Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sidik
Sidik — böyrəklərdən ürinasiya prosesi ilə ifraz olunan, ümumiyyətlə steril vəziyyətdə, bədənin yan məhsulu olan bir mayedir. Turş mənşəli olan bu maye, məhlullarında saxlayan məməli canlıların bədənlərindəki suyun məzmunundakı mineral, qeyri-üzvi və digər maddələrin tarazlığını təmin etmək məqsədi ilə sidik torbasından çölə əksəriyyətlə cinsi orqanlarda mövcud mexanizmlər köməyiylə atılır. Sidik meydana gəlməsi, bədəndə mineral və digər maddələrin tarazlığının təmin edilməsində təsirlidir. Bədəndə olması lazım olandan çox olan və ya bədənə zərərli olan maddələr sidik yolu ilə çölə atılır. Sidik, içində ərimiş ya da dayandırılması vəziyyətində olan bir çox maddəni uzaqlaşdırar. Eyni zamanda sidik (alınan qidaya bağlı olaraq) 5.0 - 8.0 pH dəyərləri arasındadır.
Şidli
Şidli — İrəvan quberniyasının İrəvan qəzasında, Vedibasar mahalında, indiki (Ararat) Vedi rayonunda kənd. == Tarixi == Şidli rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Kəndin adı Qafqazır 5 verstlik xəritəsində qeyd edilmişdirM. Kalankatuklu "Alban tarixi" əsərində Xosrov şahın hökmdarlığının otuz yeddinci ilinin əvvəlində Şimal çarı Xəzərlərin arasında, knyazlıq rütbəsinə görə Şad adlanan qardaşı oğlu olduğu qeyd edilir və Şadın öz düşərgəsini Araz çayının sahilində saldığı göstərilir. Bu əsərin "Qeydlər və şərhlər" hissəsində Z. Bünyadov qeyd edir ki, xəzərlər arasında IX əsrədək Şad Xaqandan sonra ikinci hökmran sayılırdı. L. Qumilyev qeyd edir ki, İl-xan Bumın vaxtında "İxtiyarında bölgələrin hakimiyyəti olan və xana qan qohumluqları çatan şahzadələr "şad" çağrılırdılar və şad titulunu "şimal hökmdarı" Cabqu xanın qardaşları daşımışlar. "Şad" sözü qədim türk dilində "hərbi rütbə" mənasında işlənmişdir. Bu deyilənlərdən belə qənaətə gəlirik ki, Şidli toponimi türklərdə, daha doğrusu xəzərlərdə hərbi titul mənasında işlənən şad sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gələn şadlı sözü əsasında formalaşıb "Şidli" kimi sabitləşmiş və etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.
Sımsıkı Sıkı Sıkı
Sımsıkı Sıkı Sıkı — Kənan Doğulunun albomu.
Atlas sidri
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir. Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir. Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.
Himalay sidri
Himalay sidri (lat. Cedrus deodara) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Himalayın şimal və qərb hissəsidir. Avropanın bir çox ölkələrinə introduksiya edilmişdir. Hündürlüyü 50 m-ə çatan iri ağacdır. Cavan ağacların gövdəsinin qabığı hamar olur, yaşlaşdıqca çatlar əmələ gəlir və iri pulcuqlar şəklində oduncaqdan ayrılır. Çətiri piramidal formalı və budaqlarının ucları aşağı sallanan ağacdır. İynəyarpaqları düz, sivri, bozumtul-yaşıl və ya mavi-yaşıldır, 5 sm-ə qədər uzunluqdadır. Qozaları iri, yumurtavarı, yetişmiş qozaları qırmızı-qonur rənglidir, uzunluğu 10 sm-ə, eni 5-6 sm-ə çatır. Toxumları iri qatranlı, üçbucaq, nazik qabıqla örütülüdür, toxumu dairəvidir və kip oturur.
Livan sidri
Livan sidri (lat. Cedrus libani) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni kiçik Asiyadır. Hündürlüyü 40 m-ə çatan ağacdır, çətiri dağınıq, yaşlı ağaclarda çətirvarıdır, budaqları yaruslarla yerləşir. İynəyarpaqları tünd-yaşıl olub, 15-35 mm uzunluqdadır, qozaları iridir, uzunluğu 10 sm, eni 6 sm-ə çatır. Sidrin digər növlərinə nisbətən şaxtaya, quraqlığa, qaza, tüstüyə davamlıdır və daha çox istisevəndir. Vətənində 5 aya yaxın davam edən qar örütyünə davam gətirir. Livan sidrinin sallaq, qızılı, gümüşü və s. bir neçə dekorativ forması vardır. Üfüqi böyüyən budaqları yaxşı kölgə verir.
Sidik kanalı
Sidik kanalı (lat. urethra) — insan və onurğalıların sidik sisteminin boruvari orqanı, sidik kisəsini xarici mühitlə birləşdirir. Hər iki cinsdən olan fərdlərdə sidik ifrazı — orqanizmin əsasən suda həll olunan tullantı məhsullarının sidik kisəsindən xaricə sidiklə xaric edilməsi, kişilərdə də boşalma üçün xarici mühitə (sidik ifrazı prosesindən kənar) sperma ifraz edilməsinə xidmət edir. Kişilərdə uretranın böyük hissəsi kişi cinsiyyət orqanının içindən keçir və kanalın xarici açılışı penis başının yuxarı hissəsində asanlıqla aşkar edilir, qadınlarda isə uretranın yolu kiçik çanaq boşluğunun arxasında gizlənir: pubis və vaginanın qarşısında, xarici açılış isə klitorun arxasında və vagina girişinin qarşısında vagina vestibülünün kiçik cinsi dodaqları ilə yan tərəfdən məhdud olan selikli qişanın qıvrımlarındadır.
Sidik qaçırma
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. == Növləri == Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) == Diaqnostika == Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar == Müalicə == Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. == Qaynaqlar == == Xarici keçidlər == Enurez nədir?
Sidik saxlamamazlıq
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. == Növləri == Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) == Diaqnostika == Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar == Müalicə == Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. == Qaynaqlar == == Xarici keçidlər == Enurez nədir?
Sidiki Ouedraoqo
Sidiki Ouedraoqo (31 dekabr 1996) — Burkina-Fasolu atlet. Sidiki Ouedraoqo Burkina-Fasonu 2016-cı ildə XX Yüngül atletika üzrə Afrika çempionatında təmsil etdi. == Karyerası == Sidiki Ouedraoqo birinci dəfə Afrika çempionatına 2016-cı ildə qatıldı. O, CAR-ın Durban şəhərində baş tutan XX Yüngül atletika üzrə Afrika çempionatında kişilər 100 metr məsafəyə qaşış yarışlarında yürüşlərdə iştirak etdi və məsafəni qət edə bilməyərək 48 atlet arasında 43-cü yeri tutdu.
Sidli dağı
Sidli (ing. Mount Sidley) — Antarktidanın Meri Berd Torpağı ərazisində yerləşən, qitənin hündürlüyünə görə 5-ci (və ya 6-cı) dağı. == Tarix == Müxtəlif məlumatlara görə dağın hündürlüyü 4181 m və ya 4285 metr təşkil edir. Sidli yeddi ən hündür vulkan zirvəsi arasında adı çəkilir. Zirvə Eqzekyutiv-Kommitti silsiləsində yerləşir. Kalderasının diametri 5 kilometrdir. Vulkanın cavan olması. 25 km aralıda eyni xüsusiyyətə malik olan vulkan mövcuddur. Bu vulkanın hündürlüyü isə 3292 metr təşkil edir. Antarktidanın ən hündür vulkanı olmasına baxmayaraq Sidli insanlar arasında az tanınlr.
Sidni Puatye
Sidni Puatye (ing. Sidney Poitier; 20 fevral 1927[…], Ket-Aylend (Baham adaları), Baham adaları və ya Mayami, Florida – 6 yanvar 2022[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülmüş ilk qaradərili aktyor, sonrakı illərdə diplomat.
Sidni Şeldon
Sidni Şeldon (ing. Sidney Sheldon) — yəhudi əsilli ABŞ yazıçısıdır. Sidni ilk həyat yoldaşı Horhor Kartrayt Şeldonun 1985-ci ildə vəfat edənə kimi ailə həyatı qurmuş, 1989-cu ildə isə Aleksandre Kastoffla evlənmişdir. Onun Meri Şeldon adlı yeganə qız övladı vardır. Sidni Şeldon 90-a yaxın ölkələrdə olmuşdur. == Maraqlı faktlar == Bir dəfə Sidninin evində yanğın olmuşdur. Yanğın zamanı yanğın söndürənlər ona evdəki ən qiymətli əşyaları götürməyi təklif edir. Bu zaman Sidni evdən qələmi və bloknotu götürür..
Sidqi Abbasov
Abbasov Sidqi Səməndər oğlu (4 may 1969; Basarkeçər rayonu, Qərbi Azərbaycan – 5 yanvar 1994, Füzuli rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.
Sidqi Ruhulla
Sidqi Ruhulla (tam adı: Ruhulla Fətulla oğlu Axundov; 28 mart (9 aprel) 1886, Buzovna, Bakı qəzası – 5 may 1959, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, SSRİ xalq artisti (1949). == Həyatı == === Erkən illəri === 1886-cı ilin aprel ayının 9-da Bakı qəzasının Buzovna kəndində müəllim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Atası Molla Fətulla Axundov oğlunun mənəvi inkişafında böyük rol oynamışdır. Elmə, sənətə, poeziyaya böyük həvəsi olan Molla Fətulla qış aylarında Bakıda, yayda isə Buzovna kəndində müəllimliklə məşğul olardı. O, klassik Azərbaycan poeziyasının vurğunu idi. Oxuduğu şerləri oğlu Ruhullaya izah edərdi. Uşaqlıq və gənclik illərini Buzovna kəndində keçirən Ruhullanı atası 1903-cü ildə Bakıda tacir dükanına şagird verdi. O, istəyirdi ki, oğlu ticarətçi olsun. Lakin atasından aldığı bilik onun mənəviyyatını tamam başqa istiqamətdə tərbiyələndirmişdir.
Sıtkı Üke
Sıtkı Üke (türk. Mehmet Sıtkı Üke; 1877, Saloniki – 22 oktyabr 1941, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1899-cu ildə hərbi məktəbi bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 11 yanvarında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşulmuşdur. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə mükafatlandırılmışdır. 4 may 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxmışdır. 1941-ci il oktyabrın 22-də İstanbulda vəfat etmişdir. == Medal və təltifləri == Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == Osmanlı-Yunan müharibəsi (1897) Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 100.
Əbərkuh sidri
Əbərkuh sidri-İranın Yəzd ostanının Əbərkuh şəhərində həmişəyaşıl sərv İranın Mədəni Miras, Əl işləri və Turizm Təşkilatı tərəfindən bir milli təbii abidə kimi mühafizə olunur və həqiqətən, 25 m hündürlüyü və 18 m dövrəsi ilə böyük turist cəlb edicidir.4000-dən yuxarı yaşı olmaq üçün qiymətləndirilir və Asiyada ən qədim canlı şey ola bilər. Çhina daily-nin gündəlik dünyanın 10 ən qoca ağacları sıralamasına görə, Əbərkuh sidri dünyada ikinci ən qocaman ağacdır.
Sidik kisəsi
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi - lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi - lat. fundus vesicae və ortada cismi - lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Sıtkı Güvenç
Sıtkı Güvenç (1 noyabr 1961, Pazarcık[d], Qəhrəmanmərəş ili – 9 fevral 2023, Qəhrəmanmaraş) – Türkiyə siyasətçisi. Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. == Həyatı və karyerası == 1961-ci ildə Qəhrəmanmaraşın Pazarcık ilçəsində doğulmuşdur. İstanbul Universitetinin stomatologiya fakültəsindən məzun olmuş və bir müddət stomatoloq kimi işləmişdir. Qəhrəmanmaraş İl Sağlamlıq Müdirliyində xidmət göstərmiş, Ağız və Diş Sağlamlığı Mərkəzinin baş həkimi olmuşdur. 2011-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Qəhrəmanmaraşdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. === Ölümü === 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür. == Şəxsi həyatı == Evli və 5 uşaq atası idi. Orta səviyyədə ingiliscə bilirdi. Qardaşı Celalettin Güvenç 2015-ci ildə Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi deputat seçilmişdir.
Sidi-Davud
Sidi-Davud (ərəb. سيدي داود‎ , fr. Sidi Daoud) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 49 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 91 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 47 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 16 900 nəfər idi.
Sidi-Mustafa
Sidi-Mustafa (ərəb. سي مصطفى‎, fr. Si Mustapha) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Tarixi == Kommuna Fransa müstəmləkəçiliyi dövründə ilk növbədə Bled-Qitun, sonra isə Feliks-Fort adlandırılmışdır. Fransız müstəmləkəçilərin ilk dəstəsi buraya 1872-ci ildə gəlmişdir. 1888-ci ildə Bled-Qitun dəmir yolu ilə Əlcəzair şəhərinə bağlanmışdır. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 62 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 58 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 21 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 12,087 idi.
Sidi-Xüiləd
Sidi-Xüiləd (ərəb. سيدي خويلد‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Sidi-Xüiled dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şimal-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 560 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 127 metrdir.Sidi-Xüiləd kommunası Uarqla, Əyn-Beyda, Hasi-Ben-Abdullah və Nəqusa kommunaları ilə həmsərhəddir. Sahəsi 131 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,2 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,6°C, ən isti ay (iyul) 34°C-dir.
Sidi-Şəmi
Sidi-Şəmi (ərəb. سيدي الشحمي‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətinin ərazisində şəhər. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin cənub-şərqindədir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 97 metrdir.Sidi-Şəmi ölkənin paytaxtı Əlcəzairdən təxminən 342 kilometr qərb-cənub-qərbdəyerləşir. == Əhalisi == 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin sayı 104,498 nəfər idi.
Sidi-Əqbə
Sidi-Əqbə (ərəb. سيدي عقبة‎) — Əlcəzairdə, Biskra vilayətində şəhər. == Tarixi == Sidi-Əqbə şəhərinin yaranmasından əvvəl müasir şəhərin yerləşdiyi ərazinin yaxınlığında müəyyən hadisələr baş vermişdir. Məğribin fəthindən sonra Əməvi valisi Üqbə ibn Nafe kiçik bir dəstə ilə yürüşdən qayıdırdı. Biskranın şərqindəki Tudı vahəsində bərbərlər onun dəstəsinə hücum etmişdir. Döyüş zamanı ibn Nafe öldürülmüş və cəsədi sonradan Sidi-Əqbə adlı vahəyə aparılmışdır. 686-cı ildə ibn Nafenin dəfn olunduğu yerdə onun məqbərəsi və adına məscid də daxil olmaqla binalar kompleksi tikilmişdir. Coğrafiyaşünas və tarixçi Bəkri öz yazılarında göstərir ki, şəhərdə Haurka qəbiləsindən olan bərbərlərə və ibadilərə qarşı çıxan, sünniliyi qəbul edən qureyş qəbiləsindən olan ərəblər yaşayırdılar. == Coğrafi mövqe == Sidi-Əqbə Əlcəzairin paytaxtından 300 km cənub-şərqdə, Biskra şəhərindən 18 km şərqdə yerləşir. Dəniz səviyyəsindən 53 metr yüksəklikdədir.
Sidi Bushaki
Sidi Buşaki (ərəb. سيدي بوسحاقي‎; tam adı: Əbu Ishaq Ibrahim bin Faïd ez-Zəwəwi; ərəb. إبراهيم بن فايد الزواوي‎ ) — böyük Maliki məzhəbi ilahiyyatçısı, Quran təfsiri, ərəb dilçisi və Qadiriyyə sufi. 1394 (Hicri 796) ilində Thenia(en)'də doğmuş, 1453 (Hicri 857) ilində eyni yerdə vəfat etdi. == Kitablar == Onun əsərləri İslam elmlərinin bir neçə aspektini əhatə edir, o cümlədən: === Təfsir və Quran elmləri (ət-təfsir və əl-qirat) === Təfsir əz-Zəvavi Quranın təfsiridir (təfsir ərəbcə: تفسير الزواوي). === İslam hüququ (fiqh) === Tuhfət əl-Müştaq Maliki fiqhində Muxtar Xəlilin qısa izahıdır (ərəb: تحفة المشتاق في شرح مختصر خليل). Ravd Xəlilin çiçəklərindən çıxarış üçün Yolun asanlaşdırılması Muxtar Xəlilin Maliki fiqhinin xülasəsinin (ərəb: تسهيل السبيل لمقتطف أزهار روض خليل) izahıdır. Nil tufanı Muxtar Xəlilin Maliki fiqhinin (ərəb: فيض النيل) xülasəsinin izahıdır. === Ərəb dili === Sidi Buşaki şeiri: İbn Hişam əl-Ənsari (ərəb: نظم قواعد الإعراب لابن هشام) tərəfindən qrammatik təhlilin qaydalarını izah edən şeir. Təlxis ət-Talxis ritorika, mənalar və bəyan haqqında bir kitabın izahıdır (ərəb: تلخيص التلخيص).
Nikki, Rikki, Dikki və Don
Nikki, Rikki, Dikki və Don (ing. Nicky, Ricky, Dicky & Dawn) - Maykl Feldman tərəfindən təkmilləşdirilən, Sentyabr ayının 13-də, 2014-cü ildə ilk dəfə Nickelodeon telekanalında efirə verilən uşaqlar üçün nəzərdə tutulmuş teleserialdır. Teleserialın ulduzları Brian Stepanek, Allison Munn, Aidan Gallagher, Keysi Simpson, Meys Koronel, Lizzi Qrin, Gabrielle Elyse, və Kayla Simmonsdur. == Epizodları == == İstehsalat == Teleserial ilk mövsüm üçün 13 epizod olaraq düşünülmüşdü, lakin sonradan epizodların sayı 20-yə çatdı. 2014-cü ildə Noyabrın 18-də ikinci mövsümün yayımlanması üçün çəkilişlər başladı və May ayının 23-ü Nickelodeon kanalında 2-ci mövsümün ilk epizodu efirə buraxıldı. Bundan sonra 2016-cı ildə aprel 26-da Lizzi Qrin öz Twitter hesabında, 3-cü mövsüm çəkilişlərinin başladığı elan edir. 3-cü sezon Yanvar ayının 7-də efirə çıxır. 2017-ci il Noyabr ayının 15-də isə reytinqlərin 2 dəfədən çox düşməsini görən Nickelodeon 4-cü sezonun bu teleserial üçün son olacağını bildirir. 2018-ci il 4 Avqust teleserialın buraxılışı bitir.