Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rutilus frisii
Kütüm (lat. Rutilus frisii) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan növ. İki yarıpm növü vardır: Kütüm (Rutilus frisii frisii) — Qara və Azov dənizlərimdə yayılmışdır. Kütüm (Rutilus frisii kutum) — Xəzər dənizinin cənub və mərkəzi hissələrində yayılmışdır 75 sm uzunluğa və 6 kq çəkiyə qədər böyüyə bilirlər. Beli tünd, bir az yaşıl, böyürləri gümüşü, qarnı isə ağ olur. Dənizin çayların mənsəbinə yaxın ərazilərində yaşasalarda kürüləmə zamanı çaylara üz tuturlar. Yetkinliyə 4—5 yaşında, 40 sm uzunluğa sahib olarkən çatırlar Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.
Prisbit
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Prişib
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Antonio Frilli
Antonio Frilli (? – ölüm 1902) — fərdi və ictimai sifarişçilər üçün mərmər və alebaster heykəllər üzrə ixtisaslaşmış florensiyalı heykəltaraşdır. == Həyatı və yaradıcılığı == 1860-cı ildə o, Florensiyada ilk və xüsusi Atelyesini qurdu. O, Florensiyada bir neçə köməkçi ilə əzəmətli qəbirstanlıqlar və şəxsi villalar üçün böyük ağ Karrara mərmər və zərif orta ölçülü rənglənmiş alebasterlə işləyirdi. Onun əsərləri Florensiyada Porte Santi və Allori kimi məşhur qəbirstanlıqları bəzəyir. Ölümündən sonra Frilinin mərmər portreti atelyesinə həkk olunub və bu, Cimitero degli Alloridə ailə türbəsinə yerləşdirilib. Frilli və onun qalereyası Avropada, Amerika Birləşmiş Ştatlarında, Avstraliyada məşhurdur. Buna səbəb onun əsərlərinin dünyada bir çox sərgilərdə iştirak etməsidir. O, 1876-cı ildə Filadelfiyada Yüzillik Sərgidə iştirak edib və 1881-ci ildə onun abidələri və bağ avadanlıqları Avstraliyada, Melburnda İtalyan pavilyonunda nümayiş etdirilib. 1904-cü ildə Frilinin ölümündən iki il sonra onun oğlu Sent-Lüisdə Yüzillik Sərgidə iştirak edib.
Aqata Kristi
Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890[…] – 12 yanvar 1976[…]) — ingiltərəli yazıçı, dramaturq, detektiv janrının kraliçası. Daha çox birinci ərinin soyadı ilə Aqata Kristi (ing. Agatha Christie) kimi tanınır. O, dünyanın ən məşhur detektiv yazıçılarından biridir. Aqata Kristinin əsərləri bəşər tarixində (Bibliya və Uilyam Şekspirin əsərlərindən sonra ikinci) ən çox nəşr olunan, eyni zamanda ən çox tərcümə olunan əsərlərdən birinə çevrildi (7236 tərcümə). O, 60-dan çox detektiv romanı, 6 psixoloji romanı (Mary Westmacott təxəllüsü ilə) və 19 hekayələr toplusunu nəşr etdirib. Onun 16 pyesi London teatrlarında tamaşaya qoyulub. Kitabları 4 milyard nüsxədən çox nəşr olunub və 100-dən çox dilə tərcümə olunub. O, həmçinin bir əsərin teatr tamaşalarının maksimum sayına görə rekorda sahibdir.
Batrachium friesii
Ranunculus aquatilis (lat. Ranunculus aquatilis) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Batrachium aquatile Dumort. Batrachium aquatile Wimm. Batrachium aquatile subsp. caespitosum (DC.) Piper Batrachium aquatile var. heterophyllum (Weber) Spach Batrachium aquatile subsp. radians (Revelière) Soó Batrachium aquatile var. radicans Spach Batrachium argutum Opiz Batrachium circinatoides Arv.-Touv. Batrachium diversifolium Nyman Batrachium diversifolium (Gilib.) Miniaev Batrachium friesii Nyman Batrachium gilibertii Krecz.
Binq Krosbi
Harri Lillis Krosbi (3 may 1903 – 14 oktyabr 1977[…]) — yarım əsrlik sənət karyerasına sahib olan amerikalı müğənni (tacir) və aktyor hesab olunurdu. İlk multimedia ulduzu, Bing Krosbi 20-ci əsrin ən çox satılan və ən uğurlu musiqi aktı idi, Crosby rekord satış, radio reytinqləri və 20-ci əsrin bütün dünyadakı ən əhəmiyyətli və nüfuzlu simalarından biri olan rekord satış, radio reytinqi və ümumi film qazancında lider idi. İlk multimedia sənətkarlarından biri idi. 1934 ilə 1954 arasında Krosbi albomları, radio stansiyaları və dünya şöhrətli filmləri ilə inanılmaz bestsellerə sahib idi. O, çox vaxt tarixin ən populyar musiqi aktyorlarından biri hesab olunur və bu gün də daha çox elektron şəkildə yazılmış insan səsi. Crosbinin bədii nüfuzu universaldır, Frenk Sinatra, Perry Como, Din Martin, kimi onu dəstəkləyən digər böyük kişi tərcüməçilərinin ən böyük ilhamlarından biri olduğunu qeyd etmək çox vacibdir. Con Lennon, Elvis Presli, Michael Buble bir neçə ad çəkmək. Bing Krosbi, bu günə qədər dünyada 1 milyarddan çox qeyd satdı, ehtimal ki, tarixin ən böyük rekord satıcısı, həmçinin Ağ Milad adlı dünyanın ən çox satılan mahnısıdır. ), dünyada 50.000.000 nüsxədən çox satılır. Onun chart müvəffəqiyyəti təsirli olaraq qalır: 396 fərdi kart, o cümlədən 41 nömrəli hit.Bir neçə dəfə "Ağ Milad" vurulduğunu hesablasanız, bu rəqəmi 43-ə çatdıracaqdı.
Janna Friske
Janna Friske (rus. Жанна Владимировна Фриске) — Rusiyalı estrada müğənnisi, kinoaktrisa və fotomodel.
Korpus-Kristi
Korpus Kristi (ing. Corpus Christi) - Texas ştatının cənub hissəsində yerləşən Amerika Birləşmiş Ştatlarının şəhəri.
Korpus Kristi
Korpus Kristi (ing. Corpus Christi) - Texas ştatının cənub hissəsində yerləşən Amerika Birləşmiş Ştatlarının şəhəri.
Krissi Moran
Krissi Moran (22 dekabr 1975, Ceksonvill, Florida) — ABŞ pornoaktrisası. == Həyatı == Krissi Moran 22 dekabr 1975-ci ildə ABŞ-nin Florida ştatında anadan olub. İlk dəfə 18 yaşında hamilə qalmış, lakin sevgilisi bunu istəmədiyi üçün abort etmişdir. Bu zaman dostları onu porno karyeraya həvəsləndirirlər. 1999-cu ildə ilk dəfə olaraq model karyerasına başlayır və bir sıra porqnorafik filmlərə çəkilir. 2006-cı ildə rəsmi olaraq pornoqrafik janrda çəkilən film sənətini tərk edir və normal janrda istehsal olunan filmlərə çəkilir. İsa Məsihin pak həyatını sevən Krissi Moran onun etdiyi səhvləri heç bir qadına arzulamadığını bildirir. Bu andan başlayaraq, Krissi Moran dostlarının pornoqrafik janrda çəkilən filmlərdən imtina etməsi üçün kilsədə dua edir.
Kristi Kenyon
Kristi Kenyon (ing. Christy Canyon, 17 iyun 1966, Pasadena, Kaliforniya) — erməni əslli ABŞ pornoaktrisası. == Həyatı == Kristi Kenyon erməni əsilli ata ilə italyan əsilli ananın ailəsində dünyaya gəlmişdir . Əsl adı Melisa Key Bardizbanyandır (ing. dilində Melissa Kaye Bardizbanian).
Kristi Svenson
Kristi Svenson (ingiliscə: Kristen «Kristy» Swanson) – ABŞ aktrisasıdır. Playboy jurnalında 2002-ci ildə çəkilmişdir. == Seçilmiş filmoqrafiya == Ölümcül dost (film, 1986) / Deadly Friend Dostum, mənim maşınım haradadır?
Pinus foisyi
Pinus foisyi (lat. Pinus foisyi) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Senecio friesii
Senecio friesii (lat. Senecio friesii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Kristi Mak
Kristi Mak (9 may 1991, Cənubi Çikaqo yüksəklikləri[d], İllinoys) — ABŞ pornoaktrisası.
Salix friesii
Dəfnəyarpaqlı söyüd (lat. Salix pentandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Avrasiyanın meşə və çöl zonalarını əhatə edir. Hündürlüyü 16 m-dək (bəzən 3- 5 m), gövdəsinin diametri 75 sm olan yumurtavari çətirli ağac və ya şaxələnmiş kiçik koldur. Cavan budaqları yapışqanlıdır, illik budaqları qara-qonur və ya sarımtıl rəngli, çılpaq və parlaqdır. Qoca gövdələrinin qabağı boz və ya tünd qonur, yarıqlı və pulcuqludur. Tumurcuqları yumurtavari, əyilmiş, hər iki tərəfi qonur, parlaqdır. Yalançı zoğları uzunsov və ya enli-yumurtavari, vəzicikli dişli, tez töküləndir. Yarpaqları möhkəm, dərili, üstü tünd yaşıl, parlaq, alt tərəfi açıq, yumurtavari-uzunsovdan enli-lansetvari, uzunluğu 5-13 sm, eni 2-4 sm, bünövrəsi küt, ucu iti, tamam çılpaqdır. Saplağı çılpaq, uzunluğu 0,2-1,4 sm-dir.
Farrell Trisi
Farrell Trisi (29 aprel 1995) — Böyük Britaniyalı şort-trekçi. Farrell Trisi Böyük Britaniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Farrell Trisi birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Trisi yarışdan diskvalifikasiya olundu və yarımfinala vəsiqə qazana bilmədi.
Likvidlik riski
Maliyyə riski
Maliyyə riski — maliyyə resurslarının (pul vəsaitlərinin) itirilməsi ehtimalı ilə bağlı risk). Maliyyə riskləri pul dövriyyəsinin yaranması və müxtəlif növ pul münasibətlərinin yaranması ilə eyni vaxtda yaranmışdır: investor — emitent, kreditor — borcalan, satıcı — alıcı, ixracatçı — idxalçı və s. Maliyyə riskləri bazar şəraitində sahibkarlıq fəaliyyətinin tərkib hissəsidir. Adam Smit sahibkarlıq mənfəətinin mahiyyətini tədqiq edərək və təhlil edərək, sahibkarlıq fəaliyyəti ilə bağlı mümkün itkilərin kompensasiyası şəklində "risk ödənişi" kimi sahibkarlıq gəlirinin strukturunda belə bir komponenti qeyd etmişdir. == Maliyyə risklərinin təsnifatı == Maliyyə riskləri üç növə bölünür: Pulun alıcılıq qabiliyyəti ilə bağlı risklər; Kapital qoyuluşu ilə bağlı risklər (investisiya riskləri); Təşkilatın təsərrüfat fəaliyyətinin təşkili forması ilə bağlı risklər. Pulun alıcılıq qabiliyyəti ilə bağlı risklər Pulun alıcılıq qabiliyyəti ilə bağlı risklərə aşağıdakılar daxildir: inflyasiya və deflyasiya riskləri; valyuta riskləri; likvidlik riskləri. İnflyasiya riski pulun amortizasiyası (kapitalın real dəyəri) ehtimalı və inflyasiya səbəbindən real pul gəlirlərinin və mənfəətin azalması ilə əlaqələndirilir. İnflyasiya riskləri aktı: bir tərəfdən, hazır məhsulun maya dəyərinin artması ilə müqayisədə istehsalda istifadə olunan xammalın, komponentlərin maya dəyərinin daha sürətli artımı istiqamətində; digər tərəfdən, müəssisənin hazır məhsulları rəqiblərin oxşar məhsulları ilə müqayisədə daha tez bahalaşa bilər ki, bu da qiymətlərin aşağı salınması zərurətinə və müvafiq olaraq itkilərə səbəb olacaqdır. Deflyasiya riski deflyasiya artdıqca qiymətlərin düşməsi riskidir ki, nəticədə biznesin aparılması üçün daha pis iqtisadi mühit yaranır və gəlirlər azalır. Valyuta riski valyuta məzənnəsinin əlverişsiz ucuzlaşması riskinə aiddir.
Malta arısı
Malta arısı (lat. Apis mellifera ruttneri) — Bal arısının qərb yarımnövü. == Formalaşması == Malta arısı Malta adalarının təbiətinə uyğunlaşmış, qərb bal arısının bir yarımnövüdür. Malta adalarının materik Avropasından ayrılmasından sonra müstəqil bir yarımnöv kimi inkişaf etmişdir. == Xüsusiyyətləri və davranışları == Arı nisbətən qara rəngə malikdir. Yüksək temperatur, quru yay və sərin qışlara yaxşı uyğunlaşmışdır. Koloniyalarda il boyu artım müşahidə edilir. Adaların fəsillərə yaxşı uyğunlaşmışdır. Şanı yaxşı təmizləyirlər. Kifayət qədər tədarük olduqda ümumiyyətlə, kraliçanı uçururlar.
Nisbi URL
Nisbi URL – cari sənədlə eyni bir kataloqda olan sənədin birformalı resurs göstəricisi (URL). Məsələn, əgər veb-səhifədə <a href=“doc1.html”> istinadı varsa, onda doc1.html sənədi cari səhifənin yerləşdiyi kataloqda axtarılacaq. Əgər hər iki faylı başqa bir kataloqa, yaxud ayrı-ayrı kompüterlərə köçürsəniz, istinad yenə də düzgün işləyəcək. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi geoxronologiya
Nisbi hündürlük
Nisbi hündürlük- Yer səthində iki və ya bir neçə nöqtənin bir-birindən şaquli xətt üzrə olan məsafəsinə deyilir. Nisbi hündürlüyü ölçəndə dəniz səviyyəsi nəzərə alınmır, dərənin dibi, dağın ətəyi və ya zirvəsi sıfır götürülür və başqa bir səviyyəyə nisbətən hesablanır. Məsələn, Azərbaycanda Bazardüzü dağının Babadağına nisbətən hündürlüyünü hesablamaq üçün birincinin hündürlüyündən (4466 metrdən) ikincinin hündürlüyünü (3629 metri) çıxıb nisbi hündürlüyün 837 metr olduğunu tapmaq olar.
Nisbi hərəkət
Nisbi hərəkət (ing. Relative velocity) – seçilmiş hesablama nöqtəsinə nəzərən ölçülən yerdəyişmə. Məsələn, siçanın göstəricisi ekranda yerini dəyişdikdə onun yeni yerinin koordinatları göstəricinin əvvəlki yerinə nəzərən nisbidir. Kompüter qrafikasında və kinematoqrafiyada nisbi hərəkət bir obyektin başqasına nəzərən yerdəyişməsidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.