TORBA

is.
1. Balaca kisə.
[Gülnisə:] Ana, düyü torbası haradadır? Ə.Haqverdiyev.
[Qəhrəman:] Özümü pulemyot qoyulan, torpaq doldurulmuş torbanın arxasına yıxdım. H.Nəzərli.

// Minik və ya yük heyvanını dayanacaqlarda yemləmək üçün içinə yem tökülüb boynundan asılan kiçik kisə. At elin, torba əmanət, bizim daha nəyimiz var? ( Ata. sözü ).
Cəmil arpanı xəlbirləyib, atların torbasına tökdü, torbaları atların başına keçirtdi. Ə.Vəliyev.

2. dan. Torba tutan qədər şeyin ağırlığı.
Bu sözlərdən sonra Camal əmi səliqə ilə … bir torba qovurğa, bir torba iydə yeşiyə qabladı. Ə.Vəliyev.

3. Bədənin bu və ya başqa bir yerində içinə irin, su, hava və s. yığılmış sallaq şiş, ur, tuluq.
◊ Boynuna torba salmaq – dilənçilik etmək, dilənmək.
Axırda tamahkar qarı boynuna torba salıb şəhərə yollandı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TORBA TORBA [Adolf:] Mən bir qara torbadan başqa heç bir əza görmədim (S.S.Axundov); KİSƏ Fikr eyləsin asan tutacaq səni; Xəyali-xam ilə atıb kisəni (Q
  • TORBA kisə
TORANLIQ
TORBACIQ
OBASTAN VİKİ
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi.Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur.Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Torbalı
Torbalı (türk. Torbalı) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 36 km-dir. İlçənin şimalında Buca və Kamalpaşa, şərqində Bayındır və Tirə, cənubunda Səlcuq, qərbində isə Menderes ilçələri yerləşir. İlçənin sahəsi 577 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 185,908 nəfərdir.
Typhlodromus torbatejamae
Typhlodromus torbatejamae (lat. Typhlodromus torbatejamae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus torbatejamae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.

Digər lüğətlərdə

апре́ль берёзка затиха́ть захребе́тничек компа́ртия лицеи́стка огра́нка отто́пывать перевоплоща́ть стерилизова́ться два́жды доскака́ться зару́ливать кокс audible counterscarp fence-mending paraborne буфет обсадить приценяться расходиться родной треволнение ультрамариновый