Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Söyud
Ağ söyüd
Ağ söyüd (lat. Salix alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropada təsvir olunub. Avropanın hər yerində, İranda, Hindistanda, Çində, Kiçik və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 2-3 m-ə çatan, geniş çətirli, iri gövdəli ağacdır. Qabığı bozdur, budaqları gümüşü tüklüdür. Yarpaqaltlıqları хırda, gümüşü tüklü və erkən töküləndir. Yarpaq saplaqlarının uzunluğu 3-10 mm-dir, üst tərəfində vəziləri vardır. Yarpaqlarının uzunluğu 5-12 sm, eni 1-3 sm-dir. Sırğaları nazikdir, uzunluqları 3-5 sm, yarpaqları ilə eyni zamanda açılır.
Ağacvari söyüd
Ağacvari söyüd (lat. Salix arbuscula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyanın Avropa hissəsində, Şotlandiyada, Skandinaviyada və İsveçrədə təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması == Quba rayonunda alp və aşağı alp qurşağında təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr == Orta və yuxarı dağ qurşaqlarında qayalıq yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 30 sm-ədək, çoxbudаqlı kоlcuqdur. Bitkinin budаqlаrı qırmızıqоnur rəngli, çılpаqdır. Tumurcuqlаrı хırdа və sivri olub, qırmızı-sаrıdır.
Ağlar söyüd
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Ağçubuq söyüd
Ağçubuq söyüd (lat. Salix triandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Boyu 10 m-ə, diametri 12 sm-ə çatan alçaq boylu ağac və ya uca boylu koldur. Budaqları qonur-yaşıl və ya zeytun rəngində olub, elastikdir. Hündürlüyü 5-6 sm-ə qədər olan kol və ya nadir halda ağacdır. Budaqları nazik, elastikdir, zeytun və ya qonurtəhər-yaşıl rəngdədir. Tumurcuqları yumurtaşəkilli, sivri və çılpaqdır. Yalançı zoğları uzun müddət qalan, böyrəkşəkilli və ya yumurtaşəkillidir, dişlidir. Yarpaqları neştərvari, uzunsovneştərvari, elliptik və ya ensiiz elliptikdir, uzunluğu 4-13 sm, eni 0,5-3 sm-dir, qısa sivriləşmiş, qaidə hissəsinə doğru pazşəkilli və ya qövsşəkilli daralmış, kənarları vəzili-mişarvaridir, çılpaqdır, üst tərəfdən tünd yaşıl, alt tərəfdən adətən boz və ya ağımtıl göy rəngdədir, qırmızımtıl və ya sarımtıl rəngli nəzərə çarpan orta damarı vardır. Sırğaları yarpaqların əmələ gəlməsindən sonra açılır, illik budaqların sonunda əmələ gəlir, qaidə hissəsində xırda yarpaqlarladır.
Beşerkəkcikli söyüd
Beşerkəkcikli söyüd (lat. Salix pentandrifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 10–15 m hündürlüyündə, digər növlərə nisbətən gec böyüyən ağacdır. İlk budaqları zeytunu-qara, parlaqdır. Gövdəsinin qabığı boz, dərininə çatlıdır. Tumurcuqları yapışqanlı, çılpaq, parlaq olub, xırdadır. Yarpaqaltlıqları yumurtavri, vəzilidişli, erkən töküləndir. Cavan zoğları və yarpaqları yapışqanlıdır, ətirlidir, silkələdikdə balzam iyi verir.
Dəfnəyarpaqlı söyüd
Dəfnəyarpaqlı söyüd (lat. Salix pentandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avrasiyanın meşə və çöl zonalarını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 16 m-dək (bəzən 3- 5 m), gövdəsinin diametri 75 sm olan yumurtavari çətirli ağac və ya şaxələnmiş kiçik koldur. Cavan budaqları yapışqanlıdır, illik budaqları qara-qonur və ya sarımtıl rəngli, çılpaq və parlaqdır. Qoca gövdələrinin qabağı boz və ya tünd qonur, yarıqlı və pulcuqludur. Tumurcuqları yumurtavari, əyilmiş, hər iki tərəfi qonur, parlaqdır. Yalançı zoğları uzunsov və ya enli-yumurtavari, vəzicikli dişli, tez töküləndir. Yarpaqları möhkəm, dərili, üstü tünd yaşıl, parlaq, alt tərəfi açıq, yumurtavari-uzunsovdan enli-lansetvari, uzunluğu 5-13 sm, eni 2-4 sm, bünövrəsi küt, ucu iti, tamam çılpaqdır. Saplağı çılpaq, uzunluğu 0,2-1,4 sm-dir.
Kolvari söyüd
Keçi söyüdü (lat. Salix caprea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Botaniki təsviri == Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Kövrək söyüd
Kövrək söyüd (lat. Salix × fragilis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Qərbi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 1 m-ə çatan ağac və ya kol bitkisidir. Çətri şarşəkilli, salxımvaridir. Qabığı külvarı, dərin çatlıdır. Budaqları düz, bir qədər əyilmiş, çılpaq, parlaq, qırmızımtıl və ya yaşımtıl göy rəngdədir. Yarpaqları çılpaq, nazik, uzunluğu 5-7, 5 sm, eni 1,2 sm, yumurtavari, lansetvari, parlaq, kənarları dişlidir. Tumurcuqları tünd-qonur rəngli, bir qədər uzun, əyilmişdir. Sırğaları yarpaqlarla eyni vaxtda əmələ gəlib, uzunluğu 4-5 sm, meyvələrdə dişi sırğalar isə 6-7 sm uzunluğa çatır.
Küllü söyüd
Külvari söyüd
Külvari söyüd (lat. Salix cinerea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır. Yarpaqlarının uzunluğu 4-12 sm, eni 1-3 sm-dir, tərsinə yumurtaşəkilli və ya uzunsov ellipsşəkillidir, qaidəyə tərəf daralmışdır, uc tərəfi sivri, üst tərəfi bulanıq-yaşıl, alt tərəfi boz-yaşıl olub, damarları qabarıq, hər iki tərəfi qısa keçətüklüdür və ya yalnız alt tərəfində damarların yanları tüklüdür, kənarları хırda mişardişlidir. Yeni açılan zaman təхminən 2 sm uzunluqda, ipək kimi, yanları içəri qatlanmışdır.
Otvari söyüd
Otvari söyüd (lat. Salix herbacea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Ripselaxis herbacea (L.) Raf. Salix herbacea f. latifolia J.Rousseau & Rouleau Salix nivalis Schur Salix pumila Salisb.
Parlaq söyüd
Parlaq söyüd (lat. Salix lucida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Diplima lucida (Muhl.) Raf. Pleiarina lucida (Muhl.) N.Chao & G.T.Gong Salix pentandra var.
Purpur söyüd
Purpur söyüd (lat. Salix purpurea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır. Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çoх vaхt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoхşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları хətvari-neştərşəkilli olub, erkən töküləndir.
Qonur söyüd
Sallaq söyüd
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Vətəni İran və Çindir. Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Tükcüklü söyüd
Tükcüklü söyüd (lat. Salix lanata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix lanata subsp. lanata Salix lanata subsp.
Xərçəngvari söyüd
Üçerkəkcikli söyüd
Ağçubuq söyüd (lat. Salix triandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Boyu 10 m-ə, diametri 12 sm-ə çatan alçaq boylu ağac və ya uca boylu koldur. Budaqları qonur-yaşıl və ya zeytun rəngində olub, elastikdir. Hündürlüyü 5-6 sm-ə qədər olan kol və ya nadir halda ağacdır. Budaqları nazik, elastikdir, zeytun və ya qonurtəhər-yaşıl rəngdədir. Tumurcuqları yumurtaşəkilli, sivri və çılpaqdır. Yalançı zoğları uzun müddət qalan, böyrəkşəkilli və ya yumurtaşəkillidir, dişlidir. Yarpaqları neştərvari, uzunsovneştərvari, elliptik və ya ensiiz elliptikdir, uzunluğu 4-13 sm, eni 0,5-3 sm-dir, qısa sivriləşmiş, qaidə hissəsinə doğru pazşəkilli və ya qövsşəkilli daralmış, kənarları vəzili-mişarvaridir, çılpaqdır, üst tərəfdən tünd yaşıl, alt tərəfdən adətən boz və ya ağımtıl göy rəngdədir, qırmızımtıl və ya sarımtıl rəngli nəzərə çarpan orta damarı vardır. Sırğaları yarpaqların əmələ gəlməsindən sonra açılır, illik budaqların sonunda əmələ gəlir, qaidə hissəsində xırda yarpaqlarladır.
İtiyarpaqlı söyüd
İtiyarpaqlı söyüd (lat. Salix acutifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Avropada, Zaqafqaziyada, Orta Asiyada yayılmışdır. Hündürlüyü 12 m-ə, şaxələnmiş çətirinin diametri 6 m-ə çatan ağacdır. Yarpaqları neştərvari, tünd yaşıl, alt hissəsi açıq, göyümtül çöküntülüdür. Sırğaları sarıdır. Aprel ayında çiçəkləyir və may ayının 1-ci ongünlüyünə qədər davam edir. Meyvəsi may ayında yetişir. Torpağa tələbkar deyil. Azərbaycanın bir çox rayonlarında, park və bağlarda mədəni şəraitdə becərilir.
Çubuqşəkilli söyüd
Çubuqşəkilli söyüd (lat. Salix viminalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Diplima viminalis (L.) Raf. Salix viminalis var. genuina Turcz.
Yalançı-orta söyüd
Yalançı-orta söyüd (lat. Salix pseudomedemii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Qafqazın bir neçə qoruqlarında, yaxın Şərqdə, Gürcüstanda yayılmışdır. Hündürlüyü 1,5-6 m olan kol və ya kiçik ağacdır. Budaqları tünd boz-qonur, çox qalın, möhkəm burulmuşdu. Yarpaqları sıx, al qırmızı, ellipsvari-uzunsov, (1,5-) 6-8,5 x (1-) 1,6-2,2 mm, ucu biz, üstü çılpaq, alt tərəfi zəif tükcüklü, saplağının uzunluğu 3-7 mm-dir. Erkək çiçəkləri 2 х 1,5 sm-dək, erkəkcikləri 2, bünövrəsində tükcüklü, tozluqları 0,4-0,5 mm; dişicik çiçəkləri silindvari, saplağı 7-12 mm, çiçək saplağı 2 mm-dir. Aprelin axırlarında çiçəkləyir. Dekorativ oduncağı çıxıntılıdır. Çay sahillərində, meşədə dəniz səviyyəsindən 400-2350 m hündürlükdə kolluqlar əmələ gətirir.
Qırmızı baftalı söyüd sovkası
Budanmış söyüd ağacları mənzərəsi (rəsm əsəri)
Budanmış Söyüd Ağaclarının Mənzərəsi — 1884-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir.
Kosid
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Mosul
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
Novsud
Novsud — İranın Kirmanşah ostanının Pavə şəhristanının Novsud bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,562 nəfər və 438 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Huramilərdən ibarətdir və Gorani dilinin Hurami dialektində danışırlar.
Noxud
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.