Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kenci Toçio
Kenci Toçio (d. 26 may 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ticino
Ticino — İsveçrənin kantonlarından biridir. Haradasa bütün kantonda yazı dili İtalyancadır. Qraubündən kantonu ilə meydana gətirdikləri bölgəyə Svizzera Italiana (İsveçrə İtalyası) deyilir. Adını Ticino Çayından almışdır.
Torino
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Tsodilo
Tsodilo təpələri — Botsvana ərazisində yerləşən, qaya sənəti, qaya sığınacaqları və mağaralardan ibarət olan UNESCO-nun Ümumdünya irsi ərazisidir. 2001-ci ildə yerli xalqlar üçün bənzərsiz dini və mənəvi əhəmiyyəti, eləcə də bəşəriyyətin min illər boyu özünəməxsus məskunlaşması səbəbindən Ümumdünya irsi siyahısına daxil olmuşdur. UNESCO hesab edir ki, ərazidə 4500-dən çox qayaüstü rəsm var. Ərazi Uşaq təpəsi, Qadın təpəsi və Kişi təpəsi kimi tanınan bir neçə əsas təpədən ibarətdir. Ərazidə dörd əsas təpə var. Onlardan ən yüksəyi 1400 metr hündürlüyü ilə Botsvananın ən yüksək nöqtələrindən biridir. Dörd təpə ümumilikdə "Kişi" (ən yüksəyi), "Qadın", "Uşaq" və bir də adı açıqlanmayan bir təpə olaraq təsvir olunur. Onlar Şakave şəhərindən təxminən 40 km məsafədə yerləşirlər və təpələrə yaxşı vəziyyətdə olan torpaq yolla çatmaq olar. Ən böyük iki təpənin arasında idarə olunan, hamam və tualetlərlə təchiz olunmuş bir düşərgə var. Düşərgə ərazidəki ən məşhur sənət əsərləri olan və 1958-ci ildə çıxan "Kalahari'nin İtmiş Dünyası" kitabında şəkillərini ilk olaraq izah edən Cənubi Afrikalı yazıçının şərəfinə adlandırılmış Lorens van der Post lövhəsinin yaxınlığındadır.
Tokio
Tokio və ya Tokyo (yap. 東京 ) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Toşio
Toşio — ad.
Təcil
Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət . Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir. Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır ( m s a n 2 {\displaystyle m \over san^{2}} ). Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir. Misal üçün bir avtomobil hərəkətsiz haldan (başlanğıc sürəti 0 olan haldan) düz xətt boyunca sürətini artıraraq hərəkət edərkən, təcilin istiqaməti hərəkət istiqamətində yönəlir. Əgər avtomobil dönərsə, təcil istiqamətini dəyişərək yeni istiqamət alır. Bu misalda avtomobildəki sərnişinlərin müşahidə etdiyi onları oturacağa doğru itələyən və ya basan qüvvəni maşının təcili və ya xətti təcil adlanır. Avtomobil istiqamətini dəyişərkən avtomobildəki sərnişinlər onları yan tərəfə doğru itələyən qüvvələrin yarandığını müşahidə edəcəklər belə təcil qeyri xətti təcil adlanır. Əgər avtomobil sürətini azaldarsa, bu zaman təcil avtomobilin hərəkət istiqamətinin əksinə yönəlir və buna bəzən yavaşıma deyilir.Yavaşıma zamanı sərnişinlər onları önə doğru itələyən qüvvənin meydana gəldiyini müşahidə edirlər.Riyazi olaraq yavaşımanın ayrıca bir düsturu yoxdur,hər ikisidə surət dəyişməsidir.
Hicikata Toşizo
Hicikata Toshizo (yap. 土方歳三) — Yapon qılınc ustası, hərbiçisi, Boşin müharibəsi dövründə, şoqun tərəfdarı fraksiyanın liderlərindən biri.
Koriolis təcili
Biz müəyyən bucaq sürətilə fırlanan hesabat sistemində yerləşən cismə təsiri nəzərdən keçirərkən cismin fırlanan sistemə görə sükunətdə olduğunu qəbul etmişik . Əksər hallarda fırlanan sistemə nəzərən müəyyən irəliləmə hərəkətində iştirak edən cismin hərəkətini öyrənməli oluruq . Belə olduqda qarşımıza təbii bir sual çıxır : fırlanan sistemlərə nəzərən hərəkət edən cisimlərə , məsələn , Yer üzərində hərəkət edən adamlara , nəqliyyat vasitələrinə , axan çaylara mərkəzəqaçma ətalət qüvvəsindən əlavə başqa qüvvələrdə təsir edirmi ? Bu sualın cavabını ilk dəfə olaraq fransız alimi Koriolis ( 1795-1843 ) vermişdir . Yer Günəş ətrafında hərəkətlə yanaşı öz oxu ətrafında da fırlandığından , ona fırlanan sistem kimi baxa bilərik . Belə olduqda Yer üzərində hərəkət edən bütün cisimlərə Koriolis qüvvəsi təsir göstərməli və bu təsirlərin nəticəsi müşahidə edilmələdir . Müşahidələr göstəmişdir ki , həyatda Koriolis qüvvəsi təsir göstərir və bu təsirlərin nəticəsi müşahidə olunur . Çaylar cənub yarımkürəsində cənuba , şimal yarımkürəsində isə şimala axdığından çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol , şimal yarımkürəsində isə sağ sahillərinin nisbətən çox yuyulub aparılması ( bu hadisə Bera qanunu adlanır ) Koriolis qüvvəsini təsiri ilə izah olunur . Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ , cənubda isə sol relslərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır . Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində şərqə , cənub yarımkürəsində qərbə doğru meyl edir .
Mərkəzəqaçma təcili
Mərkəzəqaçma təcili - çevrə üzrə bərabərsürətli hərəkətdə yaranan, radius boyunca çevrənin mərkəzinə doğru yönələn təcildir və xətti sürət kvadratının çevrə radiusuna olan nisbətinə bərabərdir. an kimi işarə olunur və an=ʊ2/r. Yəni çevrə üzrə bərabərsürətli hərəkət edən cismin təcili sıfırdan fərqlidir, sürətə perpendikulyardır və hər bir nöqtədən çevrənin mərkəzinə doğru çəkilmiş radiuş boyunca yönəlmişdir. Çünki xətti sürət modulca sabit qalsa da, istiqamətini daim dəyişir və olduğu nöqtədə çevrəyə toxunan istiqamətdə yönəlir. Təcil isə vahid zamandakı sürət dəyişməsinə bərabər olduğundan sıfırdan fərqli olur. Xətti sürət - çevrə uzunluğunun dövretmə perioduna olan nisbətinə bərabərdir, υ=2ΠR/T. Onda mərkəzəqaçma təcili, an=4ח2r/T2o. Bucaq sürəti - dönmə cicmi çevrənin mərkəzi ilə birləşdirən radiusun dönmə bucağının zamana olan nisbətidir və bir dövr üçün ω=2Π/T-dir. Onda, an=ω2r olar. BS-də bucaq sürətinin vahidi radian/saniyədir (rad/san). Bucaq təcili - ədədi qiymətcə bucaq sürətinin vahid zamanda dəyişməsinə bərabər olan fiziki kəmiyyətə deyilir, BS-də vahidi rad/san2.
Solanum topiro
Solanum sessiliflorum (lat. Solanum sessiliflorum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Sərbəstdüşmə təcili
Düşən cisim - heç bir şey ilə dəstəklənmir (yəni sərbəst düşür) və yer üzərinə qravitasiya gücü ilə çəkilir. Qravitasiya - Yerin digər cisimləri özünə çəkmə gücüdür. Havanın müqaviməti olmadan cisimlər ilk dəfə Qalileyin ortaya çıxardığı sərbəstdüşmə qanununa əsasən yerə düşür. Cisim nə qədər çox müddət sərbəstdüşmədə olarsa onun düşmə sürəti bir o qədərdə artır.Sərbəst düşən bir cismin sürətlənməsi saniyədə 9,8 metrə bərabərdir.Bu o deməkdir ki,cisimin sürəti sərbəstdüşmədə olduğu hər 1 saniyədə 9,8 m/san artır.Düşmənin ilk saniyəsində isə onun sürəti 9,8 m/san-yə bərabərdir. Hava qatlarından keçən cisim isə bu proqreslə sürət yığa bilmir.Bu halda cisim yalnız müəyyən sürəti yığır. Havanın müqavimətinə görə cismin sürətinin müəyyən limit olur. Yəni müəyyən bir hava müqavimətində cisim yalnız o müqavimətə əsasən müəyyən sürəti yığa bilir. Bu hətta ağır cisimlərə belə aid olur.Düşmənin əvvəlində onlar müəyyən bir düşmə sürət alırlar yalnız onların düşmə sürəti artdıqca havanın müqavimətidə artır ki,bu da,onlara sürət limiti qoyur.Yəni sonda müqavimətin gücü qravitasiyanın gücünə bərabər olur və bundan sonra cisim artıq sürət yığa bilmir. O öz "son sürət"inə çatır və bundan sonra düşmənin sonuna kimi sürəti dəyişmir.
Tokizo İçihaşi
Tokizo İçihaşi (9 iyun 1909 - ?) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Tonino Querra
Tonino Querra (it. Tonino Guerra;16 mart, 1920, Rimini – 21 mart, 2012) — İtaliya şairi, yazıçısı və ssenaristi. Tonino Querra 16 mart 1920-ci ildə Rimini şəhəri yaxınlığında yerləşən kiçik Santarkancelo-di-Romanya kommunasında anadan olmuşdur. O, bütün ömrünü bu yerlərdə keçirmişdir. Urbino universitetinin pedaqogika fakültəsini bitirmişdir. Yazıçılığa hələ nasist konslagerində başlamışdır. 1953-cü ildən Tonino Querra kinofilmlərə ssenari yazmağa başlamışdır. Həmin filmlər klassik dünya kinosunun qızıl fonduna daxil edilmişdir. O, Cüzeppe de Santis, Mario Bolonyini, Damiano Damiani, Mario Moniçelli, Taviani qardaşları kimi rejissorlarla işləmişdir. Mikelancelo Antonioni onun ssenariləri əsasında "Macəra", "Gecə", "Tutqunluq", "Qırmızı səhra", "Şəkilböyütmə", "Zabriski Poynt" və s.
Torino FK
Torino FK (it. Torino Football Club 1906) — İtaliyanın Turin şəhərini təmsil edən futbol klubu. 3 dekabr 1906-cı ildə Yuventusun bəzi oyunçuları yeni klub açaraq adını Torino qoydular. Klub Milanın İnter klubunun yeniyetmələr komandasının və Torineze Komandasının bazasında yaradılmışdır. Klub ilk dəfə 1927-ci ildə İtaliya çempionu olmuşdur. 40-cı illərin ikinci yarısında Torinoya, İtaliya futbolunun əsas oyunçuları yığıldı. O zaman komandanın kapitanı Valentino Matsola idi. 1943-cü ildən başlayaraq komanda 5 il Skudettonu heç kimə vermədi. Növbəti dəfə komanda 1975-ci ildə Çempionluq ugrunda oynamaga başladı və 1976-cı ildə çempion oldu. Növbəti mövsüm isə ikinci yeri tutdu.
Toçiqi prefekturası
Toçiqi prefekturası — Yaponiyanın Kanto regionunda prefektura. Ərazisi 6 408 kvadrat-kilometr, əhalisi 2 005 000 nəfərdir. Mərkəzi Usnomiya şəhəridir.
Toşiko Yuasa
Toşiko Yuasa (湯浅年子, Yuasa Toşiko, 11 dekabr 1909, Ueno[d], Tokio – 1 fevral 1980, Ruan) – Fransada fəaliyyət göstərmiş Yaponiya nüvə fizikaçısı. Yaponiyanın ilk qadın fizikaçısı hesab olunur. "Yaponiyanın Mariya Kürisi" adlandırılır. Toşiko Yuasa 11 dekabr 1909-cu ildə Tokio şəhərinin Ueno rayonunda doğulmuşdur. Anası ənənəvi ədəbiyyat sahəsində tanınmış ailəyə mənsub idi, atası isə Yaponiya hökumətinin patent ofisində işləmiş mühəndis idi. Toşikonun 3 böyük bacısı və 3 qardaşı var olmuşdur. Toşiko Tokio Qadınlar Ali Normal Məktəbinin liseyindən məzun olmuş, daha sonra Tokio Qadınlar Ali Normal Məktəbinin elm fakültəsinə daxil olmuş və burada fizika üzrə ixtisaslaşmışdır. Onun fizikaya maraq göstərməsində atasının böyük təsiri olmuşdur. Toşiko 1931–1934-cü illərdə Tokio Bunrika Universitetində təhsil almışdır. Universitetin fizika fakültəsinin köməkçisi olmuş, atomlar və molekulyar spekroskopiya haqqında araşdırmalara başlamışdır.
Toşiro Mifune
Toşiro Mifune (yap. 三船 敏郎) — Yaponiya aktyoru. Daha çox rejissor Akira Kurosavanın filmlərindəki rolları ilə tanınır. Toşiro Mifune 1 aprel 1920-ci ildə Çin Respublikasının Sindao şəhərində yapon ailəsində anadan olmuşdur. Onun atası Tokudzo Mifune tacir olmaqla yanaşı, bir fotoatelyenin sahibi idi. Toşiro ailəsinin 1925-ci ildə köçdüyü Dalyan şəhərində böyüyür. Gəncliyində Toşiro öz atasının fotoatelyesində işləyirdi. 20 yaşına qədər Çində yaşamasına baxmayaraq, bir yapon vətəndaşı kimi Yaponiya ordusunda xidmətə çağırılmışdı. 1946-cı ildə Mifune ordudan tərxis edilir və o, Tokioya gəlir. O, operator köməkçisi kimi "Toho" kino şirkətində işə girir.
Yociro Takahaqi
Yociro Takahaqi (d. 12 avqust 1986) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Şociro Suqimura
Şociro Suqimura (4 aprel 1905 - 15 yanvar 1975) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kociro Serizava
Kociro Serizava (芹沢光治良, Serizava Kociro, 4 may 1897 – 23 mart 1993, Nakano) – Yaponiya romançısı. == Həyatı == Kociro Serizava 1897-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. Tokio Universitetini bitirdikdən sonra Kənd Təsərrüfatı və Ticarət Nazirliyində işləmişdir. 1925-ci ildə nazirlikdəki işindən çıxmış və təhsil almaq məqsədilə Fransaya səyahət etmişdir. 1929-cu ilə qədər Paris Universitetində iqtisadiyyat üzrə təhsil almışdır. Serizava vərəm xəstəliyindən müalicə almaq məqsədilə İsveçrədə yerləşən bir sanatoriuma yollanmış və yaşadığı təcrübələr əsasında "Burucoa" (1930) adlı hekayə yazmışdır. Bu onun ədəbi yaradılığının başlanğıcı olmuşdur. 1931-ci ildə "Asu o ote" romanını, 1932-ci ildə isə "İsu o saqasu" romanını yazmışdır. Bu romanlar Yaponiyadakı proletar ədəbi hərəkatına mənsub intellektuallar arasında baş verən münaqişələri təsvir edir. Serizava 1931-ci ildə Çuo Universitetində iqtisadiyyat dərsləri deməyə başlamışdır.
Toşiko Marks
Toşiko Marks (マークス寿子, Makusu Toşiko, 23 mart 1936, Tokio prefekturası[d] – 15 iyun 2024, London) – yaponəsilli Britaniya müəllifi. == Həyatı == 1936-cı ildə Yaponiyanın paytaxtı Tokioda doğulmuşdur. Doğum adı Toşiko Şimuradır. 1971-ci ildə Britaniyaya köçərək London İqtisadiyyat və Politologiya Məktəbində təhsil almışdır. 1976-cı ildə "Marks & Spencer" şirkətinin qurucularından birinin nəvəsi olan baron Maykl Marks ilə evlənmişdir. O, Britaniya vətəndaşlığı və baronessa titulu əldə etmişdir. Cütlük daha sonra boşanmışdır. 15 iyun 2024-cü ildə Londondakı evində ölmüşdür. == Fəaliyyəti == Mədəniyyət və gender məsələləri haqqında yazmışdır. Yaponiya ilə Britaniya mədəniyyətlərinin müqayisəsi üzrə tədqiqatçı olmuş, tez-tez iki ölkə arasında səyahət etmişdir.
Toşiko Şimura
Toşiko Marks (マークス寿子, Makusu Toşiko, 23 mart 1936, Tokio prefekturası[d] – 15 iyun 2024, London) – yaponəsilli Britaniya müəllifi. == Həyatı == 1936-cı ildə Yaponiyanın paytaxtı Tokioda doğulmuşdur. Doğum adı Toşiko Şimuradır. 1971-ci ildə Britaniyaya köçərək London İqtisadiyyat və Politologiya Məktəbində təhsil almışdır. 1976-cı ildə "Marks & Spencer" şirkətinin qurucularından birinin nəvəsi olan baron Maykl Marks ilə evlənmişdir. O, Britaniya vətəndaşlığı və baronessa titulu əldə etmişdir. Cütlük daha sonra boşanmışdır. 15 iyun 2024-cü ildə Londondakı evində ölmüşdür. == Fəaliyyəti == Mədəniyyət və gender məsələləri haqqında yazmışdır. Yaponiya ilə Britaniya mədəniyyətlərinin müqayisəsi üzrə tədqiqatçı olmuş, tez-tez iki ölkə arasında səyahət etmişdir.
Hideki Tojio
Hideki Toco (yap. 東条 英機; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar. == Karyerası == 1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı. == Ölümü == 1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.
Soçil Qomes
Soçil Qomes (ing. Xochitl Gomez; 29 aprel 2006, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Qomes 29 aprel 2006-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində meksikalı valideynlərin ailəsində anadan olmuşdur. Onun adı — Xóchitl Meksikanın yerli dili olan astek dilində "gül" deməkdir. Qomes 5 yaşında yerli musiqi videolarında rol almağa başladı. "Dayələr klubu" teleserialında görünməzdən əvvəl "Genetikalaşmış", "Reyvenin evi" və "Sən pisliyin təcəssümüsən" teleseriallarında rol almışdır. Qomes 2019-cu il filmi "Kölgə canavarları" filmindəki roluna görə 2020-ci ildə "Cavan Aktyor Mükafatı" qazandı. Həmin ilin sonunda Qomesin "Doktor Strenc: Dəliliklərin multikainatında" filmində Amerika Çavesi canlandıracağı açıqlandı. Qomes "Black Lives Matter" hərəkatına dəstək olaraq 2017-ci ildə "Qadın marşları"nda iştirak etmişdir.