Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stid Bonnet
Stid Bonnet (ing. Stede Bonnet; 29 iyul 1688, Brictaun, Britaniya imperiyası – 10 dekabr 1718, Çarlston, Britaniya imperiyası) — ingilis dəniz qulduru. Əsasən mənşəyinə görə bəzən "piratların centlmeni" adlanırdı. Bonnet Barbados adasında varlı ingilis ailəsində anadan olmuş və 1694-cü ildə atasının ölümündən sonra ailə mülkünü miras almışdır. 1709-cu ildə Meri Ellumbi ilə evlənmiş və qısa müddət müstəmləkə milislərində xidmət etmişdir. Evliliyindəki problemlərə görə və dənizçilik təcrübəsinin olmamasına baxmayaraq, Bonnet 1717-ci ilin yayında piratçılıqla məşğul olmağa qərar vermişdir. 1718-ci ilin avqustunda Bonnet gəmini təmizləmək və təmir etmək üçün Keyp-Fir çayının ağzına lövbər salmışdır. Avqustun sonunda və sentyabrda polkovnik Vilyam Rett Cənubi Karolina qubernatoru Robert Consonun icazəsi ilə çayda dəniz quldurlarına qarşı dəniz ekspedisiyasına rəhbərlik etmişdir. Rett və Bonnetin adamları bir neçə saat vuruşmuş, lakin quldurlar sonda təslim olmuşdular. Rett quldurları həbs etmiş və oktyabrın əvvəlində Çarlston şəhərinə gətirmişdir.
Səid
Səid və ya Səyid (ərəb. سعيد‎, Sa‘īd) — kişilərə verilən ərəbcə mənşəli şəxsi ad. Mənası "xoşbəxt", "uğurlu" və ya "mübarək"dir. Adın qadın versiyası Səidədir (ərəb. سعیدة‎). Latınca ekvivalenti "Feliks" və Yunanca ekvivalenti "Makariyos"dur. Bu adı olan məşhur insanlar Səid Səid Nursi — İslam alimi və filosofu. Səid Rüstəmov — Bəstəkar, dirijor, pedaqoq. Səid Ünsizadə — Şamaxı hakimi. Səid Mətinpur — Cənubi Azərbaycanlı insan hüquqları fəalı və jurnalist.
Stiv
Stiv — ad. Stiv Ditko — ABŞ komiks rəssamı və yazıçısı. Stiv Cobs Stiv Sandvoss — Amerikalı kino aktyor. Stiv Voznyak — Amerikalı texnoloji sahibkar Stiv Şirippa — ABŞ aktyoru. Stiv Miller Stiv Smit Stiv Smit (velosipedçi) — Kanadalı peşəkar dağ motosiklet sürücüsü. Stiv Smit (akademik) — akademik. Stiv Smit (jurnalist) — jurnalist. Stiv Smit (professor) — professor.
Uilyam Tomas Stid
Vilyam Tomas Stid (ing. William Thomas Stead; 5 iyul 1849[…], Nortamberlend qraflığı[d] – 15 aprel 1912[…]) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Vilyam Tomas Stid
Vilyam Tomas Stid (ing. William Thomas Stead; 5 iyul 1849[…], Nortamberlend qraflığı[d] – 15 aprel 1912[…]) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Pelleqrini-Ştid xəstəliyi
Pelleqrini-Ştid xəstəliyi (ing. Pellegrini-Stieda) – diz oynağının medial kollateral bağının xroniki qopmasından sonra bud sümüyünün iç kondulusunda yumşaq toxumalarda görünən kalsifikasiya və ossifikasiya.
Eduard Səid
Eduard Səid (ərəb. إدوارد وديع سعيد‎; 1 noyabr 1935[…], Qüds – 25 sentyabr 2003[…] və ya 24 sentyabr 2003, Nyu-York, Nyu-York ştatı) — Fələstinli-amerikalı ədəbi nəzəriyyəçi və fələstinlilərin hüquqları müdafiəçisi. O,Kolumbiya Universitetində İngilis dili və Müqayisəli Ədəbiyyat professoru və Müstəmləkəçilik-sonrası nəzəriyyəsinin qurucu şəxslərindən idi.Robert Fisk, onu fələstinlilərin "ən güclü siyasi səsi" kimi təsvir edib. Səid təsirlimədəni tənqidçi və müəllif ki ən yaxşı Şərqşünaslıq (1978) adlı kitabına görə tanınmışdır. Kitab onun Şərqşünaslıqa barə təsirli ideyaların, qəribitədqiq şərqi mədəniyyətlərindəni təqdim edir. == Həyatı == Eduard Səid 1 noyabr 1935-ci ildə Qərbi Qüdsdə xristian ailəsində anadan olub. Uşaq vaxtdı Anqlikan-Protestant kimi vəftiz olunub. Onun atası zəngin iş adamı, Yerusəlimdən olan Vadi Səid, anası isə Nazaretli Hilda Musa olmuşdur. Ailəsi 1947-ci ilin dekabrında Fələstindən Misirə köçüb və Qahirədə məskunlaşıb. Leykoz xəstəliyindən əziyyət çəkən və uzun və ağrılı müalicə kursu keçən Səid 2003-cü il sentyabrın 23-də Nyu-Yorkda vəfat edib.
Georgi Ştil
Məhəmməd Said
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
Məhəmməd Səid
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
Nilz Şmid
Nilz Şmid (alm. Nils Schmid‎; 11 iyul 1973, Trir, Reynland-Pfalts) — Almaniya hüquqşünası və siyasətçisi. O, Sosial Demokrat Partiyasının (SPD) üzvüdür. Şmid 2018-ci ildən SPD parlament qrupunun Almaniya Bundestaqında xarici işlər üzrə sözçüsüdür. Nilz Şmidə görə, Avropa Parlamentinin üzvləri, alimlər və Çində insan haqları şərtlərini tənqid edən dörd tanınmış təşkilat daxil olmaqla on nəfərə qarşı tətbiq edilən sanksiyalar qəbuledilməzdir. O, sanksiyaya məruz qalan şəxslərlə həmrəylik nümayiş etdirmişdir.
Nuri Səid
Nuri Səid (ərəb. نوري السعيد‎‎; dekabr 1888 və ya 1888, Bağdad – 15 iyul 1958[…], Bağdad) — İraq siyasi və dövlət xadimi. 1930–1958-ci illərdə fasilələrlə 8 dəfə İraq hökumətinə başçılıq etmiş, dəfələrlə xarici işlər naziri və hərbi nazir olmuşdur. Nuri Səid 1888-ci ilin dekabr ayında Osmanlı imperiyası tərkibində olan Bağdad şəhərində anadan olmuşdur. O, hakimiyyət dövründə İraqda İngiltərə ağalığının mənafeyinin qızğın tərəfdarı olmuşdur. Səid Bağdad paktının yaradılmasının təşəbbüsçülərindən idi. O, ölkədə kommunist hərəkatı boğmaq siyasəti yeritmişdir. Səid 1958-ci il İraq inqilabı zamanı, 15 iyulda, 69 yaşında, anadan olduğu Bağdad şəhərində üsyançılar tərəfindən öldürülmüşdür. Batatu, Hanna: The Old Social Classes and New Revolutionary Movements of Iraq, al-Saqi Books, London, 2000, ISBN 0-86356-520-4 Gallman, Waldemar J.: Iraq under General Nuri: My Recollection of Nuri Al-Said, 1954–1958, Johns Hopkins University Press, Baltimore, 1964, ISBN 0-8018-0210-5 Lukutz, Liora: Iraq: The Search for National Identity, pp. 256-, Routledge Publishing, 1995, ISBN 0-7146-4128-6 O'Sullivan, Christopher D. FDR and the End of Empire: The Origins of American Power in the Middle East.
Port-Səid
Port-Səid - (ərəb. بورسعيد‎‎‎) - Misirin Port-Səid vilayətinin mərkəzidir. Süveyş kanalının yaxınlığında yerləşmişdir. Əhalisi 500 000 nəfərdir.
Puma Svid
İohanna Yussinniemi (fin Johanna Jussinniemi; 13 sentyabr 1976, Stokholm) — səhnə adı Puma Svid (ing. Puma Swede) olan İsveç pornoaktrisası və rəqqasəsi.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.
Romano Şmid
Romano Şmid (27 yanvar 2000[…], Qrats) — Bundesliqa təmsilçilərindən olan Verder Bremen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. 27 yanvar 2000-ci ildə Qratsda anadan olub. Şmid Şturm Qrats akademiyası vasitəsilə inkişaf etmişdir. Şmid öz peşəkar karyerasında debütünü 28 may 2017-ci ildə Volfsberger klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə Fabian Koçu əvəz etmişdir. Bundesliqa görüşündə Şturm rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. O, 2000-ci illərdə anadan olanlar arasında Bundesliqada meydana çıxan ilk futbolçu olmuşdur. O, karyesında ilk qolunu 30 iyul 2017-ci ildə Austriya Vyana klubuna qarşı oyunda vurmuşdur. O, 86-cı dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. Şmid həmçinin 2000-ci illərdə anadan olanlar arasında Bundesliqada qol vuran ilk futbolçudur.
Said Baqiri
Said Baqiri — şair və İran radio və televiziyasının keçmiş aparıcısı. Said Baqiri 1960-cı ilin avqust ayında Tehranda dünyaya gəlib.O, İran himninin sözlərinin müəllifidir.
Sinan Səid
Sinan Səid (1934, Kərkük – 12 iyun 1991, Bağdad) — Türkman əsilli müğənni, alim-pedaqoq, tərcüməçi, jurnalist və publisist. Sənətçi, şair və jurnalist Sinan Səid 1934-cü ildə Kərkük şəhərində anadan olmuşdur. Nəsilli-köklü bir ailəyə mənsub olan Sinan Səid ibtidai və orta təhsilini Kərkükdə başa vurduqdan sonra pedaqoji instituta qəbul olaraq 1952-ci ildə rəsm müəllimi ixtisasından məzun olub. Həmin ildən Kərkük qalasındakı "Tahirə" ibtidai məktəbində müəllim vəzifəsində işləməyə başlayıb. Daha sonra "Qərbiyyə" məktəbinə təyin olunub və 1959-cu ilə qədər orada çalışıb. 1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan gəlir. 1961-ci ildə SSRİ-yə gedərək Azərbaycan Dövlət Universitetinin (ADU) (indiki Bakı Dövlət Universiteti) Jurnalistika Fakültəsində təhsilini davam etdirib. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışmışdır. 1965-ci ildə ADU-nun jurnalistika şöbəsini bitirmiş, 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sinan Səid mahir diktor idi, gözəl səsi vardı, onun Nərminə Məmmədova ilə birlikdə “Evlərinin Öbü Yonca”, “Hər Gün Axşam Olu Dallam” və “Qızıl Üzük, Yaşıl Qaş”ı adlı mahnılar ifa edib.
Spid-metal
Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır. Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər. Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır.
Stad Boeva
Stad Boeva — Yeni Kaledoniyanın Boulari Bey adlı körfəzin yaxınlığında yerləşən və futbol üçün istifadə olunan idman stadionudur. Stadion bir sıra yerli klublara və 2011-ci ildə Sakit Okean oyunlarında kişilərdən ibarət futbol turnirinə ev sahibliyi etmişdir. Belə ki, Stad Boeva 2011 Sakit Okean oyunlarında futbol turnirində ən böyük qələbələrdən olan və 3 sentyabr 2011-ci ildə keçirilən Papua-Yeni Qvineyanın Kiribatiyə 17-1 qalib gəlməsinə, 5 sentyabr 2011-ci ildə isə Taitinin Kiribatiyə 17-1 qalib gəlməsinə ev sahibliyi etmişdir.
Stiv Mettison
Stiven R. Mettison (1965, Çikaqo) — işləri bir sıra əməliyyat sistemlərinə, oyun konsollarına, mobil telefonlara və digər cihazlara daxil edilmiş amerikalı yazı dəsti dizayneri. Yer üzündəki bütün simvolları ehtiva edən bir yazı dəsti yaratmağı hədəfləyən Notonun latın hərfləri şriftinin, Windows XP-dən bəri istifadə edilən Segoenin və daha bir sıra məşhur şriftlərin və yazı dəstlərinin dizayneridir.
Baha Səid
Baha Səid (türk. Baha Sait; 1882, Konstantinopol – 1939) — Türkiyə hərbçisi. O, Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı olmuşdur. == Həyatı == Baha Səid Qafqazdan Anadoluya köçmüş qumuq ailəsində anadan olmuşdur.O, bəzi mənbələrə görə 1882-ci ildə Biqada, bəzilərinə görə isə Dağıstanda doğulmuş və 16 yaşında Türkiyəyə gəlmişdir. Baha Səid müharibə zamanı İstanbuldan Anadoluya sursat və döyüşçülərin qaçaqmalçılıq yolu ilə gətirilməsini, müharibəyə qarşı plan və yazışmaların öyrənilərək Ankaraya çatdırılmasını təmin edən Karakol cəmiyyətinin qurucularından biridir. O, həm də ələvilik ilə bağlı araşdırmaları ilə tanınır. Baha Səid Azərbaycanın sovetləşdirilməsində müəyyən rol oynamışdır. Baha Səid 16 oktyabr 1939-cu ildə ürək tutmasından vəfat etmişdir. Mərkəzəfəndi qəbiristanlığında dəfn olunmuşdur.
Stiv Karell
Stiven Con Karell (ing. Steven John Carell; 16 avqust 1962, Konkord[d], Massaçusets) — Amerikalı aktyor və komediyaçı. NBC telekanalında yayımlanan "Ofis" teleserialında canlandırdığı Maykl Skott roluna görə tanınır. Karell həm film, həm də televiziyadakı rollarına görə çoxsaylı mükafatlar, o cümlədən "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür. "Ofis" serialındakı işinə görə Life jurnalı tərəfindən "Amerikanın ən gülməli adamı" seçilib. Stiven Con Karell 16 avqust 1962-ci ildə Massaçusets ştatının Konkord şəhərində doğulub. O, dörd qardaşdan ən kiçiyidir və Ekton şəhərində böyüyüb. Stivin atası Edvin A. Karell (1925–2021) mühəndis olmuş, anası Harriett Teresa (Qızlıq soyadı: Koch; 1925–2016) isə psixiatr tibb bacısı olmuşdur. Onun dayısı Stenli Koç alim Allen B. DuMont ilə birlikdə çalışmışdır. Onun atası alman və italyan mənşəli, anası isə polyak əsillidir.
Səid Mehri
Səid Mehri (20 Bəhmən 1376-cı ildə anadan olub) Kipr Futbol Liqasının birinci divizionunda Apoel Futbol Klubunda yarımmüdafiəçi kimi çıxış edən İranlı futbolçudur . O, əslən Azərbaycanlı və Miyana şəhristanıın funksiyalarından biri olan Açaçı şəhərindəndir.
Səid Cəlili
Səid Cəlili (farsca: سعید جلیلی; 6 sentyabr 1965, Məşhəd) — İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş sədri və keçmiş baş nüvə müzakirəçisi. Tehranın İmam Sadiq Universitetinin Siyasi Elmlər Bölməsində doktorantura təhsilini tamamlayan Cəlili həmin universitetin müəllimidir. S. Cəlili İran-İraq müharibəsi zamanı İran İnqilab Keşikçiləri Ordusuna bağlı könüllü təşkilatının üzvü kimi dəfələrlə döyüşüb. İranın İraq qüvvələrinə qarşı həyata keçirdiyi Kərbəla-5 əməliyyatı zamanı sağ ayağından yaralanıb və sağ ayağını amputasiya etməli olublar. Hazırkı vəzifəsi İranın dini lideri Əli Xamneyi tərəfindən təsdiqlənən Səid Cəlili İran Xarici İşlər Nazirliyində Avropa və Amerika Departamentinin rəhbəri kimi müxtəlif vəzifələrdə çalışıb. İranda seçkilər qabağı Səid Cəlilinin şansları daha yüksək görünür. İranda prezidentliyə namizədlərin seçkiqabağı təbliğat kampaniyası başlayıb. Bildirilir ki, kampaniya Konstitusiya Şurası tərəfindən təsdiqlənən 6 namizədin siyahısı elan edildikdən sonra başlayıb və namizədlər arasında bununla bağlı püşkatma keçirilib. Bu gün ilk olaraq təbliğata üç namizəd — Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlayacaq. İran İslam Respublikası Yayımları (İRİB) üzrə beş canlı televiziya debatını əhatə edən kampaniya seçkiyə 24 saat qalmışa qədər davam edəcək.