Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazaxıstan tengəsi
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Qazaxıstan təngəsi
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Türkmənistan tenqesi
Türkmənistan tenqesi (türkm. teňňe) — Türkmənistanın xırda pul vahidi, 1/100 türkmənistan manatı.
Tenqer (səhra)
Tenqer (monqolca: Тэнгэр цөл (Tenqer tsöl), çincə: 腾格里沙漠 (pinyin (transkripsiyası): Ténggélǐ Shāmò) — Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonunun qərbini, və Qansu vilayətinin mərkəzi hissəsini əhatə edən səhra. Onun monqol dilindəki adı olan "Tenqer tsöl" hərfən "Tanrı çölü", yəni «göy, səma çölü, səhrası» mənasını verir. Alaşan səhrasının cənub-şərq hissəsini əhatə edir. Qərbdən və şərqdən Yabray-Yançan və Helanşan dağları, cənubdan isə Böyük Çin səddi ilə əhatələnir. Sahəsinə görə Çinin dördüncü səhrasıdır. Səhranın sahəsi 36700 km² təşkil edir. Ərazisinin böyük hissəsi 1200 metr hündürlükdə yerləşir, və müxtəlif reylef formalarına malikdir. Ərazisində 400 göl vardır, lakin göllərin böyük qismi axarsız olub duzludurlar. Həmçinin ərazisinin 70%-i dyunlarla örtülüdür. Dyunların böyük qismi 10-30 metr hündürlüyə malikdir, ən hündür dyunlar isə 100 metr təşkil edir.
Xan-Tenqri
Xan-Tenqri (qaz. Хан Тәңірі, qırğ. Кан-Теңири, çin. 汗腾格里峰) — Tyan-Şan dağ silsiləsində yerləşən dağ zirvəsi. Xan-Tenqri İsıkgölün şərqində Çin-Qırğızıstan-Qazaxıstan sərhəddində yerləşir. Onun geoloji hündürlüyü 6,995 metrdir, ancaq onun buz örtüyü ilə birlikdə hündürlüyü 7010 metrə çatır. Buna görə alpinizm dairələrində və SSRİ-də Qar bəbiri mükafatı kriteriyasında bu dağ hündürlüyü 7000 metrlik zirvə sayılır. Xan-Tenqri adının hərfi mənası Qazaxca Kral Səması mənasına gəlir və çox güman ki, bu ad ilahi Göy Tanrıya istinad edir. Bəzi digər yerli dillərdə Xan Tenqri Şingi, Kan-Too Çokusu, Pik Xan-Tenqri, və Xantenqri Fenq kimi də adlanır. Xan-Tenqri Tyan-Şanda hündürlüyünə görə ikinci dağ zirvəsidir.
Tenqri İlmiş xaqan
Tenqri İlmiş xaqan — Türgiş xaqanlığının Çin tərəfindən 753-cü ildə təyin olunmuş hökmdarı. An Luşan üsyanının başlaması ilə Çinin təsiri azalmış, Türgişlərin hər bir kiçik boyu hakimiyyət uğrunda mübarizəyə başlamışdır.
Kəngərli
Kəngərlilər — Azərbaycanlı sülalə. Bu sülalədən olan tanınmış insanlar Ehsan xan Kəngərli — Çar-Rus ordusunda general-mayor Şeyxəli xan Kəngərli — Kəngərlilərin nümayəndəsi, hərbçi, Heydərqulu xan Kəngərli — Naxçıvan xanı Bəhruz Kəngərli — Azərbaycan rəssamı, boyakar və qrafik. Digər şəxslər Aqil Kəngərli — Azərbaycan şairi. Aşıq Əbülfəz Şahtaxtılı — Aşıq. Yaşayış məntəqələri Kəngərli rayonu — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidində rayon. Kəngərli maili düzənliyi Kəngərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Kəngərli (Ağdam) — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kəngərli (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Lahrud) — İranın Ərdəbil ostanının Meşginşəhr şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanının inzibati ərazi vahidində kənd.
Tennesi
Tennessi - ABŞ-də ştat. Mərkəzi Neşvill şəhəridir.
Tsageri
Tsageri (gürc. ცაგერი) — Gürcüstan şəhəri. Tsageri bələdiyyəsinin mərkəzidir. Dəniz səviyyəsindən 475 metr yüksəklikdə, Tsxenistsqali çayının sahilində yerləşir. 1968-ci ildə şəhər statusu almışdır. Tsageridə şərab və meyvə emalı müəssisələri vardır. Şəhərdə yerləşən orta əsr kilsəsi hələ də qorunub saxlanılır. Tsageri qədim dövrlərdən Leçxuminin mərkəzi olmuşdur. 2014-cü il əhalinin siyahıya alınması nəticələrinə əsasən şəhərdə 1320 nəfər yaşayırdı. Etnik tərkibi gürcülərdən ibarətdir.
Tənbəki
Tənbəki (lat. Nicotiana rustica) — tütün cinsinə aid bitki növü.
Təngəbin
Təngəbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 227 nəfərdir. Ağayev Əfrail Elxan oğlu - Həkim, Nervpotoloq. Fərəcov Nizam Söhbət oğlu - Polis Polkovnik Leytenantı. İsmayılov Rahim Fərhad oğlu - İş adamı, Xeyriyyəçi. Fərəcov Şahin Oruc oğlu - Hüquqşünas. Talış dilində təngə "dar dərə" və bin "alt", "dib" deməkdir (Dar dərədibi kəndi).
Təngərud
Təngərud — Azərbaycan Respublikasının Astara rayonunun Təngərud kənd inzibati ərazi dairəsində kənd. Oykonim Təngərud çay adı ilə kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Türk dilindəki təng (təngə) "dar dərə", "ə" birləşdirici sait və ru (rud) "çay" mənasındadır (Dar dərə çayı). Kənddə — ətrafda məşhur olan — Baba Cəbrayıl piri vardır. Hilal Məmmədov (1959–) — hüquq müdafiəçisi. Mahir Əhmədov (1962–1994). Nurlan Fərəməzov (1992–2020).
Tənzərə
Şərur rayonunun Çərçiboğan, Çomaxtur və başqa kəndlərində daha çox inkişaf tapan folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilərək müntəzəm rəqs edilən rəqs hərfi mənada “Qızılı tənbətən” deməkdir. Qızıl bəzək-düzəkdən – boyunbağından, muncuqdan, sırğadan, üzükdən və başqa cəvahiratdan nəyi varsa hamısını taxıb oynayan qadınlar əsasən gözəllik və parlaqlığı ifadə edirlər. Azərbaycan xalqının qədim rəqslərindən sayılan “Tənzərə”nin adı da məhz buradan götürülmüşdür. “Tənzərə” – yarı zər, yarı bəzək-düzək deməkdir. Babək rayonunun Vayxır kənd mədəniyyət evində fəaliyyət göstərən folklor rəqs kollektivlərinin repertuarında özünə yer alan iki hissəli rəqsi ifaçılar çeçələ barmaqları ilə birləşərək ifa edirlər. Üç addım irəli gedərək sol ayaqlarının ucunu yerə vurur, həmin andan sonra, yenə də sol ayağı irəli atıb bir anlığa onun üzərində durur, üç kiçik addım geriyə hərəkət etməklə ikinci hissədə bir az iti templə birinci hissədən hərəkətlərini təkrar edirlər.
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Tender
Tender sözü aşağıdakı mənalarda işlənə bilər: Tender — Hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqə. Tender — əmtəə tədarükü və ya müəyyən bir işin görülməsi üçün verilən sifarişin xüsusi forması; Tender — reklam ilə bağlı olan hər hansı bir layihənin həyata keçirilməsi hüququ (reklam kompaniyasının təşkili, ən yaxşı əmtəə nişanının hazırlanması və i. a.); Tender — təklif, arzu; Tender — açıq tipli, yaxud məhdud iştirakçılar üçün keçirilən satışlar, sifarişin müsabiqə yolu ilə yerləşməsi forması; Tender — qiymətli kağızlara abunə haqqında, müqavilə bağlamaq, yaxud mal göndərmək haqqında yazılı təklif, sifariş; Tender — rəqiblərin təklif etdiyi qiymətlərdən asılı olaraq istehsalçının öz əmtəəsinə təklif etdiyi qiymət. Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir: 1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur. 2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir. 3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir. Tenderin keçirilməsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və sənədlər toplusuna daxil edilə bilər. Bura ehtimal olunan qiymət barədə protokol, tenderin ilkin protokolu, təkliflər zərflərinin açılması barədə protokol, tenderin yekun protokolu və s.
Tenere
Tenere (bər. Tiniri) — Böyük Səhranın mərkəzində yerləşən səhra (bölgə). Səhranın ümumi sahəsi 400 000 km² təşkil edir. Öz növbəsində qumlu səhradır və Nigerin şimal-şərq, Çadın isə qərbini əhatə edir. Air platosu, Axaqqar və Tibesti massivvləri ilə əhatələnmişdir. Tenere Tamaşeklərin dilində "səhra" mənasını verir. Afrikanın şimalı, Böyük səhranın mərkəzini əhatə edən səhra quru və sərt iqlimi ilə seçilir. Onu hətta «səhra içində səhra» adlandırırlar. Burada olan dyunların hündürlüyü 250 m və daha çox olduğundan Dünyanın ən hündür dyunları hesab edilir. Səhranın hər hissəsi qumluq deyildir.
Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ənvəri
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. Mühəmməd Vakidi (740–823) xəlifə Ömərin zamanında, təqribən 638–639-cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan "Düsturnamə" əsərində də yer almaqdadır. Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Əsgəri
Ordu - hərbiyyə ilə əlaqədar olan termin İmam Əsgəri - On iki imam şiəliyindəki İmam, İmam Mehdi əleyhissalamın atasıdır.
Fikrət Kəngərli
Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929, Naxçıvan – 14 sentyabr 1992, Bakı)—Azərbaycan Dəmiryol idarəsi rəisi == Həyatı == Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdu. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi. Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı. Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.
Govurqala (Kəngərli)
Govurqala — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun eyniadlı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid şəhər yeridir. Şəhər-qala e.ə III-II minillikləri əhatə edən dövrlərə aiddir, Naxçıvan şəhərindən 35 km şimal-qərbdə, Araz çayının sol sahilində Şahtaxtı kəndi yaxınlığında. Azərbaycan hökuməti tərəfindən dövlət əhəmiyyətli arxeoloji ərazilər siyahısına daxil edilmişdir. Abidənin sahəsi təqribən 2 hektardır. Abidənin üzərində və ətrafında aşınma nəticəsində dağılmış daş və torpaq yığıntılarından ibarət tikinti qalıqları izlənilməkdədir. 1936 və 1979-1990-cı illərdə abidədə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş mədəni təbədə tikinti qalıqları, əmək alətləri, gil qab sınıqları və çürüntü qarışığından ibarət olub 3-4,5 metr qalınlığındadır. İri daşlardan tikilmiş möhtəşəm qala divarının və yaşayış binalarının qalıqları xüsusi maraq doğurur. Qala divarının eni 2,2 – 2,6 metr, dövrümüzə çatan hündürlüyü 1,2 – 2,45 metrdir. Qala divarlarının inşa edildiyi dövrdə Şahtaxtı qala-şəhər tipli yaşayış yerinə çevirilmiş, Naxçıvanın iri tayfa ittifaqlarından birinin mərkəzi olmuşdur. Şahtaxtında dulusçuluq, metalişləmə, zərgərlik və sair peşələr yüksək inkişaf etmişdir.
Göz rəngləri
Göz rəngi — gözün rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrsiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Gürcü xəngəli
Gürcü xəngəli və ya xinkali (gürc. ხინკალი) — Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır.
Gəncə tankeri
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Keçəltəpə (Kəngərli)
Keçəltəpə – Kəngərli rayonu ərazisində dağ (hünd. 2744,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Cəhriçayın sağ qolu Lizbirtçayın mənbə hissəsində zirvə. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş sıldırım yamaclı kəsik konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
Kokos yengəci
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.