RAHAT

sif.zərf [ ər. ]
1. Əziyyətsiz, əziyyət verməyən, narahat etməyən.
Yarım saata qədər yenə rahat uçuruq. M.İbrahimov.
Maşın təzə olduğundan çox rahat idi. Ə.Vəliyev.

□ Rahat durmaq – nadinclik etməmək, sakit durmaq, əl-qol açmamaq.
Azanda div çöldə qalan çocuqları boğazlar; Tanrı bilməz, rahat durmaz insanları yeyərmiş… A.İldırım.

Rahat etmək – bax rahatlamaq.
Qərib üçün xacə yer salıb, otaqların birində onu rahat etdi. Aşıq Qərib”.
[Nurəddini] … gecə qulluqçu rahat edəndə anası yadına düşüb, təzədən ağlamağa başladı. S.S.Axundov.

Rahat qoymamaq – incitmək, əziyyət vermək, narahat etmək, dinc qoymamaq, sakit qoymamaq.
Ən gözəl bir nəğməni; Durub dinləyəndə mən; Yadıma düşürsən sən; Rahat qoymursan məni! Ə.Cavad.

Rahat olmaq – bax rahatlanmaq.
[Yavər Mədinəyə:] Hə, indi rahat oldunmu, mənim əzizim? – deyib soruşdu. M.İbrahimov.
Cavad gülümsündü, Aslanı göstərərək dedi: – Aslana yaxşı baxsan, mənim də ürəyim rahat olar. Ə.Vəliyev.

2. Qayğısız, dərdsiz, dərdsiz-qəmsiz; sakit, asudə. Rahat yaşamaq.
– Rahat nəfəs çəkə bilmir uyquda; San qatilin görür durmuş pusquda. A.Səhhət.
[Mirzağa] yalnız evlənməklə öz həyatını müəyyən bir şəklə sala bilər, onun sayəsində asudə, rahat bir həyat sürə bilərdi. S.Hüseyn.

3. Gen, gen-bol, narahat etməyən. Rahat paltar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RAHAT 1. RAHAT, ASAN, ƏZİYYƏTSİZ 2. rahat bax asudə, arxayın 1
  • RAHAT asudə — sərbəst
  • RAHAT dinc — sakit — uyğun — əlverişli — münasib — səliqəli
RAH
RAHAT-RAHAT

Digər lüğətlərdə