Üryan Xıdır
Sultan (Üryan) Xıdır ziyarətgahı, Türkiyədə, Tunceli bölgəsində Pərtək-Hozat yolu kənarında bir təpənin üzərində yerləşən Dorutay (Zeyvə) kəndindədir. Bu kənddə Üryan Xıdırın (Sultan Xıdırın) ziyarətgahı var. Bu ocaq övladı olmayanlar, dəlilər və əlacı olmayan xəstələrin üz tutduqları müqəddəs yerdir. Ocağın Adıyaman, Malatya, Çorum, Sivas, Kahramanmaraş və Ərzurumda da ziyarətçiləri var. Ayrıca Suriyanın Əfrin şəhərindən də bura ziyarətə gəlirlər. Xubyar pirinin dədələri mürşüd ocaqlarının Üryan Xıdır olduğunu söyləyirlər.
Rəvayətə görə Zeyvə kəndi yaxınlarında yaslı bir adam yaşarmış. O tarixlərdə Sultan Əlaəddin ordusu ilə birlikdə buraların kəşfiyyatını apararkən axşam olur və Zeyvə kəndi yaxınlarındaki Sultan gölü mövqeyində gecələməyə qərar verir. Çadırlar qurulur, yerləşmə başlayır. O sırada Sultan Əlaəddinin yanına gələn gözətçilərdən biri "Sultanım, irəlidə içində işıq yanan çadıra bənzər bir şey var" deyir.