Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Honda
Honda — avtomobil, yük maşını, motosiklet və robotlar olan bir Yapon avtomobil markası. Firma ayrıca ATVlər, dəniz mühərrikləri, elektrik generatorları, bağça maşınları da istehsal edir. İldə 14 milyon ilə Dünyanın ən böyük mühərrik istehsalçısıdır. Mərkəzi Tokioda olan Honda, dünya səviyyəsində çox ölkədə istehsal və satış ilə məşğuldur. == Honda Tarixçəsi == 1946 - Soiçiro Honda tərəfindən Hamamatsuda quruldu 1947 - İlk motosiklet mühərrikini çıxardı 1948 - Honda Motor Co. adını aldı 1949 - Dream D-type adlı 2 silindrli 98 cc motosikleti çıxardı 1952 - Mərkəz ofisini Tokioya keçirtdi 1959 - Motosiklet yarışlarındakı ilk əhəmiyyətli müvəffəqiyyətini İngiltərədə əldə etdi. Isle Of Man Tourist Trophy GP yarışlarında 6, 7 və 8-ci sıraları tutaraq 125 cc markalar çempionu oldu. 1959 - American Honda Motor Co. Quruldu 1960 - Motosiklet istehsalı üçün Suzuka fabriki quruldu 1946-1963 - İlləri arasında dəyişik motosikletlər çıxarmış və motoyarışlarda əhəmiyyətli nəticələr əldə etmişdir 1963 - İlk idman avtomobili S500-ü və kiçik pikap T360-ı çıxardı 1963 - Belçikada motosiklet istehsalına başladı 1964 - İlk dəfə girdiyi Formula 1 yarışlarında 9-cu oldu 1965 - Mexiko GP-ində ilk zəfərini qazandı 1965 - Portativ generator istehsalına başladı 1966 - S800 modeliylə ixracat hücumuna başladı 1967 - Suzuka fabrikində kiçik vasitələrin istehsalına başlandı 1972 - Civic modelinin istehsalına başlandı 1976 - Braziliyada motosiklet istehsalına başlandı 1976 - Civic modelinin istehsalı 1.000.000 ədədə çatdı 1976 - Accord modeli çıxarılmağa başlandı 1982 - Amerikada Civic çıxarılmağa başlandı.
Orda
Orda (Monqolca və qədim Türk dillərində ordo) köçəri toplumlarda tayfa qarşılığı işlədilən bir termindir. Bu termin Türkcə ordu biçiminə düşmüşdür. Orda və ya ordu, ordugah ilə də bağlı bir termindir. Orda, Tatarcada urda biçimində işlənilir. Ordanın, yurd, çadır terminiylə də bağlantılı olduğu vardır. Ağ Orda, quruluşu 1226. Göy Orda, quruluşu 1227. Qızıl Orda, 1240-cı ildə qurulan Tatar-Monqol dövləti. Noqay Orda, 1390-cı ildə Şimali Qafqazda dövlət quran Tatar boyu. Alaş Orda, 1920-ci ildə Qazaxların elan etdiyi dövlət.
Alberto Korda
Alberto Díaz Gutiérrez və ya daha çox tanınan adı ilə Alberto Korda (d. 14 sentyabr 1928, Havana — ö. 25 may 2001, Paris) — kubalı fotoqraf. 1960-cı ildə çəkdiyi Guerrillero Heroico (Qəhrəman partizan) fotosu ilə məşhurdur. == Həyatı == Korda adı ilə tanınan Alberto Dias Qutierres 14 sentyabr 1928-ci ildə Kubanın paytaxtı Havana şəhərində anadan olmuşdur. Fotoqrafiyaya atasından götürdüyü Kodak 35mm fotoaparatı ilə öz sevgilisinin şəkillərini çəkməklə başlamışdır. Fotoqrafiyaya başlama səbəbinin "qız tutmaq" olduğunu açıqlayan Korda ilk evliliyini kubalı model Natalia Menendez ilə etdi. Korda dəmiryolu işçisinin ailəsində doğulmuşdu və fotoqraf olmazdan əvvəl bir neçə işdə çalışmışdır. O, öz karyerasına ziyafət məclislərində və toylarda şəkil çəkməklə başlamışdır. Yeni başlayan Kordanın fotoları çox keyfiyyətsiz idi; bir neçə aydan sonra şəkillər tutqunlaşır və saralırdı.
Honda Accord
Honda Accord — Yapon avtomobil istehsalçısı Honda tərəfindən 1976-cı ildən günümüzədək istehsal olunan sedan. Daha çox 4-qapılı sedan tipli maşınların satışı ilə daha məşhurdur. Bu günə kimi ABŞ-də 8.000.000 ədədi satılaraq 1989-cu ildən ən yaxşı satılan avtomobillər sırasındadır. Adı latın sözləri "ad" və "cordis"in birləşməsi, yəni "ürəyə" mənasını bildirən sözdən irəli gəlir.
Honda Civic
Honda Civic — Honda şirkəti tərəfindən istehsal olunan mühərriki köndələninə yerləşdirilən kompakt avtomobil. İlk dəfə 1972-ci ildə təqdim olunub. Bu model sayəsində Honda nəhəng avtomobil istehsalçıları sırasına daxil ola bilib. Honda Civic-in ilk nəsli 1972-ci ildə buraxılıb. Ön təkərləri aparıcı olan bu model avtomobil Honda şirkətinin əvvəlki avtomobillərindən fərqli olaraq Avropa istehsalı olan avtomobillərlə rəqabətə girə bildi. Maşın zaman-zaman gücü 54–75 a.g. (işçi həcmi 1169–1488 sm³) olan müxtəlif dördsilindirli mühərriklərlə təchiz olunmuşdur.
Honda Element
Honda Element (ing. Honda Element) — SUV sinfindən olan və Honda şirkətinin ABŞ-nin Ohaya ştatındakı İst Liberti zavodunda quraşdırılan avtomobil (East Liberty, Ohio). Rəsmi satış 2003-cü ildən ABŞ, Kanada və Yaponiyada başlamışdır. "Element" Honda CR-V-nin bazası əsasında tamam başqa cür yaradılmışdır. Onun banı 300 mm qısa, təkər bazası 43 mm kiçildilib. "Element"də 2.4 l həcmində, 5500 dövr/dəq-də gücü 166 a.g. (119 kVt) olan dördsilindirli K24A4 i-VTEC motoru quraşdırılıb.
Honda mükafatı
Honda mükafatı — (ing. Honda Prize;yap. 本田賞) Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat == Yaranması == Honda (Honda Foundation) mükafatı1980-ci ildən etibarən hər il Honda Fondu tərəfindən verilir.Əsası Soiçiro Honda və onun kiçik qardaşı Benciro Honda tərəfindən 1977-сi ilin dekabrında qoyulan Honda Fonduna indi Xiromori Kavaşima başçılıq edir .Mükafatın əsasını diplom, medal və pul mükafatı təşkil edir(10 milyon yapon İenası). Dünyanın bir çox tanınmış alimləri , həmçinin Nobel mükafatının 3 laureatı bu mükafatı almışdır. Honda mükafatını alan ilk və yeganə azərbaycanlı alim Lütfi Zadədir. == Şirkətin tarixi == Porşen üzüklərinin istehsalı Hondanın Soitirosunun sahibkar fəaliyyətinin birinci təcrübəsi idi. O, 1938-ci ildə qarajda qaydaya saldı. İki il sonra o Toyota şirkətindən böyük sifarişi aldı, icrası üçün ona yeni zavodu tikmək lazım oldu. İkinci dünya müharibəsindən sonra o Toyota şirkətinin öz zavodunu satdı və Fudzisavının köməyi ilə motosikllərin istehsalıyla məşğul oldu, hansı ki, yeni şirkətin maliyyələşdirilməsini təmin etdi, həmçinin marketinq strategiyasıyla məşğul olurdu. 1946-cı ildə Honda Technical Research Institute-u (Hondanın Texniki elmi tədqiqat institutu) yaradılmışdı, 24 sentyabr 1948-ci ildə şirkət kimi qeyd edilmişdi.
Keysuke Honda
Keysuke Honda — 1986-cı ildə Yaponiyanın Osaka şəhərində anadan olub. Honda Neftçi PFK-nın keçmiş futbolçusudur.
Midori Honda
Midori Honda (d. 16 noyabr 1964) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 43 oyun keçirib.
Minoru Honda
Minoru Honda (本田 実, Honda Minoru, 26 fevral 1913, Tottori prefekturası – 26 avqust 1990, Kuraşiki, Okayama prefekturası) – Yaponiya astronomu. O, kometa ovçusu kimi tanınmış və 1940–68-ci illərdə 12 kometa kəşf etmişdir. == Həyatı və karyerası == Minoru Honda 1913-cü ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. İbtidai məktəbi bitirdikdən və 2 illik uzadılmış təhsil aldıqdan sonra valideynləri ilə birlikdə fermer kimi işləməyə başlamışdır. Lakin məktəb illərindən etibarən astronomiyaya maraq göstərən Honda 1927-ci ildə 28 millimetrlik linzalarla ilk teleskopunu düzəltmişdir. Honda 17 yaşına çatanda Şiqeru Kandanın kometalar haqqında kitablarını oxumuş və hələ də Yaponiyada kometa kəşf olunmadığını öyrənmişdir. O, dərhal kometa kəşf etməyə qərar vermiş və ulduz xəritəsi olmadan müşahidələrə başlamışdır. 1937-ci ildə Honda Şərq Astronomiya Cəmiyyətinin qurucusu olan İssey Yamamoto tərəfindən işə götürülmüş və o, Hiroşimada Zodiak İşığı rəsədxanasında işləməyə başlamışdır. 1941-ci ilin aprelində Kuraşiki rəsədxanasında astronom Şiqeki Obayaşinin yerini tutmuşdur. 1941-ci ilin iyulunda Honda Yaponiya ordusunun əsgəri kimi müharibəyə cəlb olunmuş və Çinin şimal-şərqinə, daha sonra isə Sinqapura göndərilmişdir.
Naqayasu Honda
Naqayasu Honda — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Qorda plitəsi
Qorda plitəsi — okean məşəlli tektonik plitə, Sakit okeanın altında, Kaliforniyanın şimalında yerləşir. Farallon plitəsinin tərkib hissəsidir. Şərq sərhəddi konvergent sərhəddə malikdir və burada Şimali Amerika plitəsi ilə sərhədlənir. Sakit okean plitəsi ilə qərbdən divergent sərhəddə malikdir. Burada Qorda silsiləsi yerləşir. Şimaldan Xuan de Fuka plitəsi ilə sərhədlənir. Hər iki plitə birlikdə Farallon plitəsinin tərkibini təşkil edir.
Qorda silsiləsi
Qorda silsiləsi — Oreqon və Kaliforniya ştatları sahillərinə yaxınlığında yerləşir. Silsilə Sakit okean plitəsi, Farallon plitəsi və Şimali Amerika plitəsinin toqquşması nəticəsində əmələ gəlmişdir. Sakit okeanın daxilində yerləşir.
Soiçiro Honda
Soiçiro Honda (yap. 本田 宗一郎; 17 noyabr 1906, Şizuoka – 5 avqust 1991, Tokio[d]) — Yaponiyalı mühəndis və sənayeçi. == Həyatı == Soiçiro Honda 1906-cı ilin noyabrın 17-si Yaponiyanın Şizuoka Prefekturasının Komyo kəndində anadan olmuşdur. Atası Gihei Honda dəmirçi, anası Mika Honda isə toxucu olub. Ailəsi kasıb olsa da onlar Soiçironun ən azından ibtidai təhsil almasına çalışıblar, amma Soiçiro uşaqlıqdan ənənvi tədris üsulunu sevmirdi. O dövrdə şagirdlərin gündəliyinin yoxlanmasını təsdiqləmək üçün ailə üzvlərindən biri gündəliyə öz möhürünü vurmalı idi, lakin Soiçiro qiymtlərini ailəsindən gizlətmək üçün özünün hazırladığı möhürdən istifadə edirdi. Belə ki, o, hələ məktəbdə oxuyarkən velosiped pedalından öz ailəsinin möhürünü hazırlamışdı. Honda familiyası iki heroqlifdən (本田) ibarət və simmetrik olduğundan onu hazırlamaq asan idi, lakin digər məktəblilər üçün hazırladığı möhür tərsinə alındığından onun bu fırıldağı ortaya çıxmışdı. Uşaqlıq xatirələrdindən danışanda Soiçironun ən çox xatırladıqları arasında avtomobillərin arxasınca qaçması və avtomobil səsboğucusundan çıxan benzin qoxusu var. Soiçiro bir gün atasının velosipedini götürərək pilot Art Smitin təyyarə şousuna baxmağa gedir və bu hadisədən sonra onun mexanizmlərə marağı yaranır.
Takuya Honda
Takuya Honda (d. 17 aprel 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tsubasa Honda
Tsubasa Honda (本田 翼, Honda Tsubasa, 27 iyun 1992, Tokio[d]) – Yaponiya aktrisası və modeli. == Karyerası == Honda əyləncə sənayesinə 2006-cı ilin ortalarında daxil olmuşdur. O, eyni gündə yeddi müxtəlif şəxs tərəfindən kəşf olunmuşdu. 2006-cı ildə "Seventeen" jurnalının ekslüsiv modeli kimi debüt etmişdir. 2007-ci ildə jurnal dəyişdirərək "Love Berry" jurnalı üçün modellik etməyə başlamışdır. 2010-cu ilin yanvarında "Non-no" jurnalının modeli olmuşdur. 2012-ci ilin aprelindən 2013-cü ilin mayına kimi TBS tolk-şousu olan "A-Studio" verilişində Şofukutei Tsurubenin köməkçisi olmuşdur. 2012-ci ilin noyabrında "Dəb hekayəsi: Model" filmində baş rolda çəkilərək film dünyasına daxil olmuşdur. 2013-cü ilin iyulunda NTV kanalında yayımlanan "Musiqi əjdahası" adlı musiqi verilişində peyda olmuşdur. 2015-ci ilin iyulunda Fuji TV kanalında yayımlanan "Koynaka" serialının personajlarından birini canlandırmışdır.
Yasuto Honda
Yasuto Honda (25 iyun 1969, Kitakyuşu, Fukuoka prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 29 oyun keçirib, 1 qol vurub.
Alaş Orda
Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur. 1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur. == Söz açımı == Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur. == Tarixi == 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi: Orta Asiyada İslamı çağdaşlaştırmaq Qazaxların və Qırğızların ənənəvi köçəri mədəniyyətlərini yenidən azad şəkildə yaşamasını təmin etmək (yəni, Rus Çarlarının daha əvvəllər başlatdıqları köçəri xalqları oturaq həyata məcvuretmə qanunlarını ləğv etmək) Türküstan bölgəsinə yerləşən rusları buradan uzaqlaşdırmaq Alaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi.
Amber Hörd
Ember Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin, Texas, ABŞ) — ABŞ aktrisası.
Böyük Orda
Böyük Orda — Qızıl Ordanın parçalanmasından sonra Cuçilər (Çingizlilərin bir qolu) tərəfindən idarə olunan yeganə hissəsi. Toxtamışın nəvəsi Seyid Əhməd xan tərəfindən qurulmuşdu. Krım xanlığı, Noqay Orda və Moskva knyazlığının hücumları nəticəsində dağılmışdı.
Napoleon Orda
Napoleon Mateuş Tadeuş Orda (pol. Napoleon Mateusz Tadeusz Orda; 11 fevral 1807[…] – 26 aprel 1883[…], Varşava) ― Belarus, Litva və Polşa yazıçısı, musiqiçi, bəstəkar, rəssam, heykəltaraş, müəllim. == Həyatı == O, Minsk quberniyasının Pinsk qəzasının Vorotseviçi ailə əmlakında (indiki Brest vilayətinin İvanov rayonunun kəndi) doğulmuşdur. Fortifikator mühəndisi kimi çalışan Napoleonun atası Mixail Orda yoxsullaşmış tatar nəslindən gəlirdi, onun əcdadları 14-cü əsrdə Litva Böyük Hersoqu Vitovtun hakimiyyəti dövründə Qızıl Ordadan köçmüş və yeni vətəninə vicdanlı xidmət edərək hörmət qazanmış və artıq 18-ci əsrdə kifayət qədər varlı şlyaxtiç olmuşdular. Napoleon Ordanın anası istedadlı pianoçu Jozefina Butrimoviç məşhur ictimai xadim və Pinsk başçısı Tadeuş Butrimoviçin qızı idi. Napoleon Orda 24 fevralda qonşu Yanovoda yerləşən Krestovozdvijen məbədində xaç suyuna salındı. İlk təhsilini evdə valideynlərindən aldı, sonra Sviçloçdaki gimnaziyada oxudu. 1823-cü ildə Vilen Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil oldu. 1827-ci ildə "Zoryane" gizli tələbə cəmiyyətinin fəaliyyətində iştirakına görə həbs olundu və universitetdən qovuldu. 15 ay həbsxanada qaldıqdan sonra Vorotseviçiyə qayıtdı və polis nəzarəti altında saxlanılırdı.
Noqay Orda
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu — XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda — Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə — Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə — Qərbi Sibir düzənliyində yerləşirdi. == Dövlətin təşəkkülü == Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Orda Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Orda xan
Orda xan (monq. эджен — «sahib, yiyə»; ? — 1246 və 1251-ci ilin arasında) — Cuçi xanın oğlu, Ağ Ordanın ilk hökmdarı. == Həyatı == Monqol imperatoru Çingiz xan ölməmişdən əvvəl torpaqlarını oğulları arasında paylaşdırmışdı. Ceyhun çayı ilə Balxaş gölünün qərbindəki yerləri böyük oğlu Cuçi xana vermişdi. Cuçi xanın kiçik oğlu Batı xan, qərbə doğru etdiyi səfərlərlə bu torpaqları genişlətdi. Cuçinin torpaqları sonradan Batu xan ilə böyük qardaşı Orda xan arasında bölündü. Balxaş ilə Aral gölləri arasındakı və Ceyhun çayının cənubundakı yerlər Orda xana verildi. Xarəzm və yeni alınan torpaqlar Batının rəhbərliyində qaldı. Orda xanın rəhbərliyindəki şərq bölgəsinə Ağ Orda, Batının rəhbərliyindəki qərb bölgəsinə isə Göy Orda adı verildi.
Qızıl Orda
Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur. == Tarixi == Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi.