FOR

for1

prep 1. Zaman mənasında aşağıdakıları bildirir: uzunluq, zaman, ərazi: ərzində; ~ the past three weeks son üç həftə ərzində; ~ the next three hours sonrakı üç saat ərzində; ~ years / months / days uzun illər / aylar / günlər ərzində; ~ the present indi, hazırda; ~ the time being indiki vaxtda, hal-hazırda; 2. Məkan mənasında aşağıdakıları bildirir: 1) mənzil başını; the train ~ Moscow Moskvaya gedən qatar; to depart / to leave ~ London Londona getmək; to start ~ Paris Parisə yola düşmək; to steer ~ istiqamət almaq (gəmi haq.); The ship was bound for Africa Gəmi Afrikaya gedirdi; 2) məsafəni, yolu, ölçünü; to run ~ a mile bir mil qaçmaq; 3. Məqsəd, niyyət bildirir; What do you want this book for? Bu kitab sənin / Sizin nəyinə / nəyinizə lazımdır?; ~ this purpose bu məqsədlə; to fight ~ independence / freedom müstəqillik / azadlıq uğrunda mübarizə aparmaq; 4. Arzu, meyl, istək, ümid, qayğı, hədəf bildirir; to thirst / to hunger ~ knowledge böyük həvəslə bilik almağa can atmaq; to be sorry ~ smb. bir kəsə yazığı gəlmək; 5. Sevgi / meyl / həvəs / kin bəslənən şəxsi bildirir; affection / love ~ children uşaqlara məhəbbət; 6. Əşyanın / Şəxsin təyinatını, onun yararlılığını bildirir; books ~ children uşaqlar üçün kitablar; This meat is not fit for food Bu ət yemək üçün yaramır; 7. Bir şeyə qarşı dərman bildirir; a cure ~ toothache diş ağrısına qarşı dərman, diş ağrısı dərmanı; 8. Himayə və yaxud müdafiə olunan şəxs və ya əşyanı bildirir: A lawyer acts for his client Vəkil öz müştərisinin / sifarişçisinin işini aparır; 10. Səbəb və ya bəhanə bildirir: görə; to condemn ~ smth. bir şeyə görə pisləmək; to blame ~ smth. bir şeyə görə təqsirləndirmək / suçlamaq; 11. Qiymət, dəyər bildirir: to pay a dollar ~ a book kitaba bir dollar vermək; 12. Mübadilə predmetini bildirir: to exchange one thing ~ another bir şeyi başqasına dəyişmək; 13. Məbləğin miqdarını bildirir: a bill / a check ~ 50 dollars 50 dollarlıq hesab / çek; 14. Mükafatı, haqqı bildirir: to be paid ~ one’s service işə görə haqq almaq; ~ the first / second / last time birinci / ikinci / axırmcı dəfə; once ~ all birdəfəlik, həmişəlik; ~ good (and all) həmişəlik, ömürlük, lap, tamam, tamamilə, büsbütün; ~ myself / ~ my part mənə gəlincə; to do smth. ~ oneself bir şeyi özü etmək; I must see it for myself Mən onu özüm görməliyəm; ~ example / instance məsələn, misal üçün

for2

conj çünki, ondan ötrü ki, ona görə ki; He felt no fear, for he was a brave man O, qorxu hissi keçirmirdi, çünki o, cəsur adam idi

FOPPISHNESS
FORAGE
OBASTAN VİKİ
Justice for Khojaly
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.
Babez For Breakfast
Babez For Breakfast — Lordi studiya albomu. == Alboma daxil olan mahnılar == SCG5: It's A Boy!
Crazy For You
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. == Klip == Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
For-de-Frans
For-de-Frans (fr. Fort-de-France) — Fransanın Karib hövzəsində Martinika idarəsinin paytaxtıdır. O, həmçinin Karib hövzəsindəki əsas şəhərlərindən biridir. İxracatına şəkər, rom, konservləşdirilmiş meyvə və kakao daxildir. == Coğrafiya == Fransada Fort kimi tanınan For-de-Frans, Madame çayının aşağı axarında, böyük For-de-Frans körfəzinin şimal girişində, Martinikanın qərb sahilində yerləşir. Şəhər dağlar və dəniz arasında dar, düzünə ərazidə yerləşir və adanın bütün yerlərindən yol əlçatan edir. == Tarix == Pierre Belain d'Esnambuc qardaşı oğlu Jak Dyel du Parket (1606–1658) 1638-ci ildə Martinikanın ilk qubernatoru olmuşdur. Fort Saint Luis düşmən hücumlarına qarşı şəhəri qorumaq üçün qala inşa etmək qərarına gəlmişdir. XIV qubernator Luis general Baas və Marquis təyin edərək qalanı 1669-cu ildə məhv edərək və yenidən tikmişdir. Onun əmrilə varisləri, Blenac xüsusən də Kount qalanı Vauban dizayn ilə inşa etmişlər.
For My Pain…
For My Pain... ( Qısacası FMP) - olan Finlandiyalı qotik metal qrupu, tərkibinə müxtəlif fin qruplarından iştirakçılar daxil olub — Embraze, Eternal Tears of Sorrow, Nightwish, Charon və Reflexion kimi qrupların üzvləri qatılıb.. For My Pain-i yaratmaq ideyası… 1999-cu ildə gəldi, Altti Vetelyaynen (bas-gitara) və Petri Sankala (zərbələr), Eternal Tears of Sorrow-dan hər ikisi, yeni layihəni yaratmağı istədilər. Onlar öz dostlarını, Tuomas Holopainen (Nightwish-dən klavişnik) və Lauri Tuoximaa (Charon-dan və Embraze-dan gitara çalan) qoşulmağı xahiş etdilər. Onlar hər biri qrup ilə əlaqədar idi, ancaq sonra layihə təxirə salınaraq digər əlverişli vaxtlarıa saxlanıldı. == Fallen (2001—2006) == Bir neçə ildən sonra layihə yenidən hazırlanmağa başlandı. Bu dəfə üzvlərin daha çox vaxtları var idi. Qrupa iki yeni üzv, Oli-Pekka Tyorryo (Eternal Tears of Sorrow-dan gitara çalan) və Yuxa Kyulmyanen (Reflexion qrupundan vokalist) qoşuldu, və qrup 2001-ci ildə öz debüt albomunun yazısına başladı. Daha sonra qrup 2003-cü ildə “Fallen” adlı debüt albomunu və 2004-cü ildə "Killing Romance" adlı sinqlı buraxdı. Bu albom və sinqllardan sonra qrup üzvləri layihənin fəaliyyətini dayandırdı.
Longing for Dawn
Longing for Dawn — 2002-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. == Haqqında == 2005-ci ildə qrupun ilk debüt "One Lonely Path" adlı albomu buraxıldı. Bu albomdan sonra Grau Records şirkəti ilə müqavilə imzalayaraq, daha sonra 2007-ci ildə "A Treacherous Ascension" və 2009-cu ildə "Between Elation and Despair" adlı üçüncü studio albomu buraxıldı. Bu albom qrupunun ən məşhur albomu olmuşdur.
Party for everybody
Party for everybody-2012 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil edən mahnı. Bu mahnı 259 bal toplayaraq 2- ci oldu. Mahnınını Buranovskiye Babuşki qrupu oxuyurdu.
Ready for Romance
Ready for Romance (azərb. Romantikaya hazır‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 3-cü çıxarılmış albomudur.
Tennis for Two
Tennis for Two — 1958-ci ildə Analoq Kompüterdə Amerikalı fizik Uilyam Hiqinbotam tərəfindən hazırlanan ilk qrafik obyektlər təşkil edən videooyun. == Oyunun inkişafı == Higinbotham Tennis for Two oyununu işlədiyi yer olan Brookhaven Laboratoriyasında yorulan işçilər üçün yazmışdı. Higinbotham, laboratoriya kompüterlərinin mərmi yollarını hesablaya bildiyini öyrənmişdi və kompüterin bu bacarığından oyununda istifadə etdi.
Waiting for Cousteau
Waiting for Cousteau ( Fransız: En assistant Cousteau ) — Jan Mişel Jarrın 1990-cı ildə Polydor lisenziyası ilə Disques Dreyfus tərəfindən buraxılmış albomudur. Bu albom Jak-İv Kustoya həsr olunub və 11 iyun 1990-cı ildə onun 80 illik yubileyində işıq üzü görüb.
Lust for Life
Lust for Life — amerikalı müğənni Lana Del Reyin 21 iyul 2017-ci ildə Polydor və Interscope Records tərəfindən buraxılan beçinci studiya albomu. Albomun prodüserliyini Rick Nowels, Kieron Menzies, Emile Haynie, Boi-1da, Max Martin, Benny Blanco və Metro Boomin etmişdir. Bəzi treklərdə The Weeknd, ASAP Rocky, Stivi Niks, Şon Lennon və Playboi Carti qonaq ifaçı kimi yer alıb.
Beatles For Sale
Beatles For Sale — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. == Mahnı siyahısı == === Birinci tərəf === "No Reply" (Lennon, Makkartni) "I'm a Loser" (Lennon, Makkartni) "Baby's in Black" (Lennon, Makkartni) "Rock and Roll Music" (Berri) "I'll Follow the Sun" (Lennon, Makkartni) "Mr.
For Your Consideration
For Your Consideration — Honduras-ABŞ musiqiçisi Empress Of-un dördüncü studiya albomu. 22 mart 2024-cü ildə Major Arcana və Giant Music tərəfindən buraxılıb.
Pound-for-pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Pound for pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Trees for Life
Trees for Life (ing. Trees for Life — «həyat üçün ağaclar») — 1989-cu ildə Şotlandiyanın Findhorn (Moray) kəndində yaradılmış xeyriyyə ekoloji təşkilatıdır. Təşkilatın əsas məqsədi vaxtilə Şotlandiya dağlıq ərazilərinin böyük hissələrini əhatə edən Kaledoniya meşəsini bərpa etmək və qorumaqdır. Uzunmüddətli strateji məqsəd səhranın ümumi sahəsini 1600 km²-ə çatdırmaq və əvvəllər məskunlaşan heyvan növlərini — Avrasiya qunduzunu, çöl donuzu, vaşaq və canavarı bərpa etməkdir. Hər il təşkilatın əməkdaşları və könüllülər tərəfindən 100 mindən çox ağac əkilir. 1989-cu ildən bəri cəmi bir milyona yaxın ağac əkilib. Əkin üçün yerli ağac növlərinin fidanlarından istifadə olunur — şam, ağcaqayın, adi quşarmudu, əsməqovaq, palıd, fındıq və ardıc.
Association for Computing Machinery
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Back for Good Tour
Back for Good Tour - Modern Talking qrupunun ilk konsertidir. Konsert 7 may 1998-ci ildə Almaniyanın Maqdelin şəhərində baş tutmuşdur. 31 dekabr 1998-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində başa çatmışdır.
Requiem for a Dream
Bir yuxu üçün rekviyem (ing. Requiem for A Dream) Darren Aronofskinin 2000-ci ildə çəkdiyi dram və cinayət janrlı film. Hubert Selby Jr.'ün 1978də çap olunmuş romanından, 2000-ci ildə ekranlaşdırılıb. Başrollarında Ellen Burstyn, Jennifer Connelly, Marlon Wayans ve Jared Leto yer alır. Ellen Burstyn bu film ile 2000 Ən Yaxşı Aktrissa Oscar mükafatına namizəd olmuştur. == Mövzusu == Film müasir dünyada gəncləri ən çox zəhərləyən narkotik, bu bağlılığın yol açdığı əxkaqsızlıqlar və televiziya bağlılığından həyatları alt-üst olan 4 insandan danışır. Narkotik bağımlısı bir gənc, televizor bağımlısı anası və aralarında gündən-günə yüksələn bir uçurum… Narkotik batağı içərisindəki Harry’nin həyatdaki tək məqsədi daha çox narkotikdir. Ümidsiz anasını isə həyata bağlayan tək şey ən sevdiyi yarışma programıdır. Bir gün bu yarışmada iştirak haqqı kazananda tək düşündüyü şey qalib olmaq və bu zaman qırmızı paltarını geyinmiş olmaqdır. Yaşlı, dul ve bədbəxt qadın arıqlama həbləri atmağa başlayır.
Sen-Vensan-le-For
Sen-Vensan-le-For (fr. Saint-Vincent-les-Forts, oks. Sant Vincenç dei Fòrts) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04198. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 264 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 165 nəfər (15-64 yaş arasında) 136 nəfər iqtisadi cəhətdən, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 82,4%, 1999-cu ildə 79.8%). Fəal olan 136 nəfərdən 124 nəfər (68 kişi və 56 qadın), 12 nəfər işsiz (2 kişi və 10 qadın) idi.
Uncharted: Fight for Fortune
Uncharted: Fight for Fortune — 2012-ci ilin dekabrın 4-də satışa çıxarılan oyun, "Uncharted" seryasına əsaslandırılmış bir sıra əsaslı strategiya kart oyunudur. Oyun, iki oyunçunu seriyadaki obrazları təmsil edərək bir-birlərinə qarşı döyüşdürür. Oyunçular qarşı tərəfi məğlub etmək üçün kart dəstələrindən istifadə edirlər. Oyun, Uncharted: Golden Abyss ilə əlaqə quraraq, oyundakı irəliləmələrinə və qazanmış olduqları kuboklara əsaslanaraq oyunçuların yeni kartlar qazanmağına imkanı verir. Əsas oyundan olan kartlar Uncharted: Drake’s Fortune, Uncharted: Golden Abyss və Uncharted: Indra'nın Gözü'ndən gəlir. PlayStation Network'da Uncharted 2: Among Thieves və Uncharted 3: Drake’s Deception-dan kartlar əlavə etmək üçün iki genişlətmə paketi hazırlandı. == Qəbulu == Uncharted: Fight for Fortune satışa çıxarıldıqdan sonra müsbət fikirlərlə qarışdı. Destructoid jurnalisti Kris Karter oyunun 7.5 / 10 verərək, "Təməlində, Uncharted: Fight for Fortune, Magic: The Gathering-ın elementlərini daşıyan, sadələşdirilmiş bir vəsait rəhbərliyi oyunudur" dedi. Metacritic-də oyun 25 şərh ilə hesablandıqdan sonra 67/100 bal aldı, yəni qısaca oyun "qarışıq və orta baxış" aldı.
V for Vendetta (film)
V — Vendetta deməkdir (ing. V for Vendetta) — 2006-cı ildə ABŞ, Böyük Britaniya və Almaniya kino studiyalarının ortaqlığı sayəsində fantastika filmi janrında çəkilən filmdir. == Məzmun == Filmin əvvəlində Barıt sui-qəsdi iştirakçısı olan Qay Foksun tutulması və edam vaxtı təsvir edilir. Ardınca filmdə göstərilən hadisələr yaxın gələcəkdə 2038-ci ildə baş verir. Artıq ABŞ dünya üzərində hegemonluğunu itirmişdir. Böyük Britaniyada hakimiyyətə "Norsefire" partiyasının nümayəndələri gəlmişdir. Bu partiyanın heyəti, dövlətdə sürətlə yayılan virusun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsini öz üzərinə götürmüşdür. 4 noyabr tarixində Qay Foksun maskasını taxan və özünü "V" adlandıran naməlum şəxs, "Federal Təhqiqat Bürosu" tərəfindən yaxalanan "BTN" (British Television Network) assisenti olan İvi Hemmondu xilas edərək, buradan qaçırır. "V", İvini xilas edərək onu damın üzərinə aparır və bir neçə dəqiqədən sonra 5 noyabr tarixinə qədəm qoyulur. Bu zaman Londonun küçələrində Pyotr Çaykovskinin "1812-ci il" adlı uvertürasının sədaları altında atəşfəşanlığın partlaması müşahidə olunur.
Waiting for the End
Waiting for the End — Linkin Parkın dördüncü studiya albomu olan A Thousand Sunsdan çıxan 2-ci sinqlı. 1 oktyabr 2010-cu il tarixində çıxmışdır. Klipi isə 8 oktyabr 2010-cu il tarixində Co Han prodüserliyi ilə çıxarılmışdır. Sinql çıxdıqdan sonra "Guitar Hero: Warriors of Rock" adlı oyunun soundtreki olmuşdur. == Sinqldakılar == "Waiting for the End" – 3:51 "The Catalyst ("Guitarmagedon" DIOYY? Remix) – 3:06 == Klipi == Waiting for the End klipi xüsusi effektlər vasitəsilə çəkilmişdir. Klipə Co Han prodüserlik etmişdir.
Windows Subsystem for Linux
Windows Subsystem for Linux (WSL) — proqramçılara ayrıca virtual maşına və ya ikivariantlı önyükləməyə ehtiyac olmadan Linux mühitini idarə etməyə imkan verən Windows funksiyası. WSL 1 2 avqust 2016-cı ildə buraxıldı və Windows nüvəsində Linux sistem çağırışlarını həyata keçirməklə Linux ikili icra proqramlarını (ELF formatında) işə salmaq üçün uyumluluq təbəqəsi kimi çıxış etdi. Windows 10, Windows 10 LTSB/LTSC, Windows 11, Windows Server 2016, Windows Server 2019 və Windows Server 2022-də mövcuddur. 2019-cu ilin may ayında Hyper-V xüsusiyyətlərinin bir hissəsi vasitəsilə real Linux nüvəsi kimi mühüm dəyişiklikləri təqdim edən WSL 2 elan edildi. WSL 2-nin WSL 1-dən fərqi tam Linux nüvəsini istifadə edən idarə olunan virtual maşın daxilində işləməsidir. Nəticədə WSL 2 WSL 1-dən daha çox Linux ikili faylları ilə uyğunlaşır, çünki WSL 1-də bütün sistem çağırışları tətbiq olmayıb. 2019-cu ilin iyun ayından etibarən WSL 2 Windows 10 müştəriləri üçün Windows Insider proqramı, o cümlədən Home versiyası vasitəsilə əlçatandır. WSL standart olaraq bütün Windows 10 istifadəçiləri üçün mövcud deyil. Onu ya Windows Insider proqramına qoşulmaqla, ya da manual olaraq quraşdırmaq olar. == Tarixi == Microsoft-un Windows-da Unix-ə bənzər uyğunluğa nail olmaq üçün ilk addımı MKS/Interix vasitəsilə Windows Services for UNIX ilə əvəz edilən və nəhayət Windows 8.1-in buraxılması ilə istifadəsi dayandırılan Microsoft POSIX Subsystem ilə başladı.
For All the Dogs
For All the Dogs — kanadalı repçi-müğənni Dreykin səkkizinci studiya albomu. 6 oktyabr 2023-cü ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. == Trek siyahısı == 01. Virginia Beach 02. Amen (featuring Teezo Touchdown) 03. Calling for You (featuring 21 Savage) 04. Fear of Heights 05. Daylight 06. First Person Shooter (featuring J. Cole) 07. IDGAF (featuring Yeat) 08.
Haas (Formula-1 komandası)
Haas (ing. Haas F1 Team) — Formula 1 dünya çempionatında yarışmaq üçün yaradılan amerikalı avto yarış komandası, NASCAR seriyasında iştirak edən Stüart-Haas Reysinq komandasının həmtəsisçisi Cin Haasdır. Komanda 2014-cü ilin aprelində yaradılmış və 2015-ci ildə mövsümün başlanğıcında iştirak etməsi planlaşdırılsa da, 2016-cı il mövsümünə qədər təxirə salınmasına qərar verilmişdir. «Haas» sıx əməkdaşlıqda olduğu Ferrarinin motorları və ötürücü qutularını istifadə edir.. == Tarixi == Haas Formula 1-də iştirak etmək qərarına gələn ilk amerika komandasıdır, çünki 2010-cu ildə başlamağı planlaşdırılan uğursuz ABŞ F1 Team layihəsidir. Həm də çempionata çatmış ilk Amerika komandasıdır. 2014-cü ildə komanda Banberi şəhərində qərargahı satın almışdı və «Marusinin» əmlakının satılması zamanı hərraca çıxarılmışdı. Günther Ştayner komandanın lideri təyin edildi. 2015-ci ildə Rob Teylor komandanın baş dizayneri oldu. Komanda 2016-ci ilə Romen Qrojan ilə, 30 oktyabrda isə Esteban Qutyerres ilə müqavilə imzalamışdır.
Haas Lola (Formula-1 komandası)
Haas Lola (ing. Team Haas (USA) Ltd) 1985-ci ildən 1986-cı ilə qədər Formula 1 Dünya Çempionatında yarışan Amerikanın keçmiş avtomobil yarış komandası. Komanda, 1984-cü ildə Carl Haas və Teddy Mayer tərəfindən yaradılmışdır. Haas Lola qrupunun sponsoru Amerikanın qida şirkəti Beatrice Foods olmuşdur. == Tarixi == 1984-cü ildə Carl Haas, komandasının Championship Auto Racing Teams (CART) Indicar-da iştirakı üçün Amerikanın Beatrice Foods qida şirkəti ilə uğurlu müqavilə imzaladı. Uğurlu müqaviləyə Formula1 –də iştirak və yeni Ford mühərriklərin alınması daxil idi. Ford V6 turboşarjlı mühərriki inkişaf mərhələsində idi və ekskluziv olaraq komanda üç il ərzində bu mühərriklərin alıcısı oldu. Elanın bir hissəsi olaraq, köhnə dünya çempionu Alan Jones 1985-ci ildə komandanın yeni yarış avtomobilini idarə etmək üçün üç illik aradan sonra qayıtdı. Yaxşı maliyyələşdirmə və yeni mühərriklərlə təmin olunan Carl Haas, yeni bir avtomobil inkişaf etdirmək üçün komanda və layihə qrupu təşkil etməyə başladı. Keçmiş rəhbər Teddy Mayer, layihənin ortaq sahibi oldu və İngiltərənin Colnbrook şəhərindəki keçmiş fabrikinə köçürmək üçün komandanı avtomatlaşdırdı və Formula One Race Car Engineering (FORCE) yaratdı.
Half-Life: Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir. 2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. == Oyun prosesi == Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur.
Henri Ford
Henri Ford (ing. Henry Ford; 30 iyul 1863[…], Sprinqvells qəsəbəsi[d], Miçiqan – 7 aprel 1947[…], Dirborn[d], Miçiqan) — avtomobil istehsalçısı, "Ford Motor Company" şirkətinin qurucusu. == Həyatı == Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-nin Miçiqan ştatının Vayn-Kantri şəhərinin Sprinqfild qəsəbəsində dünyaya gəlmişdir. O, müvəfəqiyyətli fermer təsərrüfatının sahibkarları olan Uilyam və Mari Fordların altı uşağının böyüyü idi. Henrinin uşaqlığı ailəsinə kömək etdiyi və adi kənd məktəbində təhsil aldığı həmin ailə fermasında keçmişdir. Henrinin hələ gənc yaşlarında göstərdiyi texnikaya böyük maraq ona dünyanın ən məşhur sənaye sahibkarlarından biri olmağa imkan vermişdir. Ford, özünün ilk daxili yanma mühərrikini evinin mətbəxində hazırlamışdı. Tezliklə o, həmin mühərriki 4 velosiped təkərli ramaya qoymaq qərarına gəlir. Beləliklə, 1896-cı ildə kvadrodövriyyə ilk Ford avtomobilinə çevrilən nəqliyyat vasitəsi meydana gəlir. 1899-cu ildə Edison İlluminating şirkətindən ayrılan Henri Ford öz şəxsi Detroit Automobile şirkətini qurur.
Henry Ford II
II Henri Ford (4 sentyabr 1917[…], Detroyt, Miçiqan – 29 sentyabr 1987[…], Detroyt, Miçiqan) ― Edsel Fordun oğlu və Henri Fordun nəvəsi olan iş adamı 1945-1960-cı illər arasında Ford Motor Companynin prezidenti, 1960-1979-cu illər arasında direktorlar şurasının üzvü və baş icraçı direktor və 1979-cu ildən sonra direktorlar şurasının üzvü olmuşdur. == Məşhur mədəniyyət == "Ford Ferrariyə qarşı" filmində Tracy Letts tərəfindən canlandırılmışdır.
Hermione formosa
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Hermione formosissima
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Heroes Join Forces
Qəhrəmanlar güclərini birləşdirir (ing. Heroes Join Forces) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə “Fleş” teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün “Ox” teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan “Sabahın əfsanələri” teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / Fleş və Oliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər. “Fleş Oxa qarşı” adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar. Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir.
Hill (Formula-1 komandası)
Hill (Formula-1 komandası)- (ing. Embassy Hill)- qısa müddət mövcud olan Formula1 komandası, iki qat Formula 1 Dünya Çempionu olan Graham Hill tərəfindən yaradılmışdır. Komanda 1973-cü ildə, Shadow DN1 avtomobili ilə çıxış etmişdir. 1975-ci ildə, şəxsi şassi ilə dizayner kimi yarışa başladı. Qalibiyyətlər əldə edilsə də bu uzun çəkmədi. 1976-cı ildə təyyarə qəzasına düşən Hill və 5 komanda üzvü həlak oldu. Komanda ingilis tütün şirkəti British American Tobaco'nun sponsorluğu ilə müxtəlif ad altında fəaliyyət göstərmişdir. == Tarixi == Graham Hill, bu komandanı yaratmamışdan əvvəl, Brebem komandasını tərk etdi. O, 1972-ci ildə yeni komanda yaradacağı barədə elan etdi. 1974-cü ildə, Lola şirkətindən şassi alınaraq Lola T370 adı verildi və Hill bütün mövsüm boyu bu avtomobili sürərək İsveç Qran pri-də xal qazandı.
Himantoglossum formosum
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Həndəsi forma
Həndəsi forma — Yer, miqyas, yönləndirmə və refleksiyanın həndəsi obyektin təsvirindən çıxarıldığı zaman qalan həndəsi məlumatdır. == Haqqında == Yəni forma ətrafında hərəkətin, onun genişlənməsinin, dönməsinin və ya güzgüdə əks olunmasının nəticəsi, ayrı bir forma deyil, orijinal forma ilə eynidir. Eyni formaya malik olan obyektlərin oxşar olduğu deyilir. Bir-birləri ilə eyni miqyasda olduqları təqdirdə, onlara bir-birinə uyğun olan deyilir. Bir çox ikiölçülü həndəsi formalı bir nöqtə və ya birbaşa və ya bağlanmış bir nöqtədə nöqtələri birləşdirən xəttlər, həmçinin nəticələnən daxili nöqtələrlə müəyyən edilə bilər. Belə formalar çoxbucaqlı adlanır və üçbucaqlar, kvadratlar və pentaqonlar daxildir. Digər formalar bir dairə və ya ellips kimi əyri ilə məhdudlaşdıra bilər. Bir çox üçölçülü həndəsi fiqurlar bir sıra şaquli, hündürlüyü birləşdirən xəttlər və bu xətlərin əhatə etdiyi iki ölçülü üzlər, eləcə də yaranan daxili nöqtələrlə müəyyən edilə bilər. Bu cür formlara polihedra deyilir və buraya kublar daxildir, həmçinin tetrahedra kimi piramidalar. Digər üç ölçülü şəkillər ellips və sfera kimi əyri səthlərlə məhdudlaşdıra bilər.
I Milli Vikipediya Forumu
Azərbaycan Vikipediyaçılarının I Milli Forumu — 10 mart 2014-cü il tarixində Bakıda Park Inn otelində Vikipediya virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər adı altında keçirilmişdir. Forumda bu sahənin mütəxəssisləri bir araya gətirilmiş, Azərbaycan Vikipediyasının mövcud durumu ətrafında fikir mübadiləsi aparılmışdır, problemlərin və onların həlli yollarının müzakirəsi də baş tutmuşdur. Forum ölkənin Vikipediya mütəxəssisləri və istifadəçiləri, ziyalılar və elm adamları, internet ictimaiyyətinin fəalları, ictimai sferanın nümayəndələrinin iştirakı ilə baş tutmuşdur. Forumun proqramı 2 paneldən ibarət olmuşdur. Panel 1: Azərbaycandilli Vikipediyanın inkişaf dinamikası. Spikerlər. Aydın Mirzəzadə (Millət vəkili, Vikipediya inzibatçısı) Hamlet İsaxanlı (Xəzər Universitetinin rektoru) İradə Ələkbərova (Vikipediya inzibatçısı) Rasim Mahmudov (Sosial Media eksperti) Moderator: Rauf Mərdiyev ("İrəli" İctimai Birliyinin sədri) Panel 2: Azərbaycandilli Vikipediyada mövcud problemlər və onların həlli yolları. Orxan Quliyev (Vikipediya inzibatçısı) Rəşad Əliyev (Xəzər Universiteti İT Məktəbinin rəhbəri) Fərid Sadıxlı ("ASAN könüllüləri" gənclər təşkilatının sədri) Wertuose (Vikipediya inzibatçısı) Moderator: İradə Ələkbərova (Vikipediya inzibatçısı) Eyni zamanda, forum müddətində Vikipediyanın inkişafı istiqamətində əsaslı addımlar atılması üçün fəaliyyət planının və Azərbaycanda Vikipediyanın inkişafını təmin etmək üçün təkliflər paketi hazırlanmışdır. Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dildə 30 milyondan çox ensiklopedik məqalə cəmlənmişdir.
International Union for Conservation of Nature
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.
Inula forrestii
Inula forrestii (lat. Inula forrestii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Kauzen (Formula-1 komandası)
Kauzen (ing.Kauhsen) 1979-cu ildə iki mövsümdə Formula 1-də iştirak edən Alman komandası. Hər iki yarışda Gianfranco Brancatelli heç bir xal qazanmamışdır. == Formula 1-dən əvvəl == 70-ci illərin əvvəllərində Willi Kauhsen idman yarışlarında iştirak etmiş, Le Mans-da ikinci yeri qazanmışdı. 1977-ci il mövsümündə o Formula 2 yarışında iştirak etmək qərarına gəlir və buna görə də əvvəlki çempion avtomobili olan Renaultu əldə edir İlk əvvəl vəziyyət yaxşı olsa da, sona yaxın komanda hətta qiymətləndirmədən keçə bilmir. Komandanın tərkibinə Vittorio Brambilla, Michel Leclère və Alain Prost daxil idi. Lakin nəticələr heç də ürək açan deyildi. Yalnız Brambillanın Mizanoda əldə etdiyi 3-cü yer yüksək göstərici oldu. == Formula 1 == Heç bir göstəriciyə baxmayaraq, Kauzen 1978-ci ildə Formula 1-ə qatılmaq üçün plan qurdu. İlk əvvəl o, Alfa-Romeo mühərrikindən istifadə etmək qərarına gəlir. Lakin sonradan Cosworth DFV V8 əldə edir.
Kağız formatı
Kağız formatı və ya A formatları — beynəlxalq İSO standartlarına müvafiq olaraq, ən böyük ölçüsü A0, ən kiçik ölçüsü isə A10 sayılır; yəni A4 (210x297 mm), A0 (841x1189 mm), A10 (26x37 mm). Müvafiq olaraq digər nəşr formatları çap vərəqinin qatlanması ilə alınır. Tərəflərin uzunluğu 1:2 nisbətdə götürülür. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Kompüterin formal modeli
1936-cı ildə alqoritmlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş kompüterin formal modeli, amerikalı alim Emil Post (Emil Leon Post), praktiki modeli isə ingilis riyaziyyatçısı Alan Türinq (Alan Turing) tərəfindən eyni zamanda yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Kuper (Formula-1 komandası)
Kuper (ing. Cooper Car Company) — avtomobil şirkəti, əsası 1947-ci ildə Charles Cooper və oğlu John Cooper tərəfindən qoyulmuşdur. 1946-cı ildə Surrey, İngiltərədə Joohn və uşaqlıq dostu Eric Brandon kiçik bir qarajda yarış avtomobilləri hazırlamağa başladılar. 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində motor idmanında ən yüksək səviyyəyə çatdılar, çünki onların arxa mühərrikli, tək oturacaqlı avtomobilləri İndianapolis 500 və Formula 1-ə yenilik gətirdi. Kuperin irsi sayəsində Böyük Britaniya inkişaf edən bir yarış sənayesinin məskənidir və Kuper adı hələ də İngiltərədə istehsal olunan, lakin hazırda BMW tərəfindən satılan ¨Mini¨ istehsal maşınlarının Cooper versiyalarında yaşayır. == Tarixi == Coopers tərəfindən qurulan ilk avtomobil, John Cooper və Eric Brandon tərəfindən idarə edilən və bir JAP motosiklet mühərriki ilə təchiz edilən tək oturacaqlı, 500-cc Formula 3 yarış avtomobilləri idi. Cooper 500 avtomobili, bu avtomobilin yamaclarda və yollarda müvəffəqiyyət qazanması sürücülər arasında tələbə səbəb oldu ki , nəticədə Kuper daha çox avtomobil istehsal etməyə başladı. 1940 və 1950-ci illərdə Kuper 300 tək və ikili silindirli avtomobil qurdu və 1951–1954 illər arasında 78 əsas yarışdan 64-nün qalibi olan F3 kateqoriyasına hakim oldu. Ön mühərrikli Formula 2 Cooper Bristol modeli 1952-ci ildə tətbiq olundu. Bu model Juan Manuel Fangio və Mike Hawthorn tərəfindən sürüldü.
La-Fori
La-Fori (fr. La Faurie, oks. La Fauria) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Aspr-syur-Byueş kantonuna daxildir. INSEE kodu — 05055. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 322 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 195 yaşda (15-64 yaş arasında) 129 nəfər iqtisadi fəal, 66 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə 59.1%) idi. Fəal olan 129 nəfərdən 112 nəfəri (64 kişi və 48 qadın), 17 nəfəri işsizdir (4 kişi və 13 qadın).
La-Fortres
La-Fortres (fr. La Forteresse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Etyen-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38171. Kommunanın 1999-cu il üçün əhalisi 235 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 503 ilə 773 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 28 km şimal-qərbdə yerləşir.
La Forza (Elina Neçayeva mahnısı)
"La Forza" (azərb. Güc‎) — Estoniyalı soprano Elina Neçayevanın, operatik-pop üslublu mahnısı. Mahnı sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsində, Estoniyanı uğurla təmsil etmişdir. == Mahnı == İtalyan dilində səsləndirilən opera-pop janrlı "La forza" musiqi əsərinin söz yazarları Kseniya Kuçukova və Elina Neçayevadır. Adında da olduğu kimi, insan ruhuna "İlahi güc" bağışlayan möhtəşəm opera əsərinin musiqi bəstəsi isə, Mikel Mattisen və Timo Ventə məxsusdur. Adıçəkilən bəstəkarlar mahnının ifasında, bek-vokalçı olaraq da iştirak etmişdir. == Buraxılış tarixi == == Beynəlxalq arenada == "La forza" Estoniyanın milli seçim yarışması olan "Eesti Laul"un 2018-ci il buraxılışında, Elina Neçayevanın ifası ilə qələbə qazanmışdır. Bu, mahnının beynəlxalq səhnələrdə səslənməsinə şərait yaratdı. Avroviziya Mahnı Müsabiqəsi 2018 İstedadlı soprano sənətçisi Elina Neçayeva sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsinin birinci yarı-finalında, "La forza" mahnısı ilə iştirak etmiş və ümumilikdə 201 xal toplayaraq 5-ci sırada Estoniyanı böyük finala yüksəltmişdir. Möhtəşəm finalda, Avstriyadan sonra və Norveçdən əvvəl, səhnədə 6-cı nömrə altında mahnısını bir daha canlı ifa edən təmsilçi, müsabiqənin yekun səsvermə nəticələrinə əsasən 245 xal toplayaraq, beynəlxalq yarışmanı 8-ci sırada tamamlamışdır.
La fornarina
Cavan Qadının portreti (La Fornarina adı ilə tanınır) - İtaliya Renessans dövrünün ən məşhur rəssamlarından biri Rafael Santinin 1518-1520 ci illərdə yaratdıqı əsər.
Larruss (Formula-1 komandası)
Larruss (fr.Larrousse) avtomobil idman qrupu, Antony, Fransada yerləşirdi. Didier Calmels və keçmiş yarışçı Gérard Larrousse tərəfindən əsası qoyulmuşdur. İlk olaraq, Larrousse & Calmels adı altında fəaliyyət göstərmiş, daha sonra isə Calmelsin həyat yoldaşını öldürməsindən sonra ad dəyişdirildi və Larrousse adlandırıldı. == Tarixi == 1987-1994-cü illərdə, Formula 1 yarışlarında iştirak etmişdir. Bu illər boyu ən yaxşı nəticəsi Yaponiya Qran pri yarışında 3-cü yer qazanmasıdır. 1987-1991-ci illərdə komanda Lola şassisi olan LC87—LC91 modellərini istifadə etdi. Ən yaxşı yer yaponiyalı Aquri Suzuki tərəfindən qazanılan üçüncü yer idi. == Venturi şassi (1992) == 1991-ci ildə Gérard Larrousse komandanın 65%-ni Venturi şirkətinə satır. 1992-ci ildə fransız avtomobil şirkəti Venturinin təqdim etdiyi LC92 şassi istifadə olundu və komanda yalnız 1 xal qazandı. 1992-ci il Sentyabr ayında Venturi komandanı German Rainer Walldorf tərəfindən idarə olunan Comstock-a satır.
Macarıstan forintinin sikkələri
Macarıstan forintnin sikkələri (mac. forint érmék) — 1946-cı ildən bu günə qədər buraxılan Macarıstan forintnin sikkələri. Forint sikkələri Macarıstan pul vahidi olan Macarıstan forintinin bir hissəsidir. 1806–1982-ci illər arasında macar dilində "forint" sözü Avstriya-Macarıstan imperiyasının pulu Avstriya quldeninə deyilirdi. Forint rəsmi olaraq İkinci Dünya müharibəsi bitdikdən sonra, 1946-cı ilin avqustunda, İkinci Macarıstan Respublikası hökuməti tərəfindən Macarıstanın pul vahidi olaraq qəbul edildi. Valyuta 20 il ərzində sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin sonradan sosialist iqtisadi sistemin zəifləməsi inflyasiyaya gətirib çıxardı, bu, forintin alıcılıq qabiliyyətinə təsir edərək 1990-cı illərdə böhrana səbəb oldu. Valyutanı sabitləşdirmək yalnız XXI əsrin əvvəllərində mümkün olmuşdur. Müxtəlif dövrlərdə 2, 5, 10, 50 filler və 1, 2, 5, 10, 20, 50, 100, 200 forint nominalında sikkələr dövriyyədə idilər. Bundan əlavə, 1948-ci ildən geniş dövriyyəyə xatirə sikkələri buraxılır, 1949-cu ildən isə investisiya sikkələri və dövriyyə üçün nəzərdə tutulmayan sikkələr buraxılmağa başlandı.

Digər lüğətlərdə