Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ameka
Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild.
Metak
METAK metal və plastik avadanlıqlar istehsal edən və satışını təşkil edən Azərbaycan şirkətidir. Şirkət tikinti, binaların su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsulların istehsalı,satışı həmçinin yükdaşıma, kimyəvi analiz ilə məşğuldur. Şirkət fəaliyyətə 1997-ci ildə ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə başlamışdır. Ardınca polad döymə məmulatları, darvazalar və sifariş əsasında bütün bu tipdə qaynaq işləri ilə məşğul olan ilk sexini qurur. 2002-ci ildə hər növ tikinti işkələləri və inşaat dirəkləri istehsal etməklə bu sex artıq mini zavoda çevrilmişdir. 2003 cü ildə Şirkət, 25mm-dən 325mm-dək müvafiq ölçülərdə polad dirsək və keçidlərin istehsalı ilə məşğul olmağa başlayır. 2017-ci ilin sonlarında şirkət Bakı Fond Birjasında istiqrazların buraxılmasına başlayır. 2017-ci ildə Şirkət Balaxanı Sənaye Parkının rezidentlərindən biri olur. 2017-ci ildə şirkət Sumqayıt Sənaye Zonasında 3 hektar sahədə şüşə-lifli polipropilen və bazalt lifi istehsalı zavodu tikəcəyini elan edir. 2017-ci ili uğurlu keçirən şirkətə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə kredit ayırır.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Bedrix Smetana
Bedrix Smetana (çex. Bedřich Smetana [ˈbɛdr̝ɪx ˈsmɛtana], xaç suyuna salınarkən Fridrix adını alıb (alm. Friedrich‎); 2 mart 1824[…], Litomişl[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 12 may 1884[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…]) — çex bəstəkarı, pianoçusu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı.
Bedrjix Smetana
Bedrix Smetana (çex. Bedřich Smetana [ˈbɛdr̝ɪx ˈsmɛtana], xaç suyuna salınarkən Fridrix adını alıb (alm. Friedrich‎); 2 mart 1824[…], Litomişl[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 12 may 1884[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…]) — çex bəstəkarı, pianoçusu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı.
Kunitaka Sueoka
Kunitaka Sueoka (d. 1 fevral 1917) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nikolay Şmatko
Nikolay Qavriloviç Şmatko (17 avqust 1943, Krasnoqorovka[d], Donetsk vilayəti – 15 sentyabr 2020, Mukaçevo[d], Zakarpattya vilayəti) — Ukrayna heykəltəraşı, rəssam. İki oğlu ilə birgə Ukraynada fəaliyyət göstərir. 250-dən artıq işin (barelyef, horelyef, heykəl) və 500-ə yaxın şəklin müəllifidir. 2000-ci ildə Moskvanın Dünya İnkişafı İnstitutunun Bədii Yaradıcılıq və İncəsənət kafedrasının professoru vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə Nikolay Şmatkoya Svyatoqorsk Müqəddəs Ananın mərmərdən heykəlinin yaradılması tapşırılmışdır. Payızda 4,20 m hündürlükdə olan heykəlin təntənəli açılışı oldu. Heykəl Ural mərmərindən (40 ton) hazırlanmışdır. Pravoslav kilsəsinin bərpasına verdiyi töhfələrə və Svyatoqorskda Müqəddəs Ananın heykəlinə görə Kiyev və bütün Ukraynanın Mitropoliti Vladimir tərəfindən 3-cü dərəcəli "Nestor Letopisets" ordeni ilə təltif olunmuşdur. 2007-ci ildə Ukraynada ilk dəfə olaraq "Lorenso Velikolepnıy Mediçi" ordeni ilə təltif olunmuşdur. 2005-ci ilin payızında Poltava vilayətinin Keleberda kəndində Uspensk kilsəsi yenidən tikildi.
Smetse Smeye
"Flamand əfsanələri" toplusuna daxil olan dörd əsərdən ən maraqlı əsər "Smetse Smeye" novellasıdır. Bu novellanın motivləri isə şeytanın özünü belə aldadan sadə dəmirçi və xalq nağıllarında tez-tez rast gəlinən üç arzunun yerinə yetirilməsi haqqında mövzuların ifadə olunduğu bir neçə orta əsr fabliosundan götürülmüşdür. Bu novella digərlərindən fərqli olaraq daha çox fantastika ilə müşayiət olunan real məişət materialları ilə zəngindir. Dəmirçi Smetse qana boyanmış XVI əsr Flandriyasında yaşayır. Bu dəmirçi, öz şagirdləri ilə birlikdə xalqa zülm edən inkvizitorun, hersoq Albanın və II Filippin kölgələrinin öhdəsindən gəlir, onların cinayətlərini sadalayır. Smetse Smeye realist obrazdır. Daha çox xalq ədəbiyyatının qəhrəmanlarını xatırladır. O, oyunbazdır, işgüzardır və gözəl sənətkardır; bununla belə o, kələkbaz və çevik adamdır, o, həm də sadədil və xeyirxahdır. Smetse nəinki dara düşən dostunu, hətta düşmənini də xilas etməyə hazırdır. Heç şübhəsiz ki, bütün bu xüsusiyyətlər daha kamil şəkildə gələcəkdə yazıçının şah əsəri olan "Ulenşpigel əfsanəsi" əsərində böyük məharətlə ifadə olunmuşdur.
Snejka dağı
Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir. Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır. 1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir).
Yumi Umeoka
Yumi Umeoka — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Niicima Şimeta
Niicima Co (新島 襄, 12 fevral 1843 – 23 yanvar 1890, Oiso[d]) və ya Cozef Hardi Niisima (ing. Joseph Hardy Neesima) – Yaponiya protestant missioneri və pedaqoqu. Yaponiyanın ilk rütbəli protestantıdır. 1875-ci ildə Doşişa Universitetinin əsasını qoymuşdur. == İlk illəri və ABŞ == 1843-cü ildə Edo şəhərində doğulmuşdur. Doğum adı Niicima Şimeta idi. Samuray olan atası Niicima Tamici Kozuke əyalətinində Annaka daymyosunun qulluqçusu idi. Holland dilini öyrənməyə seçilmiş və şoqunluğunun donanma məktəbinə qəbul olunmuşdur. Daha sonra cəbr, həndəsə və naviqasiya öyrənmişdir. Yaradılış kitabının Çin dilindəki tərcümələri və Eliya Kolman Bricmanın "Amerika Birləşmiş Ştatlarının tarixi coğrafiyası" əsəri ilə tanışlığı onun xarici dünyaya maraq göstərməsinə səbəb olmuşdur.
Meta
Meta — soyad. Ermal Meta — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. İlir Meta — alban siyasətçi.
Seka
Seka (15 aprel 1954, Radford[d], Virciniya) — ABŞ pornoaktrisası. Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulub. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurub, lakin bir müddət sonra boşanıb. 1977-ci ildə porno karyerasına başlayıb. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak edib.
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.
Matka kanyonu
Matka (mak. "matka" - uşaqlıq) — Makedoniyanın paytaxtı Skopyedən 15 km cənub-qərbdə yerləşən kanyon. == Ümumi məlumat == Sahəsi 5 000 hektardır. Kanyonda yerəşən Matka gölü ölkənin ən qədim süni su hövzəsidir. 1938-ci ildə Treska çayı üzərində qurulan bənd nəticəsində kanyonda həm də süni Matka gölü meydana gəldi.Treska çayı üzərində yaradılmış bu göl ətrafında bir çox orta əsr monastrları və onlarca karst mağaraları mövcuddur. Ərazi ölkənin ən populyar turist bölgələrindən biridir. Suva dağlarını vertikal kəsən Treska çayı axdığı yataqda dik qayalı yamaclar, kiçik dağ vadiləri, dərələr və çoxlu karst mağaraları yaratmışdır. Mağaralar həm quruda, həm də, su altında mövcuddur. Bunlardan ən gözəl və böyükləri Vrelo, Krishtalina və Ubava mağaralarıdır. === Vrelo mağarası === Mağara Treska çayının sağ sahilində , bənddən 2 km uzaqlıqda yerləşir.
Mekka-Kola
Mekka-Kola (Mecca-Cola) - "Mecca Cola World Company" kampaniyasına əsas məhsulu olan sərinləşdirici qazlı alkoqolsuz içkinin markasıdır. Alkoqolsuz içkinin adı Məkkə şəhərinin adından götürülmüşdür. Mekka-Kola müsəlman ölkələrində istifadə edilir. Bu içki 64 ölkəyə ixrac edilir..
Şveta Tivari
Şveta Tivari (4 oktyabr 1980) — hind kino aktrisası.
Metak FK
Semka Sokoloviç-Bertok
Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo – 4 mart 2008, Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır. Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir. Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi. Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır. Onun əri xorvat şahmatçısı Mario Bertok idi. Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi.
Ermal Meta
Ermal Meta (20 aprel 1981, Fieri[d]) — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. O, daha öncə İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında Ameba4 və La Fame di Camilla qruplarının üzvü olaraq iştirak etmişdir. Meta bir neçə italyan müğənnisinə mahnı yazdıqdan sonra öz solo karyerasına başlamışdır. 2016 və 2017-ci illərdə ifaçının Umano və Vietato morire adlı iki studiya albomu işıq üzü görmüşdür. Sonuncu albom İtaliyada bir nömrə olmuşdur və albomun əsas mahnısı ilə Meta 2017 Sanremo musiqi festivalında üçüncü yerə layiq görülmüşdür. Meta Fabritsio Moro ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır. Onlar həmin mahnı ilə İtaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 5-ci yeri qazanmışdırlar. == Bioqrafiya == Ermal Meta 20 aprel 1981-ci ildə Albaniyanın Fieri şəhərində anadan olmuşdur. 13 yaşında ikən Meta ailəsi ilə birlikdə İtaliyanın Bari şəhərinə köçmüşdür. O, musiqi karyerasına Ameba4 qrupunun üzvü olaraq başlamışdır.
Meta-Viki
MetaWiki (Meta-Wikimedia) - İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Vikipediya istifadəçiləri arasında Meta kimi tanınır. Sayt 2001-ci il noyabrında ing. Meta-Wikipedia kimi yaradılsa da, hazırda müxtəlif rollar oyanayır: Vikimediyanın bütün layihələrinin, xüsusilə də qaydaların müzakirə olunduğu sayt; Neytral nəzər-nöqtəsinə tabe olması vacib sayılmayan şəxsi esselərin yazıldığı forum; Əlavələrin təşkil olunduğu və hazırlandığı, dillərarası problemlərin müzakirə edildiyi yer. Təkmilləşdirmələrin koordinasiya olunduğu yer; MediaWikinin istifadəsi təlimatlarının öz əksini tapdığı sayt (bu təlimatların viki prinsiplər əsasında qurulan MediaWiki.org saytına köçürülməsinə hazırlıq işləri gedir). MetaViki hazırda vikimediyaçıların (o cümlədən vikipediyaçıların) əsas ünsiyyət və müzakirə məkanlarından biridir. Digər ünsiyyət vasitələri arasında elektron poçt vasitəsilə məlumatların göndərilməsini, IRC kanallarını, konkret məqalə və istifadəçi müzakirəsi səhifələrini göstərmək olar. IRC kanalları kimi MetaViki-də Vikipediyanın dil bölmələrinin qaydalarından fərqlənən öz şəxsi qaydalarına sahib müstəqil və avtonom layihədir. Vikipediyanın serveri ilə bağlı, müxtəlif şikayətlərlə və Vikipediyadakı idarəçilər tərəfindən həll oluna bilməyən problemlərlə bağlı çox zaman Metaya müraciət edilir. İstifadəçilər sual və təklifləri ilə də bu sayta müraciət edə bilərlər.
Meta (departament)
Meta (isp. Meta) — Kolumbiya departamentlərindən biri. Ərazi coğrafi mərkəzə yaxın, And dağlarının isə şərqində yerləşir. İnzibati mərkəzi Vilyavisensio şəhəridir. Meta departamentinin ərazisi 4 region və 29 bələdiyyədən ibarətdir.
Meta (dəqiqləşdirmə)
Meta (departament) — Kolumbiya departamentlərindən biri. MetaViki — İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Meta İnkoqnita yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada.