Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sibay
Sibay — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Sinay palimpsesti
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay palimpsestləri
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay yarımadası
Sina Yarımadası (ərəb. سيناء‎) - Misirdə yerləşən yarımada. Sina Yarımadası şimaldan Aralıq dənizi və cənubdan Qırmızı dəniz ilə əhatə olunmuşdur. Yarımada 60.000 km² əraziyə malikdir.
Cek Şiray
Cek Şiray (ジャック白井, Cakku Şiray, ing. Jack Shirai; təq. 1900 və ya bilinmir, Hakodate, Hokkaydo prefekturası – 8 iyul 1937, Brunete[d], Madrid muxtar birliyi) – yaponəsilli amerikalı aktivist və əsgər. O, İspaniya vətəndaş müharibəsində döyüşmüş yeganə yapon olmuşdur. == Həyatı == Cek Şirayın erkən həyatı haqqında məlumatlar azdır. Onun dəqiq doğum tarixi bilinmir. O, çox güman ki, XX əsrin əvvəllərində doğulmuşdur. Yaponiyanın Hakodate şəhərində yerləşən Tobetsu trappist monastırında yetim kimi böyümüşdür. Monastırı tərk etdikdən sonra Yaponiya donanmasına qatılmış, təxminən 1930-cu ildə ABŞ-yə miqrasiya etmişdir. O, əvvəlcə San-Fransiskoda yaşamış, daha sonra qısa müddət Nyu-Yorkdakı yapon restoranlarında aşpaz kimi işləmişdir.
Sinay bəbiri
Sinay bəbiri (lat. Panthera pardus jarvisi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Sinay dağı
Sina dağı (ivr. ‏הר סיני‎‏‎ Har Sinai, yun. Όρος Σινάι ), Musa dağı (ərəb. جَبَل مُوسَىٰ‎) və ya Tur dağı — Misirin Sina yarımadasında dağ. Dinlər tarixində bu dağın əhəmiyyətli yeri vardır. Məhz bu dağda Musa peyğəmbər Allahla vasitəsiz danışmışdır.
Sibay Hava Limanı
Sibay hava limanı (BMAT kodu: UWUA) – Başqırdıstanın Sibay şəhərinin 5 kilometr şərqində yerləşən hava limanı. Sadə quruluşa malikdir. Hava limanının tikintisinə şəhərin sürətlə inkişaf etdiyi 1955-ci ildə başlanılmışdır. Yeni asfalt uçuş zolağı 1994-cü ildə istifadəyə verilmişdir. Bir müddət hava limanı fəaliyyətini dayandırmışdır. 2009-cu ilin noyabrından Ufaya uçuş reysinin bərpa edilməsi planlaşdırılır.
Sibay şəhər dairəsi
Sibay şəhər dairəsi (başq. Сибай ҡалаһы ҡала округы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati ərazi vahidlərindən biri. Sibay inzibati vahidliyinə daxildir İnzibati mərkəzi Sibay şəhəridir. 1 yanvar 2006-cı ildə həyata keçirilən inzibati islahat zamanı təkil edilmişdir. İnzibati ərazi vahidliyinə iki yaşayış məntəqəsi daxildir: Sibay və Tuyalyas kəndi. Sibayın bələdiyyə başçıları Şəhər Şurasının sədri Yuri İvanoviç Lysenko, Şəhər Şurasının sədri; Administrasiya rəhbərləri Xəlit Xamzoviç Süleymanov.
Sinay hücumu (2017)
Sinay hücumu - 2017-ci ilin 24 noyabr tarixində Sinay yarımadasının Bir al-Abd şəhərində yerləşən Al-Ravda məscidində cümə ibadəti zamanı gercəkləşdirilmiş bombalı və silahlı hücum. Hadisə nəticəsində azı 310 nəfər həlak olub, 128 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sinay terror hücumu modern Misir tarixində baş verən ən böyük terror hücumlarından biridir.
Sinay və Fələstin cəbhəsi
Sinay və Fələstin cəbhəsi (ing. Sinai and Palestine Campaign, alm. Palästinafront‎, türk. Sina ve Filistin Cephesi; 28 yanvar 1915-ci il — 30 oktyabr 1918-ci il) — Birinci Dünya müharibəsi zamanı Sinay yarımadasında, Fələstində və Suriyada Antanta orduları (Böyük Britaniya, onun dominyonları və Fransa birlikləri) ilə bir tərəfdə, digər tərəfdə İttifaq dövlətləri (Almaniya imperiyasının dəstəyi ilə Osmanlı imperiyası) arasında döyüş. Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə daxil olmasından sonra Osmanlı rəhbərliyi Süveyş kanalını ələ keçirmək qərarına gəldi. 1915-ci ildə Süveyş uğrunda mübarizə başladı, bu müddətdə İngilis qoşunları türk ordusunun kanalı ələ keçirmək cəhdlərini dəf edə bildilər. 1916-cı ildə və 1917-ci ilin əvvəllərində Sinay kampaniyası davam etdi və bu müddət ərzində İngilis qoşunları Osmanlı ordusunu Fələstinə geri çəkilməyə məcbur edə bildilər. 1917-ci ilin yanvarında Fələstin yürüşü Rəfa yaxınlığındakı döyüşlə başladı. 1917-ci ilin sonunda Qəzza və Beer-Şeva yaxınlığındakı döyüşlərdə ingilislər Osmanlı cəbhəsini yarıb Qüdsü ələ keçirə bildilər. 1918-ci ilin sentyabrında bir illik sakitlikdən sonra İngilis qoşunları türk ordusunun məğlubiyyəti və Fələstinin, eləcə də demək olar ki, bütün Suriyanın Britaniya imperiyasının qoşunları və ərəb üsyançılarının dəstələri tərəfindən ələ keçirilməsi ilə başa çatan hücuma başladılar.
Alipay
Alipay (çin. 支付宝) — Alibaba Qrupuna daxil olan və dünyanın böyük ödəniş sistemlərindən biridir. 2004-cü ildə qurulub. Alibaba Qrupunun təklif etdiyi məhsulların ödənişi üçün qrup daxilində istifadə üçun yaradılıb, ancaq sonradan digər şirkətlərdə istifadə etməyə başlayıb və hal hazırda 930 mindən çox digər şirkət də bu ödəmə sistemindən istifadə edir. Bu yaxınlarda şirkət sifarişlərin birbaşa mobil telefondan ödənilməsi üçün bir sistem inkişaf etdirib və Çinin ən böyük mobil operatorlarından biri olan "China Unicom" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 2018-ci ilin dörduncu rübunun nəticələrinə əsasən Alipay sistemi, Çin ərazisindəki onlayn ödəmə bazarının 55,32 faizinə sahibdir. == Tarixi == 6 iyul 2009-cu il tarixinə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 milyonu, gündəlik dövriyyəsi isə 700 milyon yuanı keçib. 2010-cu ilin dekabr ayına qədər Alipay ödəmə sistemində 550 milyondan çox istifadəçi qeydiyyatdan kjeçir və hər gün təqribən ümumi məbləği 385 milyon dollar olan 8,5 milyon əməliyyat həyata keçirilir. 2011-ci ilin nəticələrinə görə Alipay payı elektron ödəmələr seqmentindəki ödəmə sistemi 50% -i keçir. Bu isə təxminən 46 milyard dollarlıq əməliyyat idi.
Giday
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Mapay
Mapay (ivr. ‏מִפְלֶגֶת פּוֹעֲלֵי אֶרֶץ יִשְׂרָאֵל‏‎) bəzən İsrail ərazisinin işçi partiyası — İsrailin mərkəzdən sol bir siyasi partiyasıdır.1968-ci ildə müasir İsrail İşçi Partiyasına birləşənə qədər İsrail siyasətində dominant bir qüvvə idi. Mapayın vəzifədə olduğu müddətdə geniş mütərəqqi islahatlar həyata keçirilirdi. Minimum gəlir, təhlükəsizlik və mənzil subsidiyaları, səhiyyə və sosial xidmətlərə pulsuz (və ya demək olar ki, pulsuz) təminat verən bir rifah halının yaradılması ilə xarakterizə olunur.
Papay
SAIPA
SAIPA — İranın iki böyük avtomaşın istehsal edən fabriklərindən biri.
SEPAH
İran İnqilab keşikçiləri Ordusu və ya qısaca "SEPAH" (Farsca: سپاه پاسداران انقلاب اسلامی Sepāh-e Pāsdārān-e Enghelāb-e Eslāmi) İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu. Xalq içində və xüsusilə İran diasporunda orduya mənsub insanlara təşkilata olan heyranlıqlarını bildirmək üçün farsca keşikçi mənasını verən "Pasdaran" deyilir. 5 may 1979-cu ildə İslam inqilabının ilk günlərində dini lider Ayətullah Xomeyni tərəfındən yaradılmışdır. İran konstitusiyasına uyğun olaraq daxili sabitliyin təmin edilməsi, inqilabın qorunması və "azğınlığın" qarşısının alınması üzrə vəzifələri həyata keçirir. İnqilab keşikçilərinin quru, hava və dəniz qoşunlarında ümumilikdə 125,000 şəxsi heyət xidmət edir. İnqilab keşikçilərinin dəniz qoşunları Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilmiş ilk qoşundur. Son illərdə "milyardlarla dollarlıq iş imperiyası"na çevrilmişdir və bildirilənlərə görə İran Milli Neft Şirkəti ve İmam Rza (ə) Fondu'ndan sonra "İranın üçüncü ən varlı təşkilatıdır. İdeoloji yönümlü milis ordusu olan İnqilab keşikçiləri İran cəmiyyətinin demək olar ki, hər sahəsində daha böyük rol oynamağa başlamışdır. Prezident Mahmud Ahmedinejad'ın dövründə genişləndirilmiş sosial, siyasi, hərbi və iqtisadi rolu 2009-cu il prezident seçkiləri ve seçki sonrası ixtişaşların yatırılması zamanı daha aydın görülmüşdür. İnqilab keşikçilərinin media təşkilatı Sepah News'dur.
Saray
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Siçan
Ev siçanı (cins)
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şibam
Şibam — Yəməndə şəhər. Dünyanın ən darısqal şəhəri. Yəmənin Şibam yaşayış məntəqəsi dünyanın ən darısqal şəhəridir. Şibam vaxtilə Xardaraut çarlığının paytaxtı olub. Bu şəhər müqayisəyəgəlməz memarlıq üslubu ilə fərqlənir. Şibamın memarlığı YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Şəhərdə gil kərpiclərdən inşa edilmiş evlərin təxminən 500-ü çoxmərtəbəlidir. Şibamdakı binalar incəliklə inşa edilib, bununla bərabər, bir-birinə çox yaxındır. Küçələr qaranlıq və son dərəcə dardır.
Şibuy
Şibuy (渋い) – yapon dilində sadə, gözə çarpmayan, incə gözəlliyi ifadə edən termin. Muromaçi dövrünün sənətkarları tərəfindən yaradılmış konsepsiyadır. Termin rəng, dizayn, dad, səs, hətta insan davranışına şamil edilə bilər. Şibusa (渋さ) və şibumi (渋み) isim formalarıdır. Şibuy anlayışı Yaponiyada orta əsrlərin estetika anlayışı nəticəsində yaranmış, vabi-sabi və iki kimi konsepsiyaları əhatə etmişdir. "Şibuy" sözü kal, yetişməmiş alçaya istinadən hərfi mənada "büzücü" və ya "turş" deməkdir. Belə ki, bu termin ortaya çıxdığı ilk vaxtlarda alçaldıcı mənada işlədilirdi. Lakin orta əsrlərin sənətkarları sadə, gözə çarpmayan gözəlliyi ön plana çıxardıqdan sonra müsbət mənada işlədilən terminə çevrilmişdir. Xüsusilə, Edo dövründə səssiz və cəlbedici atmosferə üstünlük verən şəxslər arasında geniş istifadə olunan termin olmuşdur. Usta müğənninin sakit mahnısı, təcrübəli aktyorun intizamnlı performansı və ya tanınmış keramika sənətçisinin sadə dizaynı şişirdilmiş, təvazökar gözəlliyə malik olduğu üçün şibuy kimi qiymətləndirilirdi.
Siqal
Siqal (fr. Sigale) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,62 km², əhalisi — 205 nəfərdir (2006) artım tendensiyası ilə: 210 nəfər (2012), əhalinin sıxlığı 37,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 210 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 210 nəfər.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
I Mixay
I Mixay (rum. Mihai; 25 oktyabr 1921[…], Sinaya[d] – 5 dekabr 2017[…]) — Hohensollern-Ziqmarinqen sülaləsindən olan, 1927 — 1930 və 1940 — 1947-ci illərdə Rumıniya kralı olmuş rumın dövlət xadimi.