Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
İlinka
İlinka Beçile (rum. Ilinca Băcilă; 17 avqust 1998, Tırqu-Mureş[d]) — Rumıniya müğənnisi və yodelçi. O, Aleks Florea ilə birlikdə Rumıniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2012-ci ildə İlinka Rumıniyanın Românii au talent məharət yarışmasında iştirak etmişdir. 2013-cü ildə gənc müğənni Quattro qrupunun üzvü olaraq Rumıniyanın The X Factor musiqi yarışmasında iştirak etmişdir. Eyni zamanda İlinka 2014-cü ildə Rumıniyanın The Voice səs yarışmasında iştirak etmiş və yarışmanın yarımfinal mərhələsinədək yüksəlmişdir. Rumıniyanın TVR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi milli seçim turunda qalib gələn İlinka "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Avroviziya səhnəsində İlinkanı Aleks Florea müşayiət etmişdir. Uzun məşqlərdən sonra İlinka və Aleks 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə 174 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdırlar.
Elita
Elitar(lat. electus - "seçilmişlər") — cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosial qruplar. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna da aid edilir. Xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri Elita-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә Elita vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә Elitanın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan Elitanın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); Elita bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi Elita versiyaları Elitanın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir. "Elita" sözü ilk dəfə olaraq XVII əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, ilk növbədə parça üçün işlədilmişdir.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Seymdəki əsas siyasi partiyalar == Vətən Birliyi - Litva Xristian Demokratları Liberallar Hərəkatı Litva Kəndlilər və Yaşıllar İttifaqı Litva Sosial Demokrat Partiyası "Litva Uğrunda" Demokratlar İttifaqı Azadlıq Partiyası Litva Regionlar Partiyası Litvada polyakların seçki aksiyası – Xristian Ailələr Alyansı == Əhali == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Litva əhalisi 3199,8 min nəfər idi. Onlardan 2142,8 min nəfəri şəhərlərdə, 1057 min nəfəri isə kəndlərdə yaşayırdı. 1 mart 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən isə ölkə əhalisi 2 milyon 939 min 431 nəfər təşkil edir. === Din === 2011-ci ilin senzi göstərmiş ki, əhalinin 77,2%-i Roma katolikləridir.
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Ulina
Pentanema (lat. Pentanema) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Amblyocarpum Fisch. & C.A.Mey.
Elitsa Todorova
Elitsa Todorova (Bolqarca: Елица Тодорова; 2 sentyabr 1977, Varna) — Bolqarıstanlı müğənni. == Həyatı == 2 sentyabr 1977-ci ildə anadan olmuşdur. Elitsa Todorova Stoyan Yankulov ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməyiblər.
Konstantin Qlinka
Konstantin Dmitriyeviç Qlinka (1867–1927) — rus və sovet torpaqşünası, geoloq, professor və SSRİ EA-nın üzvü. == Elmi fəaliyyəti == Bu dövrdə torpaqşünaslığın inkişafında K. D. Qlinkanın mühüm rolu (1867–1927) olmuşdur. O, Baş Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur. Onun tərəfindən dağ süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür. K. D. Qlinka torpaqşünaslığa dair 1908-ci ildə nəşrdən çıxmış və altı dəfə təkrar nəşr olunmuş fundamental dərsliyin müəllifi olmuşdur. K. D. Qlinka Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq) kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V. V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunun təşkilatçılarından biri olmuşdur. K. D. Qlinka rus və sovet torpaqşünaslıq elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır. == Xarici keçidlər == Глинка Константин Дмитриевич.
Mixail Qlinka
Mixail İvanoviç Qlinka (rus. Глинка, Михаил Иванович; 20 may (1 iyun) 1804 – 15 fevral 1857[…], Berlin[…]) — tanınmış Rusiya bəstəkarı. Mixail İvanoviç Qlinka 1804-cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. Uşaqlıq illərini orada keçirmiş, Rus təbiətini müşahidə etmiş və Rus kəndlilərinin həyatı ilə yaxından tanış olmuşdur. Kiçik yaşlarından müstəqil olaraq fortepiano, skripka və fleytada çalmağı öyrənir. O, yüksək mədəniyyəti və hərtərəfli inkişafı ilə fərqlənirdi. İspan,italyan,fars və s. kimi 8 xarici dil bilirdi. 1817-ci ildə Mixail Peterburqda olan "Nəcib pansiona" daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.
Nikolay Qlinka
Qlinka Nikolay Leonidovic Polyak mənşəli qədim zadəgan nəslindən olan N. L. Qlinka Smolensk quberniyasının Poreçensk qəzasının Kovşır kəndində podporuçik Leonid Alekseyeviç Qlinkanın ailəsində 7 may 1887-ci ildə anadan olmuşdur. 1893–1900-cü illərdə Nikolay Qlinka Smolenskin Aleksandrovski qimnaziyasında təhsil almışdır. 1900–1902-ci illərdə Moskva universitetinin təbiət şöbəsinin fizika-riyaziyyat fakültəsində təhsilini davam etmişdir. Lakin 19 may 1902-ci ildə tələbələrin siyasi çıxışlarının iştirakçısı kimi universitetdən xaric edilmiş və 3 ay həbs olunmuşdu. Almaniyaya qetdikdə, Nikolay Hottinq universitetinə daxil olmuş və orada 1905-ci ildə kimya üzrə ibtidai elm dərəcəsi almışdır. Həmin ildə o M. D. U.-nə bərpa olundu və 1908-ci ildə I dərəcəli diplom ilə universiteti bitirdikdən sonra kimya kafedrasında saxlanılırmışdır. 1911-ci ildə öz rəhbəri N. D. Zelinski və 3 müəllim yoldaşları ilə istefa verərək universiteti tərk etdilər. Bu, onların xalq təhsili naziri L. A. Kassonun özbaşınalığına qarşı etiraz idi. 1912–1924-cü illərdə N. L. Qlinka Podolskda real kollecdə müəllimlik etmiş, orada kimya laboratoriyasını təşkil etmişdir, məktəbdə kimyanın öyrənilməsinin yeni metodikalarını inkişaf etdirmişdir və onların tətbiqi ilə çox ciddi məşqul olmuşdur. 1918-ci ildə kollec məktəb kimi fəaliyyətə başlamışdır (hal-hazırda Podolsk Bələdiyyə ümummitəhsil təşkilatı ̶ "Lisey № 1") və N. L. Qlinka onun direktoru olmuşdur.
Uliaqa adası
Uliaqa adası (ing. Uliaga Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. Yaşayışı olmayan, diametri 3,8 km olan ada. Dörd Dağ adaları qrupunun ən şimal adasıdır. Adada sönmüş vulkan vardır. Maksimal hündürlüyü 888 metrdir. Soyuq dəniz iqliminə sahibdir. Duman və atmosfer yağıntıları adi haldır.
İlinka (Uçalı)
İlinka (başq. Ильинка, rus. Ильинка) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 34 km, kənd sovetliyindən (Abzak): 2 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 7 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (82 %) üstünlük təşkil edir.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Elita (dəqiqləşdirmə)
Elita — cəmiyyətin yüksək ixtisaslı şəxsləri. Elita (şərab) — Azərbaycan şərabı. Elita (qəzet) — 1996-2000-ci illərdə çıxan həftəlik ictimai-siyasi qəzet.
Fyodor Litke
Fyоdоr Pavlоviç Litkе (1797–1882) — rus səyyahı, tədqiqatçısı == Həyatı == F.R.Litkе Pеtеrburqda çinоvnik ailəsində anadan оlmuşdur. Yaşından validеynlərini itirmiş əmisinin yanında ağır həyat tərzi kеçirməklə böyüyən rus cоğrafiyaşünasıdır. Əmisinin yanındakı ağır həyat tərzinin Litkе bеlə хatırlayır: "Acından ölməyə qоymamaq üçün küçədən götürülən uşaq kimi baхırdılar, uşaqlıq dövrümdən хоşagələn hеç bir хatirə qalmadı." 1812-ci ildə 15 yaşında ikən dоnanmanda хidmət еtməyə başlayır. 1817-1819-cu illərdə V.M.Qоlоvninin rəhbərliyi altında "Kamçatka" gəmisində dünya səyahətində iştirak еdir. 1821-1824-cü illərdə Yеni Tоrpağın öyrənilməsi üçün təşkil оlunmş еkspеdisiyanın rəisi оlmuşdur. Dörd dəfə bu tоrpağa еkspеdisiya təşkil еtməklə əldə оlunmuş faktiki matеriallara əsaslanmaqla "Şimal Buzlu оkеanına dörd dəfə səyahət" əsərini yazır. Bu kitab оnun şöhrətlənməsində böyük əhəmiyyət kəsb еdir. Qоlоvinin təklifi ilə Yеni Tоrpaq еkspеdisiyasına rəhbərlik еdən Fyоdоr Pavlоviç Litkе adanın sahil хətlərinin dəqiqliklə öyrənilməsini və хəritəyə köçürülməsini qarşıya bir məqsəd kimi qоymuşdur. Səyahətin birinci ili dənizçilər Arktika şəraitində tədqiqat aparma üsulları ilə tnış оlurlar. Növbəti ilin yayında Kоla yarımadasında Murmansk sahillərini öyrənməklə Yеni tоrpağa dоğru üzürlər.
Kiçik Litva
Kiçik Litva (lit. Mažoji Lietuva; alm. Kleinlitauen‎; pol. Litwa Mniejsza; rus. Máлая Литвá) və ya Prussiya Litvası (lit. Prūsų Lietuva; alm. Preußisch-Litauen‎, pol. Litwa Pruska) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi. == Adı == Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub. Litva əyaləti , Litva rayonları ), Litva dairəsi və ya sadəcə Prussiya Litvası və ya Litva ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi.
Litke adaları
Litke adaları — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Nordenşeld arxipelaqına daxil olan beş əsas qrupdan birini təşkil edir. Ruskiy adasından cənubda yerləşir. Qrupa 10 iri və bir necə kiçik adalardan ibarətdir. Adalar 33 km məsafədə uzanır. Cənubunda yerləşən Paxtusov adalarından Lenin boğazı ilə ayrılır. 3,5 km şərqdə isə Şərq adaları qərarlaşır. Adalar 1901-ci ildə Fyodr Litkenin şərəfinə adlandırılmışdır. == Tərkibi (qərbdən şərqə) == Torosnıy adası — 42 metr hündürlüyə sahib qayadan ibarət olan iri ada.
Litva coğrafiyası
Litva — Avropada, Baltik dənizinin sahilində yerləşən dövlət. Sahəsi 65 300 km² təşkil edir. Sərhədlərinin ümumi uzunluğu — 1 273 km, Belarusiya ilə cənub və cənub-şərqdən — 502 km, Latviya ilə şimaldan — 453 km, Polşa ilə cənubdan — 91 km, Rusiya (Kalininqrad vilayəti) ilə isə qərbdən — 227 km. Sahil xəttinin uzunluğu — 99 km. Ərazisi əsasən düzənlikdən ibarətdir. Ölkənin ən hündür zirvəso Aukştoyo (Aukštojo kalnas) dağıdır. Ölkənin cənub-şərqində, Vilnyusdan 23,5 km aralıda yerləşir. Hündürlüyü 283,84 metr təşkil edir. İri çayları — Neman çayı (Нямунас, lit. Nemunas) və Neris çayı (lit.
Litva dili
Litva dili (lietuvių kalba) Hind-Avropa dillərinə mənsub, əsasən Litvada istifadə olunan dil.
Litva futbolu
== İlkin mərhələsi == == Hazırkı vəziyyəti == == Həmçinin bax == Litva Birlik Kubokunda == Xarici keçidlər == League321.com - Lithuanian football league tables, records & statistics database.
Litva litası
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Litva tarixi
Litva tarixi — Litvanın tarixi. “Tarixdə bir hadisə o birisinin ardınca gəlir, bir yerdə onlar bütöv bir zəncir təşkil edirlər. Keçmişin səhvləri gələcək nəsillərə təsir edir. Əgər dövlət müstəqilliyini itirirsə, sonralar o ya bərpa olunur, ya da birdəfəlik dünya xəritəsindən silinir, xalq isə məhv olur.” Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronoslav Qenzelis belə təsdiq edir. == Litva Mindauqasın dövründə == Mindauqasın Litvası qılınc, qan və kül ilə yaradılırdı. Litvanın Mindauqasın hakimiyyəti altında yaranması, dövlətin yaranması demək idi. Bir millətin ərazisində, başda monarx olmaqla, mülkədarlar sinfinin hakimiyyəti yarandı. Bu təsərrufat, siyasi kommunikasiya və Qərb feodallarının Şərq ölkələrinə törətdiyi təzyiqin qarşısında, ölkəni xarici təhlükədən qorumaq üçün əlverişli şərait yaratdı. XI-ci əsrin sonundan bu ölkələri kəndli üsyanları bürüdü, şəhərlər daha güclü surətdə özlərini bürüzə verməyə başladılar. Bu müəyyən mənada feodal istismarın qarşısını alırdı, dünyəvi və kilsə feodallarını isə başqa ölkələrdə varlanmaq mənbəsi axtarışına sövq edirdi.
Litva tatarları
Litva Tatarları, ən qədim milli azlıqlardan biri hesab edilən Litva Respublikasında və Litvanın tarixi torpaqlarında yaşayan bir etnik qrupdur. == Mənşəyi == Litva tatarları türk və monqol tayfalarının nəslindəndir. Onların əcdadları Qızıl və Böyük Orda (Volqaboyu), Krım xanlığından çıxmadırlar. Litva tatarları müxtəlif qruplara aid idilər və qıpçaq dialektlərində danışırdılar. Litva tatarları digər xalqların və dinlərin əhatə yaşadıqlarına görə 16-cı əsrdə öz ana dillərini itirməli olsalar da, onlar öz etnik mədəniyyətlərini, milli və dini mənsubiyyətlərini qoruyub saxlayıblar. Litva tatarlarının əksəriyyəti sünni müsəlmanlardır. 1998-ci ildə Litva müsəlmanlarının mənəvi mərkəzi – müftiyət bərpa olunmuşdur. Litva tatarlarının məscidləri Nemejisdə və Qırx Tatar kəndində, Rayjyay və Kaunasda fəaliyyət göstərir1. Müharibədən əvvəl Litvada mövcud olmuş altı məsciddən ikisi dağıdılıb: Vilkavişk rayonunun Vinkşnupyay kəndində – İkinci Dünya müharibəsi zamanı və Vilnüsdə (Lukişkes) — Sovet dövründə. Müxtəlif dövrlərdə Böyük Litva Knyazlığında 60-a yaxın məscidin və ya Litva tatarlarının ibadət evlərinin mövcud olduğu təxmin edilir.
Litva yəhudiləri
Litva yəhudiləri ( idiş ליטוואַק‎ dilindən Litvak və ya litvek) — Aşkenazi Yəhudilərinin ərazi və linqvistik alt qrupudur və onlarla tarixi bağlılığı olan Ortodoks iudaizmi Böyük Litva knyazlığı ərazisində meydana gəlmişdir. == Fərqli xüsusiyyətlər == === Dil === Litva yəhudiləri aşkenazi yııhudilərinin ərazi linqvistik altqrupu kimi şimal-şərq və ya litva (var idiş ליטװיש‎ litvish) İdiş dili dialektində danışırlar. Bu dialekt tarixən müasir Belarusiya, Latviya, Litva, Rusiya, Ukrayna və Polşanın bəzi bitişik bölgələrində yayılmışdır . Polşa-Litva Birliyinin dövründən bəri, Polşa-Litva dövlətinin daxili ərazi bölgüsü ilə əlaqədar olaraq, Yəhudi mənbələrində bu şimal-şərq dialekti ərazisi "Litva" ( idiş ליטע‎ . lite) paytaxtı və bölgədəki Yəhudi mədəniyyət mərkəzi isə Vilnüs — "Litvanın Qüdsü" ( Ashkenazi Aramaic ירושלים דליטא, erusholayim d'lito) adlandırılır. === Ənənələr === Litvak Yəhudiləri etnolinqvistik bir alt qrup olaraq, özlərinin Yəhudi ləhcəsi və İvrit dili və Arami dilinin uyğun tələffüzünə əlavə olaraq həm də ənənəvi mətbəxin bəzi özünəməxsus xüsusiyyətlərinə də malikdirlər. Aşkenazi Yəhudilərinin yaşayış yerinin şimal bölgələrində (yəni Yəhudi Litvasında, yuxarıya bax) Hasidizmin çiçəkləndiyi dövrdə, əsasən Vilna Gaonun (Litva ənənəsində: Rabbi Eliyohu ben Shleime Zalmena) təsiri sayəsində geniş yayıla bilmədi, əksinə tərəfdarları. Hasidizmin tərəfdarlarına misnagdim ("etirazçılar") adlanan deyildi . Sonradan, bütün misnagdim (Vilna Gaonun ardıcılları, Hasidizmin əleyhdarları) yerləşməsindən və icma mənşəyindən asılı olmayaraq Litvaks adlandırılmağa başladılar. == Tarix == XIX əsrin ortalarından etibarən, yeşiva adlanan mərkəzləri Vilna Gaon ardıcılları tərəfindən Dünya Yeşivası, Voloj və Ponejeva olan dini təhsil üzrə öz sistemlərini inkişaf etdirdilər.
Litva şəhərləri
Litva şəhərlərinin əlifba sırasıyla siyahısı.