Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sitron
Sitron (lat. Citrus medica) Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir. Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.
Şiro
Şiro — ad Şiro Azumi — keçmiş Yaponiya futbolçusu. Şiro Kikuhara — keçmiş Yaponiya futbolçusu. Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. Şiro Teşima — keçmiş Yaponiya futbolçusu.
Echinops ritro
Adi toppuztikan (Echinops ritro L.) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Echinops ritro Gueldenst. ex Ledeb. — Echinops sphaerocephalus subsp. sphaerocephalus bitki yarımnövünün sinonimi. Echinops ritro Schkuhr — Echinops exaltatus bitki növünün sinonimi. Echinops ritro Georgi — Echinops davuricus bitki növünün sinonimi.
In vitro
In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində‎) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası. Təcrübələrin canlı orqanizmlər, insan və ya heyvanlar üzərində aparıldığı in vivo terminin əksidir. Molekulyar biologiya, biokimya, farmakologiya, tibb, genetika və digər sahələrə aid olan bir çox eksperimentlər in vitro, canlı hüceyrələrin və ya hüceyrəsiz modellərin üzərində aparılır. Canlı orqanizmlər həddən artıq mürəkkəb funksional sistem olub, on minlərlə gendən, zülal və RNT molekullarından, kiçik üzvi birləşmələrdən, qeyri-üzvi ionlardan, çoxhüceyrəli orqanizmlərdə isə orqanlar sistemindən ibarətdirlər. Canlı orqanizmin yaşaması üçün bu saysız-hesabsız komponentlər bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədə olmaqla qida əldə etmək, tullantıları çölə atmaq, başqa orqanizmlərə, işığa, səsə, istiyə və s. reaksiya vermək bacarığına sahib olmalıdır. Canlı orqanizmlərin belə xüsusi mürəkkəbliyə sahib olması onların müxtəlif komponentlərinin təyin edilməsi və əsas bioloji funksiyalarının öyrənilməsində çətinliklər yaradır. In vitro təcrübənin əsas üstünlüyü isə tədqiq olunan sistemin istənilən səviyyədə sadələşdirilməsinin mümkünlüyü və tədqiqatçının çox kiçik komponentlər üzərində işləməsinə şərait yaratmasındadır.
Sitno (dağ)
Sitno — Slovakiyada dağ. 1,009 metr (3,310 ft) hündürlüyü ilə Ştyavniske dağ sisliləsindəki ən hündür dağdır. Dik andezit divarları zirvəya qalxan yamacı üç tərəfdən əhatə edir. Sitno qalası orta əsrlərdə Banska Ştyavnisa və ətrafındakı filiz yataqlarına çıxış yollarını qorumaq üçün inşa edilmişdir. Qala 18-ci əsrin əvvəllərindən bəri xarabalığa çevrilib. Dağa Pohuvadlo gölündən təbii cığır ilə və ya Prenhov kəndindən qalxan piyada yolu ilə çıxmaq olar. Sitno arxeoloji cəhətdən qorunan ərazi elan edilmişdir. Arxeoloji işlər zamanı burada Lusatiya mədəniyyətində aid kütləvi yaşayış yeri aşkar edildi. İstehkam tipli yaşayış sahəsi 16 hektar əraziyə sahibdir və Slovakiyadakı Lustaiya mədnəiyyətinə aid in yüksək istehkam yeridir. Eramızdan əvvəl 1200-800-cü illərdə burada yerləşən bu yaşayış məskəni çoxsaylı saxsı qablar, iplik alətləri, daş qablar, habelə bir sıra tunc tapıntılar, məsələn, bir fincan, balta, tir, iynə, iynə və s.
San Siro
San Siro, həmçinin rəsmi adı olan Cüzeppe Meattsa adı ilədə tanınır — İtaliyanın Milan şəhərində yerləşən futbol stadionu. Milan və İnter klublarının ev stadionudur. Stadion öncə San Siro adlandırılıb, sonradan stadiona, hər iki Milan klubunun formasını geyinmiş hücumçu Cüzeppe Meattsanın adı verilib. İlk əvvəllər "San Siro" Milan klubunun stadionun yerləşdiyi ərazinin adı idi. Buna görə də azarkeşlər stadionu San Siro olaraq adlandırırdılar. Ancaq 1920-ci illərin ortalarında "rossonerilər"in azarkeşləri üçün Milanın ilk stadionu kiçik sayılmağa başlayır. O zaman Milanın prezidenti, varlı bir iş adamı olan Pyero Pirelli, yeni arenanın tikintisi üçün torpaq sahəsi alır. 1926-cı ilin sentyabrında, 35 mindən çox tamaşaçı tutumu olan yeni San Siro Futbol Stadionun açılışı olur. İllər sonra yerli bələdiyyə stadionu Milan klubundan alır. Şəhər və klub tədricən stadionu genişləndirir və artıq 1940-cı ildə İtaliyanın Almaniyaya qarşı oyununda stadionun tutumu 65.000 tamaşaçıya çatdırılır.
Şiro Azumi
Şiro Azumi — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Şiro Kikuhara
Şiro Kikuhara (d. 7 iyul 1969) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Şiro Misaki
Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Şiro Teşima
Şiro Teşima (26 fevral 1907 - 6 noyabr 1982) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Echinops ritro var. elbursensis
Bistro
Bistro (fr. bistro, bəzən bistrot) - sadə yeməklərin verildiyi Parisin balaca restoran-kafeləri belə adlanır. İlk əvvəl bistro sözü bu cür müəssisələrin sahibini də bildirirdi. Bistro - istirahət etmək, ünsiyyət üçün vacib yerdir, hətta onun parislilərin həyatında oynadığı sosial rolu barədə xüsusi tədqiqatlar aparılmışdır. Bu gün bistro sözü fransız ictimai qida müəssisəsi kimi işlədilir. Bu kafelərin əsas özəlliyi ondadır ki, burada yeməklər standart reseptlərə uyğun olaraq tez bir zamanda hazırlanır. == Adın mənşəyi == Populyar etimoloji versiyaya görə, bistro sözünü rus dilində işlədilən "быстро" (tez,cəld) sözü ilə əlaqələndirirlər. Belə ki,1814-cü ildə Parisin Rusiya tərəfindən mühasirəsi zamanı rus zabitləri və ya kazaklar fransız ofisiantlarından onlara tez qulluq etmələrini tələb etmişdir. Beləliklə, sifariş verildikdən dərhal sonra hazırlanan və süfrəyə verilən yeməklərin verildiyi yer belə adlanmağa başlamışdır. Fransız dilində "I" səsi olmadığından, fransızlar rus sözü olan "быстро" bistro kimi tələffüz etmişdilər.
Didro
Deni Didro (5 oktyabr 1713[…], Lanqr[d][…] – 31 iyul 1784[…], Paris) — görkəmli Fransa maarifçisi, filosof və yazıçısı, ensiklopedist. == Həyatı == Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didro (1713–1784) sənətkar ailəsində doğulmuşdur. D. Didro əvvəl "Fəlsəfi düşüncələr" ardınca isə "Korların məktubu və gözlülərə nəsihət" adlı əsərlərini yazır. İctimai formasiyanın tənqidinə həsr olunan əsər hökumət tərəfindən mənfi reaksiya görür. Bu əsərə görə də onu həbs edirlər. O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək işinə həsr edir. Fransız maarifçilərini çox vaxt ensiklopediyaçılar adlandırırlar. Onların çoxu ensiklopediya və ya elm, incəsənət və sənətlərin izahlı lüğətinin hazırlanmasında iştirak etmişlər. Didro dövrünün tanınmış intellektuallarını ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya tərəqqidə olan yeni cəmiyyət arasında böyük nüfuza malik idi.
Metro
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Nitra
Nitra (slovak. Nitra, alm. Neutra‎) — Slovakiyanın qərbində şəhər. Əhalisi 88 minə yaxındır. Nitra, Nitra çayı vadisində, Tribeç dağ massivinin yamacında yerləşir. Nitra bölgəsinin inzibati mərkəzidir. Henrich Benčík (* 1978), futbolçu Ivana Bojdová (* 1985), futbolçu Igor Demo (* 1975), futbolçu Renáta Filová (* 1981), futbolçu Vilmos Fraknói (1843-1924), tarixçi Stanislav Hudec (* 1982), hokkeyçi Monika Katonová (* 1989), futbolçu Ľubomír Kolník (* 1968), hokkeyçi Tomáš Kóňa (* 1984), futbolçu Wilhelm Viktor Krausz (1878–1959), rəssam Anton Lehmden (* 1929), rəssam və qrafik ustası Jan Ivan Lelley (* 1936), mikoloq Monika Matysová (* 1981), futbolçu František Mikloško (* 1947), Politik Dušan Milo (* 1973), hokkeyçi Jan Mojto (* 1948), Mediameneceri və Filmprodüseri Ľubomír Moravčík (* 1965), futbolçu Štefan Ružička (* 1985), hokkeyçi Stefan Schwartz (1851-1924), Venalı medalist Miroslav Stoch (* 1989), futbolçu Jozef Stümpel (* 1972), hokkeyçi Leopold Szondi (1893-1986), psixiatr İspaniya Qvadalaxara Polşa Keltse Serbiya Baçki-Petrovats Çexiya Çeske-Budeyoviçe Avstraliya Qosford Çexiya Kromerjij ABŞ Nepervill Xorvatiya Osiek Slovakiya Spişska Nova Ves Polşa Zelyona-Qura Niderland Zutermer Internetseite der Stadt Nitra NitraLive!
Retro
Retro ( lat. Retro «geriyə», «geriyə yönəlmiş») — mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları və ya halları xarakreiska etmək üçün abstrakt bədii-tarixi termin. «Стиль ретро» в Интерактивной Энциклопедии современного языка Жаргон.
Siara
Siara Prinsess Vilson (ing. Ciara Princess Wilson; qızlıq soyadı: Harris; 25 oktyabr 1985, Fort Cavazos) — ABŞ müğənnisi.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Setor
Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır. Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.
Distro
Linux əməliyyat sistemləri (və ya distro) — Linux nüvəsini və çox vaxt paket idarəetmə sistemini özündə birləşdirən proqram kolleksiyasından hazırlanmış əməliyyat sistemi. Linux istifadəçiləri əməliyyat sistemini adətən gömülü sistemlərdən (məsələn, OpenWrt) və fərdi kompüterlərdən (məsələn. Linux Mint) tutmuş güclü superkompüterlərə (məsələn, Rocks Cluster Distribution) qədər müxtəlif sistemlər üçün mövcud olan Linux paylanmalarından birini yükləməklə əldə edirlər. Tipik bir Linux paylanması (adətən, dəyişdirilmiş) Linux nüvəsi, başlanğıc sistemi (məsələn, systemd, OpenRC və ya runit), GNU alətləri və kitabxanaları, sənədlər və bir çox başqa proqram təminatından ibarətdir. İstəyə bağlı olaraq, iş masası təcrübəsini təmin etmək üçün (ən çox Mesa 3D qrafika drayverləri) displey serveri, iş masası mühiti, səs serveri və digər əlaqəli proqramlar paylanmaya daxil edilə bilər və ya istifadəçi tərəfindən quraşdırıla bilər. Daxil olan proqram təminatının əksəriyyəti həm kompilyasiya olunmuş binarlar, həm də mənbə kodu formasında təqdim edilən pulsuz və açıq mənbəli proqram təminatıdır və orijinal proqram təminatına dəyişikliklər etməyə imkan verir. Adətən, Linux paylanmalarına istəyə bağlı olaraq bəzi cihaz drayverləri üçün tələb olunan ikili bloklar kimi mənbə kodu şəklində mövcud olmayan bəzi xüsusi proqramlar daxildir. Linux paylanması, həmçinin imkanları bir çox istifadəçinin ehtiyaclarına cavab verəcək şəkildə Linux nüvəsi ilə paketlənmiş tətbiq və yardım proqramlarının (məsələn, müxtəlif GNU alətləri və kitabxanaları) xüsusi çeşidi kimi təsvir edilə bilər. Proqram təminatı əsasən paylanmaya uyğunlaşdırılır və sonra paylanmanın müşayiətçisi tərəfindən proqram paketlərinə birləşdirilir. Proqram paketləri, adətən, verilənlər anbarlarında onlayn olaraq mövcuddur.
Şifrə
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.
Kitfo
Kitfo (amh. ክትፎ, tigrinya ኪትፎ) — Efiopiya mətbəxində ənənəvi yeməkdir. Bu yemək mitmita və niter kibbehində marinad edilmiş qiymə çiy mal ətindən ibarətdir (otlar, ədviyyatlarla və kərə yağı ilə qarışdırılır). Az bişmiş kitfoya "kitfo leb leb" deyilir. Kitfo adətən ayibe adlı yumşaq pendir və ya gomen adlanan bişmiş göyərti ilə verilir. Efiopiyanın bir çox yerlərində kitfo, teff unundan hazırlanan injera adlı süngər kimi turş çörəklə servis olunur. Gurage mətbəxində isə kocho adlı ensete bitkisindən hazırlanan qalın çörəkdən istifadə edilir. Ensete yarpağı bəzək kimi istifadə oluna bilər. Kitfo çox ləziz hesab edilməsə də, ümumiyyətlə yüksək qiymətləndirilir. Kitfo adətən xüsusi günlərdə, bayramlarda təqdim edilir.
Euseius citri
Euseius citri (lat. Euseius citri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Fitrə zəkatı
Fitrə zəkatı – Fitr bayramından əvvəl ehtiyacı olan müsəlmanlara verilməli olan sədəqə. Fitrə zəkatının verilməsində məqsəd imkansız və ehtiyacı olanların Fitr bayramını digər müsəlmanlarla birgə qeyd etmələrinə kömək etmək, eləcə də orucluq ayı ərzində mümkün səhv və nöqsanların kəffarəsini ödəməkdir. == Fitrə zəkatının verilməsi == Fitrə zəkatı Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxs, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir "sa`" – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verilməsini əksər islam alimləri tərəfindəm şəri dəlillərə uyğun olmadığını vurğulayıblar. Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir. İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin. Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir. Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar.
Himalay sidri
Himalay sidri (lat. Cedrus deodara) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Himalayın şimal və qərb hissəsidir. Avropanın bir çox ölkələrinə introduksiya edilmişdir. Hündürlüyü 50 m-ə çatan iri ağacdır. Cavan ağacların gövdəsinin qabığı hamar olur, yaşlaşdıqca çatlar əmələ gəlir və iri pulcuqlar şəklində oduncaqdan ayrılır. Çətiri piramidal formalı və budaqlarının ucları aşağı sallanan ağacdır. İynəyarpaqları düz, sivri, bozumtul-yaşıl və ya mavi-yaşıldır, 5 sm-ə qədər uzunluqdadır. Qozaları iri, yumurtavarı, yetişmiş qozaları qırmızı-qonur rənglidir, uzunluğu 10 sm-ə, eni 5-6 sm-ə çatır. Toxumları iri qatranlı, üçbucaq, nazik qabıqla örütülüdür, toxumu dairəvidir və kip oturur.
Kitao Masanobu
Santo Kyoden (山東 京伝, 13 sentyabr 1761, Kiba[d], Tokio – 27 oktyabr 1816) – Edo dövründə yaşamış Yaponiya yazıçısı, ukiyo-e sənətçisi, illüstrator, antikvar və mağaza sahibi. Əsl adı İvase Samuru (岩瀬 醒) olan Kyoden yaradıcılığında Kitao Masanobu (北尾 政寅) təxəllüsündən istifadə etmişdir. Əsasən kibyoşi və şarebon janrlarında yazsa da, kokkeybon, hanaşibon, qokan və yomihon janrlarında da əsərlər yaratmışdır. Bütün həyatını Edo şəhərində keçirmişdir. == Şəxsi həyatı == 1761-ci ildə Edo şəhərində bir lombardın oğlu kimi dünyaya gəlmişdir. Ev və terakoya təhsili almışdır. 29 yaşında Yoşivara rayonundan olan Okiku ilə evlənsə də, həyat yoldaşı 4 il sonra ölmüşdür. 1800-cü ildə ikinci dəfə evlənmiş, bu dəfə də həyat yoldaşını Yoşivara kurtizankaları arasından seçmişdir. İkinci həyat yoldaşı Yuri 1818-ci ildə ölmüşdür. Cütlüyün heç vaxt uşağı olmamışdır.