Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üzük-üzük
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Umus
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
Uzux
Uzux — türk və altay mifologiyalarında, əfsanələrdə, nağıllarda bəhs edilən nəhəng insanlardı. Uzuğ və ya Uğuz olaraq da bilinirlər. "Ucugulu" və ya "Uzunbuluk" adıyla da xatırlanırlar. Çox qədim dövrlərdə yaşamış, iricüssəli varlıqlardır. Günəş onların sobası olacaq qədər uzun və böyükdürlər. Yeməkləri günəşə qaldırıb elə bişirirər. Nəhəng xalçalar toxuyurlar. Min ildən çox yaşayırlar. Çinar qədər boyları olduğu və üç yüz il yaşadıqlarını da deyirlər. Başı buludlara qədər uzanır.
Üzüm
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Hüseyni (üzüm)
Hüseyni — Üzüm növü. Sortun vətəni Orta Asiyadır. Hüseyni ərəb sözü olub "gözəl" və "yaxşılıq" deməkdir. Ən çox Özbəkistanda və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın əksər rayonlarında və ən çox Şəmkirdə yayılmışdır. Bir çox variasiyaları vardır. Ağ Hüseyni gilələri boğmalı olan, boğulma gilənin ortasındadır; Hüseyni Lyunda – gilələri silindrikdir, ağdır, gəlinbarmağı gilələri ensiz və nazikdir; çəhrayı Hüseyni – Hüseyni Lyunda kimidir, ancaq çəhrayıdır. Bunların içərisində Hüseyni Lyunda geniş yayılmışdır. Təsvir də buna görə aparılmışdır. Kolları güclü böyüyəndir. Kordon formaları bu sorta uyğun gəlir.
Kosmik uçuş
Kosmik uçuş — Yerdən atmosfer xaricində və ya kosmosda reallaşdırılan səfər. Kosmik uçuşkar insanlı və ya insansız kosmik gəmilər vasitəsiylə elmi, hərbi və ya kommersiya məqsədləri ilə həyata keçirilir. == İnsanlı və insansız kosmik uçuş == İnsanlı kosmik uçuşlara Rusiyanın Soyuz programını, Amerika Birləşmiş Ştatlarının Speys Şattlını, Beynəlxalq kosmik stansiyanı nümunə göstərə bilərik. İnsansız səfərlərə digər göy cisimlərinə göndərilən tədqiqat robotları və ya Yerin orbitinə göndərilən kommunikasiya peykləri nümunə olaraq verilə bilər. 1957-ci il 4 oktyabrda "Sputnik-1" adlı Yerin ilk süni peyki SSRİ tərəfindən orbitə buraxılmışdır.İlk dəfə insansız kosmik uçuş 1942-ci il 3 oktyabrda "Fau-2" alı dünyada uzaq mənzilli ilk ballistik raketi ilə baş tutdu. == Komersiya uçuşları == Kommersiya məqsədli kosmik uçuşlara kosmik turizm misal gətirilə bilər.
Mədəni üzüm
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Ulus (Bartın)
Ulus (türk. Ulus) — Bartın ilinin ilçəsi. Ulus ilçəsinin tarixinin eramızdan əvvəl 3000-cü ilə aid olduğu güman edilir. Eramızdan əvvəl 800-2000 illərində ilk basqınlar, şərqdən, sonra qərbdən köçlər oldu, Hetlilər və müasir Qazqolar uzun müddət bu bölgədə məskunlaşmışlar. Anadolu Səlcuqlu dövründə Ulus Candaroğulları Knyazlığının sərhədləri daxilində qalmışdır. Osmanlı dövründə ilçə kiçik bir yaşayış məntəqəsi olaraq qaldı və ticarət, siyasi, hərbi hadisələr olmadı. Ulus Safranbolu ilçəsinin məhəlləsi olmuş, 8 avqust 1944-cü ildə Zonquldak ilinə bağlanmışdır. 3760 nömrəli, 28 avqust 1991-ci il tarixli qanunla Bartın ilinin bir ilçəsi olmuşdur. Rayon ümumiyyətlə kobud əraziyə malikdir. Bölgənin əsas bitki örtüyü meşədir.
Ulus (qəzet)
Ulus (qəzet, Azərbaycan)
Ulus dağı
Ulus dağı – Culfa rayonu ərazisində dağ (hünd. 966,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, onun qərb yamacında, Qaradərəçayın sol sahilində zirvə. Dizə kəndindən 2 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Pilələr sinklinalının şimal-şərq qanadında yerləşir.
Ulus dövlət
Milli dövlət — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur. Ümumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi.
Ulus meydanı
Ulus meydanı (türk. Ulus Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. Meydanda olan Mustafa Kamal Atatürk heykəlinin adı "Ulus Zəfər Anıtı"dır. Meydanın adı Türkiyənin qazandığı Türkiyə Qurtuluş Savaşından gəlməkdədir. Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. Meydandakı zəfər anıtı heykəli 1938-ci ildə Heinrich Krippel tərəfindən nəzərdə tutulmuşdur. Krippelin hazırladığı Atatürk heykəli meydanın simvolu halına gəlmişdir. Meydanda olan digər "Marşal Atatürk Anıtı"nın (1927) heykəltəraşı Pietro Canonicadır.
Uzun-Aral
Uzun-Aral — boğaz Aral dənizinin şərq və qərb hissələrini birləşdirir. Uzun-Aral boğazı 1989-cu ildə Aral dənizinin səviyyəsinin enməsi ilə yaranmışdır. Boğaz Kulandı yarımadasını Vozrajdeniya adasından ayırır. 2000-ci ildə Böyük Aral dənizi şərqi və qərbi olmaqla iki yerə bölünmüşdür. 2008-ci ildən iki hissə yalnız kiçik boğazla birləşmişdir. Bu boğaz sayəsində hər iki göllə əlaqə təmin edilir. Axın əsasən şərqdən qərbədir. 2009-cu ildə şərqi göl tamamən qurumuşdur. Bir il sonra isə göl Amudəryanın hesabına yenidən dolmuşdur. Yay ayı şərq gölü tamamən qurusa da yenidən dolur.
Uzun Həsən
Uzun Həsən (tam adı: Həsən ibn Əli ibn Qara Yuluq Osman Bayanduri; 1423, Diyarbəkir – 6 yanvar 1478, Təbriz) — Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Azərbaycan padişahı, Ağqoyunluların IX hökmdarı və sülalənin ilk sultanı (padşah). Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında yazır: 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Osmanlılar Qaraqoyunlu Cahanşah və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.
Uzun boşluq
Uzun boşluq, uzun şpasiya – ölçüsü şriftin punktla ölçüsünə bərabər olan sözlərarası boşluq; məsələn: 12-punktlu şriftdə bu, eni 12 punkt olan boşluq olacaq. İngilis dilindəki adı (em space) onunla izah olunur ki, bəzi şriftlərdə belə boşluğun ölçüsü baş M hərfinin eninə bərabər olur ki, o da öz növbəsində şriftin punktla ölçüsünə bərabərdir.
Uçuş məsafəsi
Uçuş məsafəsi — təyyarələrin təkərlərini yerdən kəsmək üçün lazım olan uçuş-enmə zolağının uzunluğuna verilən addır. Uçuş məsafəsinin hesablanması təyyarənin mühərrikinin tam gücü ilə işlədiyi və flap səviyyələri uçuş səviyyəsində olduqda hesablanır. Təyyarənin nə qədər müddət yer üzərində hərəkət etdikdən sonra uçmağa başlaması Təyyarənin bütün xüsusiyyətlərindən asılı olan bir dizayn parametridir. Məsələn, eyni çəkidə daha güclü bir mühərrik bir təyyarəyə quraşdırıldıqda, qanadların təyyarəni qaldıra biləcəyi sürət daha qısa məsafədə əldə edilə bilər. Və ya təyyarənin cari çəkisi uçuş məsafəsinə təsir göstərir. Dizayn parametri olduğundan, təyyarənin ağırlığına, sürütlənməsinə və qalxmasına təsir edən hər hansı bir dəyişiklik bu parametri də dəyişdirəcəkdir. Bundan başqa, uçuş zolağının nə qədər mükəmməlliyi, hava şəraiti, uçuş-enmə zolağının yerləşdiyi yerin hündürlüyü, küləyin istiqaməti kimi xarici amillər uçuş məsafəsinə təsir edir. Təyyarə qanadları təyyarənin ağırlığını tarazlayacaq bir qüvvə meydana gətirən kimi uçuş həyata keçirilir. Pilotun simmetrik olmayan qanad profillərinə müdaxiləsi lazım deyildir. Simmetrik olmayan profillərdə isə daşıyıcı qüvvə hücum bucağı ilə meydana gəldiyindən pilot hündürlük sükanı və ya digər uçuş idarəetmə vasitələrindən istifadə edə bilər.
Uçuş simulyatoru
Aviasiya (pilotaj) trenajoru — pilotların yerüstü hazırlığı üçün nəzərdə tutulmuş uçuş simulyatorudur. Aviasiya trenajorunda trenajorun hesablama kompleksinin proqram təminatında həyata keçirilən xüsusi modellərin köməyi ilə aparat-proqram kompleksi vasitəsilə, uçuş dinamikası və hava gəmisi (HG) sistemlərinin işi imitasiya olunur. Aviasiya trenajorunda pilotların hazırlanması — HG-nin təhlükəsiz istismarının təmin edilməsinin ən mühüm elementlərindən biridir. Bu, insan amilinin mənfi təsirini minimuma endirməyə imkan verir, yəni təyyarə heyətinin səhv hərəkətləri ehtimalını minimuma endirməyə imkan verir. Trenajor hazırlığının aktuallığı insan amilinin aviasiya qəzalarının əsas səbəbi olmağa davam etməsi səbəbindən sabit bir yüksəliş tendensiyasına malikdir. Bundan əlavə, EHM-in hesablama gücünün sürətlə artması müasir aviasiya trenajorlarını elə inkişaf səviyyəsinə çatdırmağa imkan verib ki, trenajorlarda pilotların hazırlanması real təyyarədə hazırlıqdan daha effektivdir. Aviasiya trenajorlarının bu cür effektivliyi onların yüksək hazırlıq intensivliyinin təmin edilməsi imkanları ilə şərtlənir. Belə ki, əgər real uçuşda ekipaj konkret təlim tapşırıqlarının yerinə yetirilməsilə bağlı olmayan, məsələn, uzun müddətli "qutu üzrə uçuş", hündürlüyün yığılması, zonaya uçuş və s. yerinə yetirilməsilə bağlı gündəlik əməliyyatların yerinə yetirilməsinə əhəmiyyətli vaxt ayırmalıdırsa, trenajorda isə xüsusi proqram təminatı uçuş şəraitini, havanı, coğrafi mövqeyi, təhlil və təkrarlama üçün tapşırığın yerinə yetirilməsini dayandırmağa və s. imkan verir.
Təbrizi (üzüm)
Təbrizi — üzüm sortu. Azərbaycanın ən keyfiyyətli süfrə üzümlərindəndir. Yarandığı vaxtdan Təbrizi adlanır. Azərbaycanda, Gürcüstanda və Dağıstanda geniş yayılıb. Rusiyada, Ukraynada, Moldovada və Orta Asiya respublikalannda əkinləri vardır. Çoxlu sinonimlərə malikdir. Gəncədə hər bir həyətdə və təsərrüfatda Təbrizi sortu vardır. Sortun adının Təbrizi olması keçmişdə Azərbaycanla İranın (xüsusilə Təbrizin) yüksək ticarət əlaqələri ilə bağlıdır. Kolu güclü böyüyəndir. Çiçəkləri öz-özünü tozlayandır.
Üzüm soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Uzun ev
Uzun ev (hərfi tərcümədə ing. longhouse) — arxeologiya və antropologiyada tək otaqlı uzun dar ev növü. Tarixin müxtəlif dövrləri və tarixdən əvvəlki Avropa və Kolumbiyadan əvvəlki Amerikadan müasir Asiyaya qədər müxtəlif xalqlar üçün xarakterikdir. Bu, pastoral mədəniyyət üçün ən xarakterikdir və çox vaxt bütün iqtisadiyyatı birləşdirir: yaşayış yeri, heyvanlar üçün tövlə və anbar. Tipik olaraq, Avropadakı Neolit dövrü uzun evi, orta əsr Dartmur uzun evi və hindi uzun evi də daxil olmaqla, daimi taxta tikintinin erkən formasını təmsil edirdi.
Uzun illər
Uzun il — hal-hazırda istifadə etdiyimiz Qriqori təqvimində fevral ayı 28 gün əvəzinə 29 gün çəkən və 365 gün əvəzinə 366 gün davam edən hər dördüncü il. Bunun səbəbi Yer planetinin Günəş ətrafında tam dövretmə vaxtının (astronomik il), Günəşin eyni meridiandan iki dəfə keçməsi arasındakı ortalama vaxtın tam günə bərabər olmamasıdır. Belə ki, bir astronomik il 365 gün yox, 365,242 gündür. Əksərən uzun illər 4-ə qalıqsız bölünən illərdir: 1992, 1996, 2000, 2004, 2008, 2016, 2020, 2024 və s. Ancaq bu halda astronomik ilin 365,250 olması lazım idi. Bu rəqəm isə 365,242 gün olduğu üçün qaydanın iki istisnası vardır: 100-ə qalıqsız bölünən illərdən ancaq 400-ə qalıqsız bölünənlər uzun il sayılır: 1200, 1600, 2000, 2400 uzun illərdir (400-ə qalıqsız bölündüyü üçün), ancaq 1700, 1800, 1900, 2100 uzun il deyildir (4-ə qalıqsız bölünməyinə baxmayaraq). Astronomik ili daha da dəqiqləşdirmək üçün 4000-ə qalıqsız bölünən illər də (400-ə tam bölünməsinə baxmayaraq) uzun il kimi qəbul edilməyəcək: 4000, 8000, 12000, 16000 və s.
Uçuş rejimi
Uçuş rejimi — aktivləşdirildikdə cihazın radiotezlik (RF) siqnal ötürmə texnologiyalarını (məsələn, Bluetooth, telefoniya və Wi-Fi) dayandıran və elektron cihaz proqram təminatı müəllifi tərəfindən düzgün tətbiq edildikdə bütün analoq səs və rəqəmsal məlumat xidmətlərini effektiv şəkildə söndürən, smartfonlarda və digər portativ cihazlarda mövcud olan parametr. Rejim əksər aviaşirkətlər uçuş zamanı RF siqnallarını ötürən avadanlıqların istifadəsini qadağan etdiyi üçün belə adlandırılıb. Tipik olaraq, uçuş rejimində telefon zəngləri etmək və ya mesaj göndərmək mümkün deyil, lakin bəzi smartfonlar təcili xidmətlərə zəng etməyə imkan verir. Əksər cihazlar mətn və ya e-poçt mesajları yazmaq üçün e-poçt proqramlarından və digər mobil proqramlardan davamlı istifadə etməyə imkan verir. Mesajlar daha sonra, yəni uçuş rejimi söndürüldükdən sonra göndərilmək üçün yaddaşda saxlanılır. Wi-Fi və Bluetooth, təyyarənin operatoru tərəfindən icazə verildiyi hallarda cihaz psevdo-təyyarə rejimində olarkən ayrıca aktivləşdirilə bilər. RF siqnallarının qəbulu (radio qəbulediciləri və peyk naviqasiya xidmətləri kimi) uçuş rejimi tərəfindən dayandırıla bilməz. Lakin, həm ötürücülər, həm də qəbuledicilər, hətta onlara cavab vermədikdə belə, zəngləri və mesajları qəbul etmək üçün lazımdır. Təyyarə rejimində olan zaman cihazın ötürücüləri bağlandığından, rejim enerji istehlakını azaldır və batareyanın ömrünü uzadır.
Tək Üzük
Tək Üzük, həmçinin Hakim Üzük və ya İsildurun Zəhəri — Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının hadisələrin mərkəzində olan obyekt. Tək Üzük ilk dəfə 1937-ci ildə nəşr olunan "Hobbit"də xatırlanır. Hekayədə Tək Üzük sahibinə görünməzliyi təmin edən sehrli üzük kimi təsvir edilir. 1954–1955-ci illərdə nəşr olunan "Üzüklərin hökmdarı" seriyasında Tək Üzüyün səlahiyyətlərinin, sahibinə görünməzlik verməkdən daha böyük xüsusiyyətlərə malik daha qaranlıq bir obyekt olduğu ortaya çıxır. Tək Üzük Qaranlıq hğkmdar Sauron tərəfindən Orta Dünyanı ələ keçirmək planının bir hissəsi olaraq yaradılmışdır. "Üzüklərin hökmdarı" Sauronun bu məqsədə çatmasının qarşısını almaq üçün Üzüyü məhv etmək missiyası ilə uzun bir səyahətdən bəhs edir.
Üzük qardaşlığı
Üzük qardaşlığı — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının üç cildindən birincisi. Ondan sonra "İki qüllə" və "Kralın qayıdışı" kitabları gəlir. Əsərin hadisələri Orta Dünya adlı uydurma kainatda baş verir. Kitab ilk dəfə 29 iyul 1954-cü ildə Birləşmiş Krallıqda nəşr edilmişdir. Cild ön sözdən, "Hobbitlər haqqında və digər məsələlər" adlı proloqdan, I və II Kitabdakı əsas povestdən ibarətdir. Bu kitab oxuculara Hobbitlər dünyasını anlamağa kömək edir.