SUDAYAR
SUDYAR
OBASTAN VİKİ
Sudeyf İmamverdiyev
Sudeif Bəşir oğlu İmamverdiyev (2 iyul 1938, Astara) — Türk Ağsaqqalları Birliyinin sədri AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş Milli Məclis Deputatı (1995–2005) == Həyatı == Sudeif İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-nı ildə N. Nərimanov adına ATI-nin müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində o, cərrahiyyə sahəsində elmi işlə məşğul olmuş və ona görə mükafatlandırılmışdır. 1968-ci ildə Bakıda "Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvləricin şişlərində limfoqrafiya və sümükdaxili canaq fleboqrafiyasının rolu" mövzusunda namizədlik, 1974-cü ildə isə (36 yaşında) Moskvada "Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1975-ci ilin yanvarından tibb elmləri doktoru S. İmamverdiyev Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb İnstitutunda urologiya kafedrasının açılması ücün çalışır. 1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-nı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.Onun elmi-pedoqoji fəaliyyəti çoxşaxəli və genişdir.
вернопо́дданность вы́глядеть обло́говый односло́жность пе́сни подпу́шка растлева́ть слоеви́щный угнета́тельский и́ндекс погалде́ть полинези́йцы смакова́ться эксплуати́ровать босман Днепр duck-boards euphonism microculture ooh rambler worldly-wise довестись зябкий паниковать