Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Tetri
Tetri (gürc. თეთრი) — Gürcüstanda istifadə edilən metal pul vahidi. 1 lari = 100 tetri. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Təqti
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Tyeri
Tyeri (fr. Thiéry) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 22,24 km², əhalisi — 101 nəfərdir (2006) artım tendensiyası ilə: 104 nəfər (2012), əhalinin sıxlığı 4,7 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 102 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 104 nəfər.
Portu-Aleqri
Portu-Aleqri — Braziliyada yerləşən şəhər. Riu-Qrandi-du-Sul ştatına daxildir.
Tyerri Anri
Tyerri Anri (17 avqust 1977[…]) — keçmiş Fransa futbolçusu. Anri peşəkar karyerasını 1994-cü ildə "Monako" klubunda başlayıb, oradan ilk dəfə olaraq milli komandaya çağırılıb. 1998-ci ildə futbolçunu Turinin Yuventus klubu alır. Yuventusda Anri sol cinah yarımmüdafiəçisi rolunda oynayır, lakin uğursuz sezondan sonra, 1999-cu ildə o 10,5 mln funt sterlinqlə Londonun Arsenal klubuna keçir. Arsenalda Anri dünya ulduzuna çevrilir. Arsen Venqerin məşqçiliyi altında Anri klubun güclü hücumçusu olur. O, dörd dəfə İngiltərə Çempionatının bombardiri və iki dəfə Qızıl buts mükafatını qazanır. 2005-ci ildə Anri Arsenalın tarixi ərzində ən sərrast bombardiri olur. Tyerri iki dəfə dünyanın ən yaxı futbolçusu adına təklif olunub və iki dəfə İngiltərə Premyer-Liqası mükafatını qazanıb. Arsenalda keçirdiyi axırıncı iki ildə Anri komandasının kapitanı olur, 2006-cı ildə isə komandasına UEFA Çempionlar Liqasının finalına çıxmağa kömək edir, halbuki 2007-ci ilin iyununda Arsenalda keçirdiyi səkkiz ildən sonra 16.1 mln funt sterlinqlə Barselonaya transfer olunub.
Tyerri Lermit
Tyeri Lermit (fr. Thierry Lhermitte; 24 noyabr 1952, Bulon-Biyankur) — məşhur fransız aktyor, rejissor və ssenarist.
Tyerri Müqler
Tyerri Müqler (fr. Thierry Mugler, 21 dekabr 1945[…], Strasburq – 23 yanvar 2022, Vensen) — fransız modelyer və fotoqrafı. Tyerri Myuqler 1948-ci ildə Strasburqda doğulub. Balet onun uşaq həvəsi idi — onun bu sahədəki müvəffəqiyyətləri Milli Reyn operasının rəhbərliyini elə təsirləndirmişdi ki, daha yeniyetmə olan Myuqler truppanın daimi tərkibinə girdi. Amma zamanla cavan oğlanın əsl istedadı göründü – Strasburqda dekorativ sənət məktəbinin bədii kurslarını bitirən 24 yaşlı Myuqler Fransanın paytaxtına Gudule butiki üçün geyimlər tikməyə yola düşür. Cəmi 2 ildən sonra Tyerri hər mövsümə 12 kolleksiya yaradaraq Parisdə, Milanda, Londonda və Barselonada müxtəlif Moda Evlərində frilanser işləyir. Bu uzun yaradıcılıq yollarının yekunu şəxsi Café de Paris kolleksiyası oldu– uniseks-in üstün tərzinin fonunda o açıq qadın ehtirasının əsl triumfu oldu. 1974-cü ildə ilk kolleksiyanın uğuru Thierry Muglerin şəxsi brendinin açılışı üçün bütün əsasları verdi. Dizaynerin sevimli materialları — laykra, dəri, Cersi və vinil, sevimli formaları isə — sərt konstruksiyalar və detalların bolluğudur. Myuqler tematik kolleksiyaları təcrübədən keçirir: 1977-ci ildə nümayişlər hərbi mövzuda qoyulmuşdu, 1997-ci ildə – hər şey avtomobillərə həsr edilmişdi, 1998-ci ildə isə podiumda "avtomatlaşdırılan" geyimlər hökm sürürdü.
Tyerri Nuar
Tyerri Nuar (fr. Thierry Noir) – Berlində yaşayan fransız küçə sənətçisi . O, Berlin divarında rəsmlər çəkən ilk küçə rəssamı hesab olunur. 5 il ərzində Berlin divarının 5 km-ə yaxın hissəsini rəsmlərlə bəzəmişdir. 1958-ci ildə Fransanın Lion şəhərində anadan olmuş və həyatının ilk illərini də burada keçirmişdir. Burada həyatda heçnəyə nail olmayacağını anlayıb gözlənilmədən 1982-ci ildə Qərbi Berlinə köçmüşdür. Başlıca səbəb kimi musiqilərinin fanatı olduğu Devid Boui və İqqi Pop kimi sənətkarların həmin dövrdə orada yaşaması göstərilir. Maddi imkanı olmadığından Berlin divarı yaxınlığındakı Mariannenplatzda yerləşən və 1978-ci ildə qeyri-leqal olaraq gənclər mərkəzi kimi fəaliyyət göstərən baxımsız xəstəxanada məskunlaşmışdır. Qaldığı bina onun kimi maddi imkanı olmayan bir çox rəssamın sığınacağına çevrilmişdi. Tyerri ömrünün 20 ilini burada yaşamışdır.
Xan-Tenqri
Xan-Tenqri (qaz. Хан Тәңірі, qırğ. Кан-Теңири, çin. 汗腾格里峰) — Tyan-Şan dağ silsiləsində yerləşən dağ zirvəsi. Xan-Tenqri İsıkgölün şərqində Çin-Qırğızıstan-Qazaxıstan sərhəddində yerləşir. Onun geoloji hündürlüyü 6,995 metrdir, ancaq onun buz örtüyü ilə birlikdə hündürlüyü 7010 metrə çatır. Buna görə alpinizm dairələrində və SSRİ-də Qar bəbiri mükafatı kriteriyasında bu dağ hündürlüyü 7000 metrlik zirvə sayılır. Xan-Tenqri adının hərfi mənası Qazaxca Kral Səması mənasına gəlir və çox güman ki, bu ad ilahi Göy Tanrıya istinad edir. Bəzi digər yerli dillərdə Xan Tenqri Şingi, Kan-Too Çokusu, Pik Xan-Tenqri, və Xantenqri Fenq kimi də adlanır. Xan-Tenqri Tyan-Şanda hündürlüyünə görə ikinci dağ zirvəsidir.
Luici Negri
Luici Negri (it. Luigi Negri; 5 noyabr 1947, Kodogno, İtaliya) — İtaliyalı siyasətçi və memar, Lega Nord Partiyasının üzvü. 1956-cı ildə Kodognoda anadan olmuşdur. 1992–2001-ci illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. İncəsənət tarixinə olan marağı onu hər şeydən əvvəl çini araşdırmalarını genişləndirməyə və toplamağa yönəltdi.
Meqri armudu
Meqri kəklikotu
Meğri rayonu
Meğri rayonu (və ya Mığrı) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Meğri şəhəridir. Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir. Toponimin türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır. Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir.
Meğri silsiləsi
Meğri silsiləsi (erm. Մեղրու լեռնաշղթա) və ya Mığrı-Güney silsiləsi — Ermənistanın cənubundan başlayaraq Azərbaycanın Zəngilan rayonu ərazisinə qədər uzanan dağ silsiləsi. Silsilə Zəngəzur silsiləsondən başlayaraq Oxçuçayın qərb sahillərinə və cənub-şərqdə Araz çayına qədər uzanır. Ənhündür nöqtəsi Baqassar dağıdır (3256 m). Şimal hissəsi Sikax qoruğu ərazisindədir. Silsilə subtropik iqlimə malikdir. Qışda daimi küləklər müşahidə edilir. Silsilənin uzunluğu 46 km təşkil edir. Sulksilə qranit və qranodioritlərdən təşkil olunmuşdur. Şimal yamaclarında 1200 – 1800 m arası palıd yayılmışdır.
Meğri çayı
Meğri çayı – Zəngəzurun Oxçu və Meğri dərələrini ayıran Cibənd dağ silsiləsindən başlayır, Lehvaz dərəsindən keçərək Meğri çökəyinə, oradan isə Araz çayına tökülür: Vartanizor çay, Lehvaz çay, Lişk çay kimi qolları vardır. Zəngəzurun su hövzələri şəffaflığı, duruluğu və iti axarı ilə seçilir. Bu çaylarda dağ çaylarına məxsus çox dadlı və ləzzətli forel, bığlı balıq, göy balıq, daban balığı olur.
Nüvədi (Meğri)
Nüvədi (1994-cü ildən: Nrnadzor) — Zəngəzur mahalının Meğri rayonunda kənd. Nüvədi kəndinin adı 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Masırı nahiyəsinin kəndi olaraq adı çəkilir.(25 ailə yaşadığı) Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir. Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx, "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur. 25 oktyabr 2020-ci ildə Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət ediblər. 18 iyun 2021-ci ildə Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar. 452 ailə adından hazırlanan, onların hər birinin imzaları və müvafiq sübutlarla təqdim edilən müraciət 55 vərəqdən ibarətdir.
Seyidlər (Meğri)
Seyidlər kəndi, Vardanazor (Vartanazur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. XIX əsrin əvəllərində kəndin adı Vardanazor kimi rəsmiləşdirilimişdir. Toponim seyidlər tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 36 nəfər, 1873cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır.
Tağamir (Meğri)
Tağamir — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda olmuş kənd. Tağamir kəndinin adı 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Kəhram Sahibi nahiyəsinin kəndi olaraq adı çəkilir.(18 ailə yaşadığı)Tağamir kəndi isə Liçk (erməni kəndi) kəndinə qatılmışdır 1946-cı ildə kənd ermənicə Liçk adlandırılmışdır. Toponimdəki "taq" sözünün türk dillərində taq (Azərbaycan dilində daq) sözündən ibarət olması aydın deyil. Onu həm də "taqvarı tikinti" kimi ("Kitabi Dədə Qorqud"da "taqlı ev", Xaqani Şirvaninin bir şeirində "taqlı çadır" — bax: Xaqani, Seç. əsərləri Bakı, 1987, s. 317) də başa düşmək olar. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur. 1922-ci ildə onun bir hissəsi geri qayıdaraq məskunlaşmışdır.
Terri Adams
Terri Adams — Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin sabiq prezidenti Azərbaycanda dəniz neft sənayesinin inkişafında, bu sahədə beynəlxalq əməkdaşlığın qurulmasında və onun genişləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1998-ci il tarixli, 671 nömrəli Fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Terri Belzemo
Terri Foks
Terri Foks (ing. Terry Fox; 28 iyul 1958, Vinnipeq – 28 iyun 1981, Nyu-Uestminster[d], Britaniya Kolumbiyası) — kanadalı atlet və xərçəngin müalicəsində könüllü surətdə iştirak etmiş aktivist. Terri Foks 1958-ci ildə Kanadanın Manitoba əyalətində yerləşən Vinnipeq şəhərində anadan olmuşdur. Bir ayağı protez olmasına baxmayaraq, 1980-ci ildə başladığı məşhur Ümid marafonu adlı qaçış təşkil etmişdir. Kanadanı bütünlüklə əhatə edən bu marafon sayəsində Terri insanlardan pul yığaraq, xərçəng xəstəliyinin tədqiqatına xərcləməyi düşünmüşdü. Bu yürüyüşdən 9 ay sonra Terri vəfat edir. 1981-ci ildən isə hər il onun adına qaçış turniri təşkil edilir.
Terri Kryus
Terrence Alan "Terry" Crews (ing. Terry Crews; 30 iyul 1968) — ABŞ aktyoru.
Terri İqlton
Terensi Fransis İqlton (22 fevral 1943) — Britaniyanın ən yaxşı ədəbi tənqidçisi kimi tanınan məşhur ədəbiyyat nəzəriyyəçisidir. 40-dan çox kitab yazmışdır. Bunlara "Ədəbiyyat nəzəriyyəsi:Giriş" "Estetikanın ideologiyası" "Postmodernizm illüziyaları" kimi kitablar daxildir. Terri İqlton Salfordda irland katolik ailəsində respublikaçılıq meyilləri ilə böyümüşdür. Katolik qrammatika məktəbində təhsil almışdır. Iqlton elmi dərəcələrini Kembricdə almışdır. "Ədəbiyyat nəzəriyyəsi:Giriş" (1983) İqltonun ən məşhur əsərlərindəndir. Burada XIX əsr romantiklərindən XX əsr postmodernistlərinə qədər olan ədəbiyyatın xüsusiyyətləri öz əksini tapıb. İqltonun mrksizmlə bağlı əsərləri də vardır. "Nəzəriyyədən sonra" (2003) əsəri müasir dövrün mədəni və ədəbi nəzəriyyəsindən bəhs edir.
Vəng (Meğri)
Vəng — Meğri rayonunun inzibati ərazi vahidində kənd.