni öldü vəhşicəsinə. Qanunsuz duyğusuzlar, yetim buraxdı, Övladı anasından, gəlini kürəkənindən, Alçaq ədalətli ilə duyğusuz Cavit, Doydular içib Erməni qanı.
Sedən Gürəl

Sədəfi buludlar
Sədəfi buludlar, Perlamutr buludları - Stratosferdə 20-26 km hündürlükdə müşahidə olunan xırda buz kristallarından və soyumuş su damlalarından ibarət ox nazik buludlardır.
Şərəf Rəşidov
Şərəf Rəşidoviç Rəşidov (özb. Sharof Rashidovich Rashidov; 24 oktyabr (6 noyabr) 1917, Cizak, Rusiya Türkistanı general-qubernatorluğu – 31 oktyabr 1983, Daşkənd) — Özbəkistanın partiya və dövlət xadimi, yazıçı, iki dəfə sosialist əməyi qəhrəmanı, 1959–1983-cü illərdə Özbəkistan KP MK-nın I katibi olmuşdur. == Həyatı == Şərəf Rəşid oğlu Rəşidov Özbəkistan Dövlət Universitetinin Filologiya fakultəsini bitirmişdir (1941). Səmərqənd şəhərində "Ленин йўли" qəzetinin redaktoru vəzifəsində işləmişdir.
Şərəf Taşlıova
Şərəf Taşlıova (d. 10 aprel 1938, Ərdahan – ö. 20 sentyabr 2014, Türkiyə) — Türkiyə aşığı. == Həyatı == Aşıq Şərəf Taşlıova 10 aprel 1938-ci ildə Ərdahanın Çıldır ilçəsinin Gülyüzü kəndində doğulmuşdur. Kiçik yaşlarda atası vəfat etmişdir. Atasını adı Hacı bəy, anasının adı isə Nərgiz xanımdır. 10 yaşı olanda Aşıq Şenniyin oğlu Aşıq Qasım onu toyda görmüş, səsini bəyənmiş və beləcə o aşıqlığa başlamışdır. 13 sentyabr 2014-cü ildə xəstələnmiş və 20 sentyabr 2014-cü il axşam saat 21:30-da Dışkapı Hastanesində vəfat etmişdir. Qarsda İnönü Prospekti üzərindəki "Aşıklıq heykəlləri"ndə heykəli ucaldılmışdır == Fəaliyyəti == Şərəf Taşlıova Türkiyənin məşhur aşığı olmaqla, YUNESCO-nun "Canlı insan xəzinəsi" titulunu qazanmış bir aşıqdır. 44 il Konya aşıqlar bayramına qatılmışdır.
Şərəf abidəsi
Şərəf abidəsi (türk. Onur Anıtı) — Türkiyənin Samsun şəhərininin İlkadım ilçəsindəki "Atatürk parkında yerləşən və şəhərin simvolu olan abidə. Mustafa Kamalın Samsuna gəldiyi hissəyə inşa edilən abidə İstiqlaliyyət müharibəsinin başlanğıcı sayılan bu hadisənin simvoludur. Abidənin heykəli Samsun qubernatoru Kazım paşa tərəfindən Samsun əhalisi adına Avstriya heykəltaraşı Heinriç Krippelə 1927-ci ildə sifariş edilmiş, həmin il 19 may tarixində qaydalara uyğun olaraq rəsmi təməlatma mərasimi keçirilmiş, 1928-ci ildə Vyana şəhərində başlayan heykəlin istehsal müddəti 1931-ci ildə sona çatdırılmış və heykəl 29 oktyabr 1931-ci il tarixində inşa edilmişdir. 15 yanvar 1932-ci il tarixində abidənin rəsmi açılış mərasimi keçirilərək respublika tarixinin on üçüncü abidəsi, Heinriç Krippelin isə Türkiyədəki inşa etdiyi dördüncü abidə olmuşdur. Tuncdan hazırlanmış heykəlin hündürlüyü – 4.75 metr (15.6 ft). Daş blok ayaqlığın hündürlüyü – 4.10 metr (13.5 ft). Bütün heykəlin ümumi hündürlüyü – 8.85 metr (29.0 ft). Heykəl üçün memar 37.000 ABŞ dollarına razılaşmış, lakin heykəltaraş Heinriç Krippelə 5.500 ABŞ dolları əlavə olaraq ödəniş edilmişdir. == İdeya, inşa və tikiliş müddəti == Samsunda Mustafa Kamala həsr edilmiş bir abidənin inşa edilməsi fikri Samsun qubernatoru Kazım paşa tərəfindən ortaya çıxmışdır.
Şərəf ordeni
"Şərəf" ordeni — Azərbaycan Respublikasının ordeni.
Hədəf Bakıdır
Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu və ya qısaca Hədəf Bakıdır — İkinci Dünya müharibəsi barədə çəkilmiş sənədli film. == Məzmun == Film Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edir. Filmdə mühərriklər müharibəsi adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən — neft uğrunda döyüş mövqeyindən baxılır. 1941–1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun qara qızılı Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi. Filmdə bugünədək nümayiş etdirilməyən kinokadrlar restavrasiya olunaraq rəngli formatda təqdim edilir. == Haqqında == Film Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmişdir. Filmin layihə rəhbəri Arzu Əliyevadır.
Sedə Lencan
Sidə Lincan — İranın İsfahan ostanının Lincan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,335 nəfər və 4,167 ailədən ibarət idi.
"Şərəf" ordeni (Azərbaycan)
"Şərəf" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 16 fevral 2007-ci ildə təsis edilmişdir. == Tarixi və statusu == "Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilmişdir.Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə; Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə; İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə; Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Rəşadət" ordenindən sonra taxılır. == Təsviri == "Şərəf" ordeninin hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 726-IVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə aşağıdakı formada verilmişdir: "Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən duzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: Boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; Paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden.
"Şərəf" ordeni (Rusiya)
Şərəf ordeni (rus. Орден Почёта) — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordeni ilə təltif edilmişdir == Rusiya prezidenti V. Putin və ordenlə təltif edilib - 2 qat Olimpiya çempionu Svetlana Xorkina. 8 iyun 2001-ci il Bax Şərəf Ordeninin Cəngavərləri İlk olaraq 1994-cü ildə 17-ci Qış Olimpiya Oyunlarının nəticələrinə görə mükafatlandırılan idmançılar və məşqçilər oldu.
"Şərəf" ordeni laureatları
== 2009 ==
"Şərəf Nişanı" ordeni
"Şərəf nişanı" ordeni (rus. Орден «Знак Почёта») — 25 noyabr 1935-ci ildə təsis olunmuş SSRİ ordeni.
FİBA şərəf zalı
Beynəlxalq Basketbol Federasiyasının (FİBA) şərəf zalı 2007-ci ildə İspaniyanın Alkobendas şəhərində açılmışdır. Şərəf zalının əsas vəzifəsi beynəlxalq basketbol tarixində xüsusi xidmətləri olan insanların fəaliyyətini əbədiləşdirməkdir. Müasir dövrdə Şərəf zalı 4 kateqoriya şəxslərin xidmətlərini əhatə edir: oyunçular, məşqçilər, hakimlər və məmurlar. Hər iki ildən bir Şərəf zalının üzvlüyünə yeni üzvlər qəbul olunur. ABŞ-nin hüdudlarından kənarda ilk basketbol muzeyinin yaradılması ideyası 1991-ci ildə məşhur ispan məşqçisi Pedro Fernandes tərəfindən irəli sürülmüşdür. 1999-cu ildə FİBA Şərəf zalı layihəsinin yaradılmasına dair layihə bu təşkilat tərəfindən təsdiq olunmuşdur. Şərəf zalının açılışı mərasimi 2007-ci ildə olmuş və FİBA-nın 75 illik yubileyinə həsr olunmuşdur. Şərəf zalının binası dörd mərtəbəlidir və 2000 kvadrat metrlik sahəni əhatə edir.
Lazer hədəf təyinedici
Lazer hədəf təyinatçısı bir hədəfi təyin etmək üçün istifadə olunan lazer işığı mənbəyidir. Lazer təyinedicilər sırasıyla Paveway seriyası bombaları, AGM-114 Hellfire və ya M712 Copperhead mərmiləri kimi lazerlə idarə olunan bombalar, raketlər və ya həssas artilleriya sursatlarının hədəflənməsini təmin edir. Hədəf bir təyinedici tərəfindən qeyd edildikdə, şüa görünmür və davamlı parlamır. Bunun əvəzinə bir sıra lazer işığının kodlanmış impulsları atılır. Bu siqnallar hədəfdən göyə sıçrayır və burada lazerlə idarə olunan döyüş sursatında axtaran tərəfindən aşkar edilir və sursat özünü əks olunan siqnalın mərkəzinə doğru yönləndirir. Hədəfdə olan insanlar lazer aşkarlama avadanlığına sahib olmadıqca və ya onlara doğru yaxınlaşan təyyarələrin səsini eşitmədikləri halda, işarələnib-işarələnmədiklərini müəyyənləşdirmək onlar üçün olduqca çətindir. Lazer təyinatçılar ən yaxşı atmosfer şəraitində işləyirlər. Bulud örtüyü, yağış və ya tüstü, mövcud ərazi məlumatları vasitəsi ilə bir simulyasiyaya çatmazsa, hədəflərin etibarlı təyinatını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.
Şərəf Bəy (serial)
Şərəf bəy – 1 yanvar 2021-ci ildə Exxen adlı veb saytda yayımlanan serial. Onur Ünlü rejissor, Ali Atay isə ssenari məsləhətçisidir. Baş rollarda Haluk Bilginer, Songül Ödən, Ərtan Saban, Devrim Yaqut və Sərhad Qılıçdır.
Şərəf Nişanı ordeni
"Şərəf nişanı" ordeni (rus. Орден «Знак Почёта») — 25 noyabr 1935-ci ildə təsis olunmuş SSRİ ordeni.
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Bədən
Bədən (latınca Corpus) — canlı varlığın fiziki üst qatı. Bioloji bədənlərin quruluşunu anatomiya, onun fəaliyyətini isə fiziologiya elmləri öyrənir. Ölmüş bədən cəsəd, yaxud meyit adlanır. Bədən yaranışdan cəsəd halına qədər bir neçə mərhələdən keçməlidir: Döl və ya toxum olmaq. Ana garnı dönəmi. Doğulmaq və ya gövərmək ki ki öz yaşamının özgür dönəminin başlangıc nöqtəsidir. Böyümək və öz kimisin yaratmaq. Qocalmaq və çürümək. Ölmək və qurumaq.heyvan və insan ölü gövdəsinə ləş və ya cəsəd deyilir. == Maraqlı Faktlar == Bədənimizdə o qədər çox karbon daşıyırıq ki, bunları bir yerə toplayıb istifadə etmək mümkün olsa 9000 ədəd karandaş edə bilərik.
Cedey
Cədəy xan - türk və altay mifologiyasında keşikçi tanrı. Şedey (Şaday, Çaday) Xan olaraq da bilinir. Altındağın (qızıl dağ) qoruyucusudur. Yeddi iti vardır. İtləriylə birlikdə Altındağa gedən yolu qoruyar. Başında tolgası (dəbilqəsi) ilə təsvir olunur. Qaya qapısı adlı yer altı keçidinin başında dayanmaqdadır. Bu qapı böyük bir dənizin kənarındadır. Zəncirlərlə bağlanmış yeddi azğın iti Ağ Dənizin kənarında qiyamət gününü gözləyir. Bəzən yer üzündə pisliklərə səbəb olduğu deyilər.
Cədəy

FedEx
== FedEx == FedEx Corporation, köhnədən Federal Express, adlı quruluş dünya səviyyəsində hava-quru transfer və məntiqi xidməti təqdim edən bir Amerika şirkətidir. Dünyanın ən nüfuzlu şirkət qrupları arasında iştirak etməkdədir. == Tarixi == 1971-ci ildə Federal Express adı altında Frederick W. Smith tərəfindən Little Rockda (Arkansas) qurulub, 1973-cü ildə Memfisə (Tennessee) köçürülmüşdür. FedEx havayolu nəqliyyatı 1989-cu ildə Federal Express Flying Tiger Line, 1998-ci ildə Caliber System, Inc, Roberts Express, Viking Freight və Caliber Logistics şirkətlərini satın almışdır. Qısa zaman sonra American Freightways satın alaraq bütün bu firmalar artıq FDX Corp adı altında həyata keçirilir. 2000-ci ildə şirkətin ümumi adı təkrar FedEx Corporation olaraq dəyişdirilmişdir. Memphis (Tennessee) superhub yanında aşağıdakı hublarlada beynəlxalq xidmət edir: ABŞ Anchorage (Alyaska) Fort-Uort (Texas) Indianapolis (Indiana) Newark (New Jersey) Oakland (Kaliforniya) Kanada Toronto (Ontario) Cənubi Amerika və Karib hövzəsi Miami (Florida) Avropa / Afrika / Orta Şərq Paris-Charles də Gaulle (Fransa) Frankfurt (Almaniya) London-Stansted (Birləşmiş Krallıq) Turkey (Türkiyə) Asiya və Sakit Okean Subic Kişi (Filippin) Guangzhou (Çin) (tikintisi davam edir.) FedExin ən böyük rəqibləri DHL, UPS, USPS, TNT və YankItdır.
Fədək
Fədək (ərəb. فدك‎) — Hicaz məntəqəsində Mədinə şəhərinin 160 kilometrəliyində, keçmişdə su və bulaqları olan bir kənd. Fədəkin yaxınlığında Şəmrux adlı bir qala varmış ki, indi onun yerində Haet adlı Xurma palması dolu böyük bir kənd var. == Tarixi == Fədək xeybərin yaxınlığındadı və hicaz yəhudilərinə strategi baxımdan böyük önəm daşıyırdı. islam ordusu yəhudiləri xeybərdə məğlub etdikdən sonra yəhudilərin gücünün aradan aparilması üçün peyğəmbər Mohit adlı bir səfiri fədəkin başçılarına göndərdi. Fədək başçıları sülhü savaşdan üstün tutdular və təəhüd etdilər ki fədəkin məhsullarının yarısını ildə müsəlmanlara göndərib islam bayrağı altında yaşasınlar. == Strategiya önəmliyi == Fədəkin çoxlu Xurma ağacı coşan bulaqları habelə verimli yerləri onu hicazlılar üçün çox dəyərli qılmışidi. o zamanın ağacları kufənin 7-ci qərndəki ağaclarının dəyəri ilə birdi. ömər yəhudiləri ərəbistandan eşiyə ötürəndə 50-min dirhəm fədəkin qalan yarısı üçün onlara verdi. == Fədəkin Fatiməyə bağışlanması == === Əhli Şiə mənbələri === Bir çox Əhli Şiə alimləri öz təfsir (Qurani Kərimin İsra surəsinin 26-cı ayəsinin nazil olma səbəbində) və tarix kitablarında Fədəyin Xanım Fatiməyə peyğəmbər tərəfindən bağışlanmasını qeyd etmişlər.
Hədər
Hədər (Salmas)
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.