Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suvenir
Suvenir (fr. Souvenir — xatirə, yaddaş) — Adətən adam tərəfindən yadigarlıq hədiyyə kimi alınır.
Süsənbər
Baqəvər (lat. Alisma) — baqəvərçiçəklilər sırasının baqəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Süsənlər
Süsənlər (fr. Les Iris) — məşhur holland rəssamı Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsm əsəri. "Süsənlər" əsəri ölümündən bir il öncə, rəssamın Sen-Remi-de-provans yaxınlığında Mavzoleyli Müqəddəs Pavel klinikasında yaşadığı zaman çəkilmişdir. Van Qoq "Süsənlər"i 1889-cu ilin mayında, ruhi xəstəxanaya gəldikdən sonra, bir həftə ərzində, xəstəxananın bağında naturadan çəkməyə başlamışdır. Rəsm əsərində onun sonrakı işlərində üzə çıxan yüksək gərginlik yoxdur. O, əsəri "xəstəliyim üçün ildırım sipəri" adlandırıb. Çünki hiss edirdi ki, rəsm çəkməyi davam etdirərək xəstəliyindən xilas ola bilər. Tabloda Van Qoqun digər işlərində və həmçinin müasirlərinin də işlərində olduğu kimi Ukiyo-e yapon qravürlərinin təsiri görünür. Bu oxşarlıq, obyektlərin konturlarının ayrılması, qeyri-adi rakurslarda, detallı çəkilmiş ərazilər və reallığa uyğun olmayan tam rənglə dolu sahələrin olması ilə izah olunur. Rəsmin ilk sahibi tabloya 300 frank vermiş fransalı sənətşünas və anarxist Oktav Mirbo olmuşdur.
Süzənək
Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan bir neçə dəfə xəstəliyə tutula bilər. İnkubasiya dövrü 3—5 gün-dür. Sidik-cinsiyyət orqanlarının selikli qişasına düşmüş qonokokk tez bir zamanda çoxalaraq iltihabi proses yaradır. Bu da iltihabi infiltrata, irinli ifrazata səbəb olur.
Şüləver
Şüləver — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Şüləver - Borçalı qəzasının mərkəzi olmuşdur. 1925-ci ildə adı dəyişdirilərək Şaumyan qoyulmuşdur.
Bağayarpağıyabənzər süsənbər
Bağayarpağıyabənzər süsənbər (lat. Alisma plantago-aquatica) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü.
Susevər böcəklər
Susevər böcəklər-(lat. ) Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ Bu böcəklərin adları susevər olsa da özləri yaxşı üzə bilmirlər. Hətta çoxları heç üzmür. Işığa çox həvəslə uçurlar. Onlar bataqlıq və durğun suların yaxınlığında yanan işıqlara daha çox gəlirlər. Çünki onlar durğun sularda və bataqlıq yerlərdə yaşayır və artıb çoxalırlar. Sakit yay gcələrində işıq vasitəsilə cücüləri toplayan zaman adamın qulağına hər tərəfdən tappıltı səsləri gəlir. Elə bilirsən ki, göydən daş tökülür. Başını qaldırıb baxanda ətrafında yerə və divara zərbə ilə dəydikdən sonra hələ özünə gəlməyən yaşılımtıl qara rəngli, güzgü kimi parıldaq və çox iri böcəklərin arxası üstə düşüb çapaladığını görürsən. onlar çevrilmək üçün ayaqlarını göydə oynadaraq özünə dayaq nöqtəsi axtarır, saatlarla çapalayır, fırfıra kimi fırlanır və buna nail ola bilmirlər.
Suvenir (1972)
Film-konsertdə bəstəkar Vaqif Mustafazadənin rəhbərlik etdiyi "Sevil" vokal-instrumental ansamblı, xalq artisti Əminə Dilbazinin rəhbərlik etdiyi "Çinar" rəqs ansamblı və bəstəkar Rafiq Babayevin musiqisinin müşayiəti ilə səhər lövhələrinin təsviri öz əksini tapmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Yakob Şteyner
Yakob Şteyner (ing. Jakob Steiner; 18 mart 1796[…] – 1 aprel 1863[…], Bern) — İsveçrəli riyaziyyatçıdır; proyektiv həndəsənin yaradıcılarından biridir. 1796-cı ildə doğulmuşdur. 1863-cü ildə vəfat etmişdir.
Şteyner qurmaları
Şteyner qurmaları — müstəvi üzərində, təkcə, xətkeşlə yerinə yetirilən həndəsi qurmalardır(birtərəfli, riyazi xətkeşlə). Şteyner qurmaları, əsasən, İsveçrə riyaziyyatçısı Y. Şteyner tərəfindən araşdırılmışdır. Şteyner isbat etmişdir ki, əgər müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, müstəvi üzərində pərgar və xətkeşlə həll oluna bilən istənilən qurma məsələsini təkcə xətkeşlə həll etmək olar. Şteyner qurmaları proyektiv xarakter daşıyır. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Rudolf Şteyner
Rudolf Şteyner (alm. Rudolf Joseph Lonz Steiner‎, 27 fevral 1861 – 30 mart 1925) — Avstriyalı elmlər namizədi, pedaqoq, lektor və sosial islahatçı; 20-ci əsrin ezoteriki, okkultisti, görücüsü və mistiki , bir çox əsərin müəllifi (1883–1925), bütün Avropada (1900–1924) 6000-dən çox mühazirə oxumuşdur; antroposofiyanın və antroposofik hərəkatın banisi. O, Höte irsinin və onun bilik nəzəriyyəsinin tədqiqatçısı kimi ilkin tanınıb: 1883–1897-ci illərdə Hötenin təbiətşünaslığa dair əsərlərini təhlil edib nəşr etdirmişdir. Avropa transsendentalizmindən qaynaqlanan və Teosofiyanı əks etdirən ezoterik xristian fəlsəfəsi olan antroposofiyanın mənəvi təlimlərini yayan Ştayner masonların və teosofistlərin diqqətini cəlb edən mühazirələr verdi (1900-cü ildən). Teosofiya Cəmiyyəti tərəfindən alman bölməsinə baş katib kimi dəvət edildi (1902-ci ilin oktyabrından). 1902–1910-cu illərdə "Ruhani elm (teosofiya)" əsərlərində öz doktrinasını inkişaf etdirdi. Dünyanın fövqəlhəssas biliyinə və insanın məqsədinə giriş" və " Yüksək aləmlərin biliyinə necə nail olmaq olar? " (1904), "Akaşi salnaməsindən" (1904–1908), "Okultologiya haqqında esse" (1910) ; onun yazılarının teosofik meylləri dərin humanizmi ilə seçilir və hakim illüminizm və okkultizm anlayışına qarşı çıxırdı; Şteyner elmi metodu dünyanın fövqəltəbii baxışı ilə uzlaşdırmağa cəhd etdi . Teosofistlərdən ayrıldıqdan sonra o, ruhani müəllim rolunu üzərinə götürdüyü Antroposofik cəmiyyət (1912) qurdu. Cəmiyyətin mərkəzi İsveçrənin Dornach şəhəri oldu, burada Şteynerə bağışlanmış torpaqda onun memarlıq layihəsinə uyğun olaraq Hötenin şərəfinə adlandırılan Göteyan binasını ucaltmağa başladılar (sentyabr 1913).
Küttner şişi
Küttner şişi (ing. Küttner's tumor) – tüpürcək vəzinin xoşxassəli şişəbənzər xroniki iltihabıdır. Əsasən submandibulyar vəzini zədələyir, birtərəfli həmən vəzinin ağrısız şişməsidir. IgG 4-bağlı əlamət kimi qəbul edilir.
Bastian Steqer
Bastian Steqer (19 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bastian Steqer Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində bürünc medalın sahibi olub.
Suvenir (film, 1972)
Film-konsertdə bəstəkar Vaqif Mustafazadənin rəhbərlik etdiyi "Sevil" vokal-instrumental ansamblı, xalq artisti Əminə Dilbazinin rəhbərlik etdiyi "Çinar" rəqs ansamblı və bəstəkar Rafiq Babayevin musiqisinin müşayiəti ilə səhər lövhələrinin təsviri öz əksini tapmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Astragalus tener
Astragalus tener (lat. Astragalus tener) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa tenera (A.Gray) Rydb. Tragacantha tenera (A.Gray) Kuntze == Yarımnövləri == Astragalus tener var. ferrisiae Liston Astragalus tener var. tener Astragalus tener var.
Aydan Şənər
Aydan Şənər — tatar əsilli türkiyəli aktrisa, maneken və 1981-ci il Türkiyə gözəli. == Həyatı == 1963-cü ildə Kilis ilində dünyaya göz açmışdır. Bir yaşında ailəsi ilə birlikdə Bursaya köçmüşdür. Orta məktəbi Bursada bitirmişdir. 1981-ci ildə Türkiyə gözəli seçilib. Həmin il Miss World dünya gözəllik yarışında Türkiyəni təmsil edib. Bir müddət maneken lik etdikdən sonra, 1983-cü ildə "Kiçik Ağa" serialı ilə aktyorluq karyerasına başlayıb. 1988-ci ildə Əcəm adında bir qızı olmuşdur. 1991-ci ildə həyat yoldaşı Ayxan Akbindən ayrılıb. Bir daha ailə qurmayıb.
Bidens tener
Bidens tener (lat. Bidens tener) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Erigeron tener
Erigeron tener (lat. Erigeron tener) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Şener Şen
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur.
Şənər Şen
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur.
Şənər Şən
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur.
Əbdülətif Şənər
Əbdülətif Şənər (türk. Abdüllatif Şener; 26 aprel 1954, Ulduzəli, Sivas ili) — Türk siyasətçi. 1996-cı ildən 1997-ci ilə qədər Türkiyə Maliyyə naziri, 2002-ci ildən 2007-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışmışdır.
Senecio tener
Emilia tenera (lat. Emilia tenera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio tener O.Hoffm.
Berta fon Zutner
Berta fon Zutner (baronessa Berta fon Zutner, alm. Bertha Sophie Felicitas Freifrau von Suttner‎ qrafinya Kinski, alm. Kinsky‎; 9 iyun 1843[…], Praqa, Avstriya imperiyası[…] – 21 iyun 1914[…], Vyana[…]) — Avstriya yazıçısı, beynəlxalq pasifizm hərəkatının fəalı, ilk qadın Nobel Sülh mükafatı laureatı (1905) və Nobel mükafatını alan ikinci qadın (Mariya Küridən sonra). == Gənclik == Berta von Zutner 9 iyun 1843-cü ildə Praqada (o zaman Avstriya-Macarıstan imperiyası) Avstriya general qrafı Frans Josef Kinski fon Sinik und Tettaunun ailəsində anadan olmuşdur. Atası qızının dünyaya gəlməsindən qısa müddət əvvəl ölür və qızının tərbiyəsi, təhsili,böyüdülməsi ilə həm mühafizəçi, həm də Avstriya məhkəmə dairələrinin üzvü olan anası Sofiya Vilhelmina məşğul olur. Belə gətirir ki, Berta Kinski Avstriya aristokratik cəmiyyətinin militarist ənənələrində böyüyür,hansı ki,o, həyatının sonrakı illərində şüurlu şəkildə bu ənənələrə qarşı mübarizə aparmışdı. Onun 30 yaşı olanda anası, ailənin irsən gələn madiyyatı anası tərəfindən israf edilmişdi. Berta, Vyanada Zutner ailəsinin dörd qızının valisi kimi işə götürüldü və tezliklə üç oğlundan birinə - Baron Artur Qundakkar fon Zutnerə aşiq oldu. Arturun valideynlərinin razılığı olmadan evləndikdən sonra Zutnerlər şahzadə Dadianinin ailəsinin dəvətindən yararlanaraq Rusiyaya, Gürcüstana getməyə məcbur oldular. On il Tiflisdə yaşadılar.
Charles Sumner Tainter
Çarlz Samner Teynter (25 aprel 1854, Vatertaun[d], Massaçusets – 20 aprel 1940[…], San-Dieqo, Kaliforniya) — Amerikalı elmi alət istehsalçısı, mühəndis və ixtiraçı. Aleksandr Qreyam Bell, Chichester Bell, Alexander'in qayınatası Gardiner Hubbard ilə əməkdaşlıqları, Tomas Edisonun fonoqrafında əhəmiyyətli təkmilləşdirmələr nəticəsində Qrammofon -nun ilkin versiyası olan diktofonu yaratması ilə tanınır. Karyerasının irəliləyən dövrlərində Qərbi Virciniyadakı Beynəlxalq Qrafofon Şirkəti ilə olan əlaqələri və həmçinin öz tədqiqat və inkişaf laboratoriyasını idarə etməsi Tainter -a "Danışan Maşının Atası" (yəni fonoqrafın atası) titulunu qazandırdı.