Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atropa
Xanımotu (lat. Atropa) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Yayılması == Xanımotu cinsinin Azərbaycanda bir növünə — Qafqaz xanımotuna (Atropa caucasica Kr.) təsadüf edilir. Ona əsasən Böyük və Kiçik Qafqazın aşağı və orta dağ qurşaqlarında rast gəlinir. Meşələrdə, meşə açıqlıqlarında, yol və çayların kənarlarında bitir. == Növləri == Adi xanımotu (Atropa bella-donna L.) Qafqaz xanımotu (Atropa caucasica Kreyer) Sivri xanımotu (Atropa acuminata) - Hindistanda Himalay və Hindiquş dağlarında yayılıb. İspan xanımotu (Atropa baetica) - Piriney yarımadasında, Əndəlis və ya Bet dağlarında yayılıb Komarov xanımotu (Atropa komarovii) (= Atropa lutescens Blin. et Shal. (1944)) — Kopetdağda tapılıb. Sarı çiçəkləri və meyvələri ilə fərqlənir.
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Atropa acuminata
Sivri xanımotu (lat. Atropa acuminata) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa baetica
İspan xanımotu (lat. Atropa baetica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa belladonna
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir.
Atropa caucasica
Qafqaz xanımotu (lat. Atropa caucasica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 1-1,5 (2) m, gövdəsi düz, budaqlanmış, yaşıl, bəzən qırmızımtıl rəngli, çılpaq və ya demək olar ki, yuxarı hissəsi vəzili-tüklü olan çoxillik ot bitkisidir. Kökümsovu qalın, çoxgünbəzlidir, iri şaxələnmiş kökləri vardır. Çoxillik ot bitkisidir. Yarpaqları iri, yumurtaşəkilli və ya uzunsov-ellipsvaridir, tamkənarlıdır. Sivri və ya az sivriləşmişdir, qaidə hissəsində qısa saplağa (1-3 sm uzunluqda) daralmışdır,çılpaqdır və yaxud alt tərəfdən damarın üzəri tüklüdür. Hər iki tərəfdən çox az bozumtul nöqtəlidir (oturaq vəziciklər), yuxarı yarpaqlar cüt-cüt düzülmüş və eyni böyüklükdə deyil, uzunluğu 10-20 sm, eni 4-9 sm-dir.
Atropa komarovii
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa lutescens
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Dropa daşları
Dropa daşları və ya Dropa diskləri – Çində tapılan və 12.000 il əvvəl Yer planetinə qəza etmiş dropalılar tərəfindən yaradıldığı iddia edilən daşlar. == Tarixçə == === Kəşf olunması === 1938-ci ildə Pekin Universitetinin professoru Çi Pu Tenin başçılıq etdiyi arxeoloji ekspedisiya Bayan-Kara-Ula dağlarında tədqiqat aparırdı. Bu zaman qrup qəribə kəşf etdi. Dağ mağaralarının birində məzarlar və məzarların içində çox qırılqan, 130 sm uzunluğunda, kəllə sümükləri geniş insanabənzər skeletlər aşkar olundu. Mağaraların divarlarında isə günəş, ay, Yer, ulduz təsvirləri tapıldı. Sonra təsadüf nəticəsində qəribə daş disklər tapıldı. Onlar dairəvi idilər, ortalarında diametri 2 sm olan yumru dəlik vardı və bu dəliklərdən kənara incə spiral xəttlər çıxırdı. Bu disklərin sayı 716 ədəd idi. Onların yaşı 10–12 min il idi. Hər biri 2 sm qalınlığına və 25 sm diametrinə malik idi.
Dropa diskləri
Dropa daşları və ya Dropa diskləri – Çində tapılan və 12.000 il əvvəl Yer planetinə qəza etmiş dropalılar tərəfindən yaradıldığı iddia edilən daşlar. == Tarixçə == === Kəşf olunması === 1938-ci ildə Pekin Universitetinin professoru Çi Pu Tenin başçılıq etdiyi arxeoloji ekspedisiya Bayan-Kara-Ula dağlarında tədqiqat aparırdı. Bu zaman qrup qəribə kəşf etdi. Dağ mağaralarının birində məzarlar və məzarların içində çox qırılqan, 130 sm uzunluğunda, kəllə sümükləri geniş insanabənzər skeletlər aşkar olundu. Mağaraların divarlarında isə günəş, ay, Yer, ulduz təsvirləri tapıldı. Sonra təsadüf nəticəsində qəribə daş disklər tapıldı. Onlar dairəvi idilər, ortalarında diametri 2 sm olan yumru dəlik vardı və bu dəliklərdən kənara incə spiral xəttlər çıxırdı. Bu disklərin sayı 716 ədəd idi. Onların yaşı 10–12 min il idi. Hər biri 2 sm qalınlığına və 25 sm diametrinə malik idi.
Troya atı
Troya atı — müharibədə qalib gəlmək və Troya şəhərinə daxil olmaq üçün yunanlar tərəfindən istifadə edilmiş hiylə haqqında Troya müharibəsi əfsanəsi adlanırdı.10 illik nəticəsiz müharibədən sonra yunanlar böyük taxta at düzəldirlər və içərisində seçilmiş əsgərləri gizlədirlər. Yunanlar hiyləgərlik edərək özlərini elə göstərdilər ki, guya Troyalılara qələbə kuboku kimi at hədiyyə edirlər. Həmin gecə yunan qüvvələri atdan çıxıb ordunun daxil olması üçün qapıları açdılar. Yunanlar şəhərə daxil oldular və dağıntılar törətdilər. Yunanlar Troyanı ələ keçirmək üçün hiyləgər Odisseyin məsləhəti ilə taxtadan nəhəng at düzəldib, bir dəstə döyüşçünü bu atın içində gizləyir, özləri yaxınlıqdakı adaya gedirlər. Troyalılar atı dartıb şəhərə aparırlar. Gecə yunan döyüşçüləri atın içindən çıxıb yuxulu troyalılara hücum edirlər; yaxından adadan gizlincə qayıdan digər yunan döyüşçüləri də şəhərə soxulurlar. Yunanlar kişiləri qırıb, qadın və uşaqları əsir tutub, şəhəri qarət edərək yandırırlar. Onlar çoxlu qənimət ilə Yunanıstana qayıdırlar. Buradan Troya atı ifadəsi əmələ gəlmişdir; bu ifadənin mənası ele bir hədiyyə deməkdir ki, bu hədiyyə onu qəbul edən üçün təhlükəlidir.
Troya muzeyi
Troya muzeyi (türk. Troya müzesi) – Türkiyənin şimal-şərqin yerləşən qədim Troya şəhərinin arxeoloji bölgəsini əhatə edən muzey. Muzey 2018-ci ildə açılmışdır və müasir memarlıq üslubunda tikilmiş binada yerləşir. Muzey yeddi bölmədən ibarətdir və burada Troya, eləcə də, yaxınlıqda yerləşən qədim şəhərlərdən olan artefaktlar sərgilənir. Direktor Rıdvan Gölcükdür. Muzey 2020-ci ildə Avropada İlin Muzeyi mükafatının xüsusi kateqoriyasının qalibi olmuş, eləcə də, Avropa Muzey Akademiyasının xüsusi mükafatına layiq görülmüşdür. Muzey binası Troya şəhərinin ərazisinin 800 metr şərqində – Tevfikiye kəndində yerləşir. Muzey binası üçün elan edilmiş dizayn müsabiqəsinin qalibi 2011-ci ildə "Yalın Mimarlık" şirkəti olmuşdur. Şirkətin dizayn etdiyi bina müasir memarlıq üslubundadır. Tikinti işləri 2013-cü ildə başlamış, 2015-ci ildə dayanmış, lakin 2017-ci ildə davam etmişdir.
Troya müharibəsi
Troya müharibəsi — E.ə 1193–1183-cü illərdə Kiçik Asiyanın qərb sahillərində baş vermişdir. Yunan mifologiyasına əsasən hələ Homer eposuna qədər mövcud olmuş hadisədir. Mifologiyaya görə Troya şahzadəsi Paris öz gözəlliyi ilə məşhur olan Sparta çariçası Yelenanı qaçırdır. Qisas almaq üçün Axeylilər qoşun toplayaraq, böyük bir donamna ilə Troyaya hücuma keçirlər. On illik müharibədə çox itkilər verilir. Nəticə etibarilə Troya bir hiylənin qurbanına çevrilərək süqut edir. Troya şəhərində vətəndaş müharibəsi zamanı afinalılar tryolalıları məğlub etmiş və onları özlərinə tam tabe etmək üçün torpaqlarını duzlamışdır. Bununla da şəhərdə aclıq səfalət hökm sürmüşdür. Bir çox epik şairlər bu müharibəni əsərlərində əks etdirmişdirlər. E.ə.
Troya qazıntıları
Troya qazıntıları - Henrix Şliman Troya müharibəsinin qəhrəmanlarından olan Aqamemnonun qəbrini axtarmaq üçün Mikenaya yollanır. Mikenadan sonra Dardanel ətrafı ərazilərdə axtarışlara başlayır. Bu vaxt Troyanın axtarışları haqqında sərt tənqidlər və gərgin müzakirələr mövcud idi. Bəziləri şəhərin keçmiş Brunabaşi bölgəsində olduğunu iddia edirdi. Bir çoxları Troyanı Qıssarlıq təpəsinin yerində axtarmağı təklif etdilər. Şliman isə hər iki variantı dəyərləndirmək qərarına gəlir. Səfərinin nəticələrini ilk elmi-arxeoloji işi olan “İtaka, Peloponnes və Troya” kitabında əks etdirir. Kitab 1869-cu ildə nəşr olunub. O, öz vətənində, Meklenburq şəhərindəki Rostok Universitetinə tapıntıları tədqim edir. Yerli professorlar Şlimanın elmi işini təsdiqləyərək ona doktor adı verirlər.
Troya unsiyası
Troya unsiyası (ing. troy ounce) — 31,1034768 qrama bərabər olan kütlə vahidi. İngilis dilindəki troy ounce, troy weight terminləri ehtimal ki, Fransadakı Trua şəhərinin (fr. Troyes) adından götürülüb. Orta əsrlərdə Trua mühüm beynəlxalq ticarət mərkəzi və məşhur şampan yarmarkalarına ev sahibliyi edən şəhərlərdən biri olub və orada məhz həmin miqdarda unsiyanın tətbiq olunduğu güman edilir. Müasir dünyada bir troya unsiyası bank işində, qiymətli metalların kütləsini ifadə etmək üçün zərgərlikdə, eləcə də bəzi digər sahələrdə, məsələn, kosmetikada xüsusilə qiymətli maddələrin kütləsini ifadə etmək üçün geniş istifadə olunur. Qızıl, gümüş, platin və palladiumun troya unsiyası ilə beynəlxalq ifadəsi, müvafiq olaraq XAU, XAG, XPT və XPD-dir. İnvestisiya sikkələrinin kütləsi çox vaxt bir troya unsiyasının hissələri ilə göstərilir. İngilis qızıl funtu (və ya troya funtu, ing. troy pound) 12 troya unsiyasına və ya 373,2417216 qrama bərabərdir.
Troya (film)
Troya (ing. Troy) — 2004-cü ildə baş rolu Bred Pittin oynadığı Hollivud filmi. Filmin rejissoru Volfqanq Petersondur. Filmin çəkilişinə 175 milyon ABŞ dolları sərf olunub. Lakin 497 milyon 409 min 852 ABŞ dolları xeyir gətirib. Köhnə Yunanıstanda Troya Şahzadəsi Paris və Sparta Kraliçası Yelena arasındakı eşq nəticəsində iki ölkə arasında müharibə baş vermişdir. Helenanın əri Kral Menalay çox əsəbiləşmişdir. İntiqam almaq istəyən Menelaus, qardaşı Mikene Kralı Aqamemnonun da köməyi ilə Troyaya hücüm edir. Agamemnonun əsl məqsədi Egey dənizini ələ keçirməkdir. Lakin Troyanı ələ keçirmək asan deyil.
Topa Qalası
Topa Qalası — Şərur rayonunun Axura kəndində şərqdə, Havuş kəndinin cənub tərəfində,hündür dağ zirvəsində qala Axreoloji təqdiqatlar nəticəsində iri daşlardan inşa edilmiş qala divarlarının izləri aşkar olunmuşdur. Qala ərazisindən,əsasən,şirsiz saxsı məmulatı,həmçinin şirli qab hissələri, metal əşya qalıqları tapılmışdır. Tapıntılar XI- XVIII əsrəsrlər üçün səciyyəvədir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 562. ISBN 5-8066-1468-9.
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
Atropa bella-donna
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir.
Troya (film, 2004)
Troya (ing. Troy) — 2004-cü ildə baş rolu Bred Pittin oynadığı Hollivud filmi. Filmin rejissoru Volfqanq Petersondur. Filmin çəkilişinə 175 milyon ABŞ dolları sərf olunub. Lakin 497 milyon 409 min 852 ABŞ dolları xeyir gətirib. Köhnə Yunanıstanda Troya Şahzadəsi Paris və Sparta Kraliçası Yelena arasındakı eşq nəticəsində iki ölkə arasında müharibə baş vermişdir. Helenanın əri Kral Menalay çox əsəbiləşmişdir. İntiqam almaq istəyən Menelaus, qardaşı Mikene Kralı Aqamemnonun da köməyi ilə Troyaya hücüm edir. Agamemnonun əsl məqsədi Egey dənizini ələ keçirməkdir. Lakin Troyanı ələ keçirmək asan deyil.
Troya: Şəhərin süqutu (miniserial, 2018)
Troya: Şəhərin süqutu (ing. Troy: Fall of a City) — Troya müharibəsindən, həmçinin Paris və Yelenanın sevgisindən bəhs edən Böyük Britaniya-ABŞ mini-serialıdır. BBC One telekanalının sifarişi ilə çəkilmiş teleserialın prodüserliyi BBC One və Netflix tərəfindən həyata keçirilmiş, yayımına isə 17 fevral 2018-ci ildən Böyük Britaniyada BBC One telekanalında, NEtflix isə digər ərazilərdə başlamışdır. Lui Hanter - Paris Bella Deyn - Troyalı Yelena Devid Srelfall - Priam Frensis O'Konnor - Hekuba Tom Veston-Cons - Hektor Cozef Mavl - Odissey Xloya Pirri - Andromaxa Conni Harris - Aqamemnon Devid Qiyasi - Axilles Conas Armstronq - Menelay Alfred Enox - Eney Eymi-Ffion Edvards - Kassandra Hakim Kae-Kazım - Zevs Kris Fişer - Deifob Kristian Şumbi - Troil Aleks Lanipekun - Pandar Conatan Pinaar - Litos Devid Averi - Ksantias Leks Kinq - Afrodita Emi Luis Vilson - Briseida İndci Bekmann - Hera Şamila Miller - Afina Diarmeyd Murtaq - Hermes Tando Hopa - Artemida Nina Milner - Pentesileya Qreys Hoqq-Robinson - Hermiona Əsas çəkilişləri Keyptaunda aparılmış teleserial səkkiz seriyadan ibarətdir. Seriyalar Devid Farr, Nensi Harris, Mika Vatkins və Co Barton tərəfindən yazılmış ssenari əsasında Oven Harris və Mark Brozelin rejissorluğu ilə çəkilmişdir. Troy: Fall of a City — Internet Movie Database saytında.
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı (alb. Peizazhin e Mbrojtur Mali me Gropa-Bizë-Martanesh ) ― Albaniyanın mərkəzi hissəsində, Dayti Milli Parkı ilə sərhəddə yerləşən qorunan landşaft. Landşaft 25266,42 hektar ərazini əhatə edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) ərazinin V kateqoriyaya daxil etmişdir. Bölgə Plantlife tərəfindən beynəlxalq Mühüm Bitki Sahəsi (ing. Important Plant Area IPA) olaraq da tanınmışdır. == Vəhşi həyat == Landşaft flora və faunanın geniş müxtəlifliyini ehtiva edir. Sıx iynəyarpaqlı və enliyarpaqlı meşələr landşaftın ümumi sahəsinin 68%-ni təşkil edir. Landşaftın faunası 44 növ məməli, 130 növ quş, 23 növ sürünən və 12 növ amfibiyadan ibarət olmaqla 209 növlə təmsil olunur. Meşəlik ərazilərdə qəhvəyi ayı, boz qurd və vaşaq yaşayır.
Aeropa
Aerope yunan mifologiyasında Cretan kralı Katreusun qızıdır. Krala övladlarından biri tərəfindən öldürüləcəyi barədə xəbər verildiyi zaman, Aeropey və bacısını Naupliosa verdi ki, onları uzaqda qul kimi satsın. Mərhəmətli insan olan Nauplios onları Arqosa aparır və Aerope burada evlənir. Aqamemnon və Menalay adlı iki oğlu dünyaya gəlir. Aeropanın əri Atreusu, ərinin qardaşı Thyestes ilə aldatması bir sıra dəhşətli hadisələrin — Atrid dəhşətlərinin başlamasına səbəb oldu. Qadının özü Atreus tərəfindən dənizə atılır.
Jatropa
Yatrofa (lat. Jatropha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Kroda
Kroda — pagan və folk metal üslubunda musiqi ifa edən Ukraynalı musiqi qrupu. Qrupun musiqi mətnlərinin mövzusu Təbiət, Paqanizm və Tarixdir. == Tarixi == === 2003 === Qrup iki musiqiçi Eisenslav və Viterzgir tərəfindən 2003-cü ilin mart ayında yaradılmışdır. Eisenslav və Viterzgir qrupu yaradarkən hər ikisi artıq başqa proyektlərdə təcrübəyə malik idilər. Eisenslav və Viterzgir avropa folklor musiqisi və pagan konsepsiyalı Black Metal ifa etmək üçün səylərini birləşdirmək qərarına gəlirlər."Kroda" sözü qədim qərbi slavyan dilindən götürülmüşdür və tərcümədə "dəfn tonqalının tüstüsü" mənasını verir. Əfsanəyə görə qəhrəmanların cəsədini tonqalda yandırdıqdan sonra onların ruhu tüstü vasitəsilə tanrıların dərgahına qalxırdılar. Tüstü bir növ Roda vasitəçi rolunu oynayırdı.Sanskrit dilində Kroda sözü qəzəb, şiddət mənasın verir. Beləliklə, adın mənası qrupun konsepsiyasını göstərir. Bu ilin may ayından oktyabr ayınadək qrupun debüt albomu "Поплач мені, річко…" yazılmışdır. === 2004 === 2004-cü ilin yazında qrup "Поплач мені, Річко… " Rarog Prodsda kaset variantın yazdırır.
Propan
Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir. Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu −42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır. 0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir. Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Oroga
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.