Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fransua
Fransua — ad. Fransua Araqo — fransız astronom və fizik, siyasi xadim. Fransua Fiyon — fransız dövlət və siyasi xadimi. Fransua de Larderel — fransız mühəndisi və sahibkar.
Fransız
Fransızlar – Fransanın əsas əhalisi, millət. ABŞ və Kanadada, həmçinin keçmişdə Fransanın müstəmləkə və dominionu olmuş ölkələrdə də yaşayırlar. Fransız dilində danışırlar, dindarlarının əksəriyyəti katolikdir. Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3–1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak etmişdir. 6-cı əsrdə Qalliyada vestqotlar və burqundlar öz krallıqlarını, franklar isə Frank dövlətini yaratdılar. 9-cu əsrdə Karolinqlər imperiyası parçalandığı zaman frank sözü həm ölkənin, həm də xalqın adında və dilində qalmışdı. Vahid fransız xalqı və dili təqr.
Fransua Araqo
Fransua Dominik Araqo (26 fevral 1786[…], Estajel[d] – 2 oktyabr 1853[…], Paris) — fransız astronom və fizik, siyasi xadim, Paris EA-nın üzvü (1809), Peterburq EA-nın fəxri əcnəbi üzvü (1829). 1830-cu ildən Paris EA-nın katibi və Paris rəsədxanasının direktoru olmuşdur. Onun göstərişi ilə U.Leverye Uranın hərəkətindəki sarsıntıları hesablamış və bunun nəticəsində Neptun kəşf edilmişdir. Araqonun astronomiya, optika, elektromaqnetizm, meteorologiya və fiziki coğrafiyaya dair əsərləri var. Polyariskopu ixtira etmiş, poladdan ilk süni maqnitlər almış, fırlanma maqnetizmini kəşf etmiş, qütb parıltısı və maqnit fırtınası arasında əlaqə olduğunu müəyyənləşdirmişdir. 1830-1948-ci illərdə Deputatlar palatasının üzvü, Fransada 1848-ci il inqilabından sonra hərbi və dəniz naziri vəzifələrində işləmişdir.
Fransua Buşe
Fransua Buşe (fr. François Boucher; 29 sentyabr 1703[…], Paris[…] – 30 may 1770[…], Paris[…]) — fransız rəssam, qravürçü, dekorator. Rokoko dövrünün parlaq nümayəndələrindən biri olmuşdur. Onun çoxsaylı qravürlər seriyası olub. Buşe həmçinin Molyer, Bokaçço, Ovidinin kitablarına illüstrasiyalar çəkmişdir. Sənətçi dekorativ tətbiqi sənət və dəzgah qrafikasında bir çox örnəklər ərsəyə gətirmişdir: opera, teatrlara tamaşalar üçün dekorasiya, kral qoblen manufakturaları üçün eskizlər, dekorativ işləmələrlə zəngin Sevr çiniləri, müxtəlif zərif miniatür nümunələri. Öz yaradıcılığında rəssam mifoloji və alleqorik motivlərə yer vermişdir. Parisin dəbdəbəli həyatını, kənd yarmarkalarını bir çox portret və peyzajlarda təsvir etmişdi. Buşe zaman-zaman fəxri adlarla təltif olub. Məsələn: 1765-ci ildə məhkəmə rəssamı adı almışdı.
Fransua Delsart
Fransua Delsart — fransız teatr pedaqoqu, musiqiçi, müğənni (tenor), aktyor və vokal sənəti nəzəriyyəçisi. 1826–30-cu illərdə Parisdə A.Koronodan, nəğmə dərsləri almış, daha sonra konservatoriyada A.Qarode və L.A.Ponşar – atanın tələbəsi olmuşdur. “Opera-Komik” teatrında çıxış etmişdir. Artistlik fəaliyyətindən çox tez uzaqlaşmış, Parisdə Şatel abbatlığının xormeysteri olmuşdur; kilsə nəzdində nəğmə kursları açmışdır. Paris konservatori yasında dərs demişdir. Aktyorlar Raşel, B.K.Koklen onun şagirdləri olmuşlar. İsveçrə fizioqnomika nəzəriyyəçisi İ.K.Lafater, həmçinin F.A.Mesmer, J.Q.Debüro və başqalarının ona təsiri olmuşdur. Aktyor hazırlamaq üçün öz sistemini işləyib hazırlamışdır. Sistem Delsartın şagirdlərindən olan Amerika dramaturqu, aktyor və rejissor S.Makkey (1869–70-ci illərdə Delsartın dərslərində iştirak etmişdir) tərəfindən qeydə alınmış və 19-cu əsrin sonlarında geniş yayılmışdır. Delsart səs texnikası ilə bərabər, aktyor sənətinin bütün komponentlərini də tədqiq etmişdir.
Fransua Dyuvalye
Fransua Dyuvalye (ləqəbi Papa Doc, 14 aprel 1907[…], Port-o-Prins – 21 aprel 1971[…], Port-o-Prins) — Haiti Respublikasının 1957–1971-ci illərdə idarə edən Prezident Fransua Dyuvalye 1907-ci ildə Haitidə, Portau Prins şəhərində anadan olub.1934-cü ildə Haiti Ali Tibb məktəbini bitirib. 1943-ci ildə kənd orta məktəbində həkim işləyib.
Fransua Enqler
Fransua Baron Enqler (6 noyabr, 1932, Brüssel) Nobel mükafatı (2013-cü ildə Piter Hiqqs ilə birlikdə) almış fizikdir. Enqler, Kaliforniyadakı "Çepmen Universiteti"ndə "Kvant İşləri İnstitu"nun da üzvüdür. Statistika fizikası sahəsində bir çox əməkləri vardır. Fransua Enqlerə 2013-cü ildə "Hiqqs Mexanizmi" kəşfinə görə Piter Hiqqslə birlikdə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Fransua Fenelon
Fransua Fenelon (6 avqust 1651[…] – 7 yanvar 1715[…], Kambre)— fransız yazıçısı, filosofu. XVII əsrin sonlarının mühüm sənətkarlarından biri Fransua de Salinyak de Lamot Fenelondur /1651–1715/. Yoxsullaşmış zadəgan ailəsində anadan olan Fenelon XIV Lüdovikin nəvəsi və taxtın varisinin tərbiyəçisi olmuşdur. "Qızların tərbiyəsi haqqında" adlı ilk traktatında Fenelon pedaqogikanın incəliklərini anlayan azad fikirli bir ziyalı kimi çıxış edir. Madam de Mentenon tərəfindən açılan Sen-Sir pansionunun tərbiyə sistemi bu traktat əsasında qurulmuş, Peterburq Smolnı institutu yaradılanda isə Sen-Sir pansionu nümunə götürülmüşdür. 1689-cu ildən Bossüenin vasitəçiliyi ilə kralın varisinin tərbiyəçisi olur, altı il bu vəzifədə çalışaraq pedaqoji məqsədlər izləyən əsərlər yaradır, ləyaqətli kral yetişdirməyə çalışır, dövləti idarə işinin ideal prinsiplərini irəli sürür. Təmsillərində Fenelon ehtiyatla davranır. "Ölülərin dialoqları" əsərində isə dövləti idarə prinsipləri haqqında düşüncələrini əks etdirir. Fenelon maraqlı və incə formada krallara siyasət dərsi öyrədir. Yazıçının fikrincə, "Kim ki, hökmdarlıq edir, dövlətin qanunlarına hamıdan daha artıq tabe olmalıdır, qanunların xaricində onun şəxsiyyətinin heç bir qiyməti yoxdur… Kral təbəələr üçün yaradılmışdır, təbəələr kral üçün yox." Bu sonuncu fikir XIV Lüdovikin məşhur "Dövlət mən özüməm" fikrinin büsbütün əksi idi.
Fransua Fiyon
Fransua Şarl Arman Fiyon (fr. François Charles Armand Fillon); d. 4 mart 1954-cü il, Le-Man, Sarta) — fransız dövlət və siyasi xadimi. Respublikaçılar partiyasının üzvüdür. 17 may 2007-ci ildən 10 may 2012-ci ilədək Fransanın Baş Naziri olub (prezident Nikolya Sarkozinin dövründə). Hal-hazırda Fransa Milli Məclisinin deputatıdır (17 iyun 2012-ci ildə ikinci Paris seçki dairəsindən seçilib).
Fransua Gizo
Fransua Pyer Giyom Gizo (fr. François Pierre Guillaume Guizot, 4 oktyabr 1787[…], Nim[d] – 12 sentyabr 1874[…]) — fransız tarixçisi, tənqidçi, siyasi və dövlət xadimi. 1840-cı ildən sonra Fransua Gizonun təzyiqi altında həyata keçirilən siyasət 1830-cu ildən Fransada yaradılan rejimə yenidən qayıdışa gətirib çıxardı. 1840-cı ildən 1848-ci ilədək Lui Filippin hakimiyyəti bir növ müstəbid bir hökmdarın hakimiyyətini və yaxud da feodalizmə qayıdış siyasətini xatırladırdı. 1840-cı ildən sonrakı bu siyasət Fransa xalqını xeyli qəzəbləndirirdi. Orleanlı Lui Filipp Burbonların yan qolu olan Orleanistlərin nümayəndəsi olsa da arxalı, köklü bir insan deyildi. O, Fransa üçün həmin dövrdə lazımlı olduğuna görə hakimiyyətdə idi. 1848-ci ilə qədər Lui Filipp öz hakimiyyətini müxtəlif vasitələrlə möhkəmləndirməyə çalışsa da onun bu cəhdləri baş tutmadı. Orleanlı Lui Filipp 1847-ci ildə Fransanı kifayət qədər çətin vəziyyətə salmışdı. Ölkə daxilində rejimin böhranı özünü onda göstərirdi ki, təkcə 40-cı illərdə ona qarşı 10 dəfə sui-qəsd təşkil edilmişdi.
Fransua Kene
Fransua Kene (fr. François Quesnay; 4 iyun 1694[…] – 16 dekabr 1774[…], Versal, Fransa krallığı) — Fransız iqtisadçı və fiziokratiya məktəbinin fiziki. Fransua Kene 1694-cü ildə Versalın yaxınlığında kasıb kəndli ailəsində anadan olmuşdur. Onun ailəsi kiçik ticarətlə məşğul idi. F.Kene 60 yaşlarında bir iqtisadçı kimi formalaşır. 1756-cı ildə Didro onu Ensiklopediya yazılışına cəlb edir. Bu hadisə Kenenin həyatında çox mühüm rol oynayır. Versalda 50-ci illərdə Kenenin ətrafına ensiklopedistlərdən Didro, Helvetsi, Tyürqo və Mirabo toplanırdılar. Bu şəxslər inqilabi ruhda idilər. Dini, təbiəti dərk etməyi, cəmiyyəti, dövlət quruluşunu bu maarifçilər ciddi tənqid edirdilər.
Fransua Kuperen
Fransua Kuperen (fr. François Couperin; 10 noyabr 1668[…], Paris – 11 sentyabr 1733[…], Paris) — Fransalı bəstakar.
Fransua Meninski
Fransua Menien (fr. François Mesgnien; 1620, 1623[…] və ya 1632, Lotaringiya hersoqluğu[d] – 1698[…], Vyana) — Fransız şərqşünası. Fransua Menien 1623-ci ildə Lotaringiyada anadan olmuş, 1698-ci ildə Vyanada vəfat etmişdir. Mesnien ilk əvvəl təhsilini Romada almış və 1652-ci ildə Polşanın İstanbuldaki səfirliyinə qoşulmuşdur. Burada o özünü türk dilinin öyrənilməsinə həsr etmişdir. O, öncədən ali tərcüməçi, sonra isə Konstantinopolda Polşanın səfiri olmuşdur və ona zadəganlıq bəxş ediləndən sonra Meninski (fransız Mesgnien adının polyaklaşdırılmış şəkli) adını qəbul etdi. Daha sonra Avstriya xidmətinə keçdi. 1669-cu ildəki Qüdsə gedişindən sonra, 1671-ci ildə Vyanaya yola düşüb, orada Şərq dillərin baş dilmanc vəzifəsinə təyin olunmuşdur. Bu vəzifəni ölümünədək tutmuşdur. Əsas əsəri Tesaurus linguarum orientalium, turcicea, arabic, persicæ (latınca: Türk, ərəb, fars və s.
Fransua Mitteran
Fransua Mitteran (fr. François Mitterrand; 26 oktyabr 1916[…] – 8 yanvar 1996[…], VII arondisman (Paris) və ya Paris) — 1981–1995-ci illərdə Fransa Respublikasının Prezidenti. Fransua Mitteran zadəgan nəslindən olan xırda sahibkar ailəsində anadan olmuşdur. Siyasətə 1940-cı ildə gəlmişdir. O, baş serjant rütbəsində İkinci dünya müharibəsində döyüşlərdə yaralanaraq almanlara əsir düşmüşdür. Həbs düşərgəsindən iki dəfə uğursuz olaraq qaçmağa çalışmış, yalnız üçüncü dəfədən həbsdən uğurla qaçaraq Fransaya gəlmiş və Müqavimət hərəkatına qoşulmuşdu. O, tezliklə hərbi əsirlərin və deportasiya edilmiş insanların gizli Milli hərəkatına rəhbərlik etmişdi. Fransa azad olunduqdan sonra Demokratik və Sosialist Müqavimət İttifaqı Partiyasının rəhbəri olmuşdu. Dördüncü republika dövründə 11 hökumətdə ikinci dərəcəli vəzifələr tutmuşdur. 1981–1995-ci illərdə Fransa prezidenti olmuşdur.
Fransua Moriak
Fransua Moriak (fr. François Mauriac; 11 oktyabr 1885[…], Bordo – 1 sentyabr 1970[…], Paris) — fransız yazıçı, Fransa akademiyasının üzvü (1933), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1952), XX əsrin ən tanınmış katolik yazıçılarından biri. Fransız yazıçısı, şair və dramaturq Fransua Şarl Moriak Bordo şəhərində, varlı kommersant Jan Pol Moriakın çoxuşaqlı ailəsində doğulmuşdu. İki yaşında atasını itirdiyindən anasının valideynləri Marqarita Moriakı və uşaqlarını öz himayələrinə götürmüşdülər. Marionitlər kollecində təhsil almış, 1905-ci ildə Bordo universitetinin ədəbiyyat bölümünü bakalavr dərəcəsi ilə bitirmişdi. Fransız ədəbiyyatına, xüsusən də Rasin və Paskal kimi klassiklərin yaradıcılığına marağı kollec illərindən başlanmışdı. Magistratura təhsili üçün medievist və arxivşünaslar hazırlayan Ekol de Şarta daxil olsa da, "Le Tempes present" jurnalından aldığı təklif nəticəsində təhsilini yarımçıq buraxmışdı. Jurnal onun şeirlər məcmuəsinin nəşrini vəd edirdi. Həqiqətən də, 1910-cu ildə müəllifin "Birləşən əllər" adlı ilk kitabı işıq üzü gördü. Tanınmış yazıçı Moris Barresin tərifli rəyindən sonra Moriakın ədəbiyyata gedən yolu açıq idi.
Fransua Oland
Fransua Jerar Jorj Nikola Olland (fr. François Gérard Georges Nicolas Hollande; d. 12 avqust 1954, Ruan, Fransa) — fransız dövlət xadimi, Fransa Respublikasının seçilmiş 24-cü, Beşinci Respublikanın 7-ci prezidenti. Fransanın dövlət başçısı kimi Andorranın knyazı və Fəxri Legion ordeninin Ali Magistri. 6 may 2012-ci ildə seçilib, vəzifəsinin icrasına 15 may 2012-ci ildə başlayıb. Fransua Olland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində doğulub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Fransa Sosialist Partiyasının üzvüdür. İlk iş yeri Fransa Auditorlar Palatasında olub, auditor vəzifəsində işləyib. 1981-95-ci illərdə Fransa prezidenti Fransua Mitteranın iqtisadi məsələlər üzrə məsləhətçilərindən olub.
Fransua Olland
Fransua Jerar Jorj Nikola Olland (fr. François Gérard Georges Nicolas Hollande; d. 12 avqust 1954, Ruan, Fransa) — fransız dövlət xadimi, Fransa Respublikasının seçilmiş 24-cü, Beşinci Respublikanın 7-ci prezidenti. Fransanın dövlət başçısı kimi Andorranın knyazı və Fəxri Legion ordeninin Ali Magistri. 6 may 2012-ci ildə seçilib, vəzifəsinin icrasına 15 may 2012-ci ildə başlayıb. Fransua Olland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində doğulub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Fransa Sosialist Partiyasının üzvüdür. İlk iş yeri Fransa Auditorlar Palatasında olub, auditor vəzifəsində işləyib. 1981-95-ci illərdə Fransa prezidenti Fransua Mitteranın iqtisadi məsələlər üzrə məsləhətçilərindən olub.
Fransua Peti
Fransua Peti (fr. François Petit) – Fransız əsilli Amerika aktyoru və döyüş sənətləri ustasıdır.. Fransua keçmiş fransız hərbi qüvvələrin zabiti olub. Cüdoda 3-cü, Qosindo Ciu-Citsuda 8-ci, Karate-doda 7-ci dərəcə qazanmışdır. Həmçinin, Kay Den-Sixan tutuluna sahibdir. Bu titul Yaponiyada ən böyük döyüş sənətləri ustasına verilir. Əvvəllər Nincitsu il məşğul olmuşdur.
Fransua Rable
Fransua Rable (ən tezi 1483 və ən geci 1494 – ən tezi yanvar 1553 və ən geci 14 mart 1553, Paris, Fransa krallığı) — Fransız yazıçısı. Məşhur "Qarqantüa və Pantaqrüel" romanının müəllifi. Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub. O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir. Kilsə xadimləri,müqəddəs Fransisk təliminin daşıyıcıları və keşikçləri olan rahiblər gənc Rablenin bu Qeyri-ənənənəvi təhsildən xəbər tutan kimi,onun min əzabla əldə etdiyi bu qədim yunan kitablarını əlindən alırlar.Rahiblər belə hesab edirdilər ki,heç də hər şeyi bilmək lazım deyil,çünki onların etiqad etdikləri müqəddəs Fransisk belə demişdir: "Qoy nadan adamlar savadlanmağa çalışmasınlar!". Dostlarının köməyi ilə o, Benedikt məzhəbini qəbul edir və yerini dəyişərək Malyezza abbatlığında yaşamağa başlayır.Benediktçilər təhsil məsələlərində fransiskçilərdən fərqlənirdilər və Rable artıq burada nəinki ürəyi istədiyi kitabları tapıb oxuya bilərdi,o,hətta burada bir sıra təbiət elmləri ilə,xüsusilə də təbabət elmi ilə dərindən məşğul olmağa başlayır.Burada o yepiskop d`Estissakla dostlaşır.Sonra təhsilini davam etdirmək məqsədilə o,dini rəhbərlərin razılığı ilə 1528-ci ildə Parisə yollanır.O dövrdə baş verən bir sıra siyasi hadisələr nəticəsində dini dünyagörüş məsələlərində və qadağalar sahəsində bir qədər yumşalmalar baş verir.Bundan ruhlanan gənc Rable daha böyük səylə öz dövrünün elmlərini öyrənməkdə davam edir. 17 yanvar 1536-ci il tarixində verilmiş sənədlərin birində deyilir ki, "Rableyə hər yerdə təbabətlə məşğul olmağa icazə verilir,ancaq bir şərtlə-bu gərək təmənnasız olmalıdır və oddan dəmirdən istifadə olunmamalıdır,çünki ,bu tipli əməliyyatlar ruhanilərə qadağan edilib".1537-ci ildə Rable tibb doktoru adını qazanmışdır. Rable Fransanı şəhərbəşəhər gəzərək həm həkimlik edir,həm ruhani kimi fəaliyyət göstərir,həm də günü-gündən təhsilini artırdı.1532-ci ildə Lion şəhərində yaşayarkən o,böyük bir xəstəxananın həkimi olur və ele həmin vaxt da Niderland humanizminin və ümumiyyətlə,Avropa İntibahının ən görkəmli nümayəndələrindən biri olan Rotterdamlı Erzamla məktublaşır. "Qarqantüa və Pantaqrüel"romanının "Məşhur Pantaqruelin çox dəhşətli və vahiməli əməlləri və qəhrəmanlıqları"adlanan birinci kitabını da Fransua Rable məhz elə bu şəhərdə yazmış və 1533-cü ildə Alcofridas Nasier imzası ilə çap etdirmişdir.
Fransua Trüffo
Fransua Trüffo / Fransua Tryuffo (François Truffaut); 6 fevral 1932 - 21 oktyabr 1984) Fransız rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri.
Fransua Viyet
Fransua Viyet (1540-1603) - Fransız riyaziyyatçısı. Hesab edilir ki, bütün elementar cəbri işləyib hazırlamışdır. 1540-cı ildə Fransanın Fantene-le-Kont şəhərciyində anadan olmuşdur. Atası prokuror olmuşdur. Adətlərə görə atasının sənətinə yiyələnmişdir. Universiteti Puatuda bitirmişdir. 1560-cı ildə doğma şəhərində karyerasına başlamışdır. 1571-ci ildə dövlət işinə başlamışdır. Əvvəlcə parlamentin, daha sonra isə Fransa kralı III Henrinin məsləhətçisi olmuşdur.Onu əsasən Viyet teoreminin yaradıcısı kimi tanıyırlar. "Uşaqlar üçün ensiklopediya.
Fransua Viyon
Fransua Viyon (tələffüzü [fʁɑ̃swa vijɔ̃] 1431, Paris – 1463, Fransa) — XV əsrdə yaşamış fransız şair. Orta əsrlər Fransasının ən məşhur şairlərindən biridir.Müasir Fransa şeirinin qurucusu hesab olunur. Fransua Viyon 1431-ci ildə Parisdə dünyaya gəlmişdir. Bəzi mənbələrdə bu il 1432 kimi qeyd olunur. Viyonun əsl adı François de Montcorbier və ya François des Logesdır.Bu iki adın hər biri onun haqqındakı rəsmi sənədlərdə əks olunub. Bakalavr təhsilinə 1449-cu ildə Paris Universitetində,maqistr təhsilinə isə 1552-ci ildə başlamışdır. Əsas əsəri Grand Testament (1461) adlı avtobiyoqrafik şeiridir. Eşq, uğursuzluq, ölüm mövzularına şeirləri mövcuddur.
Fransız Alpları
Fransız Alpları — Fransada yerləşən Qərbi Alp dağlarının bir hissəsi. Uzunluğu təxminən 330 km-dir. Fransız Alplari Şimal və Cənuba bölünür. Şimali Fransız Alplari buzlaqları və dağ-buzlaq torpaq formaları, iynəyarpaqlı meşələr, subalp və alp çəmənlikləri olan yüksək dağlıqdır. Buraya Monblan, Ekren (Pelvu), Beldonn, Qray və Kotsk Alpları massivləri daxildir. Ən yüksək nöqtəsi Monblan dağıdır (4810 m). Cənubda yerləşən Fransız Alpları dağları daha aşağı (adətən 3000 m-ə qədər), Aralıq dənizi iqlimi və landşaft elementləri olan Provans Alpları və Dənizaşırı Alplarını əhatə edir. Французские Альпы // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Fransız Rivyerası
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Fransız Vikipediyası
Fransızca Vikipediya (fr. Wikipédia en français) — Vikipediyanın fransız dilində olan bölməsidir.
Fransium
Fransium (Fr) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində 87-ci element.
Franşes
Franşes (fr. Franchesse) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l'Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03117. 2008-ci ildə əhalinin sayı 453 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 284 nəfər arasında (15-64 yaş arasında) 197 nəfər iqtisadi fəal, 87 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,4%, 1999-cu ildə 63,6%). Fəal olan 197 nəfərdən 173 nəfər (100 kişi və 73 qadın), 24 nəfər işsiz (10 kişi və 14 qadın) idi. Aktiv olmayan 87 nəfər arasında şagird və ya tələbə, 31 nəfər təqaüdçü, 35 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Franşiza
Franşiza bunlara istinad edə bilər; Françayzinq - ticarət nişanlarının lisenziyalaşdırılmasını və françayzlarla iş aparmaq metodlarını əhatə edən bir iş metodu. Franşiza - kabel televiziyası provayderi, kommunal xidmət və ya şirkət kimi bir növ fəaliyyət göstərmək üçün bir imtiyazdır, bəzən aşağıdakı kimi tarif cədvəllərinin verilməsini tələb edir: Televiziya franşizası - televiziya şəbəkəsini idarə etmək hüququna malik franşiza Kabel franşizası - kabel televiziya şəbəkəsini idarə etmək hüququna malik franşiza Kabel televiziyası franşizası - haqqı, yerli hökumət tərəfindən xüsusi bir kabel televiziyası şirkətinə illik ödəniş Böyük Britaniyada sərnişin dəmir yolu françayzinqi - Böyük Britaniyanın dəmir yollarında sərnişin xidmətlərinin istismarına dair müqavilə sistemi. Franşiza - sığorta şirkətləri tərəfindən çıxılmaq şərtilə siyasət ödənişləri üçün bir eşik olaraq istifadə edilən bir bənddir. Siyasi franşiza və ya seçki hüququ, mülki səs hüququ - Franşiza yurisdiksiyası - İngilis tarixində, xüsusi mülkiyyət olaraq qoyulmuş bir yurisdiksiyadır. Franchise Pictures - bir film istehsalı şirkəti. "Franchise" (qısa hekayə) - İsaak Asimovun 1955-ci ildə yazdığı qısa bir hekayə Dem Franchize Boyz -Atlantadan Amerikalı bir hip hop qrupu Franchise Times - Amerika Birləşmiş Ştatlarının bir iş dərgisi toplusu Media franşizası - əsasən Şimali Amerika istifadəsində olan filmlər, video oyunlar, kitablar və s. ilə əlaqəli yaradıcı əsərlərin toplusudur. "Franchise" (mahnı) - Treyvis Skottun 2020-ci il mahnısı Franşiza - Şimali Amerikada ən çox rast gəlinən peşəkar idman liqası təşkilatı tipli bir komanda üçün bir termin; Françayzinq oyunçusu - ətrafında bütün rəqabətçi heyət qurula biləcəyi bir komandadakı oyunçusu Françayzinq etiketi - ABŞ Milli Futbol Liqasında müqaviləsi tezliklə başa çatacaq bir oyunçunun təyinatı, onu artırılmış maaşla bir il komandaya bağlayır. İdman liqası franşizası və ya Liqa imtiyazı - hovuz, dart və s. Kimi fəaliyyətlərdə müəyyən bir idman liqası altında yerli və ya regional bir françayzinq iş əməliyyatı.