Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Con Fon Neyman
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[…], Budapeşt, Avstriya-Macarıstan – 8 fevral 1957[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d] və ya Vaşinqton) — ABŞ riyaziyyatçısı və fiziki. == Həyatı == Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi. Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s.
Fön
Fön (alm. Föhn‎, fr. fœhn) — dağlardan dərələrə əsən, temperaturu xeyli yüksək, nisbi rütubəti az olan küləkdir. Fön dağ silsiləsinin bir tərəfində havanın təzyiqi yüksək,o biri tərəfində isə alçaq olanda baş verir. Hava yüksək təzyiq olan tərəfdən alçaq təzyiq olan tərəfə hərəkət edərək dağ silsiləsini aşır. Rütubətli hava yamac üzrə qalxdıqca onun temperaturu orta hesabla hər 100 m-də 0,6 dərəcə selsi aşağı düşür. Rütubətini itirmiş hava dağ silsiləsini aşaraq o biri yamac üzrə endikcə onun temperaturu orta hesabla hər 100 m-dən bir 1 dərəcə selsi artır.Buna görə də enən hava quru və isti olur.
Fön və ya fyon
== Fön və ya fyon == Fön və ya fyon– dağlıq ölkələrdə vaxtaşırı müşahidə edilən və dağdan dərəyə doğru əsən, yüksək temperaturlu, olduqca quru, güclü küləyə deyilir.Fön və ya fyon yerli küləklər tipinə aiddir. Fön və ya fyon əsasən dağ silsiləsinin bir yamacından hava təzyiqinin yüksək, əks yamacda isə alçaq təzyiq olanda baş verir. Hava yüksək təzyiq olan tərəfə hərəkət edərək, dağ silsiləsini aşır. Rütubətli hava yamac boyu yuxarı qalxdıqca onun temperaturu hər 100m –də 0,60 aşağı düşür və əksər hallarda soyuyaraq yağıntı verir. Rürubətini itirmiş quru hava dağ silsiləsini aşaraq əks yamac üzrə endikcə onun temperaturu hər 100m-də 10 artır (quru adiabatik proses). Buna görə də enən hava isti və quru olur. Fön adətən 1-2 gün əsir, lakin bəzən 5 gün və daha artıq fasiləsiz müşahidə edilə bilər . Azərbaycanda fönün orta illik təkrarlanma ehtimalı yüksəkdir. Kəlbəcərda 124, Əlibəydə 52, Zaqatalada 26 gündür. Azərbaycanda “kermic”, “ağ yel”, “qara yel”, adlanan küləklər fön tiplidirlər.
Con Bon Covi
Con Bon Covi (ing. Jon Bon Jovi; əsl adı John Francis Bongiovi) — ABŞ-dən musiqiçi, bəstəkar, aktyor və qurucusu olduğu öz adını daşıyan rok musiqi qrupu Bon Jovinin solistidir. Bu günə qədər qrupu ilə on bir studiya albomuna imza atan Con Bon Covi solo fəaliyyət göstərərək iki albom da yayımlamışdır. Con Bon Covi 1995-ci ildə "Moonlight and Valentino" filmi ilə kino aktyorluq karyerasına başladı və bu günə qədər on üç kino filmində rol alan musiqiçi Sex and the City və Ally McBeal kimi müxtəlif TV seriallarında qonaq aktyor olaraq yer aldı. The Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusu olan sənətçi bir çox xeyriyyəçilik işləri ilə də məşğuldur. 2005-ci ildə Luizianada qasırğada evlərini itirənlər üçün 28 ev tikdirdi və bu evlərin yerləşdiyi küçəyə Bon Jovi Bulvarı adı verldi. Con Bon Covi, 2000-ci il ABŞ prezident seçkilərində Al Gore, 2004-ci ildə John Kerry və 2008-ci ildə Barak Obamanın namizədlik kampaniyalarında iştirak etdi. Musiqiçi, Arena Futbol Liqası komandalarından Philadelphia Soulun da qurucularındandır. 2012-ci ildə Billboard jurnalı Con Bon Covi'yə musiqi dünyasının ən güclü və ilham verici 100 insanı siyahısında yer verdi. 2010-ci ildə Forbes jurnalı isə musiqiçini 125 milyon dollarlıq qazancla 2010-ci ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi.
Ho Yon Çon
Ho Yon Çon (kor. 정호연; 23 iyun 1994, Cənubi Koreya) – Cənubi Koreya modeli və aktrisası. "Vogue" jurnalı tərəfindən "Koreyanın növbəti top modeli" kimi adlandırılmışdır. "Koreyanın növbəti top modeli" şousunun 4-cü mövsümündə yarışmış və ikinci yeri tutmuşdur. Models.com saytı tərəfindən "Top-50" modeldən biri kimi seçilmişdir. The Society Management, Elite Model Management, Nomad Management, ESteem Models, Saram Entertainment agentlikləri ilə əməkdaşlıq edir. 2021-ci ilin oktyabrında Louis Vuitton brendinin qlobal səfiri seçilmişdir. == Şəxsi həyatı == Ho Yon Çon 23 iyun 1994-cü ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. İki bacı-qardaşı var. Donduk Qadınlar Universitetindən məzun olmuşdur.
Hon Yon-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Yon Byun-Son
Yon Byun-Son (d. 27 noyabr 1963) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yon Byun-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yon Hyoi-Son
Yon Hyoi-Son (d. 28 aprel 1964) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yon Hyoi-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Çon Hye Yon
Jung Hye-young (14 dekabr 1973, Seul) — Cənubi Koreya aktrisası. == Filmoqrafiyasi == Televiziya drama.
Fon emalı
Fon emalı – əsas (öncəlikli) məsələnin emalı zamanı yaranan qısamüddətli fasilələrdə bəzi əməliyyatların yerinə yetirilməsidir. Fon emalına misal olaraq sənədin çapı əməliyyatını göstərmək olar. Fon proqramı fon rejimində yerinə yetirilən, yaxud yerinə yetirilə bilən proqramdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vindovs Fon
Windows Phone (WP) — smartfonlar üçün Microsoft tərəfindən Windows Mobile və Zune-un əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyəti dayandırılıb. Windows Phone Metro dizayn dilindən ilhamlanaraq yeni bir istifadəçi interfeysi təqdim edirdi. Windows Mobile-dan fərqli olaraq, WP ilk növbədə istehsal bazarına deyil, istehlak bazarına yönəlmişdi.Windows Phone 7 ilk dəfə 2010-cu ilin oktyabr ayında təqdim edildi. 2012-ci ildə WP 8 çıxdı və WP 7-nin Windows CE əsaslı kerneli dəyişdirilərək (xüsusilə Windows 8-dən olan komponentlərlə) PC-lərdə istifadə olunan Windows NT kerneli ilə əvəzlədi. Bu dəyişiklik səbəbindən əməliyyat sistemi əvvəlki WP 7 cihazlarına uyğun gəlmirdi, lakin tətbiqlərini hələ də dəstəkləyirdi. 2014-cü ildə Microsoft WP 8.1 yeniləməsini çıxardı. Həmçinin Cortana adlı ağıllı assistenti və Windows Runtime platformasını təqdim etdi. Bu platforma Windows PC-lər və WP-lər arasında platformlararası tətbiqləri yaratmağa imkan verdi.2015-ci ildə Microsoft Windows 10 Mobile-ı təqdim etdi. Bu PC ilə inteqrasiya və birləşmə imkanı təqdim edən bir platforma idi. Cihazları xarici ekran və ya docking stansiyası kimi tanıtmaq mümkün idi.
Adolf fon Bayer
İohann Fridrix Vilhelm Adolf fon Bayer (alm. Johann Friedrich Wilhelm Adolf von Baeyer‎; 31 oktyabr 1835[…], Berlin – 20 avqust 1917[…], Münhen) — Alman kimyaçısı. == Həyatı == İohan Fridrix Vilhelm Adolf fon Bayer Prusiya ordusunun zabiti olan, coğrafiya və atmosferde işığın sınmasına aid elmi işlərin müəllifi olmuş İohan Yakob Bayerin böyük oğlu idi. Bayer 1853-cü ildə Fridrix Vilhelmin gimnaziyasını bitirdikdən sonra Berlin Universitetine daxil olur və iki il ərzində riyaziyyat ve fizikanı öyrənməklə məşğul olur. Bir il orduda xidmət etdikdən sonra Heydelberq Universitetinin telebesi olur və Robert Bunzenin rəhbərliyi altında kimyanı öyrənməyə başlayır. Əvvəlcə o, fiziki kimya ilə məşğul olur, amma sonra üzvi kimya ilə maraqlanaraq Fridrix Avqust Kekulenin Heydelberqdəki laboratoriyasında çalışır. Burada Bayer arsenin üzvi birləşmələrinin öyrənilməsi sahəsində tədqiqatlar aparır və bu işə görə ona doktorluq dərəcəsi verilir. 1858-ci ildən o, iki il ərzində Kekule ilə birlikdə Belçikada Qentsk Universitetinde çalışır, sonra Berlinə qayıdır və Berlin ali texniki məktəbində kimyada mühazirə oxuyur. 1872-ci ildə Bayer Strasburqa köçür və Strasburq Universitetinin professoru olur. 1875-ci ildə Yustus fon Libix öldükdən sonra Bayer bu məşhur üzvi kimyaçının sələfi olaraq Münxen Universitetinin kimya professoru vezifəsini tutur.
Albert fon Şamisso
Albert fon Şamisso (30 yanvar 1781[…], Şalon-an-Şampan – 21 avqust 1838[…], Berlin) — Fransız əsilli alman yazıçı və şairi. == Həyatı == Fransanın Şampan əyalətində Bonkur adlı qəsrdə anadan olmuşdur. Fransa inqilabı zamanı ailəsi ilə birlikdə Berlinə köçmüşdür.
Albrext fon Bernştorf
Albrext fon Bernştorf (22 mart 1809, Vittendyorp[d] – 26 mart 1873, London) — Prussiya dövlət xadimi. oktyabr 1861-ci ildə o Adolf Hohenloh-İngelfingenin hökumətində xarici işlər naziri təyin edilir və passiv nazir qraf Aleksandr fon Şeilintzi əvəz edir. Bununla da kabinet daha da konservativ mövqe tutur.
Albrext fon Run
Albrext fon Run (alm. Albrecht Theodor Emil Graf von Roon‎; 30 aprel 1803 – 23 fevral 1879, Berlin) — qraf (19 yanvar 1871-ci il), alman hərbi və siyasi xadimi, Prussiya general-feldmarşalı (1 yanvar 1873-cü il). 2 sentyabr 1859-cu ildən Prussiyanın hərbi naziri, bu vəzifədə 1873-cü ilədək qaldı. Bir sıra əhəmiyyətli hərbi islahatlar keçirdi, hərbi qulluq üç illik oldu, ordunu daha çevik vəziyyətə gətirdi. Prussiyanın 1864-cü ildə Danimarka ilə , 1866-cı ildə Avstriya ilə , 1870–1871-ci ildə Fransa ilə muharibələrində qələbə çalmasında böyük rol oynadı. I Vilhelm ilə hərbidən dost idi və ona Otto fon Bismarkı kansler təyin etməyi məsləhət bilmişdi. == Ədəbiyyat == Roon W. von: Denkwürdigkeiten aus dem Leben des General-Feldmarschalls Kriegministers Grafen von Roon, Bd.1–2, Breslau 1892. == İstinadlar == Vikianbarda Albrext fon Run ilə əlaqəli mediafayllar var.
Aleksandr fon Humboldt
Aleksandr Humbolt (alm. Friedrich Wilhelm Heinrich Alexander Freiherr von Humboldt‎; 14 sentyabr 1769[…], Berlin, Prussiya, Müqəddəs Roma imperiyası[…] – 6 may 1859[…], Berlin, Prussiya) — alman alimi-ensiklopedisti, tədqiqatçısı, fizik, meteoroloq, coğrafiyaşünas, botanik, zooloq və səyyahı, digər alman alimi Vilhelm fon Humboldtun kiçik qardaşı, bitkilərin coğrafiyası təliminin banisi. == Həyatı == XVIII əsrin sonlarında kəşf olunmuş materiklərin sahəllərinin konturları kifayət qədər dəqiq verilmişdir. Naməlum qalan Antraktida, Şimali Amerikanın şimalı, Sakit və Atlantik okeanında bir sıra adalar idi. Materiklər sahil xətləri kifayət qədər dəqiq verilməsinə baxmayaraq onların daxili hissələri əsasən tədqiq olunmamış "ağ ləkələr" şəklində qalmaqda idi. Dünyanın ən uzun çayı olan Nilin mənbəyi Alp-Himalay və And-Kordilyer dağ sistemləri, Afrika, Cənubi Amerika, Hindistan, İndoneziyanın tropik meşələri, torpaq örtüyü, çayları, gölləri, həmçinin səhralar öyrənilməmiş qalırdı. Ölkələrdə mövcud olan vulkanlar, faydalı qazıntılar haqqında təsəvvürlər ibtidai ormada idi. Qarşıda duran bu məsələlərin öyrənilməsində alman alimi Aleksandr Humboltun özünəməxsus yeri olmşdur. Humbolt 1769-cu ildə Almaniyada mülkədar ailəsində anadan olmuşdur. Qardaşı Vilhelmlə birlikdə yüksək səviyyədə təhsil almış hümbolt bitkilərlə çox maraqlandığından uşaqlıqdan yoldaşları tərəfindən zarafatla olsa da alim deyə çağrılırdı.
Alfred fon Şliffen
Alfred fon Şliffen (alm. Alfred von Schlieffen‎; 28 fevral 1833[…], Berlin – 4 yanvar 1913[…], Berlin) — alman hərb xadimi, general-feldmarşal, 1891-1905-ci illərdə Almaniyanın Baş Qərargahının rəisi.
Annemari fon Qabayn
Annemari fon Qabayn(alm. Annemarie von Gabain‎, doğ. 4 iyul 1901 Moranj, Lotaringiya, Almaniya — öl. 15 yanvar 1993 Berlin) — alman türkoloqu, şərqşünası. == Həyatı == Annemari von Qabayn 4 iyul 1901-ci ildə Mörchingendə doğuldu. Orta təhsilini bitirdikdən sonra Berlin Universitetində tanınmış sinoloq Otto Frankenin və türkoloq Vilhelm Bangın dərslərinə qatıldı. Bang, Turfan qazıntılarında olan Uyğur əlyazmaları üzərində çalışdığından Qabaynın Çincə bilgisindən faydalandı və bu bəlgələri birlikdə nəşr etdirərək elm aləminə tanıtdılar. Qabayn 1934-cü ildə Bangın ölümünün arxasından Türkiyəyə gəldi və 1935–1937-ci illərdə Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsində Sinoloji profesoru oldu. Türkiyədən ayrıldıqdan sonra Berlin Universitetində Türk dili təhsilini üzərinə aldı və bu vəzifəni II Dünya Savaşının bitiminə qədər sürdürdü; savaşdan sonra da Hamburq Universitetində Türk dili professorluğuna təyin edildi. Bangın vəfatından sonra heç axsatmadığı Uyğur dili sahəsindəki çalışma və nəşrləriylə Türkoloji çevrələrində böyük birşöhrət qazanan Qabayn 1957-ci ildə Türk Dil Qurumunun müxbir üzvülüyünə, 1989-cu ildə də fəxri üzvülüyünə seçildi.
Anton fon Verner
Anton fon Verner (9 may 1843, Frankfurt — 4 yanvar 1915, Berlin) — Prussiya krallığında yaşamış alman rəssam. 1843-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Rəssamlığa 1857-ci ildə tələbə ikən başlamış və İncəsənət Akademiyasında davam etdirmişdir.
Anton fon Vinzor
Anton Rudolf Yozef Hubert fon Vinzor (7 iyun 1844, Yaroslavitse, Moraviya – 30 aprel 1910, Bratislava, Macarıstan krallığı) – Avstriya-Macarıstan ordusunun zabiti. 1907–1909-cu illərdə Bosniya və Herseqovinaya başçılıq edirdi. Atası dövlət dərəcsində böyük hörmətə sahib idi. Anton fon Vinzor Terezian akademiyasında təhsil almışdır. 1898-ci ildə general-mayor, 1902-də feldmarşal-leytenant və 1908-ci ildə isə süvari generalı rütbəsini qazanmışdır. 1892–1898-ci illərdə Bratislavada yerləşən 5-ci ordu korpusunun qərargah rəisi vəzifəsini icra edirdi.Vinzor 1907-ci il iyun ayının 30-dan 1909-cu il mart ayının 7-dək Bosniya və Herseqovina kondominiumunun başçısı kimi xidmət edirdi. Məhz onun rəhbrəliyi vaxtı Avstriya-Macarıstan İmperiyası onun idarə etdiyi ərazini ilhaq etdi. Eyni zamanda o, Sarayevodaki 15-ci ordu korpusunun komandiri idi. Həmçinin, o, ömrünün sonunadək Bratislavadakı 5-ci ordu korpusunun komandiri olaraq xidmət etmişdir.
Arpad fon Degen
Arpad fon Degen (mac. Árpád von Degen; 31 mart 1866 və ya 1866, Bratislava – 30 mart 1934 və ya 1934, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Arpad fon Degen toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. 250-dən çox takson təsnif etmişdir. == Əsərləri == Egy új Ajuga fajról: (Ajugæ species nova [A. piskoi].) 1896. Wulfenia Baldaccii: Egy új Wulfenia faj a Balcan-félszigetről (Wulfenia baldaccii: una nueva especie de Wulfenia de la Península.) 1897. Nevezetesebb botanikai felfedezések a Balkán félsziget területéről (Notables descubrimientos botánicos en el territorio de la península de los Balcanes.) 1901. Magyar botanikai lapok (Placas de botánicos húngaros.) 1902. Studien über Cuscuta-Arten (Estudios sobre Cuscuta spp.) 1912. A heréseinket károsító arankákról.
Axim fon Arnim
Karl Yoahim Fridrix Lüdviq fon Arnim ( 26 yanvar 1781 - 21 yanvar 1831 ) Alman şairi yazıçısı və alman romantizminin aparıcı simalarından biri. == Bioqrafiya == Arnim Berlində anadan olub, ilk dəfə 1204-cü ildə adı çəkilən Brandenburgian Uradel zadəgan ailəsindəndir. Onun atası Prussiya kamerası ( Kammerherr ) Joachim Erdmann von Arnim (1741-1804), Kopenhagen və Drezdendəki kral elçisi olub və sonradan fəal direktor kimi fəaliyyət göstərmişdir. Anası Amalia Caroline von Labes (1761-1781) Arnimin doğulmasından üç həftə sonra vəfat etdi. Arnim və böyük qardaşı Karl Otto uşaqlıqlarını Zernikowda və Berlində Maykl Qabriel Fredersdorfun dul arvadı olan ana nənələri Marie Elisabeth von Labes ilə keçirdi. 1798-ci ildə Halle Universitetində hüquq, təbiət elmləri və riyaziyyat üzrə təhsil almağa davam etdi. Onun ilk yazılarında elmi jurnallar üçün çoxsaylı məqalələr daxil idi. Onun ilk böyük işi olan Theorie der elektrischen Erscheinungen (Elektrik hadisələri nəzəriyyəsi) alman romantikləri arasında yayılmış fövqəltəbiiliyə meyl göstərdi. Halledə görkəmli bəstəkar İohann Fridrix Reyxardt ilə əlaqə saxladı və onun evində romantik şair Lüdviq Tiklə tanış oldu. 1800-cü ildən Göttingen Universitetində təhsilini davam etdirərək Johann Wolfgang von Goethe və Clemens Brentano ilə tanış olsa da, təbiət elmlərindən ədəbiyyata meyl etdi.
Benyamin fon Kallai
Benyamin fon Kallai (alm. Benjamin von Kállay‎, mac. Kállay Benjámin; 22 dekabr 1839[…], Peşt[d], Peşt medyesi – 13 iyul 1903[…], Vyana) — Avstriya-Macarıstan dövlət xadimi. 1867-ci ildə Macarıstan parlamentinə seçildi. Belqradda baş konsul vəzifəsində çalışarkən Balkan yarımadası və Kiçik Asiya üzrə geniş səyahətlər etmişdir. Yojef Slavinin istefasından sonra Kallai maliyyə naziri təyin edildi və eyni zamanda vəzifəsinə uyğun olaraq ona Bosniya və Herseqovinanın rəhbərliyi həvalə edildi. "Serblərin tarixi" (1877-1878) və "Rusiyanın şərq siyasəti" (1878) əsərlərini yazmış və Con Stuart Millin "Azadlıq haqqında" traktatı Macar dilinə tərcümə etmişdir.
Bernhard fon Bülov
Bernhard Henrix Karl Martin fon Bülov (alm. Bernhard Heinrich Martin Karl Fürst von Bülow‎; 3 may 1849[…] – 28 oktyabr 1929[…], Roma, İtaliya krallığı) — alman dövlət və siyasi xadim və 1900-1909-cu illərdə Almaniya imperiyasının reyxkansleri. == Reyxkanslerliyi == Bernhard fon Bülov 1900-cu ildə Xlodviq Hohenloedən Almaniya imperiyasının reyxkansleri təyin olundu və ilk olaraq aşağıdakı islahatları həyata keçirdi. 1900-cü ildə qəbul edilən qanuna əsasən ölkə daxilində ayrı-ayrı təşkilatların koalisiyalar yaratmasına icazə verildi. Həmin ildə qəbul edilmiş digər bir qanuna əsasən istehsalatda bədbəxt hadisələrə görə xəsarət almış şəxslərə kompensasiyaverilməsi nəzərdə tutulurdu. 1900-cü ildə həmçinin kənd icmalarında arbitraj məhkəmələrin yaradılması haqqında qanun qəbul edildi. Bülovun daxili siyasətində Otto fon Bismarkla oxşarlığı onda idi ki, o da Bismark kimi ölkənin gələcəyini məhz sənayenin, ticarətin inkişafında görürdü. 1902-ci ildə Bülov reyxstaqın ölkəyə gətirilən taxıl və taxıl məhsulları üzərinə qoyduğu gömrükhaqlarının artırılması ilə yeni tarifin tətbiq olunmasına nail oldu. Yeni tarif 1902-ci ildə qəbul olunsa da, 1904-cü ilin yanvar ayının 1-dən qüvvəyə mindi. Həmin tarifə görə ölkəyə gətirilən arpa, buğda, çəltik məhsulları üzərinə qoyulan gömrük rüsumu 3 dəfəyədək artırıldı.
Berta fon Zutner
Berta fon Zutner (baronessa Berta fon Zutner, alm. Bertha Sophie Felicitas Freifrau von Suttner‎ qrafinya Kinski, alm. Kinsky‎; 9 iyun 1843, Praqa - 21 iyun 1914, Vyana) - Avstriya yazıçısı, beynəlxalq pasifizm hərəkatının fəalı,Nobel Sülh Mükafatı laureatı olan ilk qadın (1905) və Nobel mükafatını alan ikinci qadın (Mariya Küridən sonra). == Gənclik == Berta von Zutner 9 iyun 1843-cü ildə Praqada (o zaman Avstriya-Macarıstan imperiyası) Avstriya general qrafı Frans Josef Kinski fon Sinik und Tettaunun ailəsində anadan olmuşdur. Atası qızının dünyaya gəlməsindən qısa müddət əvvəl ölür və qızının tərbiyəsi, təhsili,böyüdülməsi ilə həm mühafizəçi, həm də Avstriya məhkəmə dairələrinin üzvü olan anası Sofiya Vilhelmina məşğul olur.Belə gətirir ki, Berta Kinski Avstriya aristokratik cəmiyyətinin militarist ənənələrində böyüyür,hansı ki,o, həyatının sonrakı illərində şüurlu şəkildə bu ənənələrə qarşı mübarizə aparmışdı. Onun 30 yaşı olanda anası,ailənin irsən gələn madiyyatı anası tərəfindən israf edilmişdi. Berta, Vyanada Zutner ailəsinin dörd qızının valisi kimi işə götürüldü və tezliklə üç oğlundan birinə - Baron Artur Qundakkar fon Zutnerə aşiq oldu. Arturun valideynlərinin razılığı olmadan evləndikdən sonra Zutnerlər şahzadə Dadianinin ailəsinin dəvətindən yararlanaraq Rusiyaya, Gürcüstana getməyə məcbur oldular. On il Tiflisdə yaşadılar. 1877-ci ildə Rusiya ilə Türkiyə arasında müharibə başlayanda Artur fon Zutner Vyana dövri nəşrlərinə,hərbi əməliyyatlar teatrlarından reportaj yazmağa başladı.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70".Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. == Xarici keçidlər == Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70".Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.