Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
IV Fraat
IV Fraat (parf 𐭐𐭓𐭇𐭕, Frahāt; e. ə. I əsr – e.ə. 2) — Arşakilər sülaləsindən olan Parfiya çarı. O, eramızdan əvvəl 38–32-ci illərdə hökmranlıq etmişdir. II Orodun oğlu olan Fraat Roma ilə müharibədə irsi şahzadə I Pakorun ölümündən sonra varis təyin edilmişdir. O, taxtın varisi təyin edilsə də, atası padşah II Orodu öldürərək taxta çıxmış, ardınca bütün qardaşlarını öldürmüşdür. IV Fraat eramızdan əvvəl 2-ci ildə həyat yoldaşı və oğlu gələcək padşah V Fraatın başçılıq etdiyi sui-qəsdçilər dəstəsi tərəfindən öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Bigwood, J. M. "Queen Mousa, Mother and Wife(?) of King Phraatakes of Parthia: A Re-evaluation of the Evidence". Journal of the Classical Association of Canada.
Arhat
Arhat (sanskritcə: ləyaqətli, hörmətli, məşhur) — buddizmdə "nirvanaya daxil olmağa layiqli" olan; Budda müqəddəsi, ilk dəfə Budda Şakyamuni özünü arhat adlandırmış, ondan sonra şagirdləri va ardıcılları da bu adı ("Buddadan sonrakı Buddalar") daşımışlar. Hinayana məktəblərində, xüsusilə therevadada arhatliq ruhani kamilliyinin yüksək pilləsidir; arhat həyatını başa vurduqdan sonra bir daha yenidəndoğulma vərhələsini yaşamır, birbaşa nirvanaya keçir. İnsan təbiətinin bütün qeyri-kamilliklərindən, "mən" haqqında yanlış fikirlərdən tam azad olmuş arhat (kişi, yaxud qadın) üçlü biliyə (özünün əvvəlki doğulmaları, başqa şəxslərin doğulmaları və əqli pozuntunun aradan qaldırılması haqqında) malikdir. Mahayana ədəbiyyatinda arhatlarin "Budda torpaqlarında (buddha-kşetra) yaşamasında bəhs olunur. Mahayana ikonoqrafiyasında arhatın təsvirinə tez-tez rast gəlinir: məsələn, "Budda 16 böyük arhatın əhatəsində" adlı məşhur əsərdə.
Frank
Akihiro — ad. Bu adı olan tanınmışlarFrank Qorşin — Frank Şvalba-Hot — siyasətçi.DigərFrank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Frans
Frans — ad. Frans (müğənni) — İsveç müğənnisi və bəstəkarı.
Fraort
Fraort (e. ə. VII əsr – e.ə. 633) — Deyokun oğlu, Midiyanın ikinci hökmdarı. Fraort atası Deyokun hökmranlığını davam etdirərək, madaylara başqasının rəhbərlik etməsinə izin vermədən, farslara qarşı yürüşə keçmişdi. Farslar məğlub olaraq, madaylara tabe edilirlər. Fraort farslar və madaylar üzərində hakimiyyətini bərqərar etdikdən sonra, Asiyanın digər ərazilərini də özünə tabe etməyə başladı. Nəhayət o, assurların üzərinə hücuma keçdi, lakin məğlub oldu. Onun ordusu pərən-pərən oldu. Özü isə təxminən e.ə.
Fraza
Fraza – [yun. phrasis – ifadə etmək] 1)bitkin fikir; 2)təmtəraqlı məzmunsuz söz; 3)cümlə, ifadə ibarə. Məsələn, motivlərə bölünməyən bütöv frazalar da var. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fərah
Fərah vilayəti
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Qrant
Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Qrand – 1)dövlət sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və yeniliklərin maliyyələşdirilməsi üçün subsiyalar; 2)elmi-tədqiqatların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin maliyyə dəstəyi üçün xeyriyyəçilik məqsədilə ayrılan pul vəsaitləri; 3)hər hansı fəaliyyət sahəsində yüksək ustalıq və peşəkarlığa nail olan insan (reklam qrandı). Konkret insanlara deyil, firmalara, təşkilatlara aiddir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Şratt
Şratt — relyefin karst formalarından biri. Eynilə karr kimidir.
Arat
Arat — türk və altay mifologiyasında Baykal gölündə və ya yeraltındakı böyük dənizdə yaşadığına inanılan qorxunc nəhəng, ölüm balığı. Arağıt, Arağut, Aravut olaraq da tanınmaqdadır. Monqol mədəniyyətində Aratan və ya Arağatan olaraq tanınar. Zaman-zaman yer üzündə yaşayan insanlardan qurban istəyər. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynadanda zəlzələlər olur, tufanlar qopar. "Ker Balıq" olaraq da adlandırılar. İndiyə qədər udduğu bütün canlılar orada yaşayırlar.
Fakt
Fakt (lat. factum — "baş vermiş", "olmuş") — reallığın təsdiq forması.Fakt anlayışı müxtəlif elmlərdə insan fəliyyətinə uyğun olaraq müxtəlif formalarda qəbul edilir. Cəmiyyətdə "fakt" dedikdə "həqiqət"in bir hissəsi başa düşülür. Faktların qəbuluna bəzən konkret şərait və psixologiya təsir edir. İnsanlar bir qayda olaraq gördüklərini fakt kimi qəbul edirlər. Elmi fakt – nəticə çıxarmaq və təsdiq etmək üçün əsas olan hadisə. Elmi biliyin əsasını təşkil edən element. Ancaq bununla belə insanın qəbul etdiyi "modelə" sığışmayan reallıqlar situasiyadan asılı olaraq istər-istəməz fakt kimi diqqəti cəlb edə bilər. == İstinadlar == == Həmçinin bax == Reallıq == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər.
Fiat
Fiat S. p. A. (Fiat Qrupu olaraq da tanınır) avtomobil istehsalçısı, maliyə və sənaye qrupu. 1899-cu ildə Giovanni Agnelli Tərəfindən Torinoda qurulmuşdur. Adını "Fabbrica İtaliana Automobili Torino" sözlərinin baş hərflərindən götürmüşdür.
Fram
Fram (boğaz) — Qrenlandiya adası ilə Şpitsbergen arxipelaqını ayıran boğaz. Fram boğazı — Nansen adasını Taymır yarımadasından ayıran boğaz. Fram (gəmi) — Qütb tədqiqatlarında iştirak etmiş gəmi.
Fran
Fran (fr. Frans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Trevu kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01166. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 27 km şimal və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1984 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1360 nəfər (15–64 yaş) arasında 1008 nəfər iqtisadi fəal, 352 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə 73,8%) olmuşdur. 1008 fəal sakindən 944 nəfər (507 kişi və 437 qadın) işləyir, 64 nəfər işsizdir (34 kişi və 30 qadın).
99 Frank
99 frank (fr. 99 francs) — fransız yazıçısı Frederik Beqbederin 2000-ci ildə dərc edilmiş romanı. Romanın adı onun Fransadakı satış qiyməti ilə üst-üstə düşür. Roman dərc edildiyi ildə Fransada satışların liderinə çevrilmişdi. == Romanın mahiyyəti və süjeti == "99 frank" romanı reklam və marketinq bazarını tənqid edən satiradır. Romanın ideyası V.Pelevinin "Generation P" romanının ideyasına bənzəyir, lakin bu romanda satira daha kəskindir. Romanın baş qəhrəmanı reklam agentliyində kopirayter işləyən Oktav eyni işdə işləmiş Beqbederin alter-eqosudur. Oktavın işi reklam kampaniyaları üçün ideyalar və sloqanlar ("titrlər") fikirləşməkdir. Romanın mərkəzi süjeti Oktavın "Manon" süd şirkəti üçün reklam hazırlaması ətrafında cərəyan edir. Reklamın hazırlanması prosesini müvafiq terminologiya ilə detallarınadək təsvir edən yazıçı Oktavın dilindən "istehlak cəmiyyəti"ni, hər şeyin, hətta hisslərin də alınıb satıldığı cəmiyyəti və reklamın müasir dünyadakı hökmran rolunu tənqid edir.
Anatol Frans
Anatol Frans (fr. Anatole France; tam adı: Jak Anatol Fransua Tibo (fr. Jacques Anatole François Thibault); 16 aprel 1844[…], Paris – 12 oktyabr 1924[…]) — fransız yazıçı və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1921). == Həyatı == Fransız yazıçısı Jak Anatol Fransua Tibo — Anatol Frans Parisdə doğulmuşdu. Atası tanınmış bukinist idi, əsasən Böyük Fransa inqilabına dair əsərlər üzrə ixtisaslaşmışdı. Onun "Libraire France" adlı kitab mağazası dövrün yaradıcı ziyalılarının tez-tez toplaşdığı yerlərdən biri sayılırdı. Ailənin yeganə övladı Anatol Fransın uşaqlıq illəri Sena sahilindəki bu mağazada, kitablar içərisində keçmişdi. Anatol Frans universitet təhsili almamışdı. Stanislas kollecini isə bir neçə dəfə imtahanlarda uğursuzluğa düçar olandan sonra çox çətinliklə 20 yaşında bitirmişdi. Ortabab şagird kimi tanınsa da, latın və yunan müəlliflərini həvəslə oxuyur, gözəl inşalar yazırdı.
Anna Frank
Anna Frank kimi tanınan Annelies Marie Frank (12 iyun 1929[…] – fevral 1945[…], Bergen-Belzen konsentrasiya düşərgəsi, Üçüncü Reyx) yəhudi əsilli bir alman olaraq İkinci dünya müharibəsi illərindəki həyatını qələmə aldığı gündəliyi ilə yazıçı kimi ad qazanıb. Müəllifi olduğu "Gənc qızın gündəliyi" avtobioqrafiyası Holokost soyqırımı mövzusunda yazılmış ən dəyərli əsərlərdəndir. == Həyatı == Anna Frank 1929-cu il 29 iyunda Frankfurt-Maynda anadan olmuşdu. Anna Frankın özündən 3 yaş yarım böyük olan Marqot adlı bacısı var idi. Hitlerin hakimiyyəti ilə Antisemitizmin yüksəlməsi Annanın ailəsini Almaniyadan köçməyə vadar etdi. Niderlanda köçən ailə burada yaşamağa başlasa da, savaşın buralara da yayılması riskinin güclənməsi ilə ailə yeni sığınacaq axtarmağa başlayır. İngiltərə və Amerikaya miqrant kimi müraciət edən ailə hər ikisindən də rədd cavabı alır.. 10 may 1940-cı ildə Niderland almanlar tərəfindən işğal olunur, tezliklə burada da yəhudilər əleyhinə kampaniyalar başlayır. Annanın atası Otto öz işini itirir, ikinci dəfə Amerikaya miqrasiya üçün müraciət etsə də, yenə rədd edilir. Bundan sonra Otto və həyat yoldaşı gizlənmək qərarına gəlirlər.
Carex fracta
Carex fracta (lat. Carex fracta) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Chris Pratt
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
Culiya Qrant
Culiya Qrant (ing. Julia Grant; 26 yanvar 1826, Sent-Luis, Missuri – 14 dekabr 1902, Vaşinqton) - ABŞ-nin Prezidenti Uliss Qrantın həyat yoldaşıdır.
Emma Frost
Emma Frost (ing. Emma Frost) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlar komandası ilə tanınır. 1980-ci ildə Kris Klermont və Con Brin tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 129-cu sayında yer almışdır. Ağ kraliça adı ilə də tanınır. İlk əvvəllər bir super cinayəkar olsa da, yaxşıların tərəfinə keçib İks-adamların əhəmiyyətli üzvlərindən biri olmuşdur. Emma Frost bir telepatdır. Bununla yanaşı dərisi almaz qədər sərt ola bilir. 2011-ci ildə çəkilən "İks-adamlar: Birinci dərəcə" filmində Emma Frost əhəmiyyətli personajlardan biri olmuşdur. Bundan əvvəl 1996-cı ildə "Nəsil X" və 2009-cu ildə "İks-adamlar: Başlanğıc.
Ferhat Göçer
Fərhad Köçər (d. 11 may 1970, Birecik, Şanlıurfa) — musiqiçisi, Cərrahpaşa Tibb fakültəsi Xəstaxanasında həkim, cərrah.
Fight Club
Döyüş klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller. Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.