Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fanatik
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Antik dedikdə tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XVIII əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . == Ümumi dövrləşmə == Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Priscila Fantin
Priscila Fantin de Freitas (18 fevral 1983, Salvador) — Braziliya aktrisası. Êta Mundo Bom!
Antik dünya
Antik filosoflar
Antik fəlsəfə — antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm və qədim Roma dönəmlərini əhatə edir (m. ö. VII — m. VI). Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi dövrdən başlanmışdır. Eyni zamanda bu prosesə Misir, Mesopotamiya və orta Şərq xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə Boesius sayılır. == Dövrləşməsi == Naturalistik dövr. Sokrata qədərki filosofları dünyanın quruluşu və başlanğıcı problemləri maraqlandırırdı; Humanistik dövr. Sofistlər və Sokratdan sonra filosoflar diqqəti daha çox insan və cəmiyyət problemlərinə yönəltmişdirlər; Klassik dövr.
Antik fəlsəfə
Antik fəlsəfə — antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm və qədim Roma dönəmlərini əhatə edir (m. ö. VII — m. VI). Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi dövrdən başlanmışdır. Eyni zamanda bu prosesə Misir, Mesopotamiya və orta Şərq xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə Boesius sayılır. == Dövrləşməsi == Naturalistik dövr. Sokrata qədərki filosofları dünyanın quruluşu və başlanğıcı problemləri maraqlandırırdı; Humanistik dövr. Sofistlər və Sokratdan sonra filosoflar diqqəti daha çox insan və cəmiyyət problemlərinə yönəltmişdirlər; Klassik dövr.
Fanti dili
Fanti dili — Əsasən Qananın mərkəzi və cənub bölgələrində danışılır. Qana Respublikasının rəsmi dövlət dillərindən biri sayılır. Kva dil ailəsinin potu-tano qolunun çvifanti qrupuna daxildir və 19-cu əsrdən bəri latın qrafikasına əsaslanan yazıdan istifadə olunmaqdadır. İcmalarının hər biri öz aralarında subdialektləri olan Agona, Anomabo, Abura və Gomoa kimi Fante xalqının ortaq ləhcəsindən tanınırlar və hamısı qarşılıqlı anlaşılır. Bu gün Fante əsasən Mərkəzi və Qərb Bölgələrindəki Qanada 6 milyondan çox insan tərəfindən danışılır. Bu şəhərdəki insanların əksəriyyətinin yeni liman tikildikdən sonra məskunlaşan yerli Fante danışanlar olduğu Temada da geniş yayılmışdır.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Antik Yunanıstan
Qədim Yunanıstan (yun. Αρχαία Ελλάδα) — Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Appenin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir. Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar. E.ə. 2800 və 2000-ci illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular.
Antik Misir fəlsəfəsi
Saab 17 — Saab şirkətinin istehsal etdiyi İsveç bombardmançı-kəşfiyyat təyyarəsidir. Layihə əvvəlcə 1930-cu illərin sonlarında ASJA tərəfindən L 10 kimi başlandı və 1937-ci ildə şirkət Saab ilə birləşdikdən sonra Saab 17 adlandırıldı. Qanadları şığıyıcı bombardmançı kimi istifadə edilmək məqsədi üçün gücləndirildi. Mühərrik çatışmazlığı üzündən təyyarələrin mühərrikləri çıxarıldı və gələcək çatdırılma məntəqələri istiqamətində uçuruldular. Təyyarə müxtəlif mühərrik modeli ilə üç fərqli modeldə istehsal edilmişdir. Təyyarə ilk uçuşunu 18 may 1940-cı ildə etmişdir və 1942-ci ildə İsveç Hərbi Hava Qüvvələrinin xidmətinə qəbul edilmişdir.
Ermənistan Krallığı (antik)
Ermənistan krallığı — İran mənşəli Artaşes və Parfiya mənşəli Arşakilər sülalələrinin idarə etdikləri krallıq.
Qəbələ (antik şəhər)
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Metropol (antik şəhər)
Metropol — İzmirin Torbalı ilçəsindən 5 km cənub-qərbdə yerləşən və təməli təxminən 5000 il əvvələ dayanan qədim şəhərdir. Metropol Antik Şəhəri İzmir vilayətinin Torbalı rayonu sərhədləri daxilində Yeniköy və Özbey məhəllələri arasındakı bir təpədə yerləşir. Qədim İoniya Bölgəsinə daxil olan şəhər Efesdən 30 km, İzmirdən 40 km uzaqlıqdadır və Kiçik Menderes (Kaystros) hövzəsinə hakimdir. Metropol "Ana ilahə şəhəri" deməkdir. Μετηρ Δαλλησια (Meter Gallesia) adlı Ana İlahə (daha yaxşı Kybele kimi tanınır) üçün ibadət yeri kimi fəaliyyət göstərən müqəddəs mağara şəhərdən 5 km məsafədədir. Şəhərin şimalında, Uyuzdərə mövqeyində yerləşir. Mağarada aparılan arxeoloji qazıntılar zamanı çoxlu terrakota Ana ilahə heykəlcikləri tapılıb. Bundan əlavə, şəhər sikkələrində tapılan Ana ilahənin təsvirləri də bu fikri təsdiqləyir. Qədim Metropol şəhərində ilk araşdırmalar 1970-ci illərdə professor dr. Rəcəb Meriç tərəfindən aparılıb.
Antik Misirdə fəlsəfə
Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir. Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir.
Antik Olimpiya oyunları
Olimpiya oyunları (yunanların (ellinlər) ən böyük milli bayramı. Dörd ildən bir Peloponnes yarımadasında yerləşən Olimpiya şəhərində keçirilirdi. == Oyunların yaranması == Qədim rəvayətə görə bu oyunlar hələ Kronosun dövründə İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə yaranmışdır. Belə ki, rəvayətə əsasən Reya yeni anadan olmuş Zevsi kahinləri kuretlərə verir. Onlardan beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışları Olimpiyaya gəlmiş idiyalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyur. Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə.
Antik Şərq Kilsəsi
Qədim Şərq Kilsəsi Şərq Xristian məzhəbidir. 1964-cü ildə Mar Toma Darmonun rəhbərliyi altında Şərqin Assur Kilsəsindən şaxələnmişdir. Bu, Şərqin tarixi Kilsəsi (qədim Selevkiya-Ktesifon Patriarxal vilayəti) ilə davamlı varislik iddiasında olan üç Aşşur Kilsəsindən biridir, digərləri Şərqin Assur Kilsəsi və Xaldey kilsəsidir. Qədim Şərq Kilsəsi baş ofisi İraqın Bağdad şəhərində yerləşir. 1972-ci ildən 2022-ci ilin fevralında ölümünə qədər kilsəyə Katolikos-Patriarx Mar Addai II Givargis rəhbərlik edirdi.
Dan (antik şəhər)
Dan (ivr. ‏דן‏‎) — İbranicə İncildə adı çəkilən, İsrail Krallığının ən şimal şəhəri kimi təsvir edilən və Dan qəbiləsinə mənsub qədim şəhər. Şəhər müasir Qolan təpələrində yerləşən və ibrani dilində Tel Dan kimi tanınan şəhərlə eyniləşdirilir. == İdentifikasiya və adları == İbranicə İncildə qeyd edilir ki, Dan qəbiləsi tərəfindən fəth edilməzdən əvvəl bu yer Yeşua, Hakimlər və Yeşaya kitablarında fərqli yazılarla Laiş kimi tanınırdı. Yeşua 19:47-də bura Leşem adlanır, bu da "cəvahirat" deməkdir. Yeşaya 10:30-da bir sıra tərcümələrdə Laişa alternativ adı da var. Ravvin əsərləri və Filostorgiy, Feodorit, tudelalı Binyamin və Samuel bin Samson kimi yazıçıların hamısı Dan və ya Laişi yanlış olaraq Paneada ilə eyniləşdirdi. Qeysəriyyəli Yevsevi Dan/Laişi daha dəqiq şəkildə Paneada yaxınlığında, Sura gedən yolun dördüncü milində yerləşdirir. 19-cu əsrdə yaşamış isveçrəli səyyah İohan Lüdviq Burkxardt 1822-ci ildə ölümündən sonra nəşr olunmuş səyahətnaməsində İordan çayının mənbəyini "Dan" adlandırdı. Amerikalı dəniz zabiti Uilyam F. Linç Təll Əl-Qadinin 1849-cu ildə qədim Dan şəhərinin yeri olduğunu ilk dəfə müəyyənləşdirdi.
Dövlət antik kolleksiyası
Dövlət antik kolleksiyası (alm. Staatliche Antikensammlungen‎) (köhnə adı — Kiçik formalı antik incəsənət kolleksiyası) Qədim Yunanıstan, Roma və etruriya mədəniyyətinə aid Almaniyada ən böyük kolleksiyalardan biri. == Muzey binası == Dövlət antik kolleksiyası muzeyinin binası Bavariya əyalətinin paytaxtı Münhen şəhərində, Köniqpalas meydanında Qliptotek muzeyi ilə üzbəüz yerləşir. Bina 1838–1848-ci illərdə bavar kralı I Lüdviqin göstərişi ilə memar Georq Fridirix Çibland tərəfindən Korinf orderi stilində inşa edilmişdir. 1869–1872-ci illərdə binada kral antikbariumu yerləşmişdir. 1898-ci ildən 1912-ci ilə kimi binada Münhen Sesessionu — Münhen Rəssamlar Birliyi , 1919-cu ildən Yeni dövlət qalereyası yerləşmişdir. İkinci dünya müharibəsi zamanı dağılmış bina 1967-ci ildə bərpa edilərək Dövlət antik kolleksiyası muzeyinin ixtiyarına verilmişdir. Kolleksiya əsasən Vittelsbaxların yığmış olduqları, xüsusən I Lüdviqə məxsus antik eksponatlar daxildirlər. 1831-ci ildə kral müşaviri Martin fon Vaqner Etruriya mədəniyyətinə aid Vulçi şəhərində aparılan arxeoloji qazıntılar zamanı tapılmış keramik əşyaları əldə etmişdir. Fridrix fon Tirş hərracda Lüsyen Bonaparta məxsus mirasdan antik incəsənət nümunələrini almışdır.
Antik yunan fəlsəfəsində tərbiyə
Tərbiyə sözü ərəbcə "əl-tərbiyə" sözünün "rəbb" kökündən əmələ gəlib.O üç mənanı ifadə edir: "Rəba"- doğri yol göstərmək;"Rəbi"-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq;"riba"-çoxaltmaq. Tərbiyə işi insan cəmiyyətinin yarndığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması,onkişafı,davranışı prosesidir. Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik,bacarıq və təcrübənin məqsədyönlü,planlı,mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır. == Sparta tərbiyə sistemi == Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər,gələcək quldarlar yetişdirməkdən ibarət idi.Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. Plutarx yazırdı ki,"yeni doğulan uşaqları ağsaqqallar nəzərdən keçirirdilər.Əgər o,(uşaq) möhkəm və ahəngdar quruluşlu olardısa,onu tərbiyə etmək üçün atasına qaytarar,zəif və eybəcər uşaqları Tayqet yanındakı uçurumdan atardılar.Onlar zənn edirlər ki,belə uşağın həyatı nə onun özünə,nə də cəmiyyətə mənfəət verə bilməz.Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu verməmişdir". == Tərbiyə sisteminin mərhələləri == Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü.Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi: a) 7 yaşdan 14 yaşadək; b) 14 yaşdan 20 yaşadək; c) 20 yaşdan 30 yaşadək. Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi. === I mərhələ === Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar. === II mərhələ === Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi.
Ankara Antik Roma Teatrı
Ankara Antik Roma Teatrı (türk. Ankara Roma Tiyatrosu) — Türkiyənin paytaxtı Ankara şəhəri, Altındağ mahalının Ulus səmtində Hisar küçəsi ilə Pınar küçəsinin kəsişməsində yerləşən qədim Roma Teatrı. Tikintisinin dəqiq nə vaxt aparıldığı məlum olmasa da, eramızın II əsrinə aid edilir. 1982-ci ildə bir tikintinin təməl qazıntısı nəticəsində əldə edilən arxeoloji məlumatlara istinadən, 1982–1986-cı illər arasında Anadolu Mədəniyyətləri Muzeyinin rəhbərliyi ilə aparılan qazıntılar prosesində üzə çıxarılan arxeoloji abidə 25 fevral 1992-ci ildə birinci və ikinci dərəcəli arxeoloji ərazi kimi qeydə alınıb. Qazıntılar zamanı tağlı binalar, amfiteatr, səhnə otağının təməl daşları və divarları, həmçinin xeyli sayda heykəllər və onların fraqmentləri aşkar edilmişdir. == Mühüm tapıntılar == Mühafizə olunan ərazidə aparılan qazıntılar nəticəsində tapılan maddi nemətləri iki qrupa bölmək mümkündür. Teatrın kəşfi ilə başlayan və 1982–1986-cı illər arasında davam edən ilk qazıntılar nəticəsində Qədim Roma dövrünə aid çoxlu əşyalar tapıldı. Bunların demək olar ki, hamısı teatrda istifadə olunduğu düşünülən əsərlərdir. 2009–2010-cu illərdə aparılan qazıntılarda daha çox teatrın sonrakı dövrlərdə istifadəsi ilə bağlı məlumatlar əldə edilmişdir. Binanın Səlcuqlu imperiyası və Osmanlı imperiyası dövründə keramika-şüşə istehsalı emalatxanası kimi istifadə edildiyi müəyyən edilmişdir.
Danzik
Danzik və ya Yuxarı və Aşağı Danzik— Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun tərkibində kənd. == Mənbə == Danzik GEOnet Names Server-də.
Fabrik
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Kandık
Eritronium cinsi yunancadan tərcümədə "qırmızı" deməkdir. "Kandık" isə soğanağının formasının it dişinə oxşadığına görə (lat. canis- it deməkdir) adlandırılmışdır. Bitkilər yabanı halda Cənubi Avropada, Qafqazda, Asiyada və Şimali Amerikanın mülayim iqlimli rayonlarında bitir. Onların gülçülükdə 15 növündən istifadə olunur və 2 növ bağ forması xüsusilə geniş yayılmışdır: Sibir eritroniumu (E. sibiricum) yarpaqlarında qırmızı-qonur xalları olan çoxillik bitkidir. Çiçəkləri sallaq, tək, bənövşəyi - çəhrayı, bəzən ağ rənglidir. Avropa eritroniumu (İt dişi) (E. denscanis) hündürlüyü 30 sm, çəhrayı gövdəli və yarpaqlarında al-qırmızı xalları olan bitkidir. Çiçəkləri çəhrayı, bənövşəyi, bəzən ağdır. Kandık yarımkölgəli, daşlıq yerlərdə yaxşı bitir. Yüngül, nəm torpaqlar yararlıdır.
Santim
Santim — Mübadilədə istifadə edilən pul vahididir. Adı latın sözü olan centum (yüz) sözündən götürülmüşdür. Ölkə emitentinin dövlət dilindəki adının yazılışından asılı olaraq c (bütün fransız dilli ölkələrdə — fr. centime) və ya s (məsələn, Latviyada — latış. santīms‎)kimi tələffüz olunur. Нумизматический словарь. / Зварич В. В. — 4-е изд. — Львов, 1980. Словарь нумизмата: Пер. с нем.
Xantsk
Xanyeri (əvvəlki adı: Sarıkeşiş, sovet dövründə Xantsk) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xantsk kəndi Xanyeri kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanyeri kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. XIX əsrdə gəlmə ermənilərin məskunlaşması nəticəsində kəndin adı Xantsk olmuşdu. 1992-ci ildə yaşayış məntəqəsinə Xanyeri adı verildi. Oykonim "xana məxsus yer" mənasındadır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Xanyeri kəndinin əhalisinin sayı 231 nəfər təşkil edirdi.
Fnatic
Fnatic – Birləşmiş Krallıq kiberidman klubu. 23 iyul 2004-cü ildə yaradılmış klub London şəhərində məskunlaşmışdır. Klubun "League of Legends" komandası Avropanın ən uğurlu komandalarından biri hesab olunur və League of Legends EMEA Çempionatında (LEC) çıxış edir. Komanda 2011-ci ildə keçirilmiş ilk League of Legends üzrə dünya çempionatının qalibi olmaqla yanaşı, 7 dəfə LEC-də çempion olmuşdur. "League of Legends" komandası ilə yanaşı klubun "Counter-Strike 2", "Dota 2", "Fortnite Battle Royale", "Rainbow Six Siege", "Valorant", "FIFA", komandaları fəaliyyət göstərir. Keçmiş illərdə "Clash Royale", "Heroes of the Storm", "Smite", "PUBG Mobile" komandaları mövcud olmuşdur. == Tarixi == "Fnatic" 23 iyul 2004-cü ildə Sem Metyus və Anna Metyus tərəfindən yaradılmışdır. 2008–2009-cu illərdə sponsorluq razılaşmasına əsasən "FnaticMSI" adını daşımışdır. 2020-ci ildə Çində fəaliyyət göstərən elektrotexnika şirkəti "Hisense" ilə əməkdaşlıq müqaviləsi imzalamışdır. Həmin il "BMW" ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlamışdır.
Zontik
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Antib
Antib (ing. Antibes) — Fransanın cənub-şərqində yerləşən şəhər. == Ümumi məlumat == Aralıq dənizi sahilində (Mavi sahildə), Sahil Alplarının ətəklərində iqlim kurortu. Əhalisi 70 min (2004). E.ə. IV əsrdən məlumdur. Ətrafında qızılgül plantasiyası, sitrus və zeytun bağları salınmışdır. Bədii dulusçuluq inkişaf etmişdir. Ətriyyat, elektrotexnika müəssisələri, muzeylər (tarix, arxeologiya, xalq sənəti və s.), memarlıq abidələri (12–16-cı əsrlər), aqronomik tədqiqatlar mərkəzi və s. var.
Fanta
Fanta — The Coca-Cola Company tərəfindən istehsal olunan meyvə dadlı sərinləşdirici qazlı içki. Dünyada 200-dən çox müxtəlif dad və çeşiddə mövcuddur. Fanta 1941-ci ildə Nasist Almaniyasında ABŞ ilə ticarət embarqosu zamanı Koka-Kola içkisinin əvəzedicisi olaraq yaradılmışdır. Portağal dadlı Fanta isə 1955-ci ildə İtaliyada hazırlanmışdır. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Fatih
Fatih — kişi adı. Fatih Terim — Qalatasarayın indiki, Türkiyə millisinin keçmiş baş məşqçisi. Fatih Akyel — Türkiyə futbolçusu. Fatih Kərimi — pedaqoq, alim,içtimai - siyasi xadim.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
Xanik
Xanik (Bəradost dehistanı)