Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tazarin (şəhər)
Tazarin (ərəb. تازارين‎, bər. ⵜⴰⵣⴰⵔⵉⵏ, fr. Tazzarine) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətinin Zaqora əyalətində şəhər. 2014-cü ildə keçirilən əhali siyahıyaalmasına görə şəhərdə 15.169 nəfər yaşayır. == Coğrafiya == Şəhər mərkəzi dəniz səviyyəsindən 846 metr (2,776 ft) yüksəklikdə yerləşir. Tazarin Zaqora şəhərindən 113 kilometr (70 mil), Varzazat şəhərindən isə 175 kilometr (109 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Sağro dağı yerləşir. == Tarix == Şəhərdə beş murabit türbəsi var. Tazarin şəhərinin yaxınlıqlarında təqribən b.e.ə.
İmperator Tamarin
İmperator Tamarin (Saguinus imperator) — olaraq bilinən bu növün adı, iddialara görə əslində Alman imperatoru II Vilhelm məsxərəyə qoymaq üçün qoyulmuşdur. Bəzi qaynaqlar isə bu adın Çin imperatorlarına göndərmə olaraq qoyulduğunu iləri sürürlər . Ancaq "imperator" kəliməsi, həqiqətən də növün elmi adı olaraq qeydlərə keçmişdir. == Yaşadığı ərazi == Peru'nun şərqində, Amazon bölgəsində yaşayan İmperator Tamarin'i Bolivya və Brazilya'nın bəzi əyalətlərində də görülmüşdür. Meşələrdə ağaclar üzərində yaşayaraq çeşidli bitkilər, bitki nektarları və böcəklərlə bəslənirlər. Pəncələri və əlləri cisimləri tutmaq və saxlamaq mövzusunda püxtələşəcək şəkildə təkamülləşmişlər. Məsələn pəncələri sayəsində bitki gövdələrini parçalayaraq içlərindən çıxan saqqızı yeyebilirlər . == Fiziki quruluşu == Normalda tükləri çoğunluqla bozdur, Sinəsinde ise sarı bənəklər görülə bilər. Əlləri və ayaqları qara, quyruğu isə qəhvəyidir. Onu maraqlı edən isə dişiləri çəkmək üçün istifadə etdiyi və olduqça maraqlı quruluşda olan "saqqal" ve "bığ"larıdır.
Miranda Tatari
Miranda Tatari (d. 20 sentyabr 1984; Koprivnisa, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Miranda Tatari Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Mavi qatarın sirri
Mavi qatarın sirri (ing. The Mystery of the Blue Train) — Aqata Kristi tərəfindən yazılmış detektiv janrda roman. == Mövzu == Aqata Kristinin detektiv əsərlərindən Mavi Qatarın Sirri adlı əsəri uşaqlar və eyni zamanda gənclər tərəfindən olduqca bəyənilərək oxunur.Əsərdə hadisələr Amerika milyonçusu Van Aldinin qızı Rutun Mavi qatarda ölümü ilə bağlıdır.Rut Derek ilə evlidir.Lakin o Qraf Roşu sevir və Qraf Roşun yanına Fransaya getmək üçün Mavi qatara minir.Qatarda bir gecənin içində qətlə yetirilir.Əvvəlcə hər kəs Derek və Qraf Roşdan şübhələnir.Lakin əsərin sonunda Erkül Puaro qatilin kim olduğunu üzə çıxarır. == Mənbə == Aqata Kristi haqqında kitab.
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. == Süjet == Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. == İstehsal == Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. == Reaksiya == Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
Qatarın dəmiryol stansiyasına daxil olması
== Məzmun == Kinosüjetdə qatarın Bakı dəmiryol stansiyasına daxil olması anları lentə alınmışdır. == Film haqqında == Bu kinolent xaraktercə dünya kino tarixinin başlanğıcında Lümyer qardaşlarının çəkdikləri eyniadlı filmin təkrarı idi. Bununla belə o reportaj manerasında lentə alınmış hadisəli informasiya süjetidir. Lentə alınan qatarın kinokameranın üstünə gəlməsi özü-özlüyündə kinematoqrafik situasiya yaratmış və tamaşaçıda ekspressiv-coşğun duyğular oyadaraq, onun hiss və həyəcanına fəal şəkildə təsir etmişdir. Şahidlərin yazdığına görə və kino tarixi ilə bağlı tədqiqatlardan məlum olur ki, Lümyer qardaşlarının ixtirasının ilk nümayişi zamanı tamaşaçılar parovozun ekran boyu sürətlə onların üstünə gəldiyini görüb qorxuya düşmüş və hay-küylə kafedən bayıra qaçmışlar. Şübhəsiz, həmin hadisə Bakıda da təkrar olunmuşdur. Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Qatarın dəmiryol stansiyasına daxil olması (film, 1898)
== Məzmun == Kinosüjetdə qatarın Bakı dəmiryol stansiyasına daxil olması anları lentə alınmışdır. == Film haqqında == Bu kinolent xaraktercə dünya kino tarixinin başlanğıcında Lümyer qardaşlarının çəkdikləri eyniadlı filmin təkrarı idi. Bununla belə o reportaj manerasında lentə alınmış hadisəli informasiya süjetidir. Lentə alınan qatarın kinokameranın üstünə gəlməsi özü-özlüyündə kinematoqrafik situasiya yaratmış və tamaşaçıda ekspressiv-coşğun duyğular oyadaraq, onun hiss və həyəcanına fəal şəkildə təsir etmişdir. Şahidlərin yazdığına görə və kino tarixi ilə bağlı tədqiqatlardan məlum olur ki, Lümyer qardaşlarının ixtirasının ilk nümayişi zamanı tamaşaçılar parovozun ekran boyu sürətlə onların üstünə gəldiyini görüb qorxuya düşmüş və hay-küylə kafedən bayıra qaçmışlar. Şübhəsiz, həmin hadisə Bakıda da təkrar olunmuşdur. Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Qaqarin
Qaqarin — soyad. Bu soyadı olan şəxslər. Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan. Yaşayış məntəqələri Qaqarin (Smolensk) — Rusiya Federasiyasında yerləşən şəhər.
Samarin
Samarin - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il siyahıya alınmaya görə kənddə 3.146 nəfər yaşayır (711 ailə). == Məhəllələr == Kəndin yerliləri bu kəndi 7 qismə bölürlər ki bunlardan ibarətdir: Hüseynabad Orta Küçə Pir Qollu Cəbrayıl Qaraxanlı Sadıqlı Hüseyn Allı Gərək bunuda artıraq ki hər məhəllədə yuxarıda adları çəkilən tayfalara özəldir. == Görməli yerlər == Sultan Xoca Əli Türbəsi: Məqbərəninin tikintisi ilkdə suvaqdan olsa da 1996-cı ilin zəlzələsində tam darmadağın olub və sonra kərpiçdən üzərində yeni bir bina tikilibdir. Kənddə yerləşən üç meşə ağacı ki onların ömürləri min ildəndə daha çoxdur və Xoca Əli türbəsinin yanında yerləşiblər. Üç Otaq adında bir əski köhül ki onun içində əvvəliyyə insanlar yaşayarmışlar. Zərdüştilərdən qalan bir neçə qəbir Daşdan salınmış böyük və əski heykəllər Çox sayda bağ və ağaclıqlar o cümlədən qoz bağları. Əski dəyirmanlar Bir neçə şəlalə Cəbrayıl Bulağı Mehdi Bulağı Qalacıq piri Kəndin ürünlü əkin yerləri və yaşıl tarlalar.
Tacarıq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Tamarix
Yulğun (lat. Tamarix) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinə aid bitki cinsi.
Tatarca
Таtar dili (tatar. татар теле / tatar tele, татарча / tatarça) — tatarların milli dili, Rusiya Federasiyasının Tatarıstan Respublikasının dövlət dili, yayılmasına görə Rusiyada rus dilindən sonra ən yayqın ikinci dil. Türk dillərinin qıpçaq qrupunun Volqaboyu-qıpçaq yarımqrupuna aiddir. Leksikasına görə daha çox başqırd, qazax, noqay və nisbətən qaraqalpaq, qaraçay-balkar, qumuq, özbək, azərbaycan və türk dillərinə yaxındır. == İstinadlar == == Ədəbiyyat == Ахатов Г.Х.. Язык сибирских татар. Фонетические особенности (монография). Уфа, 1960. Ахатов Г.Х. Диалект западносибирских татар (монография). Уфа, 1963.
Tatarlı
Kəndlər Tatarlı (Goranboy) — Goranboy rayonunda kənd. Tatarlı (Şəmkir) — Şəmkir rayonunda kənd.
Şatariz
Şatarız — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd. Şatarız kəndi Bəsit çayi sahilində, dağətəyi ərazidədir. Güman etmək olar ki, oykonim şat (код, düşərgə, çadır) və riz (yol) komponentlərindən düzəlib (-a mənsubiyyət bildirir), “код yolu” mənasındadır. Görünür, kənd код yolunun üstündə yerləşdiyi üçün belə adlandırılmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
Şatarız
Şatarız — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd. Şatarız kəndi Bəsit çayi sahilində, dağətəyi ərazidədir. Güman etmək olar ki, oykonim şat (код, düşərgə, çadır) və riz (yol) komponentlərindən düzəlib (-a mənsubiyyət bildirir), “код yolu” mənasındadır. Görünür, kənd код yolunun üstündə yerləşdiyi üçün belə adlandırılmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
Naharin
Naharin (nhrn) — Yeni Misir padşahlığının XVIII sülaləsi dövründə Mitanni dövlətini təsvir etmək üçün istifadə edilən qədim Misir termini idi. XVIII sülalə I Tutmos, III Tutmos və II Amenhotep dövründən Levanta nəzarət etmək üçün Mitanni dövləti ilə münaqişədə idi. II Amenhotepin oğlu IV Tutmos nəticədə Mitanni ilə sülh bağlayacaqdı. Bundan sonra Misir və Naharin (Mitanni) arasında münasibətlər Amarna arxivinin yazışmalarına əsasən çoxlu diplomatik hədiyyələr verilməsi ilə sülh yolu ilə davam etmişdir. Firon III Tutmosun hərbi salnaməsində Naharinə açıq şəkildə istinad edilir. III Tutmosun 33-cü ilində qeyd edilmişdir: Əlahəzrət şəhərləri tutmaq və düşmən Naharinin yaşayış məntəqələrini viran qoymaq üçün şimala getmişdir. İlkin olaraq e.ə. XV əsrdə Karnak məbəd kompleksində ucaldılmış və indi İstanbulda saxlanılan obeliskin iki üzündəki yazılarda da III Tutmosun Misirin sərhədlərini Naharinə (Mitanni) qədər genişləndirməsi və yürüş etməsi qeyd olunur.
Cataria
Pişiknanəsi (lat. Nepeta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Aterin
Aterin (lat. Atherina) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinə aid heyvan cinsi. Əsasən Atlantik okeanının şərq hissəsində yayılmışdır. Bu cinsə daxil olan növlər Aralıq, Qara və Azov dənizlərində yayılmışdır. sürü halında yaşayırlar. Uzanmış bədən quruluşuna malikdirlər. Uzunluqları 8–20 sm arasında dəyişir.
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. == Tarixi == Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.
Tatuin
Tatuin (ing. Tatooine) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planetin adı film saqasının bəzi səhnələrinin çəkildiyi Tunisin Tatavin vilayətindən gəlir. Tatuin isti olması ilə yanaşı, Anakin Skayuolker/Dart Veyderin doğulduğu yerdir. Tatuin səhra planetidir. Planet səthinin 1%-dən az hissəsi su ilə örtülüdür. Onun iki günəş var, bu da planetdə çox isti atmosfer yaradır. Burada hökumət yoxdur, planet quldurlar, narkotik alverçiləri və muzdlular üçün azad məkandır.
Taurin
Taurin — yarı əvəzolunmaz metionin və sistindən əldə edilən sülfürdən alınan amin turşusu. Bədəndə təbii olaraq meydana gəlir. Taurin tez-tez kükürd tərkibli amin turşusu olaraq adlandırılır, lakin molekulda bir karboksil qrupu yoxdur. Heyvanların və insanların toxumalarında və ödündə az miqdarda mövcuddur. Qida əlavəsi və ya dərman olaraq istifadə olunur. Bədəndəki nevroloji funksiyaları və nevroloji əlaqə mexanizmini gücləndirir və tənzimləyərək antioksidləşdirici xüsusiyyətlər göstərir. Beyin zədələnməsindən sonra bədəndə taurin səviyyələri artılır, bunun səbəbi nevroloji olaraq qoruyucu olması və nevroloji canlandırıcı təsirlərə malik olmasıdır. Taurinin adı "Taurus" (öküz) sözündən götürülmüşdür. Belə adlandırılmasına səbəb ilk dəfə 1827-ci ildə alman alimləri "Fridrix Tideman" və "Leopold Qmelin" tərəfindən öküzün ödündən əldə edilməsidir. 1846-cı ildə "Edmund Ronalds" tərəfindən insan ödündə aşkar edilmişdir.
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
Katalin Mençinqer
Katalin Mençinqer (d. 17 yanvar 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Katalin Mençinqer, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.
Katalin Sili
Katalin Sili (mac. Szili Katalin 13 may 1956) — 2002-2009-cu illərdə Macarıstan Milli Məclisinin sədri. Macarıstanlı siyasətçi Yana Pannoniya adına Peç Universitetini bitirdikdən sonra ekologiya və siyasətlə məşğul olur. 1994-cü ildən hakimiyyətdə təmsil olunur. 1994-1998-ci illərdə Ətraf Mühitin Mühafizəsi və Su Nazirliyinin siyasi katibi işləyir. 2009-cu ildə Katalin Sili Peç merinə namizəd olmaq üçün parlament sədri vəzifəsindən istefa etdir, ancaq seçkilərdə Zsolta Paveyə uduzur. 14 sentyabr 2009-cu ildə Bela Katona parlamentin yeni sədri seçilir. == Siyasi karyerası == Yanus Pannoniya Universitetindən bir dərəcə aldıqdan sonra, insan ekologiyası və politologiya ixtisası üzrə məzun olur. 1994-cü ildən 2014-cü ilə qədər qanunvericilik sahəsində çalışır. 1994-1998-ci illərdə Ekologiya və Su Nazirliyinin siyasi katibi olur.
Katarina Beresova
Katarina Beresova (10 oktyabr 1987, Trebişov, Slovakiya) — Slovakiyalı marafonçu. Katarina Beresova Slovakiyanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Katarina Beresova həm də 2015-ci ildə Bakıda baş tutan I Avropa Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Katarina Beresova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 11 saniyəyə qət edərək 118 marafonçu sırasında 99-cu yeri tutdu. Katarina Beresova növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 50 dəqiqə 54 saniyəyə qət edərək 157 marafonçu sırasında 107-ci yeri tutdu.
Katarina Bulatoviç
Katarina Bulatoviç (15 noyabr 1984) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Katarina Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Katarina Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Katarina Lorenso
Katarina Lorenso (isp. Catarina Lorenzo) — Salvadordan olan braziliyalı iqlim fəalı. == Erkən həyat == Katarinanın nənə və babası ətraf mühitin müdafiəsi üzrə fəallar olmuşdur. O, çayları və meşələri qorumaq üçün tətillərdə iştirak edərək böyüyür, həmçinin sörfinqdən həzz alırdı. == Fəaliyyəti == 23 sentyabr 2019-cu ildə o və Qreta Tunberq, Aleksandriya Villasenor, Ayaha Melitafa və Karl Smit də daxil olmaqla digər 15 uşaq hökumətin iqlim böhranı ilə bağlı fəaliyyətsizliyinə etiraz olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə şikayət edir. Xüsusilə şikayətdə beş ölkənin, yəni Argentina, Braziliya, Fransa, Almaniya və Türkiyənin Paris Sazişindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi iddia edilir. O, bu yaxınlarda beynəlxalq gənclərin ətraf mühit hərəkatı olan Greenkingdoma qoşulub və burada hərəkatın Braziliya bölməsinin koordinatoru kimi işləyir. İndi o, gənclər hərəkatının banisi olan Hindistandan olan 14 yaşlı ekoloq və iqlim dəyişikliyi fəalı Samir Yasin ilə birgə fəaliyyət göstərir.