Elm və dünya əlaqələri üzrə Paquoş konfransı
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı (ing. Pugwash Conferences on Science and World Affairs) — sülh, tərksilah və beynəlxalq təhlükəsizlik tərəfdarı olan, nüvə müharibəsinin qarşısının alınması üçün elmi əməkdaşlıq.
Paquoş hərəkatı 1955-ci ildə, o cümlədən Albert Eynşteyn, Frederik Jolio-Küri, Bertran Rassel, Maks Born, Leopold İnfeld, Persi Bricmen, Cozef Rotblat və Laynus Polinq daxil olmaqla 11 dünyaca şöhrətli alimlər arasında yaranmışdır. Hərəkat nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinə qarşı qurulan konfrans idi. 1957-ci il 7-10 iyul tarixində Amerikalı sənayeçi Sayrus İtonun dəstəyi ilə alimlərin ilk görüşü keçirilmişdir.
== Əsas mərhələləri ==
1987-ci ildə Paquoş Beynəlxalq Tələbə və Gənclər hərəkatı yaradılmışdır. 2013-cü ildən etibarən Avropa ölkələrinin "AvroPaquoş" Paquoş komitələri birliyi fəaliyyət göstərir və beynəlxalq forumlar hər il müxtəlif ölkələrdə keçirilirdi.
Paquoş hərəkat iştirakçılarının ideyalarının yayılması üçün dövri nəşrlər buraxılırdı:"Elm və dünya əlaqələri üzrə Paquoş konfransı"(1957-ci ildən etibarən hər il), "Paquoş Xəbər bülleteni" (1963-cü ildən), "Paquoş Nadir sənədlər" (2000-ci ildən), xüsusi monoqrafiyalar və hesabatlar.
1957-ci ildən 1967-ci ilədək Elm və dünya əlaqələri üzrə Paquoş komitəsinin sədri Bertran Rassel olmuşdur. 1967-ci ildə elm adamları Paquoş Hərəkatının prezidenti vəzifəsini təsis edənlər:
Con Kokroft
Xouard Flori
Frensis Perren
Mixail Millonşikov
Yevgeni Rabinoviç
Hannes Alven
Doroti Xockin
Cozef Rotblat
Maykl Frensis Atya
Monokompu Svaminatan
Cayanta Canapala
2017-ci ildə Sercio Duarte prezident seçildi..