Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Stoun Taun
Stoun Taun — Zənzibarın mərkəzi. Vaxtı ilə burada Afrikanın ən böyük qul bazarı olmuşdur. İndi onun yerində kilsə var. Stoun Taun UNESKO-nun mühafizə etdiyi qeyri-adi qapıları ilə məşhurdur. Onların forması hindistanlılardan götürülüb. Üzərində fillərdən müdafiə üçün nəzərdə tutulan kürəciklər var, qapının bəzəyi isə ev sahibinin ibadət etdiyi dini və maddi vəziyyətini əks etdirir. Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Kobern-Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kobərn Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kupers-Taun
Kupers-Taun (ing. Coopers Town) — Baham adalarında şəhər. Abako adalarına aid Böyuk Abako adasında yerləşir. Şəhər adanın ən şimal hissəsində yerləşir. 1870-ci illərin sonlarında Böyük Bahama adasından olan Albert Butlun ailəsinin üzvləri tərəfindən yaradılmışdır. Əvvəlcə Kupers-Taunda ananas yetişdirildi və dəniz süngərləri yığılırdı, lakin XX əsrin sonunda onlara tələbat praktiki olaraq yox olmuşdur. Buna səbəb şəhər ərazisində təbii limanın olmaması idi. 1992–2002 və 2007–2012-ci illərdə Baham adalarının baş naziri olmuş Hubert İnqrem uşaqlığını Kupers-Taun şəhərində keçirmişdir.
Roud Taun
Roud Taun (ing. Road Town) — Britaniya Virgin adalarının paytaxtı. Tortola adasında yerləşir. Əhalisi 9400 nəfər (2004). Adı dəniz termini olan «ing. the roads» yaranıb. Sahildən aralı gəminin yakorla dayanması belə adlanır. Dənizdən 67 akr ərazi qurudularaq, Bikxem-Bey (Wickham Bay), tutizm üçün istifadə edilir. Şəhərdəki ən qədim bina 1840-cı ildə tikilən Meyn strit (Main Street), kral həbsxanasıdır. Şəhər Karib dənizində yaxta kirayələmək mərkəzi sayılır.
Taun (roman)
Taun (fr. La Peste) — Alber Kamünün 1947-ci ildə yayımlanmış romanı. Kamyu romanda Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını müxtəlif sətiraltı ifadələr ilə məna verərək anladıb. Kitabda edilən bənzətmələrin ən vacibi bütün Avropaya, sanki qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsidir. Fransanın İkinci Dünya Müharibəsi əsnasında məruz qaldığı alman işğalı və Fransada işğala qarşı yaranan Müqavimət (Résistance) hərəkəti romanda vəbaya qarşı alınan tədbirlər ilə əlaqələndirilir. Kitabın sonuna qədər dastançının şəxsiyyəti naməlum qalır. İnsanların həyatla ölüm arasında qaldığı incə xətti taun adını verərək təsvir edən Kamyu dolayı yoldan ateizmi də müdafiə edir. Romanın başlıca xüsusiyyətlərindən biri də əhvalatın yaşandığı Oran şəhərini oxucuya şəhəri görmüş kimi əks etdirməsidir. Taun Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir və bir növ onların simvoludur.
Taun həkimi
Taun həkimi (ing. Plague doctor) — taun xəstəliyindən əziyyət çəkən insanların müalicə edilməsi üçün fəaliyyət göstərən həkim. Taun həkimləri xüsusi ilə kənd və şəhərlərdə epidemiyaların yayılmağa başlamasından sonra müqavilə ilə müalicə üçün ərazilərə gətirilirdi. Bəzi taun həkimləri, daha çox gəlir əldə etmək məqsədi ilə insanlara saxta xüsusi müalicə üsulları təklif etməkləri ilə tanınmışdır. Bu həkimlər tibb təhsili almış peşəkar həkimlər deyildilər, əsasən bu işi sonradan öyrənib, əldə etdikləri təcrübələr əsasında insanlara yardım etməyə çalışırdılar. Taun həkimlərinin nadir hallarda olsa da, bəzi xəstələrə köməklik etdiyi məlumdur. Əsas məsələlərdən biri işini bilən həkimlərin çox az olması idi. Taun həkimləri xəstələri özləri tərəfindən hazırlanmış müqaviləyə uyğun formada müalicə etməyə üstünlük verirdilər. Bu müqavilə taun həkimi müqaviləsi adlanır və xidməti göstərən şəxs ilə şəhər və ya kənd şurası arasında imzalanırdı. Avropanın bir şəhərində eyni vaxtda iki və daha çox taun həkiminin işlədiyi hallar da mövcud idi.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Teun Biyleveld
Teun Biyleveld (27 may 1998-ci ildə Niderlandda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. Biyleveld AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Biyleveld öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə Ceymi Yakobsu əvəz etmişdir. Həmin görüşdə Yonq AZ liqa görüşündə AFC-ya 1-0 hesabı ilə qalib gəlmişdir. Biyleveld 1 iyul 2017-ci ildə Yonq Ayaks klubuna transfer olmuşdur. O, klub ilə debütünü 18 avqust 2017-ci ildə etmişdir. O, 72-ci dəqiqədə Matusiva ilə əvəz olunmuşdur. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Kambuura 2-1 hesabı ilə qalib gəlmişdir. 22 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Lo Çuen Tsun
Lo Çuen Tsunq (8 oktyabr 1963) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Lo Çuen Tsunq Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Lo Çuen Tsunq Honq Konqu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Lo Çuen Tsunq Honq Konqu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Taun həkimi müqaviləsi
Taun həkimi müqaviləsi (ing. Plague doctor contract) — Orta əsrlərdə taun həkimləri ilə xəstəliyin yayıldığı şəhər və ya kənd administrasiyasının rəhbərliyi arasında imzalanan müqavilə. Müqaviləyə əsasən həkimlərin epidemiyanın yayıldığı ərazilərdə hansı şərtlər və tələblər daxilində fəaliyyət göstərəcəkləri detallı şəkildə qeyd edilirdi. Bu tip müqavilələrin bəzi nümunələri Avropanın bir çox şəhər arxivlərində saxlanılmaqdadır. Taun həkimi kimi fəaliyyət göstərən insanların əksəriyyətinin tibb sahəsi üzrə təhsilləri yox idi. Bu insanlar çox zaman kənd və şəhərlərin düşmüş olduğu ağır vəziyyətlərdən istifadə edərək insanları sağalda biləcəklərinə inandırır və onlara xüsusi müalicə üsulları təklif edirdilər.
Taun həkiminin kostyumu
Taun həkiminin kostyumu (ing. Plague doctor costume) — Orta əsrlərdə taun həkimləri tərəfindən istifadə edilmiş kostyum. Geyim bütün üzü və bədəni örtəcək şəkildə hazırlanmışdır. Kostyumun burun hissəsinin uzun olmasının səbəbi şəxsin müxtəlif ətirli qoxuları rahat hiss etməsi üçün nəzərdə tutulmuşdu. Orta əsrlərdə hesab edilirdi ki, taun xəstəliyinin yayılmasının əsas yollarından biri də natəmiz qoxulardır.
Nəcib Tun Əbdürrazaq
Mohd Najib bin Tun Abdul Razak (malay Mohd Najib bin Tun Haji Abdul Razak); (a.o. 23 iyul 1953-cü il, Kuala-Lipis, Paxanq, Malay Federasiyası) — Malayziya dövlət və siyasi xadimi, Malayziyanın 3 aprel 2009-cu ildən Baş Naziri. Nəcib 2020-ci ilin iyul ayında Malayziyanın 1MDB məsələsi ilə bağlı korrupsiya iddiaları ilə əlaqədar olaraq 12 mənzərədən həbsə məhkum edilmişdir. Bu cümlə 2022-ci ilin 23 avqust tarixində Federal Məhkəmə tərəfindən təsdiq olundu. Hal-hazırda o, Kacanq Həbsxanasında həbs edilir.
Tun Bağa Tarxan
Tun Bağa Tarxan — Uyğurların dördüncü xaqanı. İdigəni öldürməsindən sonra taxta çıxan Bayan Çur xaqanın qardaşı Tun Bağa Tarxan Çin hakimiyyətini qəbul etdi və Tenqriçiliyə geri qayıtdı. Hakimiyyətə gələndən sonra əsas fəaliyyəti digər uyğur əsilzadələrini öldürmək olan xaqan 788-ci ildə Çinlilərlə yeni bir müqavilə imzaladı. Müqaviləyə görə: Xaqan - imperatorun vassalı elan olunur. Uyğur səfiri 200dən çox atlı saxlaya bilməz. Çin 1000 at qarşılığında ipək verəcək. Uyğurlar Çinə hücum etməyəcək. Xaqan 789-cu ildə imperatorun qızı Yünan (uyğurca titulu - Qutluq Bilgə Konçuy) ilə evlənəndən bir il sonra öldü. Yerinə oğlu Tolosu keçdi.
Stayvesant Taun — Piter Kuper Villic
Stayvesant Taun — Piter Kuper Villic (ing. Stuyvesant Town—Peter Cooper Village) — Nyu-York şəhəri Manhetten borosunun cənub hissəsindəki İst Sayd rayonuna aid yaşayış sahəsi. Sahə Stayvesant Taun və Piter Kuper Villic adlı iki mikrorayondan ibarətdir. Birincinin şimal sərhədi 14-cü küçə, cənub sərhədi isə 20-ci küçədə bitir; ikincinin şimal və cənub sərhədi isə müvafiq olaraq həmənki 20-ci və 23-cü küçələrdir. Hər iki mikrorayon Birinci və S prospektləri hüdudlarında yerləşir. Mikrorayonlar 6-cı Manhetten İcma Şurasının səlahiyyətindədilər. Stayvesant Taun və Piter Kuper Villicdə Nyu-York metropoliteninin Birinci Avenü stansiyası yerləşir. 2012-ci ilin sentyabr ayına olan məlumata əsasən, ərazidə M9, M14A, M14D, M15, M23 və M34A avtobus marşrutları fəaliyyət göstərilər. Kenneth T. Jackson, Lisa Keller, Nancy Flood. The Encyclopedia of New York City (2).
Amun
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Dyun
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. == Xarakteristikası == Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Fyun
Fyon (dan. Fyn) — Danimarkanın ərazisinə daxil olan adalar arasında sahəsinə görə Zelandiya və Vensyossel-Tidən (Qrenlandiya və Disko adası istisna olaraq) sonra üçüncüdür. Sahəsi 2984,56 km² təşkil edir. 2009-cu il məlumatına görə adada 453 700 nəfər yaşayır. Sahilləri alçaqdır. Ən hündür nöqtəsi 131 metrdir. Əsas şəhəri Odansedir. Ada Kiçik Kəmər boğazı üzərində yerləşən iki körpü ilə Yutlandiya yarımadasına birləşir. Birinci körpü 1930-cu illərdə avtomobil və dəmiryolu məqsəfinə xidmət edirdi. 1970-ci illərdə ikinci körpü tikilir.
Oyun
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunları Kino "Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film. Musiqi "Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
İyun
"İyun" ilin 6-cı ayıdır. 30 gündən ibarətdir. Romanın panteon ilahəsi sayılan "Yunona"nın adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.
Şxun
Şxun — iki və daha artıq dor ağacı olan yelkənli gəmi. Şxun ingilscə “Schonner” sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı. Sonrakı dovrdə şxun daxili yanma muhərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır.
Dəvə (oyun)
Dəvə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.