Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Tamus
Dioskoreya (lat. Dioscorea) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Tanux
Tanux — İslamın ilk illərində əl-Hirə (İraq) ətrafında yaşayan xaçpərəst ərəb qəbiləsi. Xəlifə əl-Mehdinin vaxtında (775-785) bu qəbilə Hələb ətrafına köçüb İslamı qəbul etmişdir. Sonralar qəbilənin bir qismi Livan dağlarına köçmüşdür. Məhz buradan ət-Tənux nisbəsini daşıyan mərd döyüşçülər çıxmışdır.
Taruh
Taruh — İbrahim peyğəmbərin atasının adıdır. İncil və Qədim Ahiddəki adı Terahtır. Taruh öləndə İbrahimin anası Azər ilə evləndi. Quranda adı Azər olaraq keçməkdə olub oğlu İbrahimin əksinə bütpərəst idi.
Tasua
Tasua(doqquzuncu gün)-İslami təqviminin ilk ayı olan Məhərrəmin 9-cu günü. Bu gün çünki İmam Hüseyn (s.ə) ordusunun böyük Generalı kimi qəhrəmanlıq edən Abbas ibn Əliyə həsr olunmuş.Abbas şiə mədəniyyətində qeyrət, cəngavərlik və sədaqət göstərən şəxsiyyətinin simvoludur. Litvak, Meir (1998). Shi'i Scholars of Nineteenth-Century Iraq: The Ulama of Najaf and Karbala. Cambridge University Press. ISBN 0-521-89296-1 al Musawi, Muhsin (2006). Reading Iraq: Culture and Power and Conflict. I.B.Tauris. ISBN 1-84511-070-6 al Mufid, al-Shaykh Muhammad (Dec 1982(1st ed.)). Kitab Al-Irshad.
Tavuş
Tovuz mərzi (erm. Տավուշ) — Ermənistan Respublikasının 10 mərzindən biri. Ölkənin şimal-şərqində Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir. Tarixi Qazax qəzasının tərkibində olmuşdur. Mərkəzi İcevan şəhəri olan mərz şimaldan Gürcüstan, cənubdan Geğarkunik (Göyçə mahalı), cənub-qərbdən Kotayk (Dərəçiçək mahalının ərazisi), qərbdən Loru (Dağlıq Borçalı və Pəmbək mahalı) mərzləri ilə, şərqdən isə Azərbaycan rayonları olan Qazax, Ağstafa, Tovuz, Gədəbəy ilə əhatələnib. Keçmiş İcevan, Dilican, Şəmşəddin və Noyemberyan rayonlarını əhatə edir. Azərbaycanlılar yaşamış Qaraqoyunlu mahalının bir hissəsi bu ərazidə yerləşir. Qaraqoyunlu mahalının digər hissəsi isə Göyçə mahalının Krasnoselsk rayonu (indiki Çəmbərək rayonu) ərazisində yerləşir. 1995-ci ildən sonra əraziyə, ermənilər tərəfindən tarixi saxtalaşdırmaq üçün verilmiş ad. Ərazinin əsl adı Tavus adlanmışdır.
Taxus
Qaraçöhrə (lat. Taxus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 18 (20) m-ə qədər və diametri 60-80 (100) sm olan ağac və ya böyük koldur.Qabığı boz çalarlı qırmızı-qonur rəngdə olub,hamar və ya lövhəşəkillidir. Yarpaqları xətvari, yastı, uzunluğu 2-4 sm, eni 1,8-2 mm-dir, üst tərəfdən tünd-yaşıl,parlaq, alt tərəfdən solğun rəngli, tutqun, kənarları az qatlanmış formadadır. Erkəkcikli çiçəklərinin uzunluğu 10 mm olub, budaqların aşağı səthində yerləşmişdir. Dişicikli çiçəkləri təkdir, əsasında bir neçə cüt pulcuqşəkilli yarpaqlarla əhatə olunmuşdur. Meyvələri qırmızı rəngli və şarşəkillidir,yuxarı hissədə açıqdır. Toxum ətrafında iki örtük vardır; daxili örtük oduncaqlaşan və xarici örtük isə ətli, parlaq tünd-qırmızı rənglidir, (yalançı giləmeyvə) şirəlidir və şirin dadı vardır. Mart ayında çiçəkləyir, mart-aprel aylarında meyvə verir. BQ qərb, BQ şərq, BQ (Quba), KQ şimal, KQ mərkəzi, KQ cənub, (Şuşa) Lənk.
Yaqub
Yaqub (ən tezi e.ə. 2006 və ən geci e.ə. 1791, Kənan – ən tezi e.ə. 1920 və ən geci e.ə. 1644, Qədim Misir) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. 12 oğlu olmuşdur.
Hacub
Qundeliya (lat. Gundelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Gundelsheimera Cass. Hacub Boehm.
Talib ibn Əbu Talib
Talib ibn Əbu Talib (ərəb. طَالِب بْن أَبِي طَالِب‎) — İslam peyğəmbəri Məhəmmədin birinci əmisi oğlu və Əlinin qardaşı. O, Məkkədə, Əbu Talib ibn Əbdülmüttəlibin və Fatimə binti Əsədin böyük oğlu olaraq anadan olmuşdur. Gənc Məhəmməd Taliblə hər ikisi səkkiz yaşında olandan onların evində yaşayırdı.:79 Onun övladı yox idi. 624-cü ildə Talib müsəlmanların hücumu ilə təhdid edilən ticarət karvanını xilas etmək üçün Məkkə ordusu ilə yola düşdü.:291 Əbu Süfyandan xəbər gələndə ki, karvanın sağ-salamat evə çatdığına görə yürüşə davam etməyə ehtiyac qalmadı, Qureyşdən bəziləri buna baxmayaraq Bədrə qədər davam etmək istədilər. Talibə dedilər: “Biz bilirik ki, ey Haşim oğlu, əgər bizimlə çıxmısansa, ürəyin Məhəmmədlədir." Məkkəyə qayıtmaq qərarına dair bir şeir ona aid edilir. Bir qədər müzakirədən sonra Talıb onları müşayiət etməmək qərarına gəldi. Talib heç vaxt Məkkəyə gəlmədi. Onu bir daha görmədilər və cəsədi tapılmadı.
Ajur
Ajur (fr. à jour) — mühasibatda təsərrüfat əməliyyatları başa çatdırılan gün bütün hesab qeydlərinin aparılmasını göstərən mühasibat uçotunun vəziyyəti. Bu, daha geniş mənada uçot hesabalama işlərinin qrafiklə müəyuən edilmiş müddətdə yerinə yetirilməsidir. Ajur ilə istənilən vaxt aralığı üçün müəssisə haqqında dəqiq təsəvvür əldə etmək mümkündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Ажур // Українська радянська енциклопедія : у 12 т. / гол. ред. М. П. Бажан ; редкол.: О. К. Антонов та ін. — 2-ге вид. — К. : Головна редакція УРЕ, 1974–1985.
Tabu
Tabu (Polineziya dilində - qadağan) — dini ovsunlu tədbirin tətbiq olunma şərtinə qəti qadağan. Tabunun pozulması "fövqəltəbii" cəza, xəstəlik və ya ölümlə hədələnir. Tabu sistemi Polineziya adalarında həddindən artıq inkişaf etmişdir. Burada o, hətta dövlət qanunlarını əvəz edir. Qədimlərdən bəri Yeni Zelandiya qəbilələrində başçılar müəyyən şeylərə toxunmağı qadağan edirdilər ki, bu da «tabu» adlanırdı. Hansısa insan və yaxud yer «tabu» elan edilirdisə, ona yaxınlaşmağa heç kimin ixtiyarı çatmırdı. Vəhşi qəbilələr başçının əmrini Allahın əmri sayırdılar. Onlara elə gəlirdi ki, başçının əmrini pozsalar, Allahın da əmrindən çıxmış olarlar və Allah onları cəzalandırar. Polineziya mənşəli olan və “işarələnmiş, müəyyən edilmiş” mənasını verən tabu sözü həm müqəddəsliyi, həm çirkliliyi, həm də buna uyğun olaraq toxunulmazlığı ifadə edir. Qısacası “toxunmamalı, deyilməməli, yeyilməməli və edilməməli olan” deməkdir.
Tatu
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Feyzabad (Takab)
Feyzabad (fars. فيض اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (49 ailə).
Henri Taube
Henri Taube (30 noyabr 1915[…] – 16 noyabr 2005[…], Palo-Alto[d], Kaliforniya[…]) — amerikalı alim. 1937-ci ildə Ricaində Saskaçevan universitetini bitirmiş, sonra ABŞ-yə köçmüş və Berklidə Kaliforniya universitetində oxumuşdur. 1940-1941-ci ildə orada, 1941-1946-cı illərdə Kornel universitetində, 1946-1962-ci illərdə Çikaqo universitetində (1952-ci ildən professor) işləmişdir. 1962-ci ildən Stanford universitetində professor işləmişdir. O, 2005-ci ildə noyabrın 16-da Kaliforniyada vəfat etmişdir. Əsas işləri elektron ötürülməsi ilə reaksiyaların mexanizminin, xüsusən metalların komplekslərində öyrənilməsinə həsr olunub. 1940-cı ildə ilk dəfə olaraq sulu məhlulda solvatlaşmış kationun (üçvalentli xromun misalında) mövcudluğunu sübut etmişdir. 1952-ci ildə sulu məhlullarda kompleks birləşmələrin davamsızlığı ilə onların elektron strukturları arasında korrelyasiyanı müəyyən etmişdir. 1960-1970-ci illərdə məhlullarda keçid metallarının komplekslərinin iştirakı ilə çoxlu, həm də daha əhəmiyyətli nəticələri sferadaxili keçid adlanan keçidi öyrənərkən əldə etmişdir. Göstərmişdir ki, bu prosesdə metalın koordinasiyası sferasının liqandalarından biri iştirak edir və nəticədə iki metal ionu arasında körpücük əmələ gətirir, iki nüvəli kompleks adlanan birləşmə əmələ gətirir.
Həlimə Yaqub
Həlimə bin Yaqub (Cavi: حاليمه بنت ياچوب) (23 avqust 1954, Sinqapur) Malay mənşəli Sinqapur siyasətçisi. Həlimə Yaqub, 13 sentyabr 2017-ci il tarixindən Asiya ölkəsi Sinqapurun səkkizinci prezidenti kimi dövlət başçısı vəzifəsinə seçilmişdir. 2001-ci ildən bəri siyasətdə olan Həlimə Yaqub 2013-cü ildən bəri Sinqapurda parlamentin sədri vəzifəsini icra etmişdir. 7 avqust 2017-ci ildə qarşıdakı prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa vermiş, 23 sentyabr 2017-ci il tarixində keçiriləcək seçkilərdəki namizədliyini açıqlamışdır. 2017-ci il prezident seçkiləri namizədləri arasında yeganə müvafiq namizəd olduğu elan edildikdən sonra seçkilərə ehtiyac olmadan 11 sentyabr 2017-ci il tarixində ölkənin yeni prezidenti elan edilmişdir.
Həsənabad (Takab)
Həsənabad (fars. حسن اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.467 nəfər yaşayır (266 ailə).
Kaşub dili
Kaşub dili və ya Kassub dili (Kaşubca: kaszëbsczi jãzëk, pòmòrsczi jãzëk, kaszëbskò-słowińskô mòwa; pol. język kaszubski, język pomorski, język kaszubsko-słowiński) Slavyan dillərinin lehit alt qrupuna aid olan dil.
Kolas Yakub
Kolas Yakub (22 oktyabr (3 noyabr) 1882 – 13 avqust 1956[…], Minsk) — belarus yazıçısı, şair, dramaturq, tərcüməçi, siyasətçi, tənqidçi. == Həyatı == Kolas Yakub 3 noyabr 1882-ci ildə Belarusiyanın Akinçitsı xutoru, indiki Minsk vilayətində meşəbəyi ailəsində anadan olmuşdur. O, Nesvijsk müəllimlər seminariyasını bitirmiş və 1915-ci ildə orduya çağırılmışdır. == Əmək fəaliyyəti == Kolas Yakub 1928-ci ildən ömrünün sonuna qədər BSSR EA-nın prezident müavini vəzifəsində çalışmış, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü olmuşdur. == Yaradıcılığı == Kolas Yakub 1906-cı ildən bədii yaradıcılıqla məşğul olmağa başlamış, müasir belorus ədəbiyyatının banilərindən biri kimi tanınmışdır. Ədib müasir belorus ədəbiyyatının yaranması, sosialist məzmunlu, milli formalı sovet belorus mədəniyyətinin inkişafı, ədəbi dilin çiçəklənməsi uğrunda böyük xidmət göstərmişdir. O, "Taras Quşça", "Tamaş Bulava", "Yakub Kolas" imzaları ilə əsərlər yazmış və bir şair, nasir, dramaturq, publisist kimi məşhurlaşmışdır. Yakub Kolasın 1910-cu ildə "Şikayət nəğmələri" adlı şeirlər məcmuəsi, 1912-ci ildə bədii nəsrini əhatə edən "Hekayələr" və 1914-cü ildə "Doğma surətlər" adlı kitabları işıq üzü görmüşdür. Şairin bioqrafik xarakter daşıyan əsərləri 1907-ci ildə "Bunt", 1910-1923-cü illərdə "Yeni torpaq" poeması, 1923-cü ildə "Polesyenin ucqarlarında", 1927-ci ildə "Polesyenin dərinliklərində", 1954-cü ildə "Yol ayrıcında" adlı trilogiyasında öz əksini tapmışdır. Yazıçının "Yeni torpaq" poeması XIX əsr kəndli həyatının ensiklopediyası adlandırılır.
Kərimabad (Takab)
Kərimabad (fars. كريم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 82 nəfər yaşsyır (18 ailə).
Mail Yaqub
Mail Yaqub — Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru. == Həyatı == 10 iyun 1979-cu ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olmuşdur. Xəzər Universitetinin və Tehran Universitetinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. 2011-ci ildə "Nitsşenin "Əxlaq geneologiyası" əsərinin təhlili və tənqidi" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir. 2009-cu ildə "Din fəlsəfəsi", 2012-ci ildə "Metafizika düşüncələri" kitabları Bakıda işıq üzü görmüşdür. 2008-ci ildən Xəzər Universitetinin Fəlsəfə departamantində "Müasir Avropa fəlsəfəsi", "Əxlaq fəlsəfəsi", "Fəlsəfəyə giriş" və "Din fəlsəfəsi" fənnlərini tədris edir. Ailəlidir. 2 övladı var.
Mainbulaq (Takab)
Mainbulaq (fars. مايين بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 392 nəfər yaşsyır (77 ailə).
Musa Yaqub
Yaqubov Müsavat Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu – 7 may 2021, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995–2000), Azərbaycan Respublikasının Xalq şairi (2019). Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957–1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958–1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967–1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974–1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur (1978-?). Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979—?).
Pyrethrum majus
Tanacetum balsamita (lat. Tanacetum balsamita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Tanacetum balsamita var. balsamita Tanacetum balsamita var.